Məhkəmə qərarları › İş №2(010)-228/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-228/2020

12.08.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-228/2020 12.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasının etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu X10 xx.xx.1998-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Hazırda oğlu (anadangəlmə) uzun müddətdir ki, həm fiziki, həm psixi pozuntudan əziyyət çəkir. Ona həkimlər tərəfindən “Mşş üzvi xəstəliyi nəticəsində (ştrumpel miopatiyası) ağır dərəcəli əqli gerilik-dayaq aparatının pozuntusu ilə” diaqnozu qoyulmuşdur. Hal-hazırda oğlu tamamilə kənar şəxslərin qulluğundan asılıdır. Bu səbəbdən xəstə olan oğlunun əmək qabiliyyəti də yoxdur. İddiasına əlavə etdiyi AR ƏƏSMN X13 Komissiyasının müayinəsi ilə bağlı müayinə olunan şəxs üzrə məlumat arayışından da əlilliyi görünür. Yetkinlik yaşına çatanadək qanuni nümayəndəsi kimi onu valideyni olaraq o, təmsil etmiş və lazımi sənədlərin arxasınca gedib almışdır. Lakin oğlunun artıq 18 yaşı tamam olmuş və o, yetkinlik yaşına çatmışdır. Hal-hazırda onun qanunla müəyyən edilmiş qəyyumu olmadığından o, demək olar ki, hüquqi cəhətdən yardımsız qalıb. Bunun başlıca səbəbi isə kifayət qədər əsas olmasına baxmayaraq oğlunun indiyədək məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsidir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, oğlu X5 üzərinə qəyyum təyin edilməsi ilə bağlı Suraxanı Rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Lakin Suraxanı Rayonu İcra Hakimiyyəti Ə-322-099 saylı xx.xx.2019-cu il tarixli cavabla bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki- Prosesual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəuyğundur. Göründüyü kimi oğlu X5 əqli pozuntusu diaqnozu var. Onun şəxsi təmizliyinə və şəxsi gigiyenasına ərizəçi baxır. Eyni zamanda bildirir ki, onun daima nəzarətə və baxıma ehtiyacı var. Məhz bu səbəbdən oğlu – X12 məhkəmə qətnaməsində əsasında fəaliyyət qabiliyyətli olmayan şəxs sayılmalıdır. Bununla əlaqədar Ərizəçi xx.xx.1998-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasının etibarnamə üzrə nümayəndəsi X11 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 259421 nömrəli xx.xx.1999-cu il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X10 xx xxxxxx 1998-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, ata qrafasında X9, ana qrafasında Ərizəçi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 15952186 №-li şəxsiyyət vəsiqəsinin surətinə əsasən X10 xx xxxxxx 1998-ci il tarixdə Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Əliyev küçəsi, ev 2, mənzil 9A ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X1 xx.xx.2017-ci il tarixli Arayışına əsasən X7 müddətsiz İ qrup əlillik dərəcəsi verilmiş, kənar şəxsin qulluğuna ehtiyacı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 963 saylı ambulator məhkəməpsixiatrik ekspertizasının rəyinə əsasən X6 mərkəzi sinir sisteminin üzvi xəstəliyi, kəskin ağıl zəifliyi ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, müayinə zamanı təqdim edilmiş tibbi sənədlər və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə valideynləri qohum olmaqla dayıoğlu-bibiqızı olması, erkən dövrdən psixofiziki inkişafda gerilik biruzə verməsi, bununla əlaqədar Bakı şəhər X3, daha sonra Bakı şəhər RƏXD-də qeydiyyatda olmaqla müalicələrdə olması, hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olması, əqli geriliklə əlaqədar məktəbdə oxuya bilməməsi, yeriməkdə çətinlik çəkməsi, hərbi xidmətdən azad edilməsi, “MSS üzvi xəstəliyi nəticəsində (ştrumpel miopatiyası) ağır dərəcəli əqli gerilik, hərəkət-dayaq aparatının pozuntusu ilə” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi və s.) sübut edir. Hal-hazırda X6 müəyyən edilən psixi pozuntularla əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X6 müəyyən edilən Mərkəzi sinir sisteminin üzvi xəstəliyi, kəskin ağıl zəifliyi ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Məhkəmə iclasında vətəndaş X5 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1998-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, ünvan 1 mənzil 9A ünvanında qeydiyyatda olan və yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X10 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar