Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2263/2024 10.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “enerji sərfiyyatına görə yazılmış əsassız borcun silinməsi və sayğacın kodunun dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “enerji sərfiyyatına görə yazılmış əsassız borcun silinməsi və sayğacın kodunun dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, mənzil 146-ya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yazılmış 4948.34 manat borcun X2 aid olunması, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, mənzil 146-ya yeni sayğacın quraşdırılması və həmin sayğaca onun adına kodun açılmasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X4 1993-cü ilin əvvələrində Bakı Baş Tikinti idarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 45-də 146 nömrəli 2 otaqlı mənzil verilmişdir. Həmin yaşayış binası tam istifadəyə verilməmişdir. Onlara məxsus mənzil də həmin vaxt tam tikilməmişdir. Ona görə də onlar həmin mənzilə köçməmişdirlər. Lakin 1993-cü ilin axırlarında tarix dəqiq yadında qalmamışdır, həmin vaxt Füzuli rayonundan məcburi köçkün olan X5 ailəsi ilə birlikdə onların mənzillərini zəbt edərək orada məskunlaşmışdırlar. Həmin vaxt onların onları mənzillərindən çıxarmaq istəklərinə baxmayaraq, həmin ailə 2023-cü ilin oktyabr ayına kimi onların mənzilində yaşamışdırlar. Yaşadıqları dövr ərzində mənzillərində kommunal xərcləri qaz, işıq, su pulunun ödənişlərini onlar etmişdirlər. Belə ki, onların ailəsi orada yaşamadığına görə Ədalət Sərkərov işlətdikləri qaz, işıq və su pulunun müqabilində ödənişlər etdiyindən onların heç bir məlumatı olmamışdır. Möhtərəm Prezidentin apardığı siyasət nəticəsində 44 günlük müharibə zamanı torpaqlar geri alınmış və X5 ailəsi ilə birlikdə 2023-cü ilin oktyabr ayında doğma torpaqlarına qayıdaraq evlərini boşaltmışdırlar. Bundan sonra o, 2023-cü ilin oktyabr ayında mənzilində olan elektrik sayğacının Ədalət Sərkərovun adına olduğunu bilmişdir və elektrik sayğacının öz adına sənədləşdirmək üçün “Asan” xidmət mərkəzinə getmişdir və orada bilmişdir ki, onun istifadə etmədiyi elektrik enerjisinə görə borcu yaranmışdır. Məlum olmuşdur ki, X5 mənzilində yaşadığı müddət ərzində mənzilə öz adına elektrik sayğacı qoydurmuşdur. X1 adına olan **********50146 abunə kodlu elektrik sayğacında 4948.34 manat borc yaranmışdır. Bildirdiyi kimi, onlar həmin ünvanda yaşamamışdır, həmin ünvanda X5 1993-cü ildən 2023-cü ilin oktyabr ayına kimi yaşamışdır və yaranmış borc da ona məxsusdur. İşıq pulunun silinməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X3 X7, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etməyinə baxmayaraq Ədalət Sərkərovun işlətdiyi və adına olan işıq pulu borcunu silən olmamışdır. Onun müraciətinə cavab olaraq bildirilmişdir ki, "Azərbaycan Respublikası Qaçqınların və X3 X7 daxil olmuş İddiaçı ona məxsus olan yuxarıda göstərilən ünvanda (ünvan 1arımtikili binada xx.xx.2023-cü il tarixədək Füzuli rayonundan məcburi köçkün X1 ailəsi ilə birgə məskunlaşdığını və həmin dövr üzrə elektrik enerjisinə hesablanmış 5004,82 manat borcun silinməsi barədə ərizəsi baxılması üçün Azərişıq ASC-nə göndərilir". Ona görə də onun hazırda mənzilində işıq kəsilmişdir və o mənzilinə yığışa bilmir. Həmçinin müraciəti əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı cavabda göstərilmişdir ki, “**********50146 saylı kod üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, ay ərzində sərf edilən elektrik enerjisinin Qaçqınlar və Məcburi köçkünlərə ayrılmış limitindən artıq olduğu müəyyən edilmişdir. Belə ki, bir nəfər üçün limit 21 manat olduğu halda, enerji sərfiyyatı təxminən 100-200 manat təşkil etmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixinə ödənişi tələb olunan 4948,34 manat məbləğində borc yaranmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbər verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materialları. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-36/2-T- 69xx-xx/2023/5591 nömrəli məktubdan görünür ki, məcburi köçkün Ədalət Sərkərovun ailə tərkibi 3 nəfər olmaqla adları 33 manat məbləğində vahid aylıq müavinət alan və elektrik enerjisindən istifadə haqqı adambaşına ayda 300 kvt.saat norma üzrə dövlət hesabına mərkəzləşmiş qaydada "xxxx" ASC-yə ödənilən Forma-2 adlı siyahısında “ünvan 2 ünvanında qeyd olunmuşdur. Yaranmış borcun araşdırıb silinməsi xahiş edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-13/2-2/18-T-8797-5/2023 nömrəli cavab məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli müraciətə baxılmış və bildirilmişdir ki, **********50146 saylı kod üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, ay ərzində sərf edilən elektrik enerjisinin Qaçqınlar və məcburi köçkünlərə ayrılmış limitindən artıq olduğu müəyyən edilmişdir. Belə ki, bir nəfər üçün ayrılmış limit 21 manat olduğu halda, enerji sərfiyyatı təxminin 100-200 manat təşkil etmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixinə ödənişi tələb olunan 4948,14 manat məbləğində borc yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-13/2-2/18-T-8797/2-5/2023 nömrəli cavab məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müraciətə baxılmış və bildirilmişdir ki, **********50146 saylı kod üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, ay ərzində sərf edilən elektrik enerjisinin Qaçqınlar və məcburi köçkünlərə ayrılmış limitindən artıq olduğu müəyyən edilmişdir. Belə ki, bir nəfər üçün ayrılmış limit 21 manat olduğu halda, enerji sərfiyyatı təxminən 100-200 manat təşkil etmişdir. Bu səbəbdən xx.xx.2011-ci il tarixinə 450,68 manat borc yaranmışdır. Qeyd edilən borc istehlak edilmiş, lakin ödənilməmiş elektrik enerjisinin dəyəridir və ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Bu borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. xx.xx.2023-cü il tarixinə isə ödənişi tələb olunan borc 4948,14 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 52.72 kv.metr mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin “Abunə haqqında” məlumatdan görünür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli – Tr.Baza, ev(bina):0015, mənzil:0146 ünvanında **********50146 kodlu abonent Ədalət Sərkərova xx.xx.2016-cı il tarixində (qaçqın borcu silinmə) 4538.18 manat məbləğində borc hesablanmışdır. Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2263/2024 saylı Qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “enerji sərfiyyatına görə yazılmış əsassız borcun silinməsi və sayğacın kodunun dəyişdirilməsi” tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, mənzil 146-ya yeni sayğacın quraşdırılması və həmin sayğaca onun adına kodun açılmasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi hissəsində xitam verilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ... öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. "Elektrik enerjisindən istifadə” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı Qərarı 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.18. İstehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, mənzil 146-ya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yazılmış 4948.34 manat borcun X2 aid olunmasını tələb edir. İlk növbədə məhkəmə qeyd edir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 45-də yerləşən 146 nömrəli mənzilin mülkiyyətçisidir. Lakin, sözügedən mənzildə elektrik enerjisinin verilməsi ilə bağlı müqavilə X5 ilə bağlanmış və Nazirlər Kabinetinin müvafiq qaydalarına əsasən, mənzilə sayğac quraşdırılmışdır. Bu səbəbdən "xxxx" ASC-nin abonent kartında həmin ünvanda X1 adı qeyd edilmişdir. Belə olan halda müəyyən edilir ki, hesablanmış borc X2 aiddir. Məhkəmə qeyd edir ki, iddiaçının da bu barədə məlumatı vardır və buna görə də onun tələbi qeyri-müəyyən hesab edilir. İddiaçı iddia tələbinə heç bir dəqiqləşdirmə verməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 3-ya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yazılmış borcun X2 aid olunması faktı heç bir şübhə yaratmadığından, artıq bəlli və mübahisələndirilməyən olduğundan, onun məhkəmə tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur. Həmçinin İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, mənzil 146-ya yeni sayğacın quraşdırılması və həmin sayğaca onun adına kodun açılmasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsini tələb etmişdir. Bu hissədə məhkəmə tərəfindən iddia tələbinə xx.xx.2024-cü il tarixli, 2(010)-2263/2024 saylı qərardadı ilə xitam verilmişdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yazılmış 4948.34 manat borc iş materiallarından da göründüyü kimi, X2 məxsusdur. Bu faktın məhkəmə tərəfindən yenidən müəyyən edilməsinə ehtiyac yoxdur. Bu səbəbdən, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, mənzil 146-ya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yazılmış 4948.34 manat borcun X2 aid olunması tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərcləri İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Lakin, bu iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verildikdən, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Belə olan halda, dövlət rüsumu tutulmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, mənzil 146-ya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yazılmış 4948.34 manat borcun X2 aid olunmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-2263/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2263/2024
10.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver