Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2502/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı izahatında göstərdi ki, onun Cavabdeh ilə aralarında 04.05.2021-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən Cavabdeh, onun tərəfindən 8000 (səkkiz min) manat məbləğ həcmində kompensasiyanı almaqla Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməsinə və 30.06.2021-ci il tarixədək qeydiyyatdan çıxarılmasına razılıq vermişdir. Odur ki, tərəflər arasında 04.05.2021-ci il tarixdə bağlanmış barışıq sazişini qeyd olunan şərtlərlə məhkəmə tərəfindən qəbul olunaraq təsdiq edilməsi və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindiridən Cavabdeh izahatında göstərdi ki, onunla iddiaçı arasında 04.05.2021-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Odur ki, onunla iddiaçı arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş 04.05.2021-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən Cavabdeh, İddiaçı tərəfindən 8000 (səkkiz min) manat məbləğ həcmində kompensasiyanı almaqla Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməsinə və 30.06.2021-ci il tarixədək qeydiyyatdan çıxarılmasına razılıq vermişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh 8000 (səkkiz min) manat kompensasiyanı almaqla istifadə hüququna xitam verilməsinə və 30.06.2021-ci il tarixədək qeydiyyatdan çıxarılmasına razılıq vermişdir. Məhkəməyə təqdim olunmuş 04.05.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 8000 (səkkiz min) manat məbləğində Hacıyeva Hicran Qismət qızına əmlakla bağlı ödəniş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, tərəflər arasında 04.05.2021-ci il tarixdə bağlanmış barışıq sazişi həmin şərtlərlə məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən hakim iş üzrə icraata tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə xitam verir. Məhkəmə izah edir ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında 04.05.2021-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə məhkəmə tərəfindən qəbul olunaraq təsdiq edilsin və mülki işin icraatına xitam verilsin: Cavabdeh, İddiaçı tərəfindən 8000 (səkkiz min) manat məbləğ həcmində kompensasiyanı almaqla Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməsinə və 30.06.2021-ci il tarixədək qeydiyyatdan çıxarılmasına razılıq vermişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh 8000 (səkkiz min) manat kompensasiyanı almaqla istifadə hüququna xitam verilməsinə və 30.06.2021-ci il tarixədək qeydiyyatdan çıxarılmasına razılıq vermişdir. İddiaçıya izah edilsin ki, hazırki iddiaya barışıq sazişinə əsasən xitam verildiyinə görə ona yenidən eyni iddia ilə həmin cavabdehə qarşı eyni əsaslarla iddia irəli sürülməsinə yol verilmir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2502/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2502/2021
20.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver