Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2291/2020 21.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi, Maraqlı tərəf Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü anası X1 çox saylı əməliyyatlardan sonra sağlamlığında ciddi fəsadlar meydan çıxmış və sonunda tam olaraq hərəkətsiz qalmışdır. Hazırda heç bir hərəkətini anlamır və anlaqlı da deyildir. Sağlamlığı hər zaman lcritik vəziyyətdə olub və tez-tez aqresiv olduğu üçün zaman zaman onu cəmiyyətdən uzaqlaşdırmışıq. Onun ruhi xəstə olması və Dövlət tərəfindən müavinat alınması üçün, həmçinin Dövlət və sair qurumlarda onun adından çıxış etmək üçün qəyyumu olması, sənədləşdirmə işlərini aparılması üçün onun üzərində qəyyumun olması ehtiyacı duyulur Ona görə də o, anası X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, xx.xx.1964-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı tərəf Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X11 ekspert rəyinə uyğun olaraq xx.xx.1964-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 150472 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətə vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 xx.xx.1964-cü ildə anadan olmuşdur. İş materiallarında olan XİV-JQ seriyalı, 493564 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 ilə X5 birgə nikahlarında xx.xx.1991ci ildə Ərizəçi anadan olmuşdur. İş materiallarında olan N.Tusi adına Klinika tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli müayinə aktından müəyyən olunur ki, xx.xx.1964-cü il təvəllüdlü X6 baş beynin dağınıq sklerozun MR görüntüsü, serebral korteksin və beyinciyin ümumi atrofik dəyişikliyi aşkar olunmuşdur. Məhkəmə, X4 hər-hansı bir psixi xəstəlikdən əzab çəkib-çəkməməsi, X7 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onları fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab etməyə əsas olub-olmamasının müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizasının təyin edilməsini zəruri hesab etmiş və məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə ambulator məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və rəyin verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 1689 saylı rəyindən müəyyən olunur ki, X6 mərkəzi sinir sisteminin üzvi xəstəliyi fonunda psixotik əlamətlərlə müşayiət olunan ağir depressiv vəziyyət qeyd olunur. X9 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas var. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.1964-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №2(010)-2291/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2291/2020
21.07.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver