Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-223/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər X19, X34 və X32, X6, X7) “miras payının qəbul edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “miras payının qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, dalan 6-da yerləşən 39 saylı fərdi yaşayış evinin atası X8 miras qalmış 1/8 hissəsinin miras əmlak kimi onun payına əlavə edilərək mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X25 tərəfindən verilmiş 22 iyun 1998-ci il tarixli vəsiyyətnamə ilə atası özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, dalan 6-da yerləşən 39 saylı fərdi yaşayış evini ona vəsiyyət etmişdir. Atası 28 iyun 2009-cu ildə öldükdən sonra Bakı şəhəri 37 saylı notariat ofisində mərhum atası X14 adına 104/2009 saylı vərəsəlik işi açılmış və 05 yanvar 2010-cu ildə reyestrdə 2V-1/02 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən atasının vərəsələri – bacıları X7 və X6 mirasdan məcburi pay olaraq hər biri 1/8 hissədə irs almış, həmin zamanlar qardaşı Cavabdeh artıq Almaniyada yaşadığına görə onun mirasda məcburi payı açıq saxlanılmışdır. Sonradan bacıları öz paylarını ona bağışlamışlar. Vəsiyyətnaməyə əsasən o, həmin miras əmlakdan 5/8 hissə pay almış, bacıları da ona öz paylarını bağışladıqdan sonra həmin evin 7/8 hissəsi onun mülkiyyətinə keçmiş, lakin qardaşı Cavabdeh payı açıq qalmışdır. Qardaşı Cavabdeh 2003-cü ildən Almaniya Respublikasına getmiş, o zamandan da Azərbaycana qayıtmamış, mirasda olan məcburi payını qəbul etməmişdir. Yəni atası ölən zaman Rzayev X13 Respublikasında olmuş, o atasının ölümü barədə məlumat alsa da, ölkəyə gəlməmiş, mirasda məcburi payını qəbul etməmişdir. O, açıq qalan payı qəbul etmək üçün Bakı şəhəri 37 saylı notariat ofisinə müraciət etmək istəmiş, lakin həmin ofis bağlı olduğundan bununla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmiş və Baş İdarədən həmin notariat işi üzrə ərizəsinə baxılması üçün Bakı şəhəri 24 saylı notariat ofisinə göndərilmişdir. Bundan sonra o, Bakı şəhəri 24 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, dalan 6-da yerləşən 39 saylı fərdi yaşayış evinin atası X8 miras qalmış 1/8 hissəsinə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin Bakı şəhəri 24 saylı notariat ofisinin notariusu Zərifə xanım Nəcəfli tərəfindən ona 10 avqust 2023-cü il tarixli, 649 saylı məktub ünvanlanaraq, miras açılan zaman Cavabdeh miras əmlakında qeydiyyatda olduğu üçün həmin əmlakda olan 1/8 payın Cavabdeh verilməsi üçün saxlanılması bildirilmişdir. 24 saylı notariat ofisinin 10 avqust 2023-cü il tarixli, 649 saylı məktubundan görünür ki, vərəsə Cavabdeh hal-hazıradək miras əmlakı qəbul etmək üçün notariat ofisinə müraciət etməmişdir. Qanunvericiliyin tələbinə əsasən miras ya faktiki, ya da rəsmi qəbul edilməlidir. Lakin qardaşı Cavabdeh mirası nə rəsmi nə də ki, faktiki qəbul etməmiş, ümumiyyətlə onun həmin mirası qəbul etmək niyyəti olmamış, buna baxmayaraq, mirasda məcburi payından da rəsmi imtina etməmişdir. Lakin vərəsənin mirası qəbul etməməsi, onun mirasdan imtina etməsinə bərabər tutulur və onun payı vəsiyyət üzrə digər vərəsənin payına əlavə edilir. Qardaşı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, dalan 6-da yerləşən 39 saylı fərdi yaşayış evində qeydiyyatda olması isə onun həmin miras əmlakını faktiki qəbul etməsi kimi qəbul edilə bilməz.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş materialları.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 649 nömrəli məktubdan görünür ki, xx.xx.2009-cu ildə vəfat etmiş X14 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair, ünvan 3əsəlik işi üzrə vərəsələrin dairəsi müəyyən edilərək, xx.xx.2010-cu il tarixində vərəsələr – qızı - İddiaçı, qızı – X4, qızı – X5 vərəsəlik şəhadətnaməsi verilmiş, yalnız 1/8 hissə pay açıq saxlanılmışdır. Toplanan sənədlərə baxış keçirilərək xx.xx.2009-cu il tarixli, 26 saylı Bülbülə qəsəbəsi nümayəndəliyinin verdiyi arayışa əsasən müəyyən edilmişdir ki, 1/8 pay 1970-ci ildən qeydiyyatda olan Cavabdeh verilməsi üçün saxlanılmışdır. Açıq saxlanılan 1/8 paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verməyin imkan xaricində olduğu bildirilmişdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi (ümumi sahəsi 77.50 kv.m) İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır (X25 - 1/8 hissə açıq qalır, İddiaçı - 7/8 hissə müəyyən edilir).
8. Bakı şəhəri 37 saylı dövlət notariat kontorunun dövlət notariusu X9 tərəfindən təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.1998-ci ildə təsdiq edilən və reyestrdə 2V-1/90 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2009-cu il tarixdə vəfat edən X14 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi – Bakı şəhəri, Əmircan qəsəbəsi, 1849-cu keçid, A.Rzayev küçəsi, ev 4, mənzil 45-də yaşayan İddiaçı irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 11/20601 nömrəli, forma 1 arayışa və 36 nömrəli reyestr kitabının, 5394-cü səhifəsində, 30/14091 nömrəli qeydlə, xx.xx.1997-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında ünvan 4-da faktiki 0.0552 ha torpaq sahəsində yerləşən, y/s 50.1 kv/m, ümumi sahəsi 77.5 kv.m, köməkçi sahəsi 27.4 kv.m olan 4 otaqlı şəxsi mənzilin 5/8 hissəsindən ibarətdir.
9. Bakı şəhəri 37 saylı dövlət notariat kontorunun dövlət notariusu X9 tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X14 vərəsələri: Bakı şəhəri, Əmircan qəsəbəsi, Neftçi küçəsi, ev 2-də yaşayan qızı – X7 1/8 hissədə və Bakı şəhəri, A.M.Cümə küçəsi, ev 22, mənzil 1-də yaşayan qızı – X6, 1/8 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş, 11/20601 nömrəli, xx.xx.2009-cu il tarixli, forma 1 arayışa və 36 nömrəli reyestr kitabının 5394-cü səhifəsində 30/14091 nömrəli qeydlə, xx.xx.1997-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında ünvan 4-da faktiki 0.0552 ha torpaq sahəsində yerləşən y/s 50.1 kv.m, köməkçi sahəsi 27.4 kv.m, ümumi sahəsi 77.5 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin 2/8 hissəsindən ibarətdir. Evin 5/8 hissəsi vəsiyyətnamə üzrə İddiaçı şəhadətnamə verilmişdir, 1/8 hissəsi mərhumun adına açıq qalır.
10. X25 tərəfindən verilmiş, xx.xx.1998-ci il tarixli, 23-İ-90 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 5 ünvanında yerləşən şəxsi yaşayış mənzilini İddiaçı vəsiyyət etmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş, xx.xx.2009-cu il tarixli, 05/01-H-41/13 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri 10 saylı dövlət notariat kontorunda 22 iyun 1998-ci il tarixdə 2V-1-90 reyestr nömrəsilə qoyulmuş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin saxlanılması barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmış və həmin notariat kontorunda təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2023-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə Dövlət notariat arxivinə məlumat daxil olmamışdır.
12. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2009-cu il tarixli, AZ-İ seriyalı, 341908 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 632 nömrə ilə qeyd edilmişdir.
13. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.1982-ci il tarixli, AZ-İ seriyalı, 306846 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1982-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1982-ci il tarixdə 417 nömrə ilə qeyd edilmişdir.
14. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2008-ci il tarixli, AZ-İİ seriyalı, 181789 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (atası X25, anası X15) xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1958-ci il tarixdə 24 nömrə ilə qeyd edilmişdir.
15. Bakı şəhəri Orconokidze rayon Qeydiyyat Şöbəsi (Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsi) tərəfindən verilmiş, xx.xx.1981-ci il tarixli, Vİİİ-JQ seriyalı, 320620 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 (atası X25, anası X15) xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci il tarixdə 289 nömrə ilə qeyd edilmişdir.
16. Bakı şəhəri Orconokidze rayon Qeydiyyat Şöbəsi (Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsi) tərəfindən verilmiş, xx.xx.1981-ci il tarixli, Vİİİ-JQ seriyalı, 320621 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh (atası X25, anası X15) xx.xx.1948-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1949-cu il tarixdə 271 nömrə ilə qeyd edilmişdir.
17. Bakı şəhəri Orconokidze rayon Qeydiyyat Şöbəsi (Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat Şöbəsi) tərəfindən verilmiş, xx.xx.1972-ci il tarixli, İ-JQ seriyalı, 327736 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 (atası X25, anası X15) xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1972-ci il tarixdə 82 nömrə ilə qeyd edilmişdir.
18. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, 088814 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 6, 39 nömrəli yaşayış evi X14 adına xüsusi mülkiyyət hüququ kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 36 nömrəli reyestr kitabında 5394-cü səhifədə 14091 nömrə, xx.xx.1997-ci il tarixində qeydiyyat aparılmışdır.
19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2009-cu il tarixli, 11/20601 nömrəli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi ünvanında yerləşən döngə 6, 39 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.
20. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Bülbülə qəsəbə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2009-cu il tarixli, 161 nömrəli arayışın surətindən görünür ki, Rzayev X16 qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 6-cı döngə, 39 saylı evdə qeydiyyatdadır.
21. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin başçısının Bülbülə qəsəbə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2009-cu il tarixli, 26 nömrəli arayışın surətindən görünür ki, 1923-cü il təvəllüdlü X2 qəsəbəsi M.Bəydəmirov küçəsi, döngə 6, ev 39 pasport qeydiyyatında olmuşdur. Onun həyat yoldaşı 1926-cı il təvəllüdlü X15 ilə birgə nikahından Cavabdeh, X11, X12, X10 dünyaya gəlmişdir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 3165/7-1148-23/75 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi” nəzərdən keçirilərkən Cavabdeh xx.xx.1971-ci il tarixdə 346 saylı aktla Suraxanı rayon qeydiyyat şöbəsində xx.xx.1950-ci il təvəllüdlü Rzayeva (Məcidova) Həqiqət İbrahim qızı ilə nikaha daxil olduğu, həmin nikahın isə xx.xx.1976-cı il tarixdə 04 saylı aktla elə həmin qeydiyyat şöbəsində pozulduğu məlum olmuşdur. Cavabdeh yenidən xx.xx.1977-ci il tarixdə 1460 saylı aktla Bakı Nikah evində xx.xx.1953-cü il təvəllüdlü Rzayeva (Ağabəyova) Nailə Xocabəy qızı ilə nikaha daxil olmuş və nikah xx.xx.1990-cı il tarixdə 51 saylı aktla Nərimanov rayon qeydiyyat şöbəsində pozulmuşdur. Eyni zamanda valideynləri Cavabdeh və Rzayeva Nailə olan xx.xx.1978-ci il təvəllüdlü X17 doğumu 1978-ci il tarixdə 1237 saylı aktla, xx.xx.1982-ci il təvəllüdlü X26 doğumu xx.xx.1982-ci il tarixdə 914 saylı aktla, xx.xx.1979-cu il təvəllüdlü X20 doğumu xx.xx.1980-ci il tarixdə 70 saylı aktla Suraxanı rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır.
23. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, xx.xx.1948-ci il təvəllüdlü Cavabdeh xx.xx.2001-ci il tarixdə ölkə sərhədindən çıxış etmiş, həmin tarixdən sonra hər hansı girişçıxışı qeydə alınmamışdır.
İşin faktiki halları.
24. İddiaçı və Cavabdeh bacı-qardaşdır. Onların atası X25 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir.
25. X24 miras qalmış əmlak – ünvan 4 ünvanında yerləşən evin 5/8 hissəsi vəsiyyətnamə üzrə vərəsəlik əsasında İddiaçı, hər birinə 1/8 pay olmaqla, cəmi 2/8 hissəsi miras əmlakda məcburi pay hüququ olan mərhumun digər qızları X7 və X5 verilmişdir. Miras əmlakın 1/8 hissəsi isə mərhumun adında açıq saxlanmışdır.
26. Sonradan digər vərəsələr öz paylarından İddiaçı xeyrinə imtina etmiş, İddiaçı əmlak üzərində 7/8 hissədə mülkiyyət hüququ tanınmışdır.
Tətbiq edilən hüquq.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 1193. Mirasda məcburi pay anlayışı. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququnun əmələ gəldiyi an. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1202. Məcburi payı qəbul etməkdən imtina. 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Maddə 1243. Mirasın qəbul edilməsi. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Mirasın qəbul edildiyi müddət. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1262. Mirasdan imtina zamanı payın birləşdirilməsi. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1273-1. Vərəsənin susması. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
29. İşin faktiki hallarından görünür ki, tərəflərin mərhum atası X8 miras qalmış əmlakla bağlı vəsəlik işi 2010-cu ildə açılmışdır. Mərhum atasının vəsiyyətnamə üzrə vərəsəsi olan İddiaçı miras əmlakdan 5/8 hissədə pay almış, qalan paydan hər birinə 1/8 hissə olmaqla iddiaçının iki bacısı məcburi pay almış, yerdə qalan 1/8 hissə isə mərhumun adında açıq saxlanmışdır. Lakin sonradan digər bacılar öz payından iddiaçının xeyrinə imtina etdiyindən iddiaçının həmin ev üzərində 7/8 hissədə mülkiyyət hüququ qeydə alınmışdır.
30. Cavabdeh isə mərhum miras qoyanın oğludur. Lakin o, miras əmlakda məcburi payını qəbul etməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş məlumatdan görünür ki, o, xx.xx.2001-ci il tarixdə ölkə sərhədindən çıxış etmiş, həmin tarixdən sonra hər hansı giriş-çıxışı qeydə alınmamışdır.
31. Beləliklə, cavabdeh mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etməmişdir. Belə ki, bu müddət ərzində o, nə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə ilə müraciət etmiş, nə də miras əmlakı faktiki qəbul etmişdir. Belə olan halda Cavabdeh qanunla müəyyən edilmiş mirasın qəbulu müddətini ötürdüyü aşkardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
32. Cavabdehin əksinə, iddiaçı isə atasından vəsiyyətnamə üzrə ona miras qalmış əmlakı qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh qəbul etmədiyi mirasda məcburi payı (1/8 hissə) üzərində həmin miras əmlakın vəsiyyətnamə üzrə vərəsəsi olan İddiaçı payı müəyyən edilməlidir. Lakin məhkəmə tələbin həmin payın iddiaçının mülkiyyətinə verilməsi hissəsində iddianı təmin etmir. Çünki artıq miras əmlakın açıq saxlanılmış hissəsi üzərində iddiaçının payının tanınması onun bu pay üzərində mülkiyyət hüququ əldə etməsi üçün əsasdır.
Məhkəmənin gəldiyi nəticə.
33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X1 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin mərhumun adında açıq saxlanılmış 1/8 hissəsi üzərində vəsiyyətnamə üzrə vərəsə olan İddiaçı payı tanınmalı, iddia qalan hissədə təmin edilməməlidir.
34. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. X1 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin mərhumun adında açıq saxlanılmış 1/8 hissəsi üzərində İddiaçı payı tanınsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva