Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2215/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev *5, mənzil *45 ünvanında yerləşən mənzilə hesablanmış borcun silinməsi. İddia tələbinin dəlilləri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev *5, mənzil *45 ünvanında yerləşən mənzil *994-cü il sentyabr ayında ünvan 2ərov Şakir və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. 20*9-cu ildə Suraxanı Rayon Məhkəməsi onların mənzildən çıxarılmaları barədə qərar çıxarmışdır. Onlar həmin qərardan apellyasiya şikayəti versələr də Bakı Apellyasiya Məhkəməsi Suraxanı Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. 5 ildən sonra *5 yanvar 2025-ci il tarixdə mənzili boşaltdılar. Həmin kənd 3* il bundan öncə işğaldan azad olunub. Mənzilə işıq sayğacı quraşdırmaq üçün "xxxx" ASC-yə müraciət etmiş, lakin cavabdeh həmin mənzilin *436*,34 manat borcu olduğunu, borcun silinməsinin mümkün olmadığını bildirmişdir. İddiaçıya məxsus mənzilə necə ola bilər ki, başqa şəxsin adına sayğac quraşdırılsın və bu qədər borc yığılsın. Sayğac mənzili zəbt etmiş Sərkərov Şakirin adına verilib, o isə uzun illər öncə dünyasını dəyişib. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək izahatında iddia tələbinin təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, *5 yanvar 2025-ci ilə qədər borc hesablanmışdır. Həmin borcun silinməsini istəyir. Yeni sayğac quraşdırılması ilə bağlı cavabdehə müraciət etmiş, lakin rəsmi cavab verilməmişdir. 20*9-cu ilin qətnaməsi ilə mənzildən çıxarılmalı idilər, qətnamə gec icra olundu. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materialları Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2862/20*9 saylı 27.06.20*9-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Füzuli rayonundan məcburi köçkünlər olan X*, X3 və X4 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev *5, mənzil *45 ünvanında yerləşən mənzildən çıxarılmışlar. xx.xx.2025-ci il tarixli *3/*3/2-2/*8-Ə-207*-5/2025 saylı "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, qeyd olunan ünvana aid **0*0*600*50*45 saylı kod üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün elektrik enerjisinə görə ayrılmış limitə əsasən hər ay ailə tərkibinə uyğun olaraq, 3*.0*.2025-ci il tarixinədək borcdan azadlığı müəyyən edilmişdir. Lakin mənzildə elektrik enerjisi limitdən artıq istehlak edilmiş və dəyəri ödənilməmiş elektrik enerjisinə görə 05.0*.2025-ci il tarixinədək *436*,34 manat borc yaranmışdır. Bu borc sayğacda göstərilmiş əsasında yaranmışdır. Bundan əlavə 450,68 manat borc da ödənişi tələb olunmayan borclar qrafasına daxil edilmişdir. "xxxx" ASC tərəfindən bu borcun silinməsi mümkün deyildir. "xxxx" ASC tərəfindən verilmiş abunənin aylıq borc haqqında çıxarışından görünür ki, Sərkarov Şakir oğlunun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev *45, mənzil *5 ünvanında yerləşən mənzildə elektrik enerjisindən isifadə etməsi nəticəsində 23.0*.2005-ci il tarixdən xx.xx.2025-ci ilədək cəmi *4224.5* manat qalıq borcu qalmışdır. 02.03.202*-ci il tarixli qeydiyyat nömrəsi **2*0*56*3 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev *45, mənzil *5 X2 xüsusi mülkiyyətindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.*. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.*. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsi. Maddə *35. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. *35.*. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli *8 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları". *.*. elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. 4.*. enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.*. dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.4. enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev *5 ünvanında yerləşən *45 saylı mənzil İddiaçı məxsusdur. Uzun illər məcburi köçkünlər olan Hökümə Hümbətova, Leyla Sərkarlı və Nigar Sərkarlı iddiaçının mülkiyyətində olan mənzildə məskunlaşmışlar. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2862/20*9 saylı 27.06.20*9-cu il tarixli qətnaməsi ilə Füzuli rayonundan məcburi köçkünlər olan Hökümə Hümbətova, Leyla Sərkarlı və Nigar Sərkarlının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev *5 ünvanında yerləşən *45 saylı mənzildən çıxarılması qət edilmiş, həmin şəxlər *5.0*.2025-ci il tarixində oradan çıxarılmışlar. Hazırda iddiaçı sözügedən mənzilin Hökümə Hümbətova, Leyla Sərkarlı və Nigar Sərkarlının faktiki sahiblik və istifadəsində olduğu dövrdə elektrik enerjisindən istifadə nəticəsində yaranmış olan *436*,34 manat məbləğində borcun silinməsini istəyir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev *5 ünvanında yerləşən *45 saylı mənzildə elektrik enerjisindən istifadə **0*0*600*50*45 saylı kod ilə Sərkarov Şakirin abunəçiliyi əsasında həyata keçirilmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev *5 ünvanında yerləşən *45 saylı mənzildə elektrik enerjisindən istifadə nəticəsində 05.0*.2025-ci il tarixə *436*,34 manat məbləğində borc yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək tələbinin əsası kimi sözügedən dövrlərdə mənzilin onun faktiki sahiblik və istifadəsində olmamasına istinad etmişdir. Məhkəmə hesab edir ki, bu elektrik enerjisindən istifadəyə görə yaranmış borcun silinməsinə əsas ola bilməz. Belə ki, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (Azərbaycan Respublikası Mənzil Məcəlləsi *35.*). Belə olan halda məhkəmə hesab edir ki, İddiaçının cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçının cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçının cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi və yeni işıq sayğacı ilə təmin olunması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2215/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2215/2025
01.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver