Məhkəmə qərarları › İş №2(010)-2373/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2373/2021

02.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2373/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Maraqlı şəxs) qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (üçüncü şəxs Maraqlı şəxs) qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Maraqlı şəxs ilə Cavabdeh arasında bağlanmış, ünvan 1 ünvanındakı mənzilə və ünvan 2 müqavilələrinin etibarsız hesab edilməsi, həmin əmlakların əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 onun atası Maraqlı şəxs məxsus olmuşdur. X1 vəfat etmişdir. Anasının sağlığında və onun vəfatından sonra həmin evdə o, atası və qardaşı yaşamışlar. Qardaşının vəfatından sonra da o və atası birgə təsərrüfat aparmaqla qeyd olunan ünvanda daimi qeydiyyatda olmaqla yaşamışlar. Bundan sonra, ailə qurmuş və bir müddət həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Hazırda qızları X4 və X5 həmin evdə daimi qeydiyyatdadır. Keçmiş həyat yoldaşı X9 Cavabdeh bacısı qızıdır. Ailə münaqişəsi zəminində o, Cavabdeh, keçmiş həyat yoldaşı və atası Maraqlı şəxs tərəfindən mübahisəli evdən qovulmuş və bundan sonra kirayədə yaşamışdır. X9 ilə nikahı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. 2018-ci il tarixdən başlayaraq onun X9 ilə, Cavabdeh ilə, atası Maraqlı şəxs ilə nikahının pozulması, əmlak tələbi, istifadə hüququnun itirilməsi və sair tələblərlə bir-birlərinə qarşı məhkəmə prosesləri olmuş və hazırda da davam edir. Belə ki, cavabdeh, atası və keçmiş həyat yoldaşı ona qarşı qərəzli mövqe tutaraq onun müahisəli mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmışlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi onun mübahisəli mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarmış, cavabdeh əmlakı qərəzli olaraq aldatma yolu ilə öz adına rəsmiləşdirmiş və məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan qanunsuz olaraq onu mənzildən çıxartmışdır. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsini ləğv etmiş və onun həmin mənzilə köçürülməsini təmin etmişdir. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamış, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurları tərəfindən o, mübahisəli mənzilə köçürülmüşdür. Bundan sonra, ona məlum olmuşdur ki, atası Maraqlı şəxs cavabdeh məcburən, onu aldadaraq, onun bacısı qızı, keçmiş həyat yoldaşı ilə mübahisəsi olmasından istifadə edərək atası ilə anasının birgə nikah vaxtında əldə etdikləri, uzun müddət ailəsinin istifadəsində olan ünvan 1 ünvanındakı evi və ünvan 3ək bağışlanma adı ilə öz adına rəsmiləşdirmişdir. Bundan sonra atasını evdən qovmuşdur. Hal-hazırda onun və Maraqlı şəxs mübahisəli əmlaklar üzərində hüquqları pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, onun atası Maraqlı şəxs ilə Cavabdeh 2005-ci ildə rəsmi nikaha daxil olmadan ailə qurmuşdur. Özü isə 2006-cı ildə Gülbənizin bacısı qızı Bəsti ilə nikaha daxil olmuşdur. O, 2016-cı ilə qədər ailəsi ilə birlikdə atasının yanında qalmış, sonradan aralarında ailə münaqişəsi olmuş, atası, keçmiş həyat yoldaşı və cavabdeh onu evdən qovmuşdur. Sonradan, o, mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehlər isə onun mənzildən istifadə hüququnun itirilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi qarşılıqlı iddianı təmin edib, ilk iddianı rədd etsə də qətnamədən verdiyi apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsi qətnaməni ləğv etmiş, qarşılıqlı iddianı rədd etmiş, onun mənzilə köçürülməsinə dair qətnamə qəbul etmiş, qətnamədə onun mənzildən istifadə hüququnun olduğu göstərilmişdir. Bu qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 2018-ci ildə atası İddiaçıla rəsmi nikaha daxil olmuş, birinci instansiya məhkəməsinin onun mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı qətnamə çıxarmasından istifadə edərək atası Kamranı aldadıb yaşadıqları mənzili bağışlama müqaviləsi ilə öz adına keçirmişdir. Bağ evini isə hələ 2018-ci ilin əvvəlindən öz adına bağışlatmışdır. Onun mübahisəli mənzilə köçürülməsi ilə bağlı 2019-cu ildə Ali Məhkəmə yekun qətnamə çıxardıqdan sonra, iş icraya yönəldilmiş, icra məmurları ilə birlikdə mənzilə köçürülmək üçün getmişdir. Bu zaman Cavabdeh həmin mənzilin öz mülkiyyətində olduğunu, əri Maraqlı şəxs tərəfindən ona bağışlandığını, buna görə öz mənzilinə köçməyinə icazə vermədiyini bildirmişdir. Eyni zamanda, bildirmişdir ki, əri öz mülkiyyətində olan bağ evini də ona bağışlamışdır. O, məhz həmin vaxt bilmişdir ki, atası mübahisəli mənzili və bağ evini Gülbənizə bağışlamışdır. Daha sonra, icra məmuru Gülbənizə izah etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun bu mənzilə köçürülməsi qət edilmişdir və mənzilin mülkiyyətçisinin dəyişməsinin əhəmiyyəti yoxdur. Yalnız bundan sonra, onun mənzilə köçürülməsinə razılıq vermişdir. Hazırda isə o, həmin mənzildə qeydiyyatda qalmaqda davam etsə də başqa ünvanda yaşayır. Onun mübahisəli mənzilə gedib-gəlməsinə hazırda heç bir maneçilik törədilməsə də gələcəkdə mənzilə girməsinə mane olunacağından ehtiyat edir. Ona görə mənzilin Cavabdeh yox, atası Maraqlı şəxs mülkiyyətində qalmasını, bağışlamaların etibarsız hesab edilməsini istəyir. Həmçinin, mənzilə dair bağışlama müqaviləsi bağlanarkən onun mənzildən istifadə hüququnun olması nəzərə alınmamış, süni şəkildə birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnaməsi əsasında mənzildən qeydiyyatdan çıxarılmaqla onun heç bir razılığı olmadan bağışlama müqaviləsi bağlanmışdır. Həmin vaxt o, atasından nəyə görə mənzili və bağ evini Gülbənizə bağışladığını soruşanda atası ona demişdir ki, Gülbəniz onu aldatmış, evləri nəvələrinə vəsiyyət edəcəyini deyərək onu notariusa aparmışdır. Bütün bunlara əsasən, hesab edir ki, mübahisələndirdiyi bağışlama müqavilələri etibarsızdır. Lakin, hər bir halda o, cavabdehlə barışığa razıdır. Belə ki, atası mənzilin geri qaytarılması şərti ilə bağ evinin Cavabdeh qalmasına etiraz etmir. Əgər vaxt verilərsə, bu barədə üç tərəfli saziş bağlana bilər. O, bununla bağlı addım atmaq istəsə də cavabdehlə əlaqə saxlaya bilmir. Çünki, nə vaxt onlarla əlaqə saxlamaq istəsə polisə müraciət edirlər. Əgər, barışıq üçün əlavə vaxt verilərsə onlar bununla bağlı razılığa gələr bilərlər. Əlavə vaxt verilməyəcəyi halda məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirdi ki, cavabdeh nə iddia tələbi ilə, nə də barışıq təklifi ilə razı deyil. Belə ki, mübahisələndirilən bağışlama müqavilələrinin etibarsızlığı ilə bağlı iddia ərizəsi ilə artıq bir dəfə iddiaçının atası və müqavilələr üzrə bağışlayan şəxs olan Maraqlı şəxs məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən müqavilələrin etibarsızlığı üçün heç bir əsas olmadığı müəyyən edilmişdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, İddiaçı özünün də qeyd etdiyi kimi onun mənzilə giriş-çıxışına, orada yaşamasına heç bir maneə törədilmir və cavabdeh ömrünün axırına kimi onun bu mənzildə yaşamasına heç bir etiraz etmir. Həmçinin, cavabdehin nəvələrindən, yəni iddiaçının qızlarından başqa vərəsəsi yoxdur və onun bütün əmlakı gələcəkdə iddiaçının qızlarına miras qalacaq. Cavabdehin niyyəti də bundan ibarətdir. Belə bir vəziyyətdə onun nə məqsədlə hazırkı iddianı qaldırdığı qeyrimüəyyəndir. Həm evi, həm də mənzili bağışlayan atası Maraqlı şəxs müqavilələrin etibarsızlığı ilə bağlı iddiası rədd edildikdən sonra, mənzildən yalnız istifadə hüququ olan iddiaçının etibarsızlıqla bağlı iddia qaldırması əsassızdır. Atası həmin iddiasında bildirmişdir ki, guya ki, bağışlama müqavilələri onun aldadılması nəticəsində bağlanmışdır və hazırkı iddiada da iddiaçı iddia edir ki, bu müqavilələr cavabdeh tərəfindən atasının aldadılması yolu ilə bağlanmışdır. Halbuki, əksinə, iddiaçının atası Maraqlı şəxs bu əmlakları özü bilərək öz oğluna yox, Cavabdeh bağışlamışdır ki, oğlu həmin əmlakları satıb pulunu hədər etməsin. O, öz oğlunun əməllərindən ehtiyat edərək həm mənzili, həm də evi cavabdehə bağışlamışdır. Belə bir vəziyyətdə hansısa aldadılmadan söhbət gedə bilməz. Təsadüfi deyil ki, bundan əvvəl iddiaçının atasının iddiası əsasında bağışlama müqavilələrinin etibarsızlığına dair işə baxan məhkəmə iddianı rədd etmiş, müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı şərt müəyyən etməmişdir. Bundan başqa, hüquqlarını müdafiə etdiyi cavabdeh iddiaçının barışıqla bağlı təklifini də qəbul etmir. Ona görə ki, iddiaçı atasının adından danışaraq atasının bağ evinin cavabdehdə qalmasına heç bir etiraz etmədiyini, yalnız mənzili istədiyini bildirir. Lakin, iddiaçının atası özü deyir ki, o, nə bağ evinin, nə də mənzilin cavabdehdə qalmasına razı deyil və heç bir barışığa getməyəcək. Yəni, iddiaçı atasının adından barışıqla bağlı vəd verir, lakin atası heç bir barışıq istəmir. Əgər, iddiaçının atasının belə bir niyyəti olsa idi ən azından işin məhkəmənin icraatında olduğu iki aya yaxın vaxtda barışıqla bağlı təklif irəli sürüb, real addımlar atardır. Lakin onun buna niyyəti yoxdur. İddiaçı sadəcə olaraq, atasının adından yalan vədlər verir. Bundan əvvəlki məhkəmə iclasında da barışıq təklif ediləcəyini bildirmiş, lakin hazırkı vaxta qədər atası tərəfindən bununla bağlı heç bir addım atılmamışdır. Bu baxımdan, barışıq üçün əlavə vaxt verilməsini istəmir. Çünki, hazırkı mərhələdə cavabdeh də bu cür barışığa razı deyil. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında izahat vermiş iş üzrə üçüncü şəxs Maraqlı şəxs bildirmişdir ki, o, cavabdeh X3 ilə 2005-ci ildə ailə qursa da həmin vaxt rəsmi nikaha daxil olmamışdır. Sonradan, X3 ondan rəsmi nikaha daxil olmaqlarını istəmiş, o da nikaha daxil olmuşdur. Bundan sonra, cavabdeh X3 onu aldadaraq əvvəlcə bağ evini, daha sonra yaşadıqları mənzili özünə bağışlatmışdır. Oğlu İddiaçı bunu məhkəmə qətnaməsi əsasında mənzilə köçürülən vaxt bilmişdir. O, Gülbənizlə boşandıqdan sonra mənzili və evi ona qaytarmasını istəmiş, lakin cavabdeh bunu qəbul etməmiş, məhkəməyə müraciət etməsini bildirmişdir. Bundan sonra, hər iki bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etsə də məhkəmə iddianı təmin etməmişdir. Hər bir halda hesab etmişdir ki, iddia əsaslıdır və hər iki bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 139 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 12.03.2021-ci il tarixli, 33 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, 13 saylı evin, 21 saylı mənzilində həyat yoldaşı Cavabdeh, oğlu İddiaçı, gəlini X9, nəvələri X5 və X4 ilə birlikdə qeydiyyatdadır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07.08.2018-ci il tarixli, 2(010)-3875/2018 saylı qətnaməsinin surətindən görünür ki, qətnamə ilə İddiaçı cavabdehlər Maraqlı şəxs, Cavabdeh və X6 qarşı “istifadə hüququnun tanınması, mənzilə köçürülmə” tələbinə dair ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, ev 13, 21 saylı mənzildən istifadə hüququna xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13.12.2018-ci il tarixli, 2(103)-12598/2018 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07.08.2018-ci il tarixli, 2(010)- 3875/2018 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia üzrə İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, 13 nömrəli evin 21 saylı mənzilinə köçürülməsi, qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs İddiaçı qarşı “istifadə hüququnun itirilməsinin müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 08.05.2019-cu il tarixli, 2(102)- 3026/2019 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 13.12.2018-ci il tarixli, 2(103)-12598/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli, 2(010)-398/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs Cavabdeh qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən iş materialları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil və ünvan 4vafiq olaraq 15.12.2018-ci il tarixli və 18.01.2018-ci il tarixli bağışlama müqavilələri ilə Maraqlı şəxs tərəfindən o zamankı arvadı Cavabdeh bağışlanmış, hər iki əmlak Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Hazırkı iş üzrə İddiaçı isə mənzilin mülkiyyətçisi olmasa da doğulduğu vaxtdan arvadı X9 ilə aralarında olan nikah pozulana qədər bu mənzildə digər ailə üzvləri ilə birlikdə yaşamış, sonradan mənzildən çıxarılmışdır. Lakin onun mənzildən istifadə hüququ olduğundan mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmişdir. Onun mübahisəli mənzilə köçürülməsinə dair kassasiya instansiyası məhkəməsinin yekun qətnaməsi 08.05.2019-cu il tarixdə qəbul edilmiş, bundan sonra İddiaçı mənzilə köçmək istəyərkən ona məlum olmuşdur ki, həm köçmək istədiyi mənzil, həm də bağ evi atası Maraqlı şəxs tərəfindən hazırkı iş üzrə Cavabdeh bağışlanmışdır. Cavabdeh mənzilin yeni mülkiyyətçisi kimi İddiaçı mənzilə köçürülməsinə razılıq verməsə də sonradan onun mənzildə yaşamasına heç bir etiraz etməmişdir və hazırda da iddiaçının bu mənzilə köçərək istədiyi qədər burada yaşamasına etirazı yoxdur. Bunu məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) də təsdiq etmişdir. Həmçinin, İddiaçı da məhkəməyə verdiyi izahatında başqa ünvanda yaşasa da mübahisəli mənzilə girişçıxışına heç bir maneə olmadığını bildirmişdir. O, müqavilələrin etibarsızlığı tələbini belə əsaslandırmışdır ki, bağışlama müqavilələri bağlanarkən onun mübahisəli mənzildən istifadə hüququnun olması və mənzildə qeydiyyatda olması nəzərə alınmamış, onun qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsi əsasında mənzildən qeydiyyatdan çıxarılmasından istifadə edilərək müqavilələr onun razılığı olmadan bağlanılmışdır. Bundan başqa, müqavilələr bağlanarkən atası İddiaçı nəvələri üçün vəsiyyətnamə tərtib ediləcəyi vədi ilə aldadılmış, beləliklə, etibarsız əqdlər bağlanılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı həm mənzilin, həm də bağ evinin bağışlama müqavilələrindən əvvəlki mülkiyyətçisi olan iş üzrə üçüncü şəxs Maraqlı şəxs oğlu olduğundan məhkəmə onun həmin əmlakların bağışlanması barədə müqavilələrin etibarsızlığını mübahisələndirmək hüququnu tanıyır. Lakin, məhkəmə hesab edir ki, iddiaçı bu hüququndan qanunla müəyyən edilmiş müddət daxilində istifadə etməyərək bu hüququ itirmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Buna baxmayaraq, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. (“ B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.03.2020-ci il tarixli qərarı) Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında ortaya qoyulmuş mövqeni nəzərə alan məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı əqdin etibarsızlığını mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, İddiaçı məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, o, atası Maraqlı şəxs həm mübahisəli mənzili, həm də bağ evini Cavabdeh bağışladığını, bu mənzilə köçürülməsinə dair 2019-cu il tarixdə qəbul edilmiş yekun məhkəmə qətnaməsi icra olunan zaman bilmişdir. Nəzərə alınmalıdır ki, onun mənzilə köçürülməsinə dair apellyasiya instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan Ali Məhkəmənin qərarı 08.05.2019-cu il tarixdə qəbul edilmiş və qətnamədə həmin ildə icraya yönəldilmişdir. Bu halda İddiaçı hər iki əmlakın Cavabdeh bağışlandığını, yəni ona görə əqdin etibarsızlığına əsas olan halları 2019-cu ildə bilmişdir. Belə olan halda o, həmin vaxtdan etibarən bir il ərzində bu bağışlama müqavilələrinin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət edə bilərdi. Lakin o, bu hüququndan vaxtında istifadə etməyərək hüququnu itirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bağışlama müqavilələrindən məhz həmin tarixdə məlumatlı olması mübahisəsizdir. Çünki, ilk növbədə iddiaçı özü bunu izahatında bildirmiş və həm mənzilin, həm də evin cavabdehə bağışlandığını öyrəndiyi vaxtı dəqiq təsvir etmiş, mənzilə köçürülmək üçün icra məmurları ilə birlikdə mənzilə getdiyini, bu vaxt iş üzrə Cavabdeh mənzilin və bağ evinin ona bağışlandığını bildirdiyini, başda mənzilə köçməsinə razılıq vermədiyini, sonradan icra məmurlarının ona vəziyyəti izah etdiyini bildirmiş, beləliklə, hazırda mübahisələndirdiyi bağışlama müqavilələrindən həmin vaxtdan məlumatlı olduğunu dəqiq göstərmişdir. Həmçinin, məhkəmə iclasında izahat vermiş iddiaçının atası Maraqlı şəxs da oğlunun müqavilələrdən mənzilə köçürülən vaxt məlumatı olduğunu təsdiq etmişdir. Belə olan halda məhkəmə iddiaçının hazırda müqavilələrin etibarsızlığına əsas kimi göstərdiyi halları həmin vaxtdan bildiyi nəticəsinə gəlir. Belə ki, əgər iddiaçı müqavilələrin onun razılığı alınmadan bağlanmasının müqavilələrin etibarsızlığıa əsas yaratdığını hesab edirsə, bunu həmin müqavilələrin bağlandığını eşitdiyi ilk andan bilmiş olmalıdır. Lakin o, bu müqavilələrin etibarsızlığı ilə bağlı qanunla müəyyən edilmiş müddət daxilində məhkəməyə müraciət etməmişdir. Hər nə qədər iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə vaxtında müraciət etməsə də məhkəmə müqavilələrin etibarsızlığının digər dəlillərinə də münasibət bildirməyi zəruri hesab edir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, hər iki bağışlama müqaviləsində də iddiaçının dəlilləri əsasında əqdin etibarlılığını şübhə altına alan hər hansı hal aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. İddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb edilən bağışlama müqavilələri Cavabdeh və atası Maraqlı şəxs arasında bağlanmışdır. Müqavilə bağlanan zaman iddiaçının qeyd etdiyi əsasla əqdin yuxarıda qeyd edilən dörd şərtindən birinin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı isə belə bir hal müəyyən edilməmişdir. Ümumiyyətlə, nəzərə alınmalıdır ki, mənzil üzərində mülkiyyətçi dəyişsə də bu iddiaçının mənzildən istifadə hüququnun xitamına səbəb olmamışdır. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Yəni, İddiaçı atasının mülkiyyətində olan mənzildə olduğu kimi hazırda Cavabdeh mülkiyyətində olan mənzildən də istifadə hüququ var. Elə məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi (vəkili) də cavabdehin iddiaçının mənzildən istifadə hüququnu tanıdığını göstərmiş, iddiaçının həmin mənzilə girib-çıxmasına, bu mənzildə yaşamasına heç bir etirazı olmadığını bildirmişdir. Belə bir vəziyyətdə məhkəmə bağlanmış bağışlama müqavilələrin iddiaçının hansısa mənafeyini pozduğu, onu nədənsə məhrum etdiyi nəticəsinə gəlmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh (üçüncü şəxs Maraqlı şəxs) qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması” tələbinə dair iddia təmin edilməməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh (üçüncü şəxs Maraqlı şəxs) qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar