Məhkəmə qərarları › İş №2(010)-2382/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2382/2020

25.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2382/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı «neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: SOCAR-ın İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Buzovna-Ramana DŞ-250 mm-lik magistral neft kəmərinin 11-ci km-də, kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Suraxanı rayonu, Yeni Ramana, 2-ci Ramana sahəsi, ev 0127, mənzil 0029 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Buzovna-Ramana DŞ-250 mm-lik magistral neft kəmərinin 11-ci km-də, kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Suraxanı rayonu, Yeni Ramana, 2-ci Ramana sahəsi, ev 0127, mənzil 0029 ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti aparılması faktı aşkar olunmuşdur. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Belə ki orada yeraltı boru kəməri mövcuddur və bu səbəbdən də tikili təxirəsalınmadan sökülməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həmin ərazidə onun evindən başqa digər evlər də mövcuddur. Hal-hazırda sözügedən torpaq sahəsindəki tikili qanunsuz deyil və həmin evdə uzun müddətdir ki, yaşayır. Bundan başqa orada yalnız onun tərəfindən kölgəlik verməsi üçün besedka tikilmişdir və həmin besedka da onun tərəfindən sökülmüşdür. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübütlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş xx.xx.2020-ci il tarixli 10\1802 nömrəli tikinti-texniki ekspertizasının rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən SOCAR-ın İddiaçınə məxsus olan boru kəmərinin yeraltı olması, ekspertə və baxış iştirakçılarına təqdim edilməməsi səbəbindən, cavabdehin istifadəsində olan torpaq sahəsi və tikililərin (ev, daş, hasar, kölgəlik və ayaqyolu) neft kəmərindən hansı məsafədə yerləşməsini və yaxud neft kəmərinin mühafizə zonasına düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Eləcə də qeyd olunur ki, iş materiallarında mübahisələndirilən kölgəlik (besedka) tikilisi sökülmüşdür. İş materiallarına əlavə edilmiş fotoşəkildən müəyyən olunur ki, həmin ünvanda tikili mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2011-ci il tarixli Elektrik Enerjisindən alqısatqısının birtipli müqaviləsinə əsasən Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən torpaq sahəsindəki evə elektirik enerjisinin verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli Qaz sayğacının quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən torpaq sahəsindəki evə ******* saylı akt tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından müəyyən olunur ki, Məsimova X4 rayonu, Mollaisaqlı Ərazi D. Mollaisaqlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bu Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulduğu kimi, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı potensial riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir (Önəryıldız /Türkiyə, Paul və Audrey Edwards, paraqraf 54, 2000-Vİİ). “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən dövlət şəhərsalma norma və qaydaları şəhərsalma fəaliyyətini tənzimləmə vasitəsi olmaqla, şəhərsalma sənədlərinin hazırlanmasını və həyata keçirilməsini müəyyənləşdirən təbii-iqlim milli ənənələri və yerli xüsusiyyətləri, ekoloji, geoloji, hidrogeoloji, seysmik, demoqrafik şəraiti, sosial, mədəni-məişət obyektlərinə olan tələbatı, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ehtiyaclarını, su, kanalizasiya və enerji təchizatını, sanitariya-gigiyena, yanğına qarşı və digər mütləq tələbləri ifadə edən kəmiyyət və keyfiyyət göstəriciləri kompleksindən ibarətdir. Şəhərsalma fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər dövlət şəhərsalma norma və qaydalarına əməl etməlidirlər. Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydalarının 1.24.-ci bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərindəki hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Bu qaydaların 1.47.-ci bəndinə əsasən Boru kəmərləri möhkəmliyə və hermetikliyə yoxlanıldıqda mühafizə zonası saxlanılmalıdır. Mühafizə zonası boru kəmərlərinin diametrindən asılıdır. 1.48. Boru kəmərləri hava və su ilə təmizlənən zaman diametrlərdən asılı olmayaraq qoruyucu zona hər tərəfə 25 metr olmalıdır. Porşenin çıxma istiqamətində isə 100 metrdən az olmamalıdır. 1.49. Boruların hidravlik sınağı zamanı mühafizə zonası hər tərəfə 50 m olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə verilmiş ekspertiza rəyinə əsasən SOCAR-ın İddiaçınə məxsus olan boru kəmərinin yeraltı olması, ekspertə və baxış iştirakçılarına təqdim edilməməsi səbəbindən, cavabdehin istifadəsində olan torpaq sahəsi və tikililərin (ev, daş, hasar, kölgəlik və ayaqyolu) neft kəmərindən hansı məsafədə yerləşməsini və yaxud neft kəmərinin mühafizə zonasına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Eləcə də qeyd olunur ki, iş materiallarında mübahisələndirilən kölgəlik (besedka) tikilisi sökülmüşdür. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus evin kəmərin mühafizə zonasına düşübdüşməməsini müəyyən etmək mümkün olmadığından, taxta konstruksiyadan ibarət natamam çardağın sökülməsi müəyyən edildiyindən iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 117-ci maddəsinə əsasən, məhkəmə mülki iş üzrə aparılmış ekspertiza xərcini xahiş etmiş tərəflərdən tutulmasını məqsədə müvafiq hesab edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, SOCAR-ın İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Ekspertiza xərci-50 (əlli) manat iddiaçı SOCAR-ın İddiaçındən alınaraq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı «neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası təmin olunmasın. İddiaçı SOCAR-ın İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid olunsun. Ekspertiza xərci-50 (əlli) manat iddiaçı SOCAR-ın İddiaçındən alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar