Məhkəmə qərarları › İş №2(010)-2278/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2278/2022

01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2278/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi tərəfindən xx.xx.1995 il tarixdən xx.xx.2015-ci il tarixinədək müddət ərzində yaşı 70-dən yuxarı olan X2 qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, 1995- 2015-ci illərdə yaşı 70-dən yuxarı olan X2 qulluq etmişdir. L.Hüseynova 1922-ci il təvəllüdlü olmuşdur və ona qulluq etdiyi müddətdə onun yaşı 70-dən çox olub. L.Hüseynovanın əri xx.xx.1995-ci ildə vəfat etdikdən sonra onu gətirib öz evində saxlamış və ona ömrünün sonuna kimi qulluq etmişdir. O, L.Hüseynovaya qulluq etməsi ilə yanaşı o, faktiki olaraq ərizəçinin öhdəsində olmuşdur. X3 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda özü təqaüd yaşına çatmış və bunun rəsmiləşdirilməsi məqsədilə DSMF Suraxanı rayon şöbəsinə müraciət etmişdir. O, X2 qulluq etdiyi dövr sosial sığorta stajına aid edilməlidir. Bu məsələ ilə bağlı hüquq mübahisəsi yoxdur. 1995-2015-ci illərdə yaşı 70dən yuxarı olan X2 qulluq etməsi şahidlər tərəfindən təsdiq oluna bilər. xx.xx.1995 il tarixdən başlayaraq xx.xx.2015-ci il tarixinədək yaşı 70-dən yuxarı olan X2 qulluq etməsi faktının müəyyən edilməsi həmin müddətin pensiya stajına daxil olunması üçün tələb olunur və həmin məqsəd üçün hüquqi əhəmiyyətli faktdır. Bu hüquqi əhəmiyyətli faktı başqa üsulla təsdiq etmək mümkün olmadığı üçün məhkəməyə müraciət edir. Ona görə də məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, o, ərizəçinin qardaşıdır. Atası 1995-ci ildə rəhmətə gedəndən sonra anası xəstələnmişdir. Anası xəstələndikdən sonra ona Ərizəçi baxıb qulluq etmişdir. Anasına ölən günə kimi bacısı baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, ərizəçi qardaşının yoldaşıdır. 1995-ci ildən atası rəhmətə gedəndən sonra X1. Ərizəçi 1995-ci ildən X2 qulluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, o, 1985-ci ildən ərizəçinin qonşusudur. O, qonşu kimi bilirdi ki, anası Himayə ilə yaşayırdı. Himayənin anası xəstə olduğuna görə Himayə işdən çıxıb anasına qulluq edirdi. Sonradan anasına Himayə özü qulluq etmişdir. Orada da Himayənin anası vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli ərizəçiyə ünvanladığı “yaşa görə əmək pensiyasınının təyin edilməsindən imtina olunması” barədə məktubundan müəyyən olunur ki, təqdim etdiyi xx.xx.1979-cu il tarixli əmək kitabçasının surətinə əsasən sığorta stajı 11 il 6 ay 12 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. 154 №-li MTK-nın xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Əhmədova X6 rayonu, Yeni Günəşli qəsəbəsi, A-B massivi, ev 135 A mənzil 132-də yaşayır. Həqiqətən 1922-ci il təvəllüdlü X2 1995-ci ildən etibarən 2015-ci ilə qədər olan dövrdə qulluq etmişdir. 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X3 xx.xx.2015-ci ildə ölmüşdür. Nəsimi rayon Sosial Təminat şöbəsinin 22834 saylı vəsiqəsindən müəyyən olunur ki, X3 1922-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi 1995-ci ildən başlayaraq 2015-ci ilə qədər 1922-ci il təvəllüdlü anası X2 qulluq etmişdir. X3 xx.xx.2015ci ildə ölmüşdür. Hazırda ərizəçi, özünün xx.xx.1995 il tarixdən xx.xx.2015-ci il tarixinədək müddət ərzində yaşı 70-dən yuxarı olan X2 qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Faktın müəyyən olunması ərizəçiyə təsdiq olunmuş müddətin pensiya stajına daxil olması üçün lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu ildə Naxçıvan MR-nın Sədərək rayonunun Sədərək kəndində anadan olmuş Ərizəçi xx.xx.1995-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək müddət ərzində yaşı 70dən yuxarı olan X2 qulluq etməsi faktı müəyyən edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar