Məhkəmə qərarları › İş №2(010)-2492/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2492/2022

13.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2492/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1421/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə 170 manat məbləğindəki alimentin miqdarının dəyişərək xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 görə Cavabdeh hər ay hər uşağa görə 193 manat sabit pul məbləğinin və birgə nikah dövründə ağır onkoloji xəstəliyə tutulduğuna görə müayinə, dərman və müalicə prosedurlarına görə hər ay sabit pul formasında 250 manat məbləğində olmaqla, cəmi 636 (altı yüz otuz altı) manat alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, xx.xx.2009-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2010-ci ildə Məleykə, xx.xx.2013-cü ildə Fidan və xx.xx.2014-cü ildə Rəsul adlı uşaqları doğulmuşdur. xx.xx.2020-ci ci il tarixdə keçmiş əri-Cavabdeh onu döyərək xəsarətlər yetirmiş, rayonda yaşayan anasına zəng edərək Bakıya çağırmış, onu əvvəlcə yaşadıqları mənzildə, sonra avtomobildə təkrar döyərək Bakı şəhəri 18 saylı Notariat Ofisinə gətirmiş hədə-qorxu gələrək sənədləri imzalatdırmışdır. Eyni zamandan onu təhdid edərək şəkillərini telefon vasitəsilə çəkdiyini, razı olmayacağı təqdirdə sosial şəbəkələrdə paylaşacaığı ilə təhdid etmişdir. Ona qarşı cinayət əməlini etdikdən sonra, 3 azyaşlı uşaqlarını əlindən zorla almış və xalasının kirayədə yaşadığı evin qarşısına atıb getmişdir. Uzun sürən mübahisələrdən sonra Suraxanı rayon Pİ-nin 31-ci PB-də araşdırma aparılmış, ekspertizadan keçirilmişdir. Bakı şəhəri, Suraxanı RPŞ-in 31-ci PB-də döymə faktı ilə bağlı araşdırma aparıldıqdan sonra Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi tətbiq edilərək baxılması üçün Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Uşaqların zorla əlindən alınması, onkoloji xəstə olmağı, keçmiş ərinin onun əxlaqsız şəkillərini çəkərək mütəmadi olaraq sosial şəbəklərdə paylaşacağı ilə şantaj etdiyinə görə xx.xx.2021-ci ildə özünü öldümək məqsədi ilə “uksus” məhlulu içmiş və intihara cəhd etmişdir, lakin həkimlərin səyi nəticəsində həyatda qalmışdır. Daha sonra, Cavabdeh Suraxanı rayon məhkəməsinə ona qarşı nikahın ləğv edilməsi, xx.xx.2010-cu il təvəllüdlü Məleykənin onun yanında qalmasının müəyyən edilməsi, iki uşağa görə 170 manat olmaqla cəmi 340 manat alimentin Elvindən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılması barədə iddia irəli sürmüşdür. İddia qismən təmin olunaraq xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan xx.xx.2022-ci il tarixdən hesablamaqla hər ay 193 manat məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsinə dair qətnamə qəbul etmişdir. Bundan başqa, Cavabdehla rəsmi nikahda olduğu dövrdə onkoloji xəstəliyə tutulmuş, bir neçə dəfə ağır cərrahi əməliyyat keçirmişdir. Hazırda Milli Onkologiya Mərkəzində qeydiyyatdadır, ona görə də hər ay müayinəyə, müalicəyə, dərmana və digər müalicə prosedurlarına 250 manat pul xərcləyir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun iddiaçı ilə nikahı iddiaçının ona xəyanət etməsi nəticəsində pozulmuşdur. Nikahları pozulduqdan sonra böyük qızı xx.xx.2010-cu il təvəllüdlü Məleykə öz istəyi ilə onun yanında qalmışdır (bu barədə Suraxanı rayon məhkəməsinin 2(010)1421/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur), iki uşaq isə İddiaçı yanında qalmışdır. O, uşaqların saxlanmasında iştirak etməkdən imtina etməmiş, hər ay məhkəmənin qət etdiyi hər ay iki uşağa görə 340 manat aliment məbləğini vaxtında ödəmişdir. Belə ki, iddiaçının tələb etdiyi iki uşağa görə 386 manat alimenti ödəmək imkanı olmadığını, heç bir yerdə işləmədiyini, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını bildirmişdir. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1421/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşaq tələbi, İddiaçı Züzuli qızının Cavabdeh qarşı uşaq və aliment tələbinə dair iddiası təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Beyləqan rayon İHB-nin Təzəkənd kənd üzrə icra nümayəndəliyində akt qeydləri kitabında 17 nömrə ilə qeydə alınmış nikah pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8 atası-iddiaçı Cavabdeh yanında saxlanılması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X11 anası-İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2021 ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi hər ay 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7227/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(010)-1284/2021 saylı qətnaməsi “iddianın rədd olunan” və “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzili ilə bağlı rədd edilən hissələrdə ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməsi, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat ofisində bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzilinin Cavabdeh tərəfindən X3 bağışlama müqaviləsi etibarsız hesab edilməsi, X2 adına verilmiş çıxarış ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzilinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh payları müəyyən edilməsi və İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan İHB-nin Təzəkənd kənd ərazi nümayəndəliyi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. İş materiallarına əlavə edilmiş Beyləqan İHB-nin Təzəkənd kənd inzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. İş materiallarına əlavə edilmiş Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş tibbi arayışlardan görünür ki, İddiaçı qalxanabənzər vəzinin papilyar karsinoması, boyun limfa düyünlərinə metastaz diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya şurasında xx.xx.2021-ci il tarixdə 11:00-12:00 saatlarına təyin olunmuş iclasda iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 1143/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin təyin olunması tələbinə dair iddiası qismən təmin olunmuş, iddiaçı Cavabdeh ilə İddiaçı Züzuli qızının birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdən hesablamaqla hər ay 193 manat məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmalarına yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X11 anadan olmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1421/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 170 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-1143/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə də xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdən hesablamaqla hər ay 193 manat məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı müraciət edərək bildirmişdir ki, məhkəmə qətnaməsi ilə tutulmuş aliment uşağın ehtiyacını təmin edə bilmir və maddi cəhətdən uşağın saxlanmasına kifayət etmir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2022-ci il tarixdən uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını, iş üzrə əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün yetərli olmamasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 1421/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); Məhkəmə qeyd edir ki, birgə nikah dövründə ağır onkoloji xəstəliyə tutulduğuna görə müayinə, dərman və müalicə prosedurlarına görə hər ay sabit pul formasında 250 manat məbləğində pulun tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçının əmək qabiliyyətinin itirilməsi, cavabdehin zəruri vəsaitə malik olması və gəlirləri barədə sübut təqdim olunmadığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Bundan başqa xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş “X13” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat və 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu kimi ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiymətinin, yəni bir il ərzində ödəmənin məcmusunun 1000 manatdan artıq olmasını nəzərə alaraq, ödənilməli 16.32 manat dövlət rüsumu X6 dövlət gəlirinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1421/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərcləri – 16,32 (on altı manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar