Məhkəmə qərarları › İş №2(010)-23/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-23/2022

12.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-23/2022 12.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh X3 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, torpağın və evin ilkin vəziyyətə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, Yaqub Meybalı oğlunun adına DƏDRX-dən verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, 4 saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən Cavabdeh2 ilə X9 arasında 04.04.2019-cu il tarixində bağlanmış 4ə-429 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında DƏDRX-dən verilmiş çıxarışın ləğv olunması, Cavabdeh3 ilə X9 arasında 4 saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən bağlanmış 11.06.2019-cu il tarixli 4ə-774 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında DƏDRX-dən verilmiş çıxarışın ləğv olunması və torpağın və evin ilkin vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Yaqub Meybalı oğlunun adına DƏDRX-dən verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, 4 saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən Cavabdeh2 ilə X9 arasında 04.04.2019-cu il tarixində bağlanmış 4ə-429 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında DƏDRX-dən verilmiş çıxarışın ləğv olunması, Cavabdeh3 ilə X9 arasında 4 saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən bağlanmış 11.06.2019-cu il tarixli 4ə-774 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında DƏDRX-dən verilmiş çıxarışın ləğv olunması və torpağın və evin ilkin vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Orconikidze (indiki Suraxanı) rayon X26 İcraiyyə Komitəsinin 08.05.1954-cü il tarixli 51 nömrəli qərarı ilə anası X6 fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, M.F.Axundov (hazırda Neftçi) küçəsi, 40A nömrəli sahədə 400 kv.m torpaq sahəsi ayrılmış, qeyd olunan torpaq sahəsi üzərində layihə-smetaya əsasən fərdi yaşayış evi inşa edilmişdir. Evin tikintisi üçün anası həmin vaxt 10000 rubl ssuda götürmüşdür. Belə ki, torpaq vergisi və evin tikintisi üçün tikinti materialları anası tərəfindən alınmışdır. X27 torpaq sahəsinin və evin cizgisinin hazırlanması məqsədilə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş, ərizəsi təmin olunmadığı üçün məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati İqtisadi məhkəməsinin 24.10.2012-ci il tarixli qərarı ilə torpaq sahəsinə cizginin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. X27 07.12.2012-ci il tarixində vəfat etmiş, həmin ev və torpaq miras əmlak kimi yeganə varis kimi ona qalmışdır. 2 saylı Bakı İnzibati İqtisadi məhkəməsinin 14.03.2014-cü il tarixli 2-l(82)-824/2014 saylı qərarı ilə Suraxanı (əvvəlki adı Orconikidze) rayon X26 İcraiyyə Komitəsinin fərdi ev tikmək üçün torpaq sahələrinin ayrılmasına dair 08.05.1954-cü il tarixli 51 saylı qərarının Əmircan qəsəbəsi, M.F.Axundov (hazırda Neftçi) küçəsi, 40A nömrəli sahədə 400 kv.m torpaq sahəsinin mərhum anası X6 ayrılması hissədə onun adına dəyişdirilməsi barədə iddiası təmin olunmuş, sərəncam verilməsi vəzifəsi isə Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin 18.12.2014-cü il tarixli aktına əsasən Suraxanı rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi (mühəndis) Z.Əhmədov, rayon İcra Hakimiyyətinin Əmircan qəsəbəsi İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi H.Eyvazovun iştirakı ilə Suraxanı rayon XDSİK-nın 08.05.1954-cü il tarixli 51 saylı protokolunun Əmircan qəsəbəsi, M.F.Axundov (hazırda Neftçi) küçəsi, 40A nömrəli fərdi yaşayış evinin tikintisi üçün mərhum X6 ayrılmış, 2 saylı Bakı İnzibati İqtisadi məhkəməsinin 14.03.2014cü il tarixli iş 2-l(82)-824/2014 nömrəli qərarına əsasən Suraxanı rayon İcra Hakimiyyətinin 20.06.2014-cü il tarixli 86 nömrəli sərəncamı ilə onun adına dəyişdirilmiş, 400 kv.m torpaq sahəsinin mövcud istifadə vəziyyətində cizgisi tərtib edilmişdir. Suraxanı rayon İcra Şöbəsinin 11.09.2014-cü il tarixli 17/73-9072 saylı təqdimatı ilə icraata xitam verilmişdir. Yəni İcra Hakimiyyəti tərəfindən daxil olmuş 1/300 nömrəli 04.08.2014-cü il tarixli məktubuna əsasən Suraxanı rayon İcra Hakimiyyəti başçısı tərəfındən verilmiş 20.06.2014-cü il tarixli 86 saylı sərəncamı ilə Suraxanı (əvvəlki Orconikidze) rayon X26 İcraiyyə komitəsinin 08.05.1954-cü il tarixli 51 saylı qərarı onun adına dəyişdirilmişdir. Belə ki, o, anasından miras qalmış evə xeyli müddətdir ki, girə bilmir. Bu məqsədlə də, yəni evə köçürülmə ilə bağlı hüquqlarını müdafiə etmək məqsədilə vəkilə müraciət etmiş, vəkil DƏDRX-nə sorğu etmiş və DƏDRX-dən alınmış sorğuya əsasən məlum olmuşdur ki, bütün sənədlər əsasında anasına məxsus olmuş torpaq sahəsi və orada tikdirdiyi ev, yəni ünvan 2aylı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsini (0.10181 ha) ilkin olaraq 2019-cu il tarixində Cavabdeh1 atası Yaqub Meybalı oğlunun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirtmiş, 4 saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən bağlanmış 4ə-429 reyestr nömrəli 04.04.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən ünvanın yerləşdiyi torpaq sahəsindən 0.02 ha torpaq sahəsini Cavabdeh2 satmışdır və həmin torpaq sahəsi ilə bağlı Cavabdeh2 DƏDRX-dən çıxarış verilmişdir. Ona yeni ünvan, yəni ünvan 1erilmişdir. ünvan 2aylı fərdi yaşayış evi və 0.08181 ha torpaq sahəsi isə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 4 saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən bağlanmış 11.06.2019-cu il tarixli 4ə-774 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 həmin torpağın 0186 ha hissəsini Cavabdeh3 satmış və həmin alqı-satqı ilə bağlı Cavabdeh3 DƏDRX-dən çıxarış verilmişdir. Ona yeni ünvan, yəni ünvan 3erilmişdir. 3 saylı fərdi yaşayış evi və 0.206321 ha torpaq sahəsi isə Cavabdeh1 mülkiyyətində qalmışdır. Pikəxanıma məxsus torpaq sahəsini və evi qeyriqanuni olaraq Cavabdeh1 zəbt etmişdir. Əvvəlcə atasının adına çıxarış almış, sonra isə öz adına keçirib satmışdır. Bekə ki, Yaqub Meybalı oğlunun adına DƏDRX-dən verilmiş qeydiyyat vəsiqəsi ləğv edilməli, 4 saylı Asan Xidmətdə 4ə-429 reyestr nömrəli 04.04.2019-cu il tarixli Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və bunun əsasında DƏDRX-dən verilmiş çıxarış ləğv edilməli, 4 saylı Asan Xidmət mərkəzində bağlanmış 11.06.2019-cu il tarixli 4ə-774 reyestr nömrəli Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, onun əsasında DƏDRX-dən verilmiş çıxarış ləğv edilməli, torpaq və ev əvvəllki vəziyyətə qaytarılmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh X9 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, hazırda mübahisələndirilən torpaq sahəsi onun atasına məxsus olmuş və o həmin torpaq sahəsinə dair atası Yaqub Meybalı oğlunun adına DƏRXD-dən çıxarış almışdır. Hazırki iş üzrə böyük əhəmiyyət kəsb edən, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2(82)-1993/2012 saylı, 24 oktyabr 2012-ci il tarixli Qərarının ləğv olunması ilə bağlı 23 noyabr 2020-ci il tarixində Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə ki, X10 (X11 anası) cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin cizgisinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 2012-ci ildə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2021 saylı 02 noyabr 2021-ci il tarixli Qərardadı ilə ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə cizginin verilməsi tələbi üzrə iddiaçı X11 iddiası mümkünsüz hesab olunmuşdur. Həmçinin, həmin işlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin 13 sentyabr 2021-ci il tarixli, 1/1496 №-li tarixli cavab məktubu alınmışdır. Həmin məktubda bildirilmişdir ki, “X28 Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13.09.2021-ci il tarixli, 90 saylı arayışa əsasən, ünvan 5 ünvanı ilə ünvan 6l etmir və fərqli ünvanlardır. Bundan başqa hazırda iddiaçı tərəfindən mübahisələndirilən ev və torpaq sahəsi onun atası Yaqub Meybalı oğluna məxsus olmuş və həmin sahəni özəlləşdirdikdən sonra bir hissəsini digər cavabdehlərə satmışdır. İddiaya məxsus olan torpaq sahəsi isə Komsomolskaya küçəsi Tupik 2 ev 6 ünvanında yerləşir, onun anası və üç bacı notarial qaydada imza edərək həmin sahəni iddiaçıya vermişlər. Hazırda iddiaçı tərəfindən qaldırılan iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, iddiaçının anası X8 küçəsi Tupik 2 ev 6 ünvanında yaşamışdır. Hazırda iddiaçı özünün dayısının evinə iddia edir. Əliyeva Pikəxanım ayrı ünvanda, Yaqub Meybalı oğlu isə tamam başqa ünvanda yaşamışlar. Hazırda iddiaçı Əmircan qəsəbəsi, M.F.Axundov (hazırda Neftçi) küçəsi, 40A ünvanına iddia edir. Ünvanların eyni ünvan olub-olmaması ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorgu verilmiş və müəyyən olunmuşdur ki, həmin ünvanlar eyni deyildir. Həmin evə dair yalnız 1962-ci il tarixdə verilmiş sənəd mövcuddur ki, o da Yaqub Meybalı oğlunun adına verilmişdir. Hazırda iddiaçı tərəfindən istinad olunan 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2(82)- 1993/2012 saylı, 24 oktyabr 2012-ci il tarixli Qərarı ləğv olunmuşdur və iddiaçı tərəfindən qaldırılan iddia əsassız olduğundan rədd olunmalıdır. Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, hazırda mübahisələndirilən torpaq sahəsinin 2 sotunu cavabdeh X2 almış və hazıkı mübahisələrə görə orada tikinti işləri apara bilməmişdir. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, hazırda mübahisələndirilən torpaq sahəsinin bir hissəsini cavabdeh X2 almış və hazıkı mübahisələrə görə orada gedən tikinti işləri yarımçıq qalmışdır. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş üzrə şahid X24 ifadə verərək bildirmişdir ki, o, Xeyransa ilə birlikdə işləmiş və 1965-ci il tarixdə o, həmin küçəyə gəlin köçmüşdür. Belə ki, hazırda mübahisələndirilən ev Xeyransanın həyat yoldaşı Yaqub Meybalı oğlunun adına olub. Həmin ünvanda Xeyransa və üç qızı yaşayırdı. İş üzrə şahid X25 ifadə verərək bildirmişdir ki, o, Axundov küçəsi 2 ünvanına 1972ci il tarixdən gəlin köçmüşdür. Belə ki, həmin mübahisəli evdə Xeyransa üç qızı ilə birlikdə yaşayırdı. Onun qayınanasının dediyinə görə evi Yaqub Meybalı oğlu tikmiş və Xeyransa isə üç qızla orada yaşayırdı. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- 1993/2012 saylı, 24.10.2012-cı il tarixli qərarı ilə Bakı şəhəri, Orconikidze rayon X19 İcraiyyə Komitəsinin 08.05.1954-cü il tarixli 51 saylı qərarı ilə fərdi ev tikmək üçün iddiaçı X6 ayrılmış 400 kv.m torpaq sahəsinin cizgisinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-697/2022 saylı, 02.03.2022-cı il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2021 saylı, 02.11.2021-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-824/2014 saylı, 14.03.2014-cü il tarixli qərarı ilə Suraxanı (əvvəlki Orconikidze) rayon X26 İcraiyyə komitəsinin fərdi ev tikmək üçün torpaq sahələrinin ayrılmasına dair 08.05.1954-cü il tarixli 51 saylı qərarının Əmircan qəsəbəsi, M.F.Axundov (hazırda Neftçi) küçəsi, 40A nömrəli sahədə 400 kv.m torpaq sahəsinin mərhum anası X6 ayrılması hissəsində İddiaçı adına dəyişdirilməsi barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarına əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 26.11.2019-cu il tarixli məktubundan görünür ki, Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2,3 saylı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi (0.10181ha) ilkin olaraq Yaqub Meybalı oğlunun adına qeydiyyatdan keçmişdir, 4 saylı Asan Xidməti mərkəzinin notariusu tərəfindən bağlanmış 4Ə-429 reyestr nömrəli 04.04.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən ünvanın yerləşdiyi torpaq sahəsindən 0.02 ha torpaq sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və yeni ünvan almışdır (Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2, 3C), 3 saylı fərdi yaşayış evi və 0.08181 ha torpaq sahəsi isə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 4 saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən bağlanmış 11.06.2019-cu il tarixli 4ə- 774 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Cavabdeh1 0.0186 ha hissəsini almış və yeni ünvan verilmişdir (ünvan 9 3 saylı fərdi yaşayış evi və 0.006321 ha torpaq sahəsi isə Cavabdeh1 mülkiyyətində qalmışdır. İş materiallarına əlavə olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İHB X28 ərazi dairəsi üzrə nümayəndəliyinin 09.01.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, ev 28 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Orconikidze VVAQ bürosu (Suraxanı rayon Qeydiyyat şöbəsi) tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. Atası qrafası boşdur, anası Pıkəxanum Meybalı qızıdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 27.10.2012-ci ildə ölmüşdür. İş materiallarına əlavə olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İHB X28 ərazi dairəsi üzrə nümayəndəliyinin 09.01.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2 ev 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olan 28.03.2012-ci il tarixli İddiaçı verilmiş arxiv çıxarışından görünür ki, Bakı şəhəri Orconikidze rayon X26 İcraiyyə Komitəsi tərəfindən verilmiş 08.05.1954-cü il tarixli 51 saylı protokoldan müəyyən olunur ki, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, 40A nömrəli sahədə 400 kv.m torpaq sahəsi Pikəxanım Meybalı qızının adına ayrılmışdır. İş materiallarına əlavə olan Suraxanı rayonu İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən verimiş 18.11.2014-cü il tarixli aktından müəyyən olunur ki, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 20.06.2014-cü il tarixli 86 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı adına dəyişdirilmiş 400,0 kv.m torpaq sahəsinin mövcud istifadə vəziyyətində cizgisi tərtib edilmişdir. İş materiallarına əlavə olan Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 20.06.2014-cü il tarixli 86 nömrəli sərəncamından müəyyən olunur ki, Suraxanı (əvvəlki Orconikidze) rayon X26 İcraiyyə komitəsinin 08.05.1954-cü il tarixli 51 saylı protokolunun Əmircan qəsəbəsi, M.F.Axundov (hazırda Neftçi) küçəsi, 40A nömrəli sahədə 400.0 kv.m torpaq sahəsinin mərhum anası X6 ayrılması hissəsində İddiaçı adına dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X20 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X20 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2aylı fərdi yaşayış evi və torpaq sahəsi Yaqub Meybalı oğlunun adına 06.11.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 524882 nömrəli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən müəyyən edilir ki, Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2, 3 saylı fərdi yaşayış evinin sahibi Yaqub Meybalı oğludur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X20 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X20 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2aylı fərdi yaşayış evi və 010181 ha torpaq sahəsi X4 adına 01.02.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 11.01.2018-ci il tarixli Vərəsəlik payın bağışlama müqaviləsinin surətindən görünür ki, Xeyransa Əliağa qızı, X16 və X17 ünvan 2aylı fərdi yaşayış evindən və torpaq sahəsindən vərəsəlik yolu ilə onlara çatan payı qızı (bacısı) X5 bağışlamışlar. İş materiallarına əlavə edilmiş 11.01.2018-ci il tarixli, 524882 nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 17.03.1971-ci ildə vəfat etmiş Yaqub Meybalı oğlunun vərəsələri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2, ev 3-də qeydiyyatda olanlar, həyat yoldaşı- Xeyransa Əliağa qızı, qızı- X9, qızı- X16, ünvan 10 ünvanında qeydiyyatda olan qızı- X17 və onların hər biri miras əmlakdan bərabər hissədə pay almalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X20 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X20 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 524882 nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2aylı fərdi yaşayış evi və 0.08181 ha torpaq sahəsi X4 adına 31.05.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 04.04.2019-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X1 rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2, ev 3 ünvanında yerləşən ümumi sahəsi 0.10181 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.02 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X20 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X20 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 566369 nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 2-ci dalan 3F saylı sahə Cavabdeh3 adına 01.08.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 11.06.2019-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X1 rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, ev 3, dalan 2, ünvanında yerləşən ümumi sahəsi 0.08181 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissədən 0.0186 ha torpaq sahəsini Cavabdeh3 satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X20 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X20 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 558169 nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 2-ci dalan 3C saylı sahə Cavabdeh2 adına 04.06.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Suraxanı rayon məhkəməsinin 10.09.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 01.04.2022-ci il tarixli 10/1915 saylı rəyindən müəyyən olunur ki, İddiaçı cavabdehlərin mülkiyyətində olan ümumi 1018,1m2 torpaq sahəsinə iddia edərək bildirir ki, orada onun anasının adına 400.0 m2 torpaq sahəsi olub. Sözügedən 400.0 m2 torpaq sahəsinin ümumi ərazinin hansı hissəsində yerləşdiyi iddiaçı göstərməmiş və ümumi əraziyə iddia edərək bildirmişdir ki, 400.0 m2 sənəd üzrə və yerdə qalan hissə onların istifadəsində olmuşdur. Bu səbəbdən 400.0 m2 torpaq sahəsinin cavabdehlərin hansına aid torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olan Suraxanı rayonu İcra Hakimiyyətinın 13.09.2021-ci il tarixli 90 nömrəli məktubundan müəyyən olunur ki, ünvan 5 ünvanı və ünvan 12şkil etmir və fərqli ünvanlardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş 24.02.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı cavabdehlərin mülkiyyətindnə olan ümumi 1018,1m2 torpaq sahəsinə iddia edərək bildirir ki, orada onun anasının adına 400.0 m2 torpaq sahəsi olub. Sözügedən 400.0 m2 torpaq sahəsinin ümumi ərazinin hansı hissəsində yerləşdiyi iddiaçı göstərməmişdir və ümumi əraziyə iddia edərək bildirmişdir ki, 400.0 m2 sənəd üzrə və yerdə qalan hissə onların istifadəsində olub. Bu səbəbdən 400.0 m2 torpaq sahəsinin cavabdehlərin hansına aid torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən edilməsi mümkün olmamışdır. Cavabdehlərdən Cavabdeh2 mülkiyyətində olan 200,0 m2 torpaq sahəsindən əlavə olaraq 50,0 m2 torpaq sahəsi istifadəsindədir. Digər cavabdehlərin əlavə torpaq sahələri yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1.-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3.-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Bu Məcəllənin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsi, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsi və torpaq sahəsi üzərində hüquqlarının müdafiəsi və s. Torpaq Məcəlləsinə uyğun olaraq həyata keçirilir. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Torpaq Məcəlləsinin 4-cü maddəsinə görə, torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində isə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəlik qaydasında keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlər əsasında yaranır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2in(82)-1993/2012 saylı, 24.10.2012-cı il tarixli qərarı ilə Bakı şəhəri, Orconikidze rayon X19 İcraiyyə Komitəsinin 08.05.1954-cü il tarixli 51 saylı qərarı ilə fərdi ev tikmək üçün iddiaçı X6 ayrılmış 400 kv.m torpaq sahəsinin cizgisinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs X12 tərəfindən şikayət verilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2021 saylı, 02.11.2021-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-697/2022 saylı, 02.03.2022-cı il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2021 saylı, 02.11.2021-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardadla müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubda qeyd olunmuşdur ki, ünvan 5 ünvanı və ünvan 13 eyni olması barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar olunmamışdır. Bundan əlavə keçirilmiş ekspertiza rəyinə əsasən sözügedən 400.0 m2 torpaq sahəsinin ümumi ərazinin hansı hissəsində yerləşdiyini iddiaçı göstərməmiş və ümumi əraziyə iddia edərək bildirmişdir ki, 400.0 m2 sənəd üzrə və yerdə qalan hissə onların istifadəsində olmuşdur. Bu səbəbdən 400.0 m2 torpaq sahəsinin cavabdehlərin hansına aid torpaq sahəsi ilə üstüstə düşməsini müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəf həmin 400.0 m2 torpaq sahəsinin onun anasına ayrılmasını və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1993/2012 saylı, 24.10.2012-cı il tarixli qərarına istinad edərək torpaq sahəsinin cizgisinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını əsas gətirsə də, həmin torpaq sahəsinin harada yerləşməsi, ona dair cizgi sənədlərinin və ilkin torpaq ayırmaya dair sənədləşməni təqdim etməmiş və hazırda iddiaçının istinad etdiyi məhkəmə qərarı ləğv edilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı ünvan 5 ünvanı və ünvan 14 düşməməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Normanın məzmunundan müəyyən olunur ki, hər bir şəxs öz seçdiyi tərəflə məzmununu sərbəst müəyyənləşdirdiyi qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilir. Bir qayda olaraq müqavilə şərtləri tərəflərin razılaşması əsasında müəyyən edilir. Halbuki MM-nin 340.2-ci ("Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.") maddəsindən də aydın olduğu kimi, yalan əqddən söhbət getməsi üçün bir neçə şərtin mövcudluğ tələb olunur: eyni tərəflər arasında iki fərqli əqdin (görüntüdə bağlanmış olan əqd və həqiqətdə bağlanmış (pərdələnmiş) əqdin) bağlanması, tərəflərin hər ikisinin pərdələmək niyyəti ilə hərəkət etməsi. Hazırkı mübahisədə isə, bu şərtlər mövcud deyildir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçının tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2021 saylı, 02.11.2021cı il tarixli qərardadı ilə iddia mümkün sayılmadığından və bununla bağlı olaraq artıq qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcud olduğundan, iş üzrə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən və iddiaçı tərəfindən iş üzrə başqa mötəbər sübutlar təqdim olunmadığından, həmçinin iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı sübut təqdim olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, torpağın və evin ilkin vəziyyətə qaytarılması” tələbinə dair iddia tələbi təmin oluna bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, torpağın və evin ilkin vəziyyətə qaytarılması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar