Məhkəmə qərarları › İş №2(010)-2510/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2510/2022

25.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2510/2022 25.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, Cavabdehlər Cavabdeh* və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2̇ Hacıbala oğlu, Ağayeva Zərı̇ fə Yaquda qızı, Bakı Şəhərı̇ 5* Saylı Notarı̇ at Ofı̇ sı̇ nin Xüsusı̇ Notarı̇ usu Kənan Rəhmanov, Bakı şəhərı̇ 6 Saylı Notarı̇ at Ofı̇ sı̇ nin Xüsusı̇ Notarı̇ usu X7 qarşı vəsiyyətnamələrin, miras əmlakdan imtina barədə ərizələrin etibarsız hesab edilməsi və miras şərikləri arasında mirasın bölüşdürülməsi iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2̇ Hacıbala oğlu, Ağayeva Zərı̇ fə Yaquda qızı, Bakı Şəhərı̇ 5* Saylı Notarı̇ at ofı̇ sı̇ nin Xüsusı̇ Notarı̇ usu Kənan Rəhmanov, Bakı şəhərı̇ 6 Saylı Notarı̇ at ofı̇ sı̇ nin Xüsusı̇ Notarı̇ usu X7 qarşı vəsiyyətnamələrin, miras əmlakdan imtina barədə ərizələrin etibarsız hesab edilməsi və miras şərikləri arasında mirasın bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, Reyestrdə 2V-*79№ ilə qeyd edilmiş, bütün daşınar və daşınmaz əmakların vəsiyyət edilməsi barədə *8 aprel 2*2*-ci il tarixli və Bakı şəhəri 5* saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, Reyestrdə 2Y-**/77M ilə qeyd edilmiş, "xxxx"ASC-də adına açılmış hesabda olan pul vəsaitləri barədə mərhum X5 adından Cavabdeh* adına imzaları ilə təsdiq edilmiş vəsiyyətnamələrin, Bakı şəhəri ** saylı notariat ofisində Cavabdeh3 8İ-438 № ile qeyd edilmiş 2*.*2.2*22-ci il tarixli və Cavabdeh2 Reyestrdə 8İ-439№ ilə qeyd edilmiş 2*.*2.2*22-ci il tarixli özlərinin məcburi payından Cavabdeh* xeyrinə imtinaları barədə ərizələrinin etibarsız sayılması,**.*9.2*2*-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, X4 miras qalmış, daşınmaz əmlakın Dövlət reyestrindən *7.*2.*974-cü il tarixli çixarişa əsasən şəxsi mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, *-ci Bülbülə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin və və "xxxx"ASC-də adına açılmış hesabda olan pul vəsaitlərinin miras şərikləri arasında arvadı- Cavabdeh3, oğlu-Cavabdeh2, oğlu - İddiaçı və qızı- Cavabdeh* arasında ¼ hissədə bərabər paylar bölünməsi və “Daşınmaz əmlakin dövlət kadastrı və reyestri" publik hüquqi şəxsi tərəfindən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(***)-25**/2*22 saylı, 25.*8.2*22-ci il tarixli qərardadı ilə mülki işə İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2̇ Hacıbala oğlu, Ağayeva Zərı̇ fə Yaquda qızı, Bakı Şəhərı̇ 5* Saylı Notarı̇ at Ofı̇ sı̇ nin Xüsusı̇ Notarı̇ usu Kənan Rəhmanov, Bakı şəhərı̇ 6 Saylı Notarı̇ at Ofı̇ sı̇ nin Xüsusı̇ Notarı̇ usu X7 qarşı “Daşınmaz əmlakin dövlət kadastrı və reyestri" publik hüquqi şəxsi tərəfindən çıxarışın verilməsi hissəsində xitam verilmişdir. İddia onunla əsaslandırılmışdır ki, **.*9.2*2*-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, X3ndan Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, *-ci Bül-Bülə küçəsi,ev 8 ünvanında yerləşən həyət evi və "xxxx"ASC-də adına açılmış hesabda olan pul vəsaitləri miras qalmışdır. Mərhumun ölümündən sonra *-ci növbəli 4 vərəsəsi arvadı - xx.xx.*948-ci il təvəllüdlü Cavabdeh3, oğlu - xx.xx.*979-cu il təvəllüdlü Cavabdeh2, oğlu -xx.xx.*98*-ci il təvəllüdlü İddiaçı və qızı xx.xx.*984-cü il təvəllüdlü Cavabdeh* miras əmlakın qəbul edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Bakı şəhəri ** saylı notariat ofisinə müraciət edərək burada notariat işi açdırmışlar. O, miras əmlakla bağlı notariusa müraciət edərkən burada ona bildirdilər ki, ölən şəxsin vərəsələrindən Cavabdeh* adına vəsiyyətnamə qoyulmuş, eyni zamanda digər vərəsələr Cavabdeh3 və Cavabdeh2 onlara düşən məcburi miras paydan Cavabdeh* xeyrinə imtina barədə notariusa ərizələr vermişlər. Hesab edir ki, məhkəmə qaydasında vəsiyyətnamə, miras əmlakdan imtina barədə ərizələr etibarsız hesab edilməli və miras əmlaklar qanun üzrə vərəsələr arasında bərabər bölünməlidir. Təqdim edilmiş notariat işinin içərisində olan *8 aprel 2*2*-ci ildə Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X** tərəfindən təsdiq edilmiş, Reyestrdə 2V- *79№ ilə təsdiq edilmiş Vəsiyyətnamənin surətindən görünür ki, miras qoyan özünün bütün daşmar və daşınmaz əmaklarmı qızı Cavabdeh* qızma vəsiyyət etmişdir. Bundan başqa bildirmək istəyir ki, hələ mərhum atasının sağlığında daima onun qayğısına qalmış və bir övlad kimi həmişə yanında olmuş və köməklik göstərmişdir. Hələ atası sağlığında mülkiyyətində olan evdən 2**6-cı ildə öz razılığı lə * otaqlı ev ayırıb vermişdir. Onun razılığı ilə fərdi həyət evinin bir otağının qarşısında yerləşən torpaq sahəsində tərəfindən burada tikinti işləri aparılmış, ailə üçün öz vəsaiti hesabına lazımı şərait yaradılmışdır. Hazırda mərhum atası tərəfindən ona ayrılmış * otaqdan başqa əlavə 3 otaq inşa etmiş, ayrıca hamam, tualet tikmişdir. Burada sonradan inşa edilmiş onun ailəsinin istifadəsində olan cəmi 4 otaq, sanuzul-hamam və tualetdən 5 nəfər ailə tərkibi ilə o İddiaçı, arvadı-X*2, qızı- X*8, X*5 və X*3 burada birlikdə yaşayır və istifadə edirlər. Mərhum atası 2**8-ci ildə bacısı Cavabdeh* tərəfindən təzyiqlərə məruz qalmış, onu iflic vəziyyətinə salmışdı ki, miras əmlakları ələ keçirsin, həmin vaxtı o bundan xəbərdar olandan sonra aralarında bacısı ilə mübahsələr yaranmış və atasını qısa vaxtda müalicə elətdirib həyata qaytarmışdır. 2*2*-ci ildə isə bacısı onu atasına yaxın buraxmamış, onun xəstəliklərini ondan gizlətmişdir. Səbəb yenə də mirasın ələ keçirilməsi olmuş və o, ən nəhayət vəsiyyətnamələri atasına təzyiqlər göstərərək yazdırmış, öz niyyətinə çatmışdır. Məhkəmə iclasında Cavabdeh* iddia tələbi ilə razı olmadığını bildirdi və qeyd etdi ki, Zaur ümumiyyətlə atasının sağlığında onun qayğısına qalmamış, o , öldükdən sonra da onun ölümündə bacısını və anasını təqsirli bilmişdir. Məhkəmə iclasında Cavabdeh2̇ Hacıbala oğlu iddia tələbi ilə razı olmadığını bildirərək onun təmin edilməməsini xahiş etdi. İddiaçı və cavabdeh Ağayeva Zərı̇ fə Yaquda qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehlər Bakı şəhərı̇ 5* saylı Notarı̇ at ofı̇ sı̇ nin Xüsusı̇ Notarı̇ usu Kənan Rəhmanov və Bakı şəhərı̇ 6 Saylı Notarı̇ at ofı̇ sı̇ nin Xüsusı̇ Notarı̇ usu X** məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, MPM-nin *85-ci maddəsinə əsasən işə İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı olmadan, eləcə də üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirən tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən əsaslıdır, ona görə də qismən təmin edilməlidir. İş materiallarında olan: - *7.*2.*974-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, *-ci Bülbülə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evi *7.*2.*974-cü il tarixdə X5 adına daşınmaz əmlakda qeydiyyatdan keçmişdir. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Cavabdeh3 arasında 28 sentyabr *978-ci il tarixdə Bakı şəhəri Orconikidze rayon VVADQ şöbəsində nikaha daxil olmuşlar. -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxxxxx *979cu ildə anadan olmuşdur. X3, anası Cavabdeh3dır. -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx *98*-cı ildə anadan olmuşdur. X3, anası Cavabdeh3dır. -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx *984-cü ildə anadan olmuşdur. X3, anası Cavabdeh3dır. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 **.*9.2*2*-ci il tarixdə Bakı şəhərində ölmüşdür və onun adına bu barədə Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. - **.*5.2**8-ci il tarixli ərizədən görünür ki, X9 ona məxsus olan bütün bütün daşınar və daşınmaz əmaklarını qızı Cavabdeh* vəsiyyət etmişdir. - *8 aprel 2*2*-ci il tarixli, 2V-*79 №-li vəsiyyətnamənin surətindən görünür ki, miras qoyan - X9 özünün bütün daşınar və daşınmaz əmaklarını qızı Cavabdeh* vəsiyyət etmişdir. - 26 aprel 2*2*-ci il tarixli, 2V-**/77 №-li vəsiyyətnamənin surətindən görünür ki, miras qoyan - X9 özünün "xxxx" ASC-də adına açılmış hesabda olan pul vəsaitlərini qızı Cavabdeh* vəsiyyət etmiş və oğlu – İddiaçı miras qalmış əmlakdan pay almaq hüququndan mərhum etdiyini göstərmişdir. - Cavabdeh3 notariusa təqdim etdiyi və Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X** tərəfindən təsdiq edilmiş, Reyestrdə 8İ-438 № ilə qeyd edilmiş ərizənin surətindən görünür ki, **.*9.2*2*-ci il tarixdə ölmüş əri X4 irs qalmış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, *-ci Bülbülə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən ona çatası məcburi paydan vəsiyyət üzrə vərəsə olan qızı Cavabdeh* xeyrinə imtina etmişdir. - Cavabdeh2 notariusa təqdim etdiyi Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X** tərəfindən təsdiq edilmiş, Reyestrdə 8İ-439 № ilə qeyd edilmiş ərizəsinin surətindən görünür ki, **.*9.2*2*-ci il tarixdə ölmüş X3ndan irs qalmış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, *-ci Bülbülə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən ona çatası məcburi paydan vəsiyyət üzrə vərəsə olan qızı Cavabdeh* xeyrinə imtina etmişdir. - *2.*3.2*22-ci il tarixli, **6 saylı “Notariat əməliyyatının aparılmasından imtina” barədə qərardan görünür ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaf olduğu üçün notariat əməliyyatı aparılmasından imtina edilmişdir. - *2.*8.2*22-ci il tarixli Bakı şəhərı̇ 6 saylı Notarı̇ at Ofı̇ sı̇ nin məktubundan görünür ki, X2 Yeganə Hacıbala qızının adına **.*5.2**8-ci il tarixdə 2V-99 və *8.*4.2*2*-ci il tarixdə 2V-*79 reyestrlə vəsiyyətnamələr təsdiq olunmuşdur. Lakin 2V-99 reyestrli vəsiyyətnamə vəsiyyətedənin iradəsinə uyğun olaraq şəxsi iradəsi əsasında ləğv edilmişdir. - "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış *2.*8.2*22-ci il tarixli məktubdan görünür ki, X5 adına olan 3388***944792*59*2*8 nömrəli hesabda 3** AZN və 43875**944792*59*2*8 nömrəli hesabda * AZN vəsait mövcuddur. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, mərhum - X9 **.*9.2*2*-ci il tarixdə vəfat etmişdir və onun *-ci növbəli 4 vərəsəsi vardır: arvadı xx.xx.*948-ci il təvəllüdlü Cavabdeh3, oğlu - xx.xx.*979-cu il təvəllüdlü Cavabdeh2, oğlu xx.xx.*98*-ci il təvəllüdlü İddiaçı və qızı xx.xx.*984-cü il təvəllüdlü Cavabdeh*. Miras qoyan - X9 vəfat etməzdən əvvəl notarial vəsiyyətnamələr ilə özünün bütün daşınar və daşınmaz əmaklarını, habelə "xxxx" ASC-də adına açılmış hesabda olan pul vəsaitini qızı Cavabdeh* vəsiyyət etmiş və oğlu - İddiaçı miras qalmış əmlakdan pay almaq hüququndan mərhum etdiyini göstərmişdir. Mərhumun arvadı Cavabdeh3 və oğlu Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizələrlə özlərinə düşən məcburi paydan Cavabdeh* xeyrinə imtina etmişlər. İddiaçının tələbinin əsaslandırması ondan ibarətdir ki, mərhum atasından miras qalmış əmlakdan birinci dərəcəli vərəsə kimi ona miras payı verilməlidir. Belə ki, mərhum atasının həyatının son dövründə əqli zəifliyi olmuş, cavabdehlər də bundan istifadə edərək ona mübahisəli vəsiyyətnamələri yazdırmışlar. Həmin vəsiyyətnamələr mərhum atasının iradə ifadəsini əks etdirmir. Cavabdehlərin iddia tələbinə etirazı ondan ibarətdir ki, iddiaçı mərhum atalarının sağlığında ona qayğı göstərməmiş, övlad kimi mənəvi borcunu yerinə yetirməmişdir. Bu səbəbdən də mərhum ataları belə məzmunda vəsiyyətnamə yazmışdır. Məhkəmə hazırkı mübahisə ilə bağlı qeyd edir ki, həm iddiaçı, həm də cavabdeh tərəflər mərhumun birinci növbəli vərəsələridirlər. Məhkəmə ilk öncə mərhumun miras əmlakının nədən ibarət olmasına aydınlıq gətirməyi zəruri hesab edir. İşə əlavə edilən sənədlərdən aydın olur ki, mərhumun miras əmlakı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, *-ci Bülbülə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən və "xxxx"ASC-də adına açılmış hesabda olan pul vəsaitindən ibarətdir. Həmin miras əmlak barədə mərhum ayrıayrılıqda notarial tərtib edilmiş vəsiyyətnamələr vermişdir. Sonradan, mərhum əvvəlki vəsiyyətnaməni eyni məzmunlu olan sonrakı vəsiyyətnamə ilə ləğv etdirmişdir. Məhkəmə tərəfindən mötəbərliliyi yoxlanılan *8.*4.2*2*-ci il tarixli və 26.*4.2*2*-ci il tarixli vəsiyyətnamələrdir. Mülki Məcəllənin **79.*-ci maddəsinə görə, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin **79.2-ci maddəsinə görə, notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin **8*.*-ci maddəsinə görə, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin **8*.2-ci maddəsinə görə, vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Həmin Məcəllənin **88-ci maddəsinə görə, vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. “Notariat” haqqında AR qanunun 45-ci maddəsinə görə, Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Həmin Qanunun 47-ci maddəsinə görə, Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Mülki Məcəllənin *2*2.*-ci maddəsinə görə məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin *2*2.2-ci maddəsinə görə məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Məhkəmə birtərəfli əqd olan vəsiyyətnamalərə və məcburi paydan imtina barədə ərizələrə maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi vəsiyyətnamələrin və miras əmlakdan imtina barədə ərizələrin etibarsız hesab edilməsi hissəsində əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.*-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.*-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 346.*-ci maddəsinə görə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 346.3-cü maddəsinə görə şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. İddiaçı tərəfin iddiası Mülki Məcəllənin 346-cı maddəsinin tələbləri baxımından əsaslı deyildir. Belə ki, iddiaçı tərəf mərhumun yazdığı notarial vəsiyyətnamələrin əslində onun iradəsini əks etdirmədiyini bildirsə də, bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrə əsaslanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, mübahisələndirilən vəsiyyətnamələr mərhumun iradə ifadəsini əks etdirir və onların etibarsız hesab edilməsi üçün hər hansı bir səbəb yoxdur. Bunun davamı olaraq qeyd edilməlidir ki, vərəsələr - xx.xx.*948-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.*979-cu il təvəllüdlü Cavabdeh2 miras əmlakda olan məcburi paydan digər vərəsə Cavabdeh* xeyrinə imtina etmələri barədə şəxsən təqdim etdikləri notarial ərizələrin də etibarsız hesab edilməsinə dəlalət edən hər hansı bir əsas yoxdur. İşdən görünür ki, tərəflər arasında miras əmlakın bölünməsi ilə bağlı ixtilaf mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin *29* və *32*.*-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.*-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2*2*-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin *29*-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.*-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Ona görə də, məhkəmə hesab edir ki, miras əmlakın bölünməsi məsələsinə məhkəmə qaydasında qiymət verilməli və miras əmlak məhkəmə qaydasında bölünməlidir. Miras əmlakın bölünməsi məsələsinə qiymət verərkən məhkəmə mərhumun yazmış olduğu iki vəsiyyətnaməsini əsas götürür. Həmin vəsiyyətnamələrin məzmununa görə mərhum özünün daşınar və daşınmaz əmlakını Cavabdeh* vəsiyyət etmiş, İddiaçı isə pay almaq hüququndan məhrum etmişdir. Məhkəmə onu da qeyd edir ki, miras əmlak olan fərdi yaşayış evi *974-cü il tarixində mərhumun adına rəsmləşdirildiyinə, mərhumla Cavabdeh3 nikahı *978-ci il tarixində bağlandığına görə miras əmlak birgə nikah dövründə əldə edilmiş əmlak sayılmır və tam həcmdə miras aktivi hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi X* miras qalmış, daşınmaz əmlakın Dövlət reyestrindən *7.*2.*974-cü il tarixli çıxarışa əsasən şəxsi mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, *-ci Bülbülə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin və "xxxx"ASC-də adına açılmış hesabda olan pul vəsaitlərinin miras şərikləri arasında ¼ hissədə paylara bölünməsi hissəsində qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin **59.*-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin **59.*.*-ci maddəsinə görə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)... Həmin Məcəllənin **7*.*-ci maddəsinə görə, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin **76.*-ci maddəsinə görə, vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin **93-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **93 və *2**-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair *8 yanvar 2*2*-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Hazırkı işdə iddiaçı miras qoyanın birinici növbəli vərəsəsidir və onun miras əmlakdan məcburi pay almaq hüququ var. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqdim olunmuş iddia ərizəsində və məhkəmə prosesinin gedişində müəyyən edilmişdir ki, miras qoyanın birinci növbəli vərəsələrinin sayı 4 nəfər olmaqla, arvadı - xx.xx.*948-ci il təvəllüdlü Cavabdeh3, oğlu xx.xx.*979-cu il təvəllüdlü Cavabdeh2, oğlu -xx.xx.*98*-ci il təvəllüdlü İddiaçı və qızı xx.xx.*984-cü il təvəllüdlü Cavabdeh*dır. İddiaçı miras əmlakın vərəsələr arasında bərabər paylarla – ¼ hissədə bölüşdürülməsini tələb etsə də , lakin miras qoyan tərəfindən verilmiş vəsiyyətnamələrdən görünür ki, miras qoyan X9 bütün miras əmlakını qızı Cavabdeh* vəsiyyət etmiş və oğlu İddiaçı isə miras qalmış əmlakdan pay almaq hüququndan mərhum etdiyini göstərmişdir. Digər iki vərəsə isə özlərinə aid məcburi paydan Cavabdeh* xeyrinə imtina etmişlər. Belə olan halda isə məhkəmə iddiaçıya məcburi paydan düşən hissənin verilməsi qənaətinə gəlir. İddiaçıya verilməli olan məcburi payın həcmi vəsiyyətnamə olmasaydı almalı olduğu payın yarısı həcmində, yəni */8 hissədə müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı X* miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə küçəsində yerləşən 8 nömrəli evə */8 hissədə və "xxxx" ASC-nin bank hesabında olan 3** manat məbləğində pul vəsaitinə */8 hissədə pay hüququ tanınmalıdır. Məhkəmə həmçinin təqdim olunmuş vəsiyyətnamələri və məcburi paydan imtina barədə ərizələri nəzərə alaraq qeyd edir ki, Cavabdeh* X* miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə küçəsində yerləşən 8 nömrəli evə 7/8 hissədə və "xxxx" ASC-nin bank hesabında olan 3** manat məbləğində pul vəsaitinə 7/8 hissədə pay hüququ tanınmalıdır. Mülki Prosessual Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 2*7.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin **7-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X* miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə küçəsində yerləşən 8 nömrəli evə İddiaçı */8 hissədə, Cavabdeh* 7/8 hissədə miras payları tanınsın. X* miras qalmış "xxxx" ASC-nin bank hesabında olan 3** manat məbləğində pul vəsaitinə İddiaçı */8 hissədə, Cavabdeh* 7/8 hissədə miras payları tanınsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar