Məhkəmə qərarları › İş №2(010)-234/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-234/2024

12.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-234/2024 12.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X*2 qızının katibliyi ilə, iddiaçıların vəkili və nümayəndəsi Vəkil*, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Əlı̇ yev Fı̇ zuli Müştaba oğlu və qeyrilərinin cavabdeh Bakı Şəhərı̇ *0 Saylı Notarı̇ at ofı̇ sı̇ nin xüsusı̇ notarı̇ usuna qarşı "müddətin buraxılmasının üzrlü hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin notariusa həvalə edilməsi" tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Əlı̇ yev Fı̇ zuli Müştaba oğlu və qeyrilərinə qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi və s.” tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi *. İddiaçılar Əlı̇ yev Fı̇ zuli Müştaba oğlu, Əlı̇ yev Bəhmən Xurmuzəli oğlu, Əlı̇ yev Oqtay İ̇skəndər oğlu və Gümüşəlı̇ yev Zakı̇ r Mustafa oğlunun cavabdeh Bakı Şəhərı̇ *0 Saylı Notarı̇ at ofı̇ sı̇ nin xüsusi notariusuna qarşı "mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilərək bərpası və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı*, İddiaçı2, İddiaçı3 və İddiaçı4 *4.*2.*992-ci il tarixdə ölmüş, X3 miras qalmış və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin açıq saxlanılmış 4/5 hissəsinə dair mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin buraxılmasını üzrlü hesab edilərək bərpa edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin Bakı şəhəri *0 saylı notariat ofisinin xüsusi notariusuna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. 26.*0.2023-cü il tarixdə müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X7 (qəyyumu X2 vasitəsilə) cavabdehlər Əlı̇ yev Fı̇ zuli Müştaba oğlu, Əlı̇ yev Bəhmən Xurmuzəli oğlu, Əlı̇ yev Oqtay İ̇skəndər oğlu, Gümüşəlı̇ yev Zakı̇ r Mustafa oğlu və Bakı Şəhərı̇ *0 Saylı Notarı̇ at ofı̇ sı̇ nin xüsusi notariusu X6 qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Y/Suraxanı qəsəbəsi, Sabir küçəsində yerləşən 7 saylı evin X4 və X7 tərəfindən faktiki olaraq qəbul edilməsi faktını məhkəmə tərəfindən müəyyən edilməsi və X2 miras əmlakındakı */5 hissədəki payının dəyişdirilərək 7/20 hissədə, X5 miras əmlakındakı payının isə 3/20 hissəsində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-4434/2023 nömrəli iş üzrə qəbul etdiyi 3* oktyabr 2023-cü il tarixli qərardadı ilə müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X5 (qəyyumu X2 vasitəsilə) iddia ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır.

4. Sonradan müstəqil tələb irəli sürən üçüncü şəxs X2 vəkili və nümayəndəsi Vəkil2 ərizə təqdim edərək, X3 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Y/Suraxanı qəsəbəsi, Sabir küçəsində yerləşən 7 saylı evin X4 tərəfindən faktiki olaraq qəbul edilməsi faktını məhkəmə tərəfindən müəyyən edilməsi və X2 miras əmlakındakı */5 hissədəki payının dəyişdirilərək */2 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

5. İş üzrə məhkəmə baxış iclası *2 yanvar 2024-cü il tarixə, saat *0:30-a təyin edilmişdir.

6. Cavabdeh Bakı şəhəri *0 saylı notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

7. Məhkəmə baxışı iclası zamanı iddiaçıların vəkili və nümayəndəsi Vəkil* barışıq sazişinin şərtləri ilə tanış və razı olduğunu, buna görə də məhkəmədən barışıq sazişini təsdiqlənməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi.

8. Məhkəmə baxışı iclası zamanı müstəqil tələb irəli sürən üçüncü şəxs X4 və onun vəkili və nümayəndəsi Vəkil2 da həmçinin barışıq sazişinin şərtləri ilə tanış və razı olduğunu, buna görə də məhkəmədən barışıq sazişini təsdiqlənməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 5. Məhkəmədə mülki işə başlama 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 74. Nümayəndənin səlahiyyəti 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə *9*. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi *9*.*. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. *9*.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. *9*.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Maddə 26*. İcraata xitam verilmə əsasları 26*.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 26*.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri 262.*. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

Məhkəmənin mövqeyi

*0. Əlı̇ yev Fı̇ zuli Müştaba oğlu, Əlı̇ yev Bəhmən Xurmuzəli oğlu, Əlı̇ yev Oqtay ̇İskəndər oğlu və Gümüşəlı̇ yev Zakı̇ r Mustafa oğlunun səlahiyyətli nümayəndəsi və vəkili Vəkil* (bundan sonra «Tərəf *» adlanacaq) və X* nümayəndəsi və vəkili Vəkil2 (bundan sonra «Tərəf 2» adlanacaq) tərəfindən bağlanmış barışıq sazişindən görünür ki, tərəflər arasında aşağıdakı şərtlərlə razılıq əldə olunmuşdur: *. Bu barışıq sazişi Azərbaycan Respublikası MPM-nin 52, *9*, 26*-ci maddələrinə və Azərbaycan Respublikası MM-nin 88*-ci maddəsinə əsasən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızının icraatında olan 2(0*0)-4434/2023 saylı mülki iş üzrə mübahisələrin qarşılıqlı razılaşma yolu ilə həll edilməsi məqsədilə bağlanılır. 2. Tərəflər razılaşırlar ki, «Tərəf 2»-nin, «Tərəf *»-ə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair miras payın faktiki olaraq qəbul edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi və onun həmin miras əmlakda payının */2 hissədə müəyyən edilməsi tələbinə dair 2(0*0)-4434/2023 saylı mülki iş üzrə cavabdehlər iddia tələbini qismən qəbul edir və «Tərəf 2» -nin həmin miras əmlakda payının 2/5 hissədə müəyyən edilməsinə etiraz etmirlər. 3. Tərəflər razılaşır ki, «Tərəf *»-in *4.*2.*992-ci il tarixdə ölmüş, X3 miras qalmış və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin açıq saxlanılmış 4/5 hissəsinə dair mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin Bakı şəhəri *0 saylı notariat ofisinin xüsusi notariusuna həvalə edilməsi tələbinə dair 2(0*0)-4434/2023 saylı mülki iş üzrə «Tərəf 2» iddia tələbini qismən yəni, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin açıq saxlanılmış 3/5 hissəsinə dair mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin Bakı şəhəri *0 saylı notariat ofisinin xüsusi notariusuna həvalə edilməsinə etiraz etmir. 4. Bu Barışıq sazişinə əsasən “Tərəf 2” və “Tərəf *” öz aralarında tərtib etdiyi və razılaşdırdığı bölgü sxemini həmin yaşayış sahəsindən istifadəni müəyyən edən sənəd kimi qəbul edir və həmin bölgü sxemində qeyd edilən bölgü ilə razı olduqlarını qəbul edirlər. 5. Bu Barışıq sazişinə əsasən “Tərəf 2” və “Tərəf *” hazırkı mübahisəli miras əmlakla bağlı hər-hansı mübahisənin qalmadığını etiraf edərək, gələcəkdə eyni məzmunlu, eyni əsaslı iddialarla təkrar çıxış etməyəcəyini qəbul edir. Azərbaycan Respublikası MPM-nin 26*-ci maddəsində nəzərdə tutulmuş Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsinin nəticələri onlara izah edildi və aydındır. **. Göründüyü kimi barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilmiş və hər iki tərəfin vəkilinə bu səlahiyyət verilmişdir. Digər tərəfdən, tərəflərin barışıq sazişi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. *2. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olduğundan tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. *3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *9*, 26* və 262-ci maddələrinin tələbləri tərəflərə məlumdur. *4. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26*-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Əlı̇ yev Fı̇ zuli Müştaba oğlu, Əlı̇ yev Bəhmən Xurmuzəli oğlu, Əlı̇ yev Oqtay İ̇skəndər oğlu və Gümüşəlı̇ yev Zakı̇ r Mustafa oğlunun səlahiyyətli nümayəndəsi və vəkili Vəkil* (bundan sonra «Tərəf *» adlanacaq) və X* nümayəndəsi və vəkili Vəkil2 (bundan sonra «Tərəf 2» adlanacaq) tərəfindən bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: *. Bu barışıq sazişi Azərbaycan Respublikası MPM-nin 52, *9*, 26*-ci maddələrinə və Azərbaycan Respublikası MM-nin 88*-ci maddəsinə əsasən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızının icraatında olan 2(0*0)- 4434/2023 (yeni iş nömrəsi 234/2024) saylı mülki iş üzrə mübahisələrin qarşılıqlı razılaşma yolu ilə həll edilməsi məqsədilə bağlanılır.

2. Tərəflər razılaşırlar ki, «Tərəf 2»-nin, «Tərəf *»-ə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair miras payın faktiki olaraq qəbul edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi və onun həmin miras əmlakda payının */2 hissədə müəyyən edilməsi tələbinə dair 2(0*0)-4434/2023 saylı mülki iş üzrə cavabdehlər iddia tələbini qismən qəbul edir və «Tərəf 2» -nin həmin miras əmlakda payının 2/5 hissədə müəyyən edilməsinə etiraz etmirlər.

3. Tərəflər razılaşır ki, «Tərəf *»-in *4.*2.*992-ci il tarixdə ölmüş, X3 miras qalmış və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin açıq saxlanılmış 4/5 hissəsinə dair mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin Bakı şəhəri *0 saylı notariat ofisinin xüsusi notariusuna həvalə edilməsi tələbinə dair 2(0*0)-4434/2023 saylı mülki iş üzrə «Tərəf 2» iddia tələbini qismən yəni, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin açıq saxlanılmış 3/5 hissəsinə dair mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin Bakı şəhəri *0 saylı notariat ofisinin xüsusi notariusuna həvalə edilməsinə etiraz etmir.

4. Bu Barışıq sazişinə əsasən “Tərəf 2” və “Tərəf *” öz aralarında tərtib etdiyi və razılaşdırdığı bölgü sxemini həmin yaşayış sahəsindən istifadəni müəyyən edən sənəd kimi qəbul edir və həmin bölgü sxemində qeyd edilən bölgü ilə razı olduqlarını qəbul edirlər.

5. Bu Barışıq sazişinə əsasən “Tərəf 2” və “Tərəf *” hazırkı mübahisəli miras əmlakla bağlı hər-hansı mübahisənin qalmadığını etiraf edərək, gələcəkdə eyni məzmunlu, eyni əsaslı iddialarla təkrar çıxış etməyəcəyini qəbul edir. İddiaçılar Əlı̇ yev Fı̇ zuli Müştaba oğlu, Əlı̇ yev Bəhmən Xurmuzəli oğlu, Əlı̇ yev Oqtay İ̇skəndər oğlu və Gümüşəlı̇ yev Zakı̇ r Mustafa oğlunun cavabdeh Bakı Şəhərı̇ *0 Saylı Notarı̇ at ofı̇ sı̇ nin xüsusi notariusuna qarşı “mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilərək bərpası və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin Bakı şəhəri *0 saylı notariat ofisinin xüsusi notariusuna həvalə edilməsi” tələbinə və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Əlı̇ yev Fı̇ zuli Müştaba oğlu, Əlı̇ yev Bəhmən Xurmuzəli oğlu, Əlı̇ yev Oqtay İ̇skəndər oğlu, Gümüşəlı̇ yev Zakı̇ r Mustafa oğlu və Bakı Şəhərı̇ *0 Saylı Notarı̇ at ofı̇ sı̇ nin xüsusi notariusu X6 qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi və payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar