Məhkəmə qərarları › İş №2(010)-2378/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2378/2021

18.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2378/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra “xxxx” ASC) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh “xxxx” ASC tərəfindən onun yaşadığı ünvan 1 ünvanındakı sayğaca qanunsuz hesablanmış 1987 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən evinə quraşdırılmış elektrik sayğacı “xxxx” ASC-nin əməkdaşları tərəfindən dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Lakin cavabdeh “xxxx” ASC tərəfindən onun yaşadığı ünvan 3 ünvandakı evinin elektrik sayğacına (abunə kodu: **********00000) əsassız 1987 manat cərimə yazılmışdır. Bundan əlavə, “xxxx” ASC-nin əməkdaşları öz qanunsuz hərəkətlərini davam etdirərək onun evinə gələn elektrik enerjisini kəsmişlər. Artıq neçə gündür ki onun yaşadığı evə elektrik enerjisinin verilməsi onlar tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Onlar qanunsuz yazılmış cərimə borcunun dəyəri ödənilməyənə qədər evə elektrik enerjisinin bərpa edilməyəcəyini bildirmişlər. Bu isə tamamilə qanunsuz və əsassızdır. Cavabdeh “xxxx” ASC tərəfindən onun yaşadığı ünvan 4 ünvanındakı evinin sayğacına hesablanmış 1987 manat cərimə borcu qanunsuz və əsassız olduğu üçün silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək əlavə etdi ki, sayğacın yerləşdiyi yer yoldaşının adına olsa da sayğac bacısının adına quraşdırılmışdır. Onlar sayğacın aşağısı əridiyinə görə cavabdeh orqanın əməkdaşlarını sayğacı dəyişmək üçün çağırmış, lakin onlar bildirmişlər ki, bunun üçün 150 manat ödəniş lazımdır. Onlara qonşuların sayğaclarının pulsuz dəyişdirilməsini dedikdə isə əməkdaşlar gedib sayğaca baxıb akt tərtib edilməli olduğunu, yalnız bundan sonra sayğacın dəyişdiriləcəyini bildirmişlər. Həmin şəxslər cərimənin məbləğinin az olacağını dediklərindən yoldaşı akta imza etmişdir. Lakin, sonradan məlum olmuşdur ki, akta əsasən 1987 manat cərimə yazılmışdır. Onlar həmişə X1yə görə borcu vaxtlı-vaxtında ödəsələr də həmin akta əsasən yazılmış borcu ödəməmişlər. Çünki, akt əsassız yerə tərtib edilmiş və borc əsassız hesablanmışdır. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 14.09.2020-ci il tarixli, AKT NDM 019958 nömrəli aktdan görünür ki, abonent İddiaçı məxsus elektrik sayğacına baxış keçirilmiş və EEİQ-yə uyğun baxış keçirilərkən məlum olmuşdur ki, fərdi yaşayış evinin elektrik sayğacının qoşulma sxemi səhvdir. Kənar mənbədən sıfır verməklə sayğac xüsusi açar vasitəsilə istənilən vaxt dövrəyə qoşulur, istənilən vaxt dövrədən kənarlaşdırılır. Baxış zamanı sayğac dövrədən kənarlaşdırılmışdır. “xxxx” ASC tərəfindən tərtib edilmiş **********60012 kodlu abonentin saldosundan görünür ki, abonentə 17.09.2020-ci il tarixdə EİQ pozulmasına görə 1987.48 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş X3 bildirdi ki, ev öz adına olsa da sayğac qurulanda səhvən arvadının yoldaşının adına qurulmuşdur. İşıq idarəsinin işçilərini o çağırmışdır, çünki sayğacda ərimə olduğundan dəyişdirilməsi zəruri olmuşdur. Elə idarənin işçiləri də gəlib sayğaca baxdıqdan sonra sayğacda ərimə olduğunu və akt tərtib etməli olduqlarını, bundan sonra sayğacın dəyişdiriləcəyini bildirmişlər. O, əməkdaşlardan akta əsasən cərimə yazılıb-yazılmayacağını soruşduqda isə ona bildirmişlər ki, 40-50 manat cərimə yazıla bilər. O da bu səbəbdən, eləcə də sayğacın dəyişdirilməsini istədiyi üçün razılaşıb aktı imzalamışdır. Lakin yeni sayğacı düz iki ay sonra gəlib quraşdırmışlar. Bundan sonra məlum olmuşdur ki, həmin akta əsasən 1987 manat qanunsuz cərimə hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş 18.09.2020-ci il tarixli, AKT NDM 019958 nömrəli Akta əsasən elektrik enerjisi uçotu və “X1 Qaydaları”na (EEİQ) riayət olunması yoxlanılmış və müəyyən edilmişdir ki, fərdi yaşayış evinin elektrik sayğacının qoşulma sxemi səhvdir. Sayğac xüsusi açar vasitəsilə istənilən vaxt dövrəyə qoşulur, istənilən vaxt dövrədən kənarlaşdırılır. Baxış zamanı sayğac dövrədən kənarlaşdırılmışdır. Daha sonra, cavabdeh orqan tərəfindən iddiaçıya EEİQ pozulmasına görə cəmi 1987.48 manat məbləğində borc hesablanmışdır. Bundan sonra, İddiaçı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh “xxxx” ASC tərəfindən onun yaşadığı ünvan 1 ünvanındakı sayğaca qanunsuz hesablanmış 1987 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında izahat verən şahid iddia ərizəsində qeyd edilənləri təsdiqləmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “X1 qaydalarının” 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerji təchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir (Qaydaların 8.15-ci bəndi). Məişət abonent tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (Qaydaların 8.33-cü bəndi). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Cavabdeh təşkilatın əməkdaşları istehlakçı tərəfindən X1 qaydalarının 8.32-ci maddəsinin pozulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Bundan başqa, məhkəməyə təqdim edilən və məhkəmə iclasında araşdırılan abonentin saldosundan da göründüyü kimi yeni sayğac quraşdırıldıqdan sonra əvvəlki aylarla müqayisədə iddiaçının elektrik enerjisi sərfiyyatında əhəmiyyətli bir artma və ya azalma müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməmiş, ümumiyyətlə sayğaca müdaxilə edilməsində iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Cavabdeh təşkilat məhkəməyə işıq sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçıya həmin akta əsasən əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, cavabdeh təşkilatın əməkdaşları X1 qaydalarının tələblərini pozaraq, qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablamışlar. Ona görə də məhkəmə hesab edir ki, İddiaçınun iddiası təmin edilməli, “xxxx” ASC-nin əməkdaşları tərəfindən İddiaçı hesablanmış 1987 manat borc onun hesabından silinməlidir. Bu hissədə məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən müvafiq akta əsasən 1987.48 manat borc hesablansa da iddiaçı bu borcun 1987 manatının silinməsini xahiş etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmır və iddia tələbində göstərilmiş məbləğdə borcun silinməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı hesablanmış 1987 (min doqquz yüz səksən yeddi) manat borc onun hesabından silinməlidir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 1987 (min doqquz yüz səksən yeddi) manat borc onun hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar