Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2512/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X7 və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh X8 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı notariat kontoruna, Bakı şəhəri 13 saylı dövlət notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və X15 qarşı etibarnamənin etibarsız hesab olunması, vərəsəlik hüququ haqqında şəhadətnamənin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab olunaraq ləğv olunması, iddiaçının vərəsə kimi tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin notariat kontoruna həvalə edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri 13 saylı dövlət notariat Kontorunda 7E-4652 reyestr nömrəsi ilə qeydə alınmış X56 tərəfindən X15 verilmiş xx.xx.2016-cı il tarixli etibarnamənin etibarsız hesab olunması, onun əsasında aparılmış 24 saylı Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə X29 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi X1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilərək ləğv olunması və onun Subiyyə Nəsrullah qızının əmlakının onun payına düşən hissəsinə vərəsə tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 24 saylı Notariat Kontoruna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanda anadan olmuş və hal - hazırda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Həyətyanı torpaq sahəsi 10-12 sotdan ibarətdir. Həmin həyətyani torpaq sahəsində 3 ev inşa edilmişdir. Küçə qapısından içəri daxil olan sol tərəfdə yerləşən tikilidə o, ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı tikili 2 otaq və 1 eyvandan ibarətdir. Bu tikilidə onun atası yaşamış və rəhmətə gedəndən sonra o, oz ailəsi ilə birlikdə yaşayır. Digər tikililər isə sökülmüş vəziyyətdədir və orada heç kim yaşamır. ünvan 2 ünvanı qeydiyyat vəsiqəsinə əsasən ½ hissədə Subiyyə Nəsrulah qızına və ½ hissədə Xəndan Kərim qızına məxsusdur. Subiyyə Nəsrullah qızı onun ulu nənəsidir. Subiyyə Nəsrullah qızının ulu babası Hacı ilə nikahdan 4 oğlu və 1 qızı olmuşdur. Böyük oğulları, X47 1900-cü ildə anadan olmuşdur, 2-ci oğlu X30 1906-cı il tarixdə anadan olmuşdur, 3-cü oğlu X48 1918-ci il tarixdə anadan olmuşdur, 4-cü oğlu X56 1923-cü il tarixdə anadan olmuşdur, qızları Əliyeva Göhər Hacı qızı 1920-ci il tarixdə anadan olmuşdur. O, X21 nəvəsidir və X56 onun babası X21 doğma qardaşıdır. X56 ulu nənəsinin Subiyyə Nəsrullah qızına məxsus Əmircan qəsəbəsi Ə. Sumbatzadə küçəsiindəki 2 saylı evi öz adına 2016-cı il tarixdə Bakı şəhəri, 24 saylı notariat kontorunda vərəsəlik hüququ haqqında şəhadətnamə almış və sonradan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən evə dair Seriya RX ******* saylı çıxarış almışdır. Daha sonra evi onun bibisi oğlu X15 vəsiyyət etmiş və o, da evi öz adına sənədləşdirmişdir. X56 vərəsəlik əməliyyatını Bakı şəhəri 24 saylı notariat kontorunda aparmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx xxxxxxx 2016-cı il tarixdə Bakı şəhəri, 24 saylı notariat kontorunda tərtib olunduğu zaman digər vərəsələrin sağ olmasına baxmayaraq onlar vərəsələr dairəsinə salınmamış və yalnız X29 vərəsəlik hüququ tanınmışdır. Qeyd edir ki, X56 onun mübahisəli mülkdə yaşadığını bilirdi. Evin ulu nənəsi Subiyyə Nəsrullah qızının adına olduğunu bildirmiş və evin sənədlərini ona verəcəyini bildirmişdir. O, (iddiaçı) 24 saylı notariat kontorunda aparılmış vərəsəlik hüququ haqqında şəhadətnamənin tərtib olunma sənədlərini nəzərdən keçirmiş və o, sənədlərin arasında X29 vərəsəliyi qəbul etməsinə dair ərizəsi olmadığını aşkar etmişdir. Bundan əlavə Bakı şəhəri 13 saylı dövlət notariat Kontorunda aparılmış əməliyyatlarda X29 əvəzinə digər şəxslər imza etmişlər. Bakı şəhəri, 13 saylı Notariat Kontorunda aparılan əməliyyat nəticəsində X2 Eynal Hacı oğlunun adına etibarnamə əldə edərək Subiyyə Nəsrullah qızına məxsus evi öz adına keçirmişdir. Subiyyə Nəsrullah qızının böyük oğlu X47 onun babasıdır. X47 ilə X56 qardaşıdırlar. X47 1924-cü il tarixdə Tükəzban Kərim qızı ilə evlənmiş və onların birgə nikahından iki oğlu X32 1933-cü il təvəllüdlü və X49 1941-ci il təvəllüdlü və iki qızları X9 1926-cı il təvəllüdlü və X22 1928-ci il təvəllüdlü anadan olmuşlar. X6 1957-ci il tarixdə X23 ilə evlənmişdir. Birgə nikahdan onların üç övladı, özü İddiaçı Soltan oğlu 1958-ci il təvəllüdlü, bacısı X16 1960-cı il təvəllüdlü və X24 1965-ci il təvəllüdlü anadan olmuşlar. X16 uzun müddətdir ki, Almaniyada yaşayır və Azərbaycan Respublikasına qayıtmaq fikri yoxdur. O, öz vərəsəlik payından onun (iddiaçının) xeyrinə imtina etmişdir. Qeyd edir ki, Bakı şəhəri, 24 saylı notariat kotorunda vərəsəlik hüququ haqqında aparılan notariat əməliyyatı etibarsız hesab edilərək ləğv olunmalıdır. Digər vərəsələr cəlb olunmaqla notariat əməliyyatı təzələnməli və vərəsələrin dairəsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X17 eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh X31 məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Belə ki, İddiaçı Soltan oğlu artıq beşinci dəfədir ki, eyni iddia ilə məhkəməyə müraciət edir. Bu iddia ilə əlaqədar olaraq o beş dəfə 24 saylı notariat kontoruna, dörd dəfə 13 saylı notariat kontoruna, üç dəfə 4 saylı “asan xidmət”ə, bir dəfə əmlak məsələləri üzrə dövlət komitəsinə müzakirələrə dəvət olunub. Əvvəlki məhkəmələrdə hakim bir neçə dəfə iddiaçıya vərəsə olmamasını izah etmişdir. Onun babası X47 anasından qabaq vəfat etmiş və anasından vərəsəliyi qəbul etməmişdir. X56 anasının, yəni Sübiyyə Nəsrulla qızının yeganə sağ qalmış tam hüquqlu varisidir və o da tam qanuna uyğun olaraq öz mülkünü ona vəsiyyət etmişdir. İddiaçı isə öz Əmircan qəsəbəsi, keçid 1847,ev 8, mənzil 32 ünvanında yerləşən evini uzun illərdir ki, kirayə verib qazanc əldə edir və qazancından dövlətə heç bir vergi vermir. İddiaçı artıq üç ildən çoxdur ona məxsus olan evi zəbt edib, orada yaşayır və onu həmin həyətə buraxmır. İddiaçı Soltan oğlu iddianı ona görə qaldırmışdır ki, onun apelyasiya məhkəməsinin icraatında iddiaçıya qarşı mənzildən çıxarılma tələbinə dair iddiasına baxılır. İddiaçı ona məxsus evi zəbt edərək orada ailəsi ilə birlikdə yaşayır və ona ora daxil olmağa icazə vermir. Qeyd olunlara əsasın iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Sovet Sosialist Respublikası Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bakı şəhər Planlaşdırma İdarəsi yanında Şəhər Uçot- Müxəlləfat Bürosu tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Əmircan qəsəbəsində 2 saylı (indiki Bakı şəhəri, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsi, ev 2) mənzilixx.xx.1968-ci il tarixdən tam mülkiyyət hüququ üzrə Xandan Kərim qızının və Suniya Nəsurulla qızının adına 03 nömrəli reyestr kitabının 373 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər X28 Rayon Şöbəsinin Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən X40 verilmiş arayışdan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Xandan Kərim qızının və Suniya Nəsurulla qızının adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 373 nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhəri 24 saylı Notariat Kontorunun xüsusi notariusu X33 tərəfindən təsdiq edilmiş xx.xx.1973-cü il tarixdə ölmüş Subiyə Nəsrulla qızının vərəsəsi X56 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi miras əmlakından tam pay almalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əlisöhbət Sumbatzadə küçəsi, 2 saylı mənzilinin xüsusi mülkiyyət hüququ üzrə Xəndan Kərim qızının və X29 adına hüquqi qeydiyyatdan keçirilmişdir. İşə əlavə olunmuş xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X56 xx.xx.2016-cı il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X34 xx.xx.2006-cı il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.2004-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X49 xx.xx.2004-cü il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.2009-cu il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X35 xx.xx.2009-cu il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.1988-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən Tukuban Kərim qızı xx.xx.1988-ci il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X13 xx.xx.2000-ci il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.2006-cı il tarixli Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin məlumatları haqqında arayışdan müəyyən olunur ki X47 xx.xx.1969-cu il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olanlar barədə çıxarışdan müəyyən olunur ki, X10, X41, X57, X36, X42, X56, X3, X18, X37, X25, X11, X19, X50, Rüstəmova Ayşən Möhübbət qızı, X12, X26, X57, X27, X51, X5 və X50 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X56 ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ünvan 5 ünvanında qeydiyyatda olan X15 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əlisöhbət Sumbatzadə küçəsi, 2 saylı mənzilinin xüsusi mülkiyyət hüququ üzrə Xəndan Kərim qızının və X8 adına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, X56 2 il müddətinə X15 etibarnamə vermişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasənmiras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3.-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bu Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bu Məcəllənin 1160-ci maddəsinin tələbinə görə əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, keçmiş mülkiyyətçi X56 cavabdeh X15 etibarnamə vermiş və həmin etibarnamə əsasında mübahisəli mənzili anası Subiyə Nəsrulla qızından miras əmlak kimi qəbul etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əlisöhbət Sumbatzadə küçəsi, 2 saylı mənzilinin xüsusi mülkiyyət hüququ üzrə Xəndan Kərim qızının və X29 adına hüquqi qeydiyyatdan keçirilmişdir. Sonradan o xx.xx.2016-cı il tarixdə X15 vəsiyyətnamə verərək ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı ona vəsiyyət etmişdir. X56 İddiaçı münasibətdə onun atasının əmisi və cavabdeh X15 münasibətdə isə onun anasının əmisidir. Məhkəmə hesab edir ki, X56 tərəfindən sənədləşmənin aparılması üçün etibarnamə verilib-verilməməsi mübahisə obyekti ola bilməz, belə ki, etibarnamə verilməsəydi belə ümumi birgə mülkiyyətçinin qanun üzrə vərəsəsi yalnız X56 olmuş və o miras əmlakı qəbul edərək sonradan qohumu X15 vəsiyyət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Subiyə Nəsrulla qızının yeganə vərəsəsi X56 olmuş və miras əmlakı qəbul edərək başqasına vəsiyyət etmişdir. İddiaçı iddia qaldıraraq X56 tərəfindən X15 verilmiş xx.xx.2016-cı il tarixli etibarnamənin etibarsız hesab olunması, onun əsasında aparılmış 24 saylı Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə X29 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və DƏDRX-nin Bakı şəhər Ərazi X1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilərək ləğv olunması və onun Subiyyə Nəsrullah qızının əmlakının onun payına düşən hissəsinə vərəsə tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 24 saylı Notariat Kontoruna həvalə edilməsini xahiş etmişdir. Məhkəmə müəyyən etmişdir ki, mülkiyyətçi Subiyə Nəsrulla qızı xx.xx.1973-cü ildə vəfat etmiş və İddiaçı atası X34 mirasın açıldığı vaxt sağ olmuş, miras əmlakı qəbul etməmiş və xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, mülkiyyətçi Subiyə Nəsrulla qızının yeganə vərəsəsi, yəni oğlu X56 olduğundan və əvvəlki növbənin vərəsələrindən birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna etdiyindən iddiaçının hazırkı tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia tələbi təmin oluna bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı notariat kontoruna, Bakı şəhəri 13 saylı dövlət notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və X15 qarşı etibarnamənin etibarsız hesab olunması, vərəsəlik hüququ haqqında şəhadətnamənin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab olunaraq ləğv olunması, iddiaçının vərəsə kimi tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin notariat kontoruna həvalə edilməsi tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2512/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2512/2020
19.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver