Məhkəmə qərarları › İş №2(010)-2507/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2507/2023

22.05.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2507/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi üzrə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları.

1. Maraqlı şəxs ilə 17 aprel 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 anadan olmuşdur. Əvvəllər ailədə qarşılıqlı münasibətləri yaxşı olmuşdur, bir-birlərinə hörmət göstərmişlər. Lakin, sonradan Jalənin ona olan münasibəti tam dəyişmişdir, ailədə tez-tez mübahisələr baş verdiyindən 2022-ci ilin oktyabr ayından ayrı-ayrı ünvanlarda yaşayırlar və Jalə ilə ər-arvad kimi münasibətinə 2022-ci ildən faktiki xitam verilmişdir. O, həmişə ailənin qorunub saxlanılmasına çalışmışdır, lakin bu mümkün olmamışdır. Əksinə olaraq münasibət daha da pisləşmiş və artıq birgə yaşamaq və ailə münasibətlərinin bərpa edilməsi qeyri-mümkün olmuşdur. Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü qızı X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 maddi təminatını qismən ödəmək üçün hər uşağa görə ayda 300 manat, körpə uşağının 3 yaşına çatanadək öz təminatının qismən ödənilməsi üçün hər ay 300 manat, ümumilikdə 900 manatın ondan alınaraq ona (Maraqlı şəxs) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5284/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Ərizəçi xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment tutularaq ərizəçi Maraqlı şəxs ödənilməsi qət edilmişdir. Ailə münasibətlərinin faktiki mövcud olmamasını və bu münasibətlərin bərpa olunmasının qeyri-mümkünlüyünü nəzərə alaraq Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1122/2023 saylı, xx.xx.2023-il tarixli qətnaməsi ilə nikah rəsmi qaydada pozulmuşdur. Daha sonra Maraqlı şəxs cehiz əşyalarının geri qaytarılması barədə mediasiyaya müraciət etmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə, Bakı 17 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesində barışıq sazişi bağlanaraq Ərizəçi aşağıdakı göstərilən cehiz əşyalarının təhvil verməsini öhdəsinə götürmüşdür: 1 ) 3 ədəd xalça (dəzgahda toxunma); 2) 4 ədəd pəncərə pərdəsi (dekor, tül, günlük); 3) qonaq otağı üçün dəst mebel (1 ədəd stol, 6 ədəd stul, güzgülü kamut, şüşəli servant içindəki qablarla birlikdə); 4) 1 ədəd qab yuyan maşın; 5) mətbəx masası və 3 stul; 6) yataq dəsti-taxt iki nəfərlik; 7) yataq dəsti-krovat dəst, iki ədəd pufiq; 8) iki nəfərlik yataq dəst və iki tunbası və güzgülü komit (xalası hədiyyə edib); 9) 2 ədəd lüstur - biri 12 lampalı, biri isə 5 lampalı; 10) yemək servizi 12 detaldan ibarət; 11) güldan ağ rəngdə; 12) xrustal stəkan iki dəst 12 ədəd; 13) çamadan-çəngəl qaşıq dəsti; 14) 1 ədəd mikrovolnovka. Barışıq sazişinin icrasını o, könüllü şəkildə icra etməyinə baxmayaraq, digər tərəf barışıq sazişinin icrasını təmin etməmişdir. Belə ki, barışıq sazişinin 8-ci bəndinə qeyd olunur ki, “sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər”. Hazırda isə, Maraqlı şəxs barışıq sazişinin icrasını pozaraq gəlib cehiz əşyalarını onun evindən götürmür. Buna görə də, hazırda o, hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Ərizəçinin tələbi.

2. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizəsinin təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X2 ərizəyə etiraz edərək, izhatında göstərdi ki, Maraqlı şəxs Ərizəçi qarşı mənzilə köçürülmə tələbi ilə Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Əgər, məhkəmə qətnaməsi ilə qızı azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə yerləşərsə, həmin evdən cehiz əşyaların götürülməsinə ehtiyac qalmayacaq. Əgər mənzilə köçürülmə ilə bağlı qətnamə çıxarılsa cehiz əşyalarının həmin evdən çıxarılması və yenidən qaytarılması əşyaların yararsız vəziyyətə düşməsinə səbəb olacaq. Ərizəçinin cehiz əşyalarının çıxarılması üçün tələsməsində məqsəd həmin evi satmaq istəməsidir. Buna görə də, ərizənin təmin olunmamasını xahiş etdi.

İş materialları.

5. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən müəyyən olunur ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Bu barışıq sazişi (bundan sonra "Saziş” adlandırılacaq) mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır.

2. Mübahisə tərəfləri bundan sonra ayrılıqda "Tərəf’ və birlikdə “Tərəflər” adlandırılacaqdır. İkinci tərəf Ərizəçi aşağıdakı göstərilən cehiz əşyalarının təhvil verməsini öhdəsinə götürür: 1) 3 (üç) ədəd xalça (dəzgahda toxunma), 2) 4 ədəd pəncərə pərdəsi (dekor, tül, günlük), 2) qonaq otağı üçün dəst mebel (1 ədəd stol, 6 stul, güzgülü kamut, servant şüşəli içindəki qablarla birlikdə), 3) qab yuyan maşın 1 ədəd, 5) mətbəx masası və 3 stul, 6) yataq dəsti-taxt iki nəfərlik, 7) yataq dəsti-krovat dəst, iki ədəd pufiq, 8) iki nəfərlik yataq dəst və iki tunbası və güzgülü komit (xalası hədiyyə edib), 9) 2 ədəd lüstur biri 12 lampalı, biri isə 5 lampalı, 10) yemək servizi 12 detaldan ibarət, 11) güldan ağ rəngdə, 12) xrustal stəkan iki dəst 12 ədəd, 13) çamadan-çəngəl qaşıq dəsti, 14) mikrodalğalı soba 1 ədəd.

3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istisna edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.

5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.

6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.

7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmağa görə əldən çıxmış fayda istisna olmaqla, qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.

8. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ödəməlidir.

10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və münasibətə yol verməyəcəkdir.

11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır.

13. Tərəfər razılaşırlar ki, hazırki Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

14. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasıya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsəd ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaları pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.

16. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 13.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə auditorlara və vergi məsləhətçilərinə; 13.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 13.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara: 13.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə);

17. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir. 18.Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, torpaq sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər; dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.

19. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

20. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.

21. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir.

22. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

23. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.

24. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.

25. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik - (rəqəmlə və sözlə) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər).

6. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Tətbiq edilən hüquq.

7. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.

Maddə 305.1.17. Məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-26. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

8. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.3 və 34.4. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

Məhkəmənin mövqeyi.

9. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.

10. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazışı imzalanmışdır. Həmin sazişin şərtlərinə əsasən Ərizəçi aşağıdakı ərizədə göstərilən cehiz əşyalarının Maraqlı şəxs təhvil verməsini öhdəsinə götürmüşdür. Lakin, Maraqlı şəxs saziş üzrə öhdəliklərini yerinə yetirməmiş, sazişdə göstərilən cehiz əşyalarını Ərizəçi məxsus evdən götürməmişdir. Bu hal işdə iştirak edən şəxslərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir.

11. Göründüyü kimi, cehiz əmlakların mənzildən çıxarılması barədə tərəflər arasında barışıq sazişi bağlana bilər, barışıq sazişi könüllü icra edilmədikdə isə, həmin barışıq sazişinin təsdiq edilməsi barədə maraqlı tərəf məhkəməyə müraciət edə bilər.

12. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişi üzrə cehiz əmlaklarını götürülməsi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir.

13. Beləliklə, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir.

14. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

15. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən Ərizəçi ərizə ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış və mediator X6 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış və mediator X6 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Ərizəçi aşağıdakı göstərilən cehiz əşyalarını Maraqlı şəxs təhvil verməsini öhdəsinə götürür: 1) 3 (üç) ədəd xalça (dəzgahda toxunma), 2) 4 ədəd pəncərə pərdəsi (dekor, tül, günlük), 3) Qonaq otağı üçün dəst mebel (1 ədəd stol, 6 stul, güzgülü kamut, servant şüşəli, içindəki qablarla birlikdə), 3) qab yuyan maşın 1 ədəd, 5) mətbəx masası və 3 stul, 6) yataq dəsti-taxt iki nəfərlik, 7) yataq dəsti-krovat dəst, iki ədəd pufiq, 8) iki nəfərlik yataq dəst və iki tunbası və güzgülü komit (xalası hədiyyə edib), 9) 2 ədəd lüstur biri 12 lampalı, biri isə 5 lampalı, 10) yemək servizi 12 detaldan ibarət, 11) güldan ağ rəngdə, 12) xrustal stəkan iki dəst 12 ədəd, 13) çamadan-çəngəl qaşıq dəsti, 14) mikrodalğalı soba 1 ədəd. Maraqlı şəxs 100 manat məbləğində ödənilmiş dövlət rüsumu Ərizəçi xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar