Məhkəmə qərarları › İş №2(010)-2263/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2263/2025

25.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2263/2025 25.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Azərbaycan Dövlət Neft X* Yoldaşlığı Üzvlərinin “Gülüstan-*” sahəsi üzrə siyahısında sıra nömrəsi *8, soyadı “Bağırov”, adı “Qubad”, ata adı “Bəhrəm oğlu” kimi yazılmış, Azərbaycan Dövlət Neft X4 Komitəsi “Gülüstan-*” Bağçılıq Yoldaşlığının üzvü, *8 nömrəli torpaq sahəsinin bölgü cizgisi sənədində “X*3” kimi yazılmış və Azərbaycan Dövlət Neft Akademiyası “Gülüstan-*” X9 üzvlük biletində “X*4” kimi yazılmış bu qeyd olunan hüquqmüəyyənedici sənədlərin eyni şəxs olan, yəni Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun işlədiyi Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Neft Kimya İnstitutunun (sonradan Azərbaycan Dövlət Neft Akademiyası) müraciəti əsasında, Bakı şəhəri X*7 İcraiyyə Komitəsinin 2* iyul *989-cu il tarixli, 6/255 nömrəli qərarı ilə Bakı şəhəri, Lenin (indiki Sabunçu) rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən Ləhiş bağ sahəsi kimi ayrılmış və Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağında torpaq sahəsi əmək kollektivi arasında hər birinə 5 sot olmaqla bölüşdürülərək idarə edilməsi üçün “Gülüstan-*” Bağçılıq Yoldaşlıq Cəmiyyəti yaradılmışdır. Həmin bölgü siyahısında onun sıra nömrəsi *8-ci, soyadı “Bağırov”, adı “Qubad”, ata adı “Bəhrəm oğlu” kimi yazılmış, bölgü sxemində yazılmış “X*3” kimi yazılmış və üzvlük biletində “X*4” kimi yazılmışdır. Halbuki onun doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi yazılmışdır. Ona bağ sahəsi kimi ayrılmış 5 sot torpaq sahəsini hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinin 23.0*.2025-ci il tarixli, **********63, 3-2*-3-30/2-B-0066/02-8/2025 nömrəli cavab məktubunda göstərilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Lehiş bağ massivində yerləşən “*8” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 2430*540*6 nömrəli, *8.*2.2024-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim olunmuş sənədlər surətdir və həmin sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, ərizənizdə ata adınız “Bəhrəli” kimi, müvafiq bağçılıq-yoldaşlığın üzvlük kitabçasında isə “Bəhrəm” kimi qeyd olunmuşdur. Həmçinin sənədlər toplusuna şəxsiyyətiniz təsdiq edən sənəd əlavə olunmamışdır”. Hal-hazırda həmin sənədlərdə düzəliş etmək, səhvlərin aradan qaldırılması mümkün deyildir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Azərbaycan Dövlət Neft Akademiyası “Gülüstan-*” Bağçılıq Yoldaşlığı tərəfindən *0.03.*989-cu il tarixdə verilmiş *8 nömrəli kitabçanın dublikatından görünür ki, X*4 Azərbaycan Dövlət Neft Akademiyası “Gülüstan” Bağçılıq Yoldaşlığı Cəmiyyəti Üzvlərinin *0.03.*989-cu il tarixli, 03 nömrəli protokoluna əsasən Bağçılıq Yoldaşlığı Cəmiyyətinə üzv qəbul edilmiş, Bağçılıq Cəmiyyəti bağından (Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında yerləşən, “Ləhiş” adlanan torpaq sahəsi) sahəsi 500 kv.metr olan, *8 nömrəli bağ sahəsi *0.03.*989-cu il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir.

6. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 28.05.20*7-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 942*52 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (X*5, anası X*8) xx.xx.*94*-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 28.08.*94*-ci il tarixdə *025 nömrə ilə qeyd edilmişdir.

7. Azərbaycan Dövlət Neft X4 Komitəsi tərəfindən tərtib edilmiş Azərbaycan Dövlət Neft X* Yoldaşlığı Üzvlərinin “Gülüstan-*” sahəsi üzrə siyahısının surətindən aşağıdakılar görünür: № *8. Bağ sahəsi sahiblərinin soyadı, adı, atasının adı – “X*4”, iş yeri, vəzifəsi və iş telefonu – “Elektrotexnika və neft sənayesinin energetikası kafedrası, baş laborant”, ünvan və ev telefonu – “Razin qəsəbəsi, Neftçi küçəsi 3”.

8. Azərbaycan Dövlət Neft X4 Komitəsi “Gülüstan-*” Bağçılıq Yoldaşlığının üzvü X7 məxsus olan *8 nömrəli torpaq sahəsinin cizgisinin surətindən görünür ki, torpaq sahəsi 500 kv.metr olmaqla, şimaldan *9 saylı, cənubdan *7 saylı, şərqdən 47 saylı torpaq sahəsi ilə, qərbdən isə yolla əhatə olunmuşdur.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 23.0*.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, təqdim olunmuş sənədlərin kserosurət formasında olması, həmin sənədlər arasında uyğunsuzluqların mövcud olması, ərizədə ata adı “Bəhrəli” kimi, müvafiq bağçılıq-yoldaşlığın üzvlük kitabçasında isə “Bəhrəm” kimi qeyd olunması, həmçinin sənədlər toplusuna şəxsiyyəti təsdiq edən sənəd əlavə olunmaması, elektron kadastr məlumatlarına əsasən şərti göstərilən ərazinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması, ərizəçi tərəfindən torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisinin fərqli əraziyə aid olması bildirilmiş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun *5-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. *0. Bakı şəhər X*7 İcraiyyə Komitəsi tərəfindən qəbul edilmiş 2*.07.*989-cu il tarixli, 6/255 nömrəli qərarın arxiv çıxarışından görünür ki, Kollektiv bağçılığın daha da inkişaf etdirilməsi tədbirləri haqqında respublikanın direktiv orqanlarının qərarlarını icra etmək məqsədilə Bakı şəhər X*0 icraiyyə komitəsi qərara almışdır ki, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi *50 nəfərlik tərəfdaşlığın üzvünə Lenin rayonunun Nardaran qəsəbəsindən şimal-qərbdə baçılıq tərəfdaşlıqlarının ayrılmış sahəsinin ərazisində bir sıra vəzifə və səlahiyyətlər tapşırılmışdır.

İşin faktiki halları.

**. Ərizəçi *965-ci ildən M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun Elektrotexnika və neft sahəsinin energetikası kafedrasında işləmişdir. *2. Azərbaycan Dövlət Neft X4 Komitəsi tərəfindən tərtib edilmiş Azərbaycan Dövlət Neft X* Yoldaşlığı Üzvlərinin “Gülüstan-*” sahəsi üzrə bağ sahiblərinin adlarının göstərildiyi siyahıda *8-ci nömrədə Akademiyanın Elektrotexnika və neft sahəsinin energetikası kafedrasının baş laborantı kimi X5 adı qeyd edilmişdir. *3. Azərbaycan Dövlət Neft Akademiyası “Gülüstan-*” Bağçılıq Yoldaşlığı tərəfindən *0.03.*989-cu il tarixdə verilmiş *8 nömrəli kitabçada Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş torpaq sahəsindən 500 m2 sahəsi olan *8 nömrəli bağ sahəsinin *0.03.*989-cu il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə etmək üçün X8 verildiyi qeyd edilmişdir. *4. Azərbaycan Dövlət Neft X4 Komitəsi tərəfindən verilmiş *8 nömrəli torpaq sahəsinin cizgisində torpaq sahəsinin “Gülüstan-*” Bağçılıq Yoldaşlığının üzvü kimi X7 məxsus olduğu qeyd edilmişdir.

Tətbiq edilən hüquq.

*5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*6. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarı.

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Məhkəmənin mövqeyi.

*7. İşin faktiki hallarından göründüyü kimi, Ərizəçi *965-ci ildən M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun Elektrotexnika və neft sahəsinin energetikası kafedrasında işləmişdir. Bakı şəhər X*0 2*.07.*989-cu il tarixli qərarı ilə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun əməkdaşlarına Lenin (hazırda Sabunçu) rayonun Nardaran qəsəbəsinin şimal-qərbində bağçılıq tərəfdaşlıqları üçün sahə ayrılmışdır. Bu qərara uyğun olaraq, Azərbaycan Dövlət Neft X* Yoldaşlığı Üzvlərinin “Gülüstan-*” sahəsi üzrə bağ sahiblərinin adlarının göstərildiyi siyahıda *8-ci nömrədə Akademiyanın Elektrotexnika və neft sahəsinin energetikası kafedrasının baş laborantı X5 adı qeyd edilmişdir. “Gülüstan-*” Bağçılıq Yoldaşlığı tərəfindən *0.03.*989-cu il tarixdə verilmiş *8 nömrəli kitabçada isə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş torpaq sahəsindən 500 m2 sahəsi olan *8 nömrəli bağ sahəsinin *0.03.*989-cu il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə etmək üçün X8 verildiyi qeyd edilmişdir. Həmçinin Azərbaycan Dövlət Neft X4 Komitəsi tərəfindən verilmiş *8 nömrəli torpaq sahəsinin cizgisində torpaq sahəsinin “Gülüstan-*” Bağçılıq Yoldaşlığının üzvü kimi X7 məxsus olduğu qeyd edilmişdir. *8. Göründüyü kimi, Ərizəçi M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun (sonralar Azərbaycan Dövlət Neft Akademiyası) əməkdaşlarından olmuşdur. Bakı şəhər X*0 2*.07.*989-cu il tarixli qərarı ilə həmin institutun əməkdaşlarına Sabunçu rayonun Nardaran qəsəbəsinin şimal-qərbindən bağçılıq tərəfdaşlıqları üçün sahə ayrılmışdır. Bu qərara uyğun olaraq, bağ sahiblərinin siyahısında Akademiyanın Elektrotexnika və neft sahəsinin energetikası kafedrasının baş laborantı kimi X*6, müvafiq üzvlük kitabçasında X*4, torpaq sahəsinin cizgisində isə X6 adı qeyd edilmişdir. Hansı ki, Ərizəçi bu sənədlərin verildiyi dövrdə, həmin institutda (sonradan akademiyada), həmin kafedrada, həmin vəzifədə (baş laborant) işlədiyi iş materiallarında olan əmək kitabçasından görünür. Məhkəmə hesab edir ki, bu hal sözügedən sənədlərdə X3 göstərilmiş şəxsin Ərizəçi olduğunu göstərir. Belə görünür, həmin sənədlərdə texniki səhvə yol verilərək, ərizəçinin adı və ata adı səhv yazılmışdır. *9. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən sənədlər hüquqmüəyyənedici sənədlərdir. Çünki bu sənədlər ərizəçiyə torpaq sahəsi ilə bağlı hüquqlar verir və bu sənədlər əsasında ərizəçi həmin sahə ilə bağlı hüquqlarını dövlət qeydiyyatına aldıra bilər. Bu səbəbdən məhkəmə hazırda təsdiq edilməsi xahiş edilən faktı hüquqi əhəmiyyəti olan fakt kimi qiymətləndirir. Bu faktın təsdiq edilməsi üçün yuxarıda qeyd edilmiş kifayət qədər əsasların olduğunu nəzərə alan məhkəmə hesab edir ki, sözügedən sənədlərin ərizəçiyə məxsus olması faktı müəyyən edilməlidir. Odur ki, ərizə təmin edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Dövlət Neft Akademiyası “Gülüstan-*” Bağçılıq Yoldaşlığı tərəfindən *0.03.*989-cu il tarixdə verilmiş *8 nömrəli kitabçanın, Azərbaycan Dövlət Neft X4 Komitəsi tərəfindən tərtib edilmiş Azərbaycan Dövlət Neft X* Yoldaşlığı Üzvlərinin “Gülüstan-*” sahəsi üzrə siyahısının *8-ci sıra nömrəsinin və həmin *8 nömrəli torpaq sahəsinin Azərbaycan Dövlət Neft X4 Komitəsi tərəfindən tərtib edilmiş cizgisinin Ərizəçi məxsus olması müəyyən edilməlidir. 2*. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Azərbaycan Dövlət Neft Akademiyası “Gülüstan-*” Bağçılıq Yoldaşlığı tərəfindən *0.03.*989-cu il tarixdə verilmiş *8 nömrəli kitabçanın, Azərbaycan Dövlət Neft X4 Komitəsi tərəfindən tərtib edilmiş Azərbaycan Dövlət Neft X* Yoldaşlığı Üzvlərinin “Gülüstan-*” sahəsi üzrə siyahısının *8-ci sıra nömrəsinin və həmin *8 nömrəli torpaq sahəsinin Azərbaycan Dövlət Neft X4 Komitəsi tərəfindən tərtib edilmiş cizgisinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar