Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2313/2020 01.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə, İddiaçıCavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat məbləğində əsas borcun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ciil tarixli müqavilənin 1.4-cü bəndinə əsasən iddiaçı cavabdehin istifadəsində olan nəqliyyat vasitəsinə avto-qaz sistemlərinin quraşdırılmasının qarşılığında cavabdeh iddiaçıya 750 manat ilkin ödəniş etmi və qalıq 750 manat pulu 4 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliyini qismən icra etdikdən sonra qalıq 400 manatı ödəməkdən imtina etmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, cavabdeh müqavilə öhdəliyini icra etməmişdir. Sonunu dəfə iddiaçıya hüquqi xidmət göstərən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən cavabdehə yazılı xəbərdarlıq (pretenziya) edilmişdir. Lakin cavabdeh yenə də borcunu ödəməkdən imtina etmişdir. Odur ki, cavabdehdən 400 manat məbləğində əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 420 manat pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İddiaçı nümayəndəsi Əli eyvazov məhkəməyə yazılı ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, telefon vasitəsilə əlavə saxlanıldıqda borc məbləğini tam qəbul etdiyini, İddiaçı MMC-nə 400 manat məbləğində borcunun olduğunu, lakin həmin borcu birdəfəyə ödəmək iqtidarında olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh məxsus nəqliyyat vasitəsinə avto-qaz sistemləri quraşdırılmış və xidmət qarşılığında ödənilməli olan məbləğin bir hissəsi aylıq hissələrə bölünərək cavabdeh tərəfindən icra etmə öhdəliyi götürülmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli 11/20 nömrəli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 400 manat məbləğində borcu vardır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında podrat münasibətləri çərçivəsində nisyə alğı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin predmeti avtomobillərə avto-qaz sistemlərinin quraşdırılması üçün kredit verilməsi olmuşdur. Müqavilənin şərtinə görə, müştəri tərəfindən edilən ilkin ödəniş 500 manat təşkil etmiş, kreditə cəlb olunan məbləğ isə 750 manat təşkil etmişdir. Cavabdeh müqavilə üzrə ödənişlər etmiş və hazırda 400 manat borcu qalmaqdadır. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixdə 42/20 nömrəli borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən,əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh 400 manat məbləğində pul tutulması barədə iddia tələbi əsaslıdır. İddiaçı məhkəməyə müraciət edərkən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas borcla bağlı hissəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “İtaqaz” X1 xeyrinə 400 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat olmaqla, cəmi 420 manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2313/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2313/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver