Məhkəmə qərarları › İş №2(010)-2487/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2487/2022

28.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2487/2022 28.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya hesablanmış **********06720 saylı abonent kodu) 432 (dörd yüz otuz iki) manat məbləğində borcun əsassız hesab edilərək, silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı məcburi köçkün kimi məskunlaşdığı ünvan 3ndə yerləşən fərdi yaşayış evinə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və **********06720 saylı abonent kodu açılaraq, G-4 markalı 1602AZ**********66 nömrəli smart qaz sayğacı quraşdırılmışdır. Lakin xx.xx.2021-ci il tarixində yaşadığı evə quraşdırılmış qaz sayğacının ekran hissəsi iddiaçıya məlum olmayan şəraitdə naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığından o, bu barədə dərhal 102 xidmətinə, Cavabdeh 104 qaynar xəttinə və Suraxanı rayon X5 məlumat vermişdir. O, 102 xidmətinə müraciət etdikdən alındıqdan sonra Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsi tərəfindən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsində yerləşən ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının naməlum şəxs və ya şəxslər tərəfindən sındırılması barədə xx.xx.2021-ci il tarixdə müraciət etdiyinə dair xx.xx.2021-ci il tarixli 098-183621-3221 saylı arayış ona təqdim olunmuşdur. Qeyd olunan hadisə ilə bağlı Cavabdeh tərəfindən isə xx.xx.2021 -ci il tarixli ******* saylı akt tərtib olunmuşdur. Həmin akta əsasən evində quraşdırılmış G-4 markalı 1602AZ**********66 nömrəli sayğac ekranı qırılması səbəbindən G-4 markalı **********0 nömrəli sayğacla əvəz olunmuşdur. Qeyd olunan akt hadisənin ona aşkar olduğu tarixdən 2 gün sonra tərtib olunsa da, sayğacın yalnız ekran hissəsinin qırılması həmin vaxt ərzində iddiaçının evinə qazın verilməsində heç bir maneə yaratmamış və o, yeni sayğac quraşdırılanadək qazdan istifadə etmişdir. Yeni sayğac quraşdırıldıqda isə əvvəlki sayğacının balansında 45 manat məbləğində pulu qalmışdır. Bundan sonra o, yeni sayğacla qazdan istifadə etməyə başlamışdır. Lakin hadisədən 3 ay keçdikdən sonra yeni sayğacla ona verilən qaz bloklanmışdır. Bu barədə o, Cavabdeh əməkdaşlarından soruşduqda, onlar sayğaca iddiaçıya bəlli olmayan şəraitdə baxış keçirilərkən, həmin sayğacda kənar müdaxilənin aşkar olunduğunu bildirərək, cavabdeh tərəfindən 432 manat məbləğində borc hesablandığını bildirmişdirlər. İddiaçı qeyd olunan borcla razılaşmadığından Cavabdehnə ərizə ilə müraciət etmişdir. Müraciətinə Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini Hicran Abasov tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli məktubla cavab verilərək bildrilmişdir ki, istifadəsində olmuş G-4 markalı 1602AZ**********66 nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixində öncədən ödənişli yeni qaz sayğacı ilə əvəzlənmişdir. Çıxarılan qaz sayğacı “ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının nəzarəti altında "Azəriqaz” İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2021 -ci il tarixli MSK 29-1710-04970-1 saylı aktına əsasən, 11460196 saylı plomb kəsilərək G-4 SM/1233 saylı qutu açılaraq, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan zavod plombları sınmış, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməmiş, sayğac Alarm-1 rejimində olmuşdur. Sayğacın daxilinə baxış keçirilərkən isə məlum olmuşdur ki, hesablama mexanizmini hərəkətə gətirən iki ədəd dişli çarx sayğacın daxilində aşkar olunmamış, sayğacın yaddaş arxivi oxunduqda isə xx.xx.2021-ci il tarixində Alarm -1 rejimi aşkar olunduğuna dair rəy verilmişdir. Əlavə olaraq "Azəriqaz" İBnin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən, qaz sayğacının zədələnməsi nəticəsində 4320 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamentinin bu məktubu isə həqiqətləri əks etdirmir. Belə ki, məktubda sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan zavod plomblarının sınıq olması, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyini və hesablama mexanizmini hərəkətə gətirən iki ədəd dişli çarxın sayğacın daxilində aşkar olunmaması qeyd olunsa da, "Azəriqaz" İB-nin 23 noyabr 2021 -ci il tarixli ******* saylı aktı ilə də təsdiq edilir ki, Smart kart tipli sayğac çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuş, yalnız sayğacın ekran hissəsi sınmışdır. Digər heç bir əlavə müdaxilə aşkar edilməmişdir. Cavabdeh sayğacın kənar təsir nəticəsində xarab olmasını və nəticə də 4320 m3 qazın itirilməsi nəticəsində, məndən 432 manat tələb etsə də, onu nəzərə almamışdır ki, sayğacın içində hər hansı bir kənar təsirin edilməsi üçün ilk əvvəl sayğacın içini açmaq gərəkdir. Sayğaca vurulmuş plombları qırmadan isə bunu etmək mümkün deyil. Beləliklə də sayğaca vurulmuş plombların qırılmamasını nəzərə alsaq, bir daha görmək olar ki, mənim tərəfimdən plomb qırılmadan sayğaca müdaxilə edilməsi mümkün deyildir. Sayğaca dəymiş ziyanın isə qazın itirilməsinə səbəb olması mümkün deyil. Məhz bu baxımdan Cavabdeh tərəfindən məndən tələb edilən məbləğ əsassız hesab edilərək ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qeyd edilən qaydaya əsasən cavabdeh ona məxsus qaz sayğacını dəyişdirmək istəyirsə bunu öz vəsaiti hesabına etməli idi. Lakin həmin dəyişdirməni onun vəsaiti hesabına etmək üçün qaz sayğacında iddiaçının təqsiri üzündən baş vermiş zədə aşkar etməli idi. Cavabdeh də iddiaçıya məxsus sayğacı çıxarıb apararaq, iddiaçıya məlum olmayan vəziyyətdə üzərində zədə aşkar etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, izahatında təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 1602AZ**********66 nömrəli sayğacın yoxlanması barədə xx.xx.2021-ci il tarixli 29/1710- 04970-1 nömrəli akt əsasında “sayğacın hesablama mexanizminin qoruyucu mexanizminin üzərində vurulan zavod plombları sınıqdır. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Hesablama mexanizmini hərəkətə gətirən dişli çarx sayğacın daxilində aşkar edilmədi. Sayğacda ALARM-1 (batareya yuvasına müdaxilə nəticəsində klapan bağlanmır ” şəklində rəy verilmişdir. "Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə" "Azəriqaz" İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Təlimatda yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarlnm pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 432.00 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. "Qaz paylayıcısı ilo məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı" Müqaviləsinin 2.3.4.-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. İddiaçı sayğaca naməlum şəxslər tərəfindən müdaxilə edilməsini, bu halı aşkar edəndən dərhal sonra DİN orqanlarına müraciət etmiş olduğunu qeyd etsə də, iş materialları bunun əksini sübut edir. Belə ki, 2017-ci ildə quraşdırılmış sayğacın illər üzrə sərfiyyatına və ödənişlərinə diqqət etsək görə bilər ki, 2021-ci ildə ödəniş əvvəlki illərlə müqaisədə iki dəfədən də az olmuşdur. Bu göstəricinin bir günə meydana çıxması mümkün deyildir. Ona görə də iddiaçının sayğaca naməlum şəxslər tərəfindən müdaxilə edilməsi barədə fikirləri özünümüdafiə kimi qiymətləndirilməlidir. Şübhə doğuran hallardan biri də polis şöbəsinə müraciət edən günü də bu barədə arayışın alınması faktıdır. Dərhal arayışın hazırlanaraq iddiaçıya təqdim edilməsi inandırıcı təsir bağışlamır. Həmçinin, vətəndaşın müraciətini qəbul etmiş polis şöbəsinin faktla bağlı hər hansı tədbirlər görüb-görməməsi də məlum deyildir. İddiaçı Cavabdeh İB-yə tərəfindən hesablanmış 432.00 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Suraxanı rayon İHB-nın Əmircan Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, İbadov X3 qəsəbəsi, Qulu Quliyev küçəsində nömrəsiz fərdi evdə müvəqqəti məcburi köçkün kimi məskunlaşıb. (QMKİDK Suraxanı rayonu sektorunun 366 saylı xx.xx.2022-ci il tarixli arayışına əsasən). AA seriyalı 336829 saylı vəsiqədən müəyyən olunur ki, İbadov X2 rayonundan məcburi köçkündür. İddiaçının Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, iddiaçıya qanunsuz cərimə yazılmışdır. Onun polisdən arayışının olması nəzərə alınmamışdır. Məsələnin araşdırılmasını xahiş etmişdir. Suraxanı rayon Pİ-nin 31-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı məxsus Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsində yerləşən fərdi evə quraşdırılmış qaz sayğacının naməlum şəxs və ya şəxslər tərəfindən sındırılması barədə xx.xx.2021 -ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nə müraciət etmişdir. 0325975 saylı “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktından görünür ki, İddiaçı ünvanında olmuş və 15.Xİİ.2021-ci il tarixli Akt – MSK 29/1710-0497-8 saylı dövlət yoxlamasına əsasən 1602A213016078 saylı sayğacın hesablama mexanizmi qoruyucu örtüyünün üzərinə vurulan zavod plomblar sınıqdır xx.xx.2021-ci il tarixdi ALARM-1 aşkar olundu. Dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, ünvan 2 ünvanda aşkar edilmiş nöqsan: Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli 29/1710-04970-1 №-li Aktına əsasən G-4 markalı 1602AZ**********66 №li sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərin əvurulan zavod plomblar sınıqdır. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Hesablama mexanizmi hərəkətə gətirən ilk ədəd dişi çarc saycağın daxilində aşkar olunmadı.ALARM-1 rejimi aşkar olundu. İddiaçının 02/2017- 04/2022 tarixlərini əhatə edən saldosundan görünür ki, onun akta əsasən borcu 432.00 manat, mexaniki sayğacın göstəriciləri üzrə borc məbləği 1534 manat, limitdən artıq sərfiyyata görə hesablanan borc 0,00 manat, həyata keçirdiyi ödəniş isə 153.50 manatdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 432 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən - istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda-yolda yerləşdirilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca birtərəfli qaydada baxış keçirilmiş və baxış keçirilən zaman şahidlərin iştirakı təmin olunmamış, habelə abonent həmin aktın tərtibində iştirak etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, sayğaca baxış keçirilməsi zamanı hər hansı bir foto və ya video çəkilişin aparılması da iş materilları ilə müəyyən edilmir. Bütün bu ziddiyyətlər isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. Odur ki, iddia tələbi təmin edilməli və İddiaçı yaşadığı ünvan 3 ünvanında (abonent kodu **********06720) akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 3 ünvanına (abonent kodu: **********06720) akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar