Məhkəmə qərarları › İş №2(010)-2209/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2209/2021

30.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2209/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Ərizəçi maraqlı şəxs Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, Orconokidze rayon XDS İK-nin xx xxxxxx 1990-cı il tarixli, 2 saylı qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki 18 saylı evin 67 saylı mənzilinə dair verilmiş 004571 nömrəli, xx.xx.1980-ci il tarixli Orderin ona mənsus olmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, həmin sənədlər geri qaytarılmalıdır. Belə ki, Ərizəçi məhkəməyə müraciəti iddia icraatı qaydasındadır, hüquqi faktın müəyyən edilməsinə dair işlərə xüsusi icraat qaydasında baxılır, eyni zamanda ərizədə tərəflər ərizəçi və maraqlı şəxs qismində göstərilməli olduğu halda idddiaçı və cavabdeh kimi qeyd olunmuşdur. İzah edir ki, Azərbaycan Respublikası MPM-nin 306.1 və 306.2-ci maddələrinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmçinin ərizəçinin nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırkı ərizəyə əlavə edilmiş Suraxanı rayon İcra Hakimiyyətinin 1/449 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan isə görünür ki, ərizəçinin müraciəti Suraxanı rayon İcra Hakimiyyətinin səlahiyyəti xaricində olduğundan həll edilməmişdir. Bu isə ərizəçinin ərizəsində qeyd edilən faktları təsdiq edən sənədləri lazımi qaydada ala bilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 150.0-ci maddəsinin tələbinə görə, iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri, dövlət rüsumunun ödənilməsi haqqında sənəd, nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri və s. əlavə olunmalıdır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə, ərizənin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmin Məcəllənin 152.1.7-ci maddəsinin tələbinə görə isə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi maraqlı şəxs Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar