Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2471/2024 08.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə "xxxx" ASC) qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərara aldı. İş materialları
1. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Bakı şəhəri Suraxanı rayonu üzrə bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün İddiaçı həqiqətən aşağıdakı ailə tərkibi ilə 1996-cı ildən ünvan 1 ünvanda müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi aşağıdakılardan ibarətdir: X3. (Mərhum atası X4 qeyd edilən ünvanda 1996-cı ildən ölən günədək xx.xx.2013-cü il tarixədək yaşmışdır).
2. "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında çıxarışdan görünür ki, **********53A0000 №-li abunə kodu üzrə xx.xx.2015-ci il tarixə BARMEK borcu 196,65 manat təşkil edir.
İşin faktiki halları
3. İddiaçı 1996-cı ildən ünvan 1 ünvanda müvəqqəti məskunlaşması və **********53A0000 №-li abunə kodu üzrə elektrik enerjisindən istifadə etməsi işin mübahisəsiz hallarıdır.
İddia tələbi
4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus ünvana **********A0000 abonent kodu üzrə əsassız yazılmış 196,65 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
5. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
6. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, atası vəfat etdikdən sonra bütün kommunal xidmətləri öz adına keçirtmək üçün Asan xidmətə yaxınlaşdıqda işıq üçün dondurulmuş borcu olduğunu bildirdilər. Bu barədə müvafiq oranlara müraciət etdikdə borcunun olmadığını, həmin borcun BARMEK tərəfindən yazıldığını bildirdilər. Hazırda evi satmaq istəyir, ancaq borcu olduğu üçün işıq xətti adına keçirilmir, bu səbəbdən də evi sata bilmir. Buna görə də qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
7. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, invoysdan göründüyü kimi bu borc “barmek” vaxtına aid köhnə borcdur. Adətən, vətəndaşlar bu borcun silinməsi üçün onlara müraciət edirlər, lakin onlar bu borcları silə bilmirlər, məhkəmə qətnaməsi ilə bu borclar silinir. İş matetiallarında olan invoysa baxdıqda cari borc qrafasının 0 olduğu görünür. Digər borc isə dondurulmuş borc qrafasındadır, bu borc onlardan tələb edilmir. Sadəcə, vətəndaş bu borc məbləğinə görə mülkiyyətində olan evi sata, bağışlaya bilmir. Bu borc məbləği bizim müəssisədən əvvəl fəaliyyət göstərən müəssisədən əvvəl də fəaliyyət göstərən müəssisə tərəfindən yazılıb. Buna görə də qeyd olunanları nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Maddə 57. Müraciət etmək hüququ İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”
1.1. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent - elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məişət abonenti (əhali) isə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. 1.4. Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir. 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.19. İstehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəydikdə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır.
Məhkəmənin mövqeyi
10. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir.
11. Belə ki, iş üzrə toplanmış sübutları araşdıran məhkəmə belə nəticəyə gəlmişdir ki, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına sayğac quraşdırılmış və iddiaçı hər ay müntəzəm olaraq elektrik enerjisindən istifadəyə görə hesablanan borcları ödəmişdir. Bu halı iş materiallarına əlavə edilmiş invoysdan da görmək mümkündür. Həmin invoysdan və cavabdehin nümayəndəsinin də məhkəmə iclasındakı izahatından görünür ki, iddiaçının istifadə etdiyi elektrik enerjisinə görə cari tarixə borcu yoxdur. İnvoysda öz əksini tapmış 196,65 manat borc isə xx.xx.2015-ci il tarixə keçmiş "Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC tərəfindən hesablanmış borcdur və “dondurulmuş borc”lar kateqoriyasına aid edilməklə istehlakçılardan tələb edilmir. Sadəcə olaraq həmin borcların silinməsi "xxxx" ASC-nin səlahiyyətində olmadığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.
Məhkəmə xərcləri
12. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 13.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur.
14. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 30 manat təşkil edir.
15. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
16. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanına (abonent kodu: **********53A0000) hesablanmış 196,65 manat məbləğində borc ləğv olunmalıdır.
17. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********53A0000) hesablanmış 196,65 (bir yüz doxsan altı manat altmış beş qəpik) manat məbləğində borc ləğv olunsun. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.