Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2451/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin direktoru Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə faktiki rəhbərlik edən Cavabdeh3 qarşı “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin direktoru Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə faktiki rəhbərlik edən Cavabdeh3 qarşı “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci bloku, 15-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 105,36 kv.m olan 71 saylı mənzilin giriş-çıxış qapılarının açarlarının təqdim edilməsi və mənzili tərtib edilmiş akt əsasında İddiaçı təhvil verilməsi, təmir işlərinin aparılmasına şərait yaradılması, eləcə də, istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlər Cavabdeh1 MTK-nın, kooperativin direktoru Cavabdeh2 və kooperativə faktiki rahbərlik edən Cavabdeh3 üzərinə qoyulmasını və 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər: “Elita-R'’ MTK, kooperativin direktoru Cavabdeh2 və kooperativə faktiki rahbərlik edən Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun tərəfindən verilmiş iddia ərizəsini o imzalamamış və həmin imza onun tərəfindən verilmiş etibarnamə əsasında Nümayəndə tərəfindən imzalanmışdır. Cavabdeh1 Mənzil Tikinti Kooperativinin etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 izahat verərək bildirmişdir ki, hazırkı iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Buna görə də hazırkı iddia ərizəsinə məhkəmə tərəfindən baxıla bilməz və baxılmamış saxlanılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçının izahatından müəyyən olunur ki, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamış, buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”; Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından hazırkı iddia ərizəsinə iddia icraatı qaydasında baxıla bilməz və bu səbəbdən də baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı tələb baxılmamış saxlanılmalı və iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla iddia ərizəsi ilə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 263, 264, 269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin direktoru Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə faktiki rəhbərlik edən Cavabdeh3 qarşı “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ümumi əsaslarla iddia ərizəsi ilə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2451/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2451/2023
23.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver