Məhkəmə qərarları › İş №2(010)-2503/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2503/2021

04.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2503/2021 04.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyin edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyin edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində ona 0.06 ha torpaq sahəsi ayrılması ilə bağlı tərtib olunmuş Azərbaycan Respublikası Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28.11.1991-ci il tarixli, 272 nömrəli Qərarının ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28.11.1991-ci il tarixli, 272 nömrəli Qərarına əsasən Hövsan Südçülük sovxozu ərazisindən ona 0.06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı sənədləşmə (özəlləşdirmə) işləri aparır. Bununla bağlı Əmlak Xidmətlərinə müraciət etmiş, ona bildirilmişdir ki, həmin qərarda onun adı düzgün yazılmayıb. Belə ki, adı “Əliəskər” kimi deyil, “Ələsgər” kimi yazılıb. Bu səhv də ona həmin torpaqla bağlı sənədləşdirmə (özəlləşdirmə) işlərinin aparılmasına maneçilik törədir. Odur ki, Bakı şəhəri, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində ona 0.06 ha torpaq sahəsinin ayrılması ilə bağlı tərtib olunmuş Azərbaycan Respublikası Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28.11.1991-ci il tarixli, 272 nömrəli Qərarının ona məxsus olması faktı müəyyən edilməlidir. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasına iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi məhkəməyə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş üzrə maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28.11.1991-ci il tarixli, 272 nömrəli Qərarından çıxarışdan görünür ki, vətəndaş X2 0.06 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması haqqında Hövsan südçülük sovxozunun, Həmkarlar ittifaqı komitəsinin və Əmək kollektivi şurasının birgə yığıncağında 23.11.1991-ci il tarixli, 56 nömrəli protokolu və həmin sovxozun 23.11.1991-ci il tarixli, 135 nömrəli əmrinin nəzərə alınması, vətəndaşa ayrılmış həyətyanı torpaqda fərdi yaşayış evi tikintisinə icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri Orconikidze (Suraxanı) rayon VVAQ Şöbəsi tərəfindən 09.02.1961-ci ildə verilmiş İİ-İE 129216 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə Bakı şəhəri Orconikizde rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 09.02.1961-ci il tarixdə 232 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısı tərəfindən Ərizəçi göndərilmiş Abşeron rayon XDS İK-nın 272 saylı, 28.11.1991-ci il tarixli qərarı ilə Binə qəsəbəsində fərdi ev tikmək üçün ona ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışından görünür ki, cizgi və xəritədən çıxarışın “Ərizəçi”na ayrılmış olduğu göstərilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28.11.1991-ci il tarixli, 272 nömrəli Qərarından görünür ki, X3 0.06 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması haqqında Hövsan südçülük sovxozunun, Həmkarlar ittifaqı komitəsinin və Əmək kollektivi şurasının birgə yığıncağında 23.11.1991ci il tarixli, 56 nömrəli protokolu və həmin sovxozun 23.11.1991-ci il tarixli, 135 nömrəli əmri nəzərə alınmış, vətəndaşa ayrılmış həyətyanı torpaqda fərdi yaşayış evi tikintisinə icazə verilməsi qərara alınmışdır. Lakin qərarda səhvən “Ərizəçi” yerinə, “X4” yazılmışdır. Halbuki, Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısı tərəfindən Ərizəçi göndərilmiş Abşeron rayon XDS İK-nın 272 saylı, 28.11.1991-ci il tarixli qərarı ilə Binə qəsəbəsində fərdi ev tikmək üçün ona ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışından da görünür ki, həmin qərarla ayrılmış sahənin cizgi və xəritədən çıxarışının “Ərizəçi”na ayrılmış olduğu göstərilmişdir. Ərizəçi adı doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi kimi sənədlərdə də “Əliəskər” kimi qeyd edilmişdir. Lakin Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28.11.1991-ci il tarixli, 272 nömrəli Qərarında texniki səhvə yol verilərək, ərizəçinin adı səhv yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci mаddəsinə əsаsən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi bаrədə də işlərə bаxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarda daha sonra qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bundan başqa həmin Qərarda qeyd edilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28.11.1991-ci il tarixli, 272 nömrəli qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 307-308, 311, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28.11.1991-ci il tarixli, 272 nömrəli qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar