Məhkəmə qərarları › İş №2(010)-2232/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2232/2023

13.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2232/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, *2 fevral *995-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə tələbini müdafiə edib izahatında bildirdi ki, onun X5 üzərində qəyyum təyin olunmaq barədə müraciətinə Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti özünün N6*-099 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə cavab verərək bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7 və 32*-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarında şəxsin fəaliyyət qabiliyyəti omayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin olunur. X3 *2.02.*995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X9 anadan gəlmə qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitq və davranış pozuntusu ilə debillik dərəcəsində olan xəstəlikdən əziyyət çəkir, əmək qabiliyyətsizdir, daim kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bununla bağlı AR Ə və ƏSMN Tibbi-Sosial Ekspert Komissiya tərəfindən ona 0*.05.20*5-ci il tarixdə müddətsiz əlillik təyin edilmişdir. X* psixi qüsurlanna görə məhkəmə qətnaməsinə əsasən “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, *2 fevral *995-ci il təvəllüdlü X5 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. 2 saylı X2 *2.03.20*3-cü il tarixli «sağlamlıq vəziyyətinin müayinə edilməsi» barədə aktdan görünür ki, *995-ci il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixdən 20.*2.20*2-ci il tarixədək stasionar qaydada müayinə olunmuşdur.Diaqnozu: yüngül dərəcədə kəmağıllıq, (orta debillik dərəcəsində) davranış pozuntusu ilə F.70.0 Qaraçuxur qəsəbə nümayəndəliyi tərəfindən 27.02.*995-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 *2 fevral *995-ci ildə doğulmuş və valideynləri Ərizəçi və X4r. Əllik haqqında arayışdan görünür kİ, *2 fevral *995-ci il təvəllüdlü X9 ümumi xəstəlikdən müddətsiz ikinci qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3253 saylı rəyindən görünür ki, X6 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - doğuş travması ailə anadan olması, erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X*5 Xəstəlikləri Dispanserində, X8 müalicədə olması, xəstəliyi ilə əlaqədar İİ dərəcəli əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-verbal kontakta çətin daxil olması, sualları başa düşə bilməməsi, söz ehtiyatının kasadlığı, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, davranış pozuntuları aşkar etməsi, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X*0 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: X6 ağır dərəcəli əqli gerilik aşkar olunur. X9 onda qeyd olunan əqli gerilik ağır dərəcədə təzahür edir. X*0 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 dərin əqli gerilik qeyd olunduğundan öz psixi vəziyyətinə görə iş üzrə izahat vermək qabiliyyətinə malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 3*7.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 32*.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, *2 fevral *995-ci il təvəllüdlü X9 Ərizəçi oğludur. Ərizəçinin oğlu *2 fevral *995-ci il təvəllüdlü X6 “ağır dərəcəli əqli gerilik (F72) aşkar olunur. *2 fevral *995-ci il təvəllüdlü X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və *2 fevral *995-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *2 fevral *995-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar