Məhkəmə qərarları › İş №2(010)-249/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-249/2024

26.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-249/2024 26.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X15 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.

1. AZE seriyalı 14639140 nömrəli Azərbaycan Respublikası vətəndaşının notarial qaydada təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur.

2. AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının notarial qaydada təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə anadan olmuşdur.

3. Vİ-ЖГ seriyalı 344633 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. X5, anası X8r.

4. AZ-İ seriyalı 690841 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə doğulmuşdur. X5, anası X8r.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X9 İ dərəcəli əlildir, diaqnozu: şizofreniya paranoid forma, natamam remissiya paranoid qüsur halı, dərin psixi qüsur halı. (DSMF məlumatlarına əsasən)

6. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədəuyğun hesab edilir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3324 saylı rəyindən görünür ki, X6 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Bunu anamnestik məlumatlarlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə psixi vəziyyətində dəyişikliklərin 1996-cı ildən başlayaraq meydana gəlməsi, onda əsəbilik, yuxu pozuntusu, daha sonralar şübhələrin meydana gəlməsi, davranışının qeyri-adekvatlığı biruzə verdiyi üçün psixiatrik qeydiyyatda düşməklə Bakı şəhər 2 saylı X3 müalicələrdə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici və qoruyucu müalicəni qəbul etməsi, “Şizofreniya paranoid forma, natamam remissiya” paranoid qüsur halı. Dərin psixi qüsur halı” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, davranışında qəribəliklər, ara-sıra öz-özünə danışması, psixi vəziyyəti ilə əlaqədar hər hansı bir işi müstəqil yerinə yetirə bilməməsi ilə əlaqədar daim kənar şəxsin köməyinə və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı aşkar olunan əlamətlər - zahirən gərgin və narahat görünməsi, təfəkkürünün autikliyi, paraloji olması, sorğu gedişatında verilən suallara yerinə düşməyən cavablar verməsi, maraq dairəsinin və emosional-iradi sferasının enməsi, şəxsiyyətin psixi qüsur əlamətləri müəyyən edilməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması vs. sübut edir. Xroniki ruhi xəstəliyi ilə əlaqədar X9 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X6 müəyyən edilən Şizofreniya paranoid forma, psixi qüsur halı formasında xroniki psixi xəstəliklə əlaqədar səhhəti mülki iş üzrə məhkəmə baxışında iştirakına yol vermir.

Ərizəçinin tələbi.

8. xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş X9 onun bacısıdır. Bacısı uşaqlıqdan şizofreniya paranoid xəstəsidir və ona İ dərəcəli əlillik verilmişdir. Bacısı müstəqil olaraq özünü idarə edə bilmir. Onun daimi köməyə ehtiyacı vardır. X9 psixi qüsuru səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilməməsi nəticəsində bir sıra hüquqlarından məhrum olmuşdur. Belə ki, X2 verdiyi hüquqlardan istifadə edərək öz həyatını normal səviyyədə yaşamalı olmasını belə dərk etmir. Bu səbəbdən o, bacısının bir sıra şəxsi işlərini görməyə məcbur olur ki, onun öz hərəkətlərini dərk etməməsinə baxmayaraq, bacısının üzərində qəyyum olmadığından bəzi hüquqlarını həyata keçirə bilmir. Buna görə də o, X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi ona bacısının üzərində qəyyum təyin edilməsi üçün lazımdır ki, bununla o, bacısının bir sıra hüquqlarının həyata keçirilməsində bacısına kömək edə bilsin.

Tərəflərin izahatları.

10. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizəsində yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi.

11. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir.

13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi.

14. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir.

15. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X9 İ dərəcəli əlildir, diaqnozu:şizofreniya paranoid forma, natamam remissiya paranoid qüsur halı, dərin psixi qüsur halı. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3324 saylı rəyindən görünür ki, X6 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Bunu anamnestik məlumatlarlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə psixi vəziyyətində dəyişikliklərin 1996-cı ildən başlayaraq meydana gəlməsi, onda əsəbilik, yuxu pozuntusu, daha sonralar şübhələrin meydana gəlməsi, davranışının qeyri-adekvatlığı biruzə verdiyi üçün psixiatrik qeydiyyatda düşməklə Bakı şəhər 2 saylı X3 müalicələrdə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici və qoruyucu müalicəni qəbul etməsi, “Şizofreniya paranoid forma, natamam remissiya” paranoid qüsur halı. Dərin psixi qüsur halı” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, davranışında qəribəliklər, ara-sıra öz-özünə danışması, psixi vəziyyəti ilə əlaqədar hər hansı bir işi müstəqil yerinə yetirə bilməməsi ilə əlaqədar daim kənar şəxsin köməyinə və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı aşkar olunan əlamətlər zahirən gərgin və narahat görünməsi, təfəkkürünün autikliyi, paraloji olması, sorğu gedişatında verilən suallara yerinə düşməyən cavablar verməsi, maraq dairəsinin və emosional-iradi sferasının enməsi, şəxsiyyətin psixi qüsur əlamətləri müəyyən edilməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması vs. Sübut edir. Xroniki ruhi xəstəliyi ilə əlaqədar X9 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

16. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir.

17. Beləliklə, X7 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Buna görə də, məhkəmə hesab edir ki, X9 əqli, psixi və fiziki xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X9 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə xərcləri.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

Ərizə təmin edilsin. xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar