Məhkəmə qərarları › İş №2(010)-2290/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2290/2021

07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2290/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizə ilə müraciət edərək, X5 adına Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadənamə və sonuncunun adına olan ölüm haqqında şəhadətnamənin 35 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş Vəsiyyətnamə və evə dair texniki pasportu sənədlərin eyni şəxsə məxsus olması faktına dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, X6 adına qeyd olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça (Mağaza) küçəsi, 6A saylı evə dair texniki pasportunun AZ İ seriyalı 757663 №-li ölüm şəhadətnaməsi və JQ seriyalı 275537 №-li nikah haqqında bağlanması haqqında şəhadətnaməsində qeyd olunmuş X8 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, həyat yoldaşı X9 02.08.2015-ildə Bakı şəhərində vəfat etmişdir. Onun aid olan bütün sənədlərində - nikah haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə və sonuncu tərəfindən verilmiş vəsiyyətnamədə adı “Əlif “ qeyd edilsə də, adına olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça (Mağaza) küçəsi, 6A saylı evin texniki pasportunda adı səhvən “Arif’ kimi qeyd edilmişdir. Hal hazırda həmin ünvandakı evin onun adına özəllişdirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən onun müraciətinə imtina edilərək texniki pasportda mərhum ərinin adının “Arif’ kimi qeyd edildiyi üçün ona aid olan başqa sənədlərlə uyğun gəlmədiyini bildirmişlər. Ona görə də X6 adına qeyd olunmuş Bakı şəhəri, Suraxanı rayonu ,Hövsan qəsəbəsi, Baxça (Mağaza) küçəsi, 6A saylı evə dair texniki pasportunun AZ İ seriyalı 757663 №-li ölüm şəhadətnaməsi və JQ seriyalı 275537 №-li nikah haqqında bağlanması haqqında şəhadətnaməsində qeyd olunmuş X8 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmasını xahiş etmişdir.. Maraqlı tərəf – Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işin materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ İ seriyalı 757663 №-li ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki,X9 02 avqust 2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 26 iyun 2000-ci il tarixli vəsiyyatnamənin sürətindən görünür ki, X9 ona məxsus olan bütün əmlakını o cümlədən Bakı şəhəri, Hövsan qəsəbəsi, Maqazın qəsəbəsəindəki evi həyat yoldası Cabbarova Şəhzadə Mirzəli qızına vəsiyyət etmişdir. JQ seriyalı 275537 №-li nikah haqqında bağlanması haqqında şəhadətnamənin sürətindən göürünr ki, 15 sentyabR 1995-ci il tarixdə X9 ilə Cabbarova Şəhzadə Mirzəli qızı arasında nikah bağlanmış, akt qeydlər kitabında 349 №-ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Hövsan Qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli 52 №-li Arayışından görünür ki, X2 rayonu ,Hövsan qəsəbəsi,Baxça (Mağaza) küçəsi, 6A saylı evdə Ərizəçi ilə yaşamışdır. Beləliklə də, məhkəmə iclasında ərizəçinin izahatı və iş materialları ilə təsdiq olundu ki, X6 adına qeyd olunmuş Bakı şəhəri, Suraxanı rayonu ,Hövsan qəsəbəsi, Baxça (Mağaza) küçəsi, 6A saylı evə dair texniki pasport AZ İ seriyalı 757663 №-li ölüm şəhadətnaməsi və JQ seriyalı 275537 №-li nikah haqqında bağlanması haqqında şəhadətnaməsində qeyd olunmuş “X9” kimi qeyd olunmuş şəxsə məxsus olmuşdur. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki,ərizə təmin edilməli və X6 adına qeyd olunmuş Bakı şəhəri, Suraxanı rayonu ,Hövsan qəsəbəsi, Baxça (Mağaza) küçəsi, 6A saylı evə dair texniki pasportunun AZ İ seriyalı 757663 №-li ölüm şəhadətnaməsi və JQ seriyalı 275537 №-li nikah haqqında bağlanması haqqında şəhadətnaməsində qeyd olunmuş X8 məxsus olması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X6 adına qeyd olunmuş Bakı şəhəri, Suraxanı rayonu ,Hövsan qəsəbəsi, Baxça (Mağaza) küçəsi, 6A saylı evə dair texniki pasportunun AZ İ seriyalı 757663 №-li ölüm şəhadətnaməsi və JQ seriyalı 275537 №-li nikah haqqında bağlanması haqqında şəhadətnaməsində qeyd olunmuş X8 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar