Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2307/2020 28.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, "A" yaşayış sahəsi, ev 99 "a"-da yaşayan, 1950-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək və ərizəni müdafiə edərək bildirdi ki, 1950-ci il təvəllüdlü anası X4 uzun illərdir ki, "Altsheymer" xəstəliyindən əziyyət çəkir. Altsheymer xəstəliyi baş beynin əsasən gicgah və parental payın atrafiyası nəticəsində beynin "Neyro-degenerativ" xəstəliyidir. Həmin xəstəlik əqli geriliklə müşahidə olunur və nəticədə yaddaş zəifləməsi, qavrama və təfəkkür prosesləri ləngiyir. Həmin xəstəliyin tam müalicəsi yoxdur. Belə xəstələr özlərindən asılı olmadan xəta törədə bilərlər. Anası bu xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını dərk edə bilmir və ona görə də onunla bir evdə yaşamaqla, ona qulluq edir. Anasına ondan başqa baxan şəxs yoxdur. Buna görə də anasının qəyyuma ehtiyacı olduğunu bildirərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6 1950-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 1917 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X4 xx.xx.2019-cu il tarixdə t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: Altsheymer xəstəliyi zamanı demensiya. F 00.0 Kənar şəxslərin qulluğuna ehtiyacı var. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, 1950-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilməsi barədə Ərizəçi ərizəsinə baxılmış və ona X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X1 xx.xx.2020-ci il tarixli, 1615 №-li ekspert rəyində qeyd olunmuşdur ki, X3 Altseymer xəstəliyi nəticəsində dərin demensiya (ağıl zəifliyi) formasında xroniki psixi xəstəlik müəyyən edilir. X4 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 öz psixi vəziyyətinə görə hərəkətlətinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəfləri dinləyib, məhkəmə psixitarik ekspertizasının rəyini nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 1950-ci il təvəllüdlü X4 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1950-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-2307/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2307/2020
28.09.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver