Məhkəmə qərarları › İş №2(010)-2413/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2413/2020

02.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2413/2020 02.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Leyla Oruc qızı Talıbovanın sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Üçüncü şəxs X5 və onun etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri 24 saylı Notariat Ofisinə və üçüncü şəxs X9 qarşı “mirasdan imtina ərizəsinin etibarsız hesab olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 24 saylı Notariat Ofisinə və üçüncü şəxs X9 qarşı mirasdan imtina ərizəsinin etibarsız hesab olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********314 saylı mirasdan imtina ərizəsinin etibarsız hesab olunması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, anası X12 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Onun vəfatından sonra vərəsəlik işləri ilə əlaqədar o, X2 və bacısı X6 ilə birlikdə xx.xx.2020-ci ildə Bakı şəhəri 24 saylı Notariat Ofisinə müraciət etmişlər və sənədləri X2 notariusa təqdim etmişdir. Notarius kontorunda sənədləri nəzərdən keçirdikdən sonra atasından qalan mirasa dair vərəsəlik hüququnun itirdiyini bildirmişlər. xx.xx.2020-cu il tarixində notariusun iştirakı ilə onun (iddiaçının) adının vərəsəlik şəhadətnaməsində qeyd olunmasına dair razılıq ərizəsini imzalayacaqlarına söz vermişlər və onun müqabilində ondan, anasından qalan "xxxxxxxxxxxxxxx" ASC -də hesaba dair imtina ərizəsini imzalamağını tələb etmişlər. Lakin, onlar birlikdə xx.xx.2020-ci ildə notariat ofisinə müraciət etdikdə X2 və bacısı X6 anasından qalan mirasa dair imtina ərizəsinin imzalamasını ondan tələb etmişlər və hətta hədə-qorxu gəlmişdirlər. X2 onun qızını hədələmişdir. Onun qızı (iddiaçının) qardaşının belə hərəkətindən çox qorxmuş və hələ də o qorxu altındadır. O, məcbur olub həmin ərizəni imzalamışdır. xx.xx.2020-ci ildə imzanın ləğvi ilə bağlı o, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmiş və idarədən onu təkrarən Suraxanı rayonu, 24 saylı notariat ofisinə göndərmişlər. X17 imzanın etibarsız hesab olunmasına dair ona ərizə verərək məhkəməyə müraciət etməsini bildirmişlər. O verdiyi ərizənin etibarsız hesab olunmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X13 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onun anası xx.xx.2019-cu ildə vəfat etmişdir. X1 Azərbaycan xxxxxxxxxxxxxxxında olan əmanətdən iddiaçıya düşən paydan xx.xx.2020-ci il tarixində notariat ofisində ərizə yazaraq onun xeyrinə imtina etmişdir. O heç kimə təzyiq göstərməmiş və heç kimə hədəqorxu gəlməmişdir. Onun anası xəstə olmuş və onun müalicə olunması üçün 37000 manat xərc çəkilmişdir. İddiaçı isə iki ildən artıq müddətdir ki, anasına baş çəkməmiş və onunla maraqlanmamışdır. Hazırda anasından vərəsəlik qaydasında qalan pul bacısı Mehribana veriləcəkdir. Göstərilənlərə əsasən iddia tələbinin əsassız olduğunu qeyd edərək rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X5 etibarnamə üzrə nümayəndəsi X14 cavabdehin izahatına uyğun izahat verərəkiddia tələbini qəbul etməyərək bildirmişdir ki, qanunvericilik vərəsəlikdən imtina olunması barədə ərizənin geri götürülməsinə yol vermir. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli 58 nömrəli məktubundan müəyyən olunur ki, xx.xx.2019-cu ildə vəfat etmiş X4 Azərbaycan xxxxxxxxxxxxxxxında olan əmanətdən iddiaçıya düşən paydan xx.xx.2020-ci il tarixində notariat ofisində ərizə yazaraq X5 xeyrinə imtina etmişdir. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 071367 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 860458 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 274152 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1972-ci il tarixdə doğulmuşdur. X3, anası X10r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 402728 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənova (Zeynalova) Natəvan Rafiq xx.xx.1981-ci il tarixdə doğulmuşdur. X3, anası X10r. İş materiallarına əlavə edilmiş Azərbaycan xxxxxxxxxxxxxxxının BPM**********81 saylı xx.xx.2019-cu il tarixli X11 müəyyən olunur ki, X12 ilə Azərbaycan xxxxxxxxxxxxxxx arasında müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 07252488 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Həsənova (Zeynalova) Natəvan Rafiq qızı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu ildə vəfat etmiş anası- X4 Azərbaycan xxxxxxxxxxxxxxxında olan əmanətdən ona düşən paydan X5 xeyrinə imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsində göstərilir ki, hər birtərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasənmiras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3.-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bu Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sirasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1268.1.-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X7 ölümündən sonra vərəsəlik hüququ üzrə miras qalmış Azərbaycan xxxxxxxxxxxxxxxı ASC-də olan əmanətdən İddiaçı ona düşən paydan X2nun xeyrinə imtina etmişdir. İddiaçı bununla bağlı olaraq notariat kontoruna rəsmi ərizə ilə müraciət etmişdir. Sonradan məhkəmədə iddia qaldıraraq onun qardaşı tərəfindən hədələndiyini və buna görə də notariat kontorunda ərizəni imzalamaq məcburiyyətində qaldığını bildirmişdir. Lakin məhkəmə iclasında iddiaçı tərəf notariat kontorunda ərizəni imza edərkən bundan imtina edə bilməməsini əsaslandıra bilməmiş və bununla bağlı olaraq mötəbər sübut təqdim edə bilməmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəf miras əmlakı qəbul etməkdən imtina etməsi barədə ərizə verdiyindən və həmin ərizəni geri götürmək hüququ olmadığından iddia tələbi təmin oluna bilməz. İddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 24 saylı Notariat Ofisinə və üçüncü şəxs X9 qarşı “mirasdan imtina ərizəsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar