Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2525/2020 29.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X8 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X71nə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X71nə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh4 tərəfindən açılmış xx.xx.2019cu il tarixli, 2V-1-167 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 adlarına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X71 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların ləğv olunması və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov (keçmiş çöllük) küçəsi, ev 38 A ünvanında yerləşən miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum X15 ilə mərhum X2 xx.xx.1958-ci il tarixində nikaha daxil olmuşlar. Həmin nikahdan bacıları Cavabdeh1, Cavabdeh2, X30, mərhum qardaşı X47, X6 və o (xx xxxxxx 1976-cı il tarixində) dünyaya gəlmişdir. 1973-cü ildə X15na iş yerindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov (keçmiş Çöllük) küçəsi 38 A saylı ünvanında yerləşən 0.3023 ha torpaq sahəsi və 38.20 m2 fərdi yaşayış evi verilmişdir. Onlar da bütün ailə üzvləri olaraq hamısı orada yaşayıb böyüyüb başa çatmışlar. Bacısı Cavabdeh1 1991-ci ildə ailə həyatı quraraq yaşadıqları evdən köçmüşdür. Digər bacıları Cavabdeh2 xx.xx.1994-cü il tarixində və Cavabdeh3 da 1997-ci il tarixində ailə quraraq həmin evdən köçmüşlər. Bacısı Cavabdeh1 daha sonra ilk ailəsindən ayrılmış və xx.xx.2016-cı il tarixində yeni ailə həyatı quraraq ikinci ailəsinin evinə köçmüşdür. O - İddiaçı isə 1993-ci il tarixində ailə həyatı quraraq həmin evdən çıxmışdır. Daha sonra isə 2004-cü ildən etibarən öz ata evinə qayıtmışdır və bu günə kimi orada yaşayır. X3 və X31 da həmin evdə yaşamışlar. Daha sonra isə qardaşı X47 vəfat etmişdir. X31 da bu günə kimi ailəsi ilə birlikdə həmin evdə yaşamaqdadır. X15 xx.xx.2013-cü il tarixində, X2 isə xx.xx.2018-ci il tarixində dünyasını dəyişmişlər. Bacıları olan hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X30 tamamilə fərqli ünvanlarda yaşamalarına yəni mübahisəli ünvanda yaşamamalarına baxmayaraq saxta yollarla arayış alıb guya bu günədək həmin ünvanda və yalnız onların yaşamadıqlarını iddia edərək evin yerləşdiyi əraziyə uyğun olaraq Cavabdeh4nə vərəsəlik işinin açılması üçün müraciət etmişlər. Notariat ofisinə müraciət edərkən də oraya saxta yollarla əldə edilmiş Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2019-cu ilin iyun ayında verilmiş 304 nömrəli arayış təqdim edilmişdir. Həmin arayışda da qeyd olunmuşdur ki, guya mərhum X12 Şabanov (keçmiş Çöllük) küçəsi 37 A saylı evdə öldüyü günə (xx.xx.2013) kimi aşağıdakı ailə üzvləri ilə birlikdə yaşamışdır: 1. X16; 2 X17; 3 X32. Beləliklə, faktiki olaraq həmin ünvanda yaşayan ondan və X52dən xəbərsiz olaraq özlərini notariat ofisinə həmin əmlakı faktiki qəbul edən vərəsələr kimi təqdim edərək xx.xx.2019cu il tarixində, 2V-1-167 reyestr nömrəli vərəsəlik işinin açılmasına nail olmuşlar. Nəticədə xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hər üçü 1/3 hissədə pay almışlar. Bu barədə məlumatı olduqdan dərhal sonra Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayətlə müraciət etmiş və hansi əsasla orada yaşamayan şəxslərin adına belə bir arayışın verildiyi və bu arayış verilərkən nə üçün onunla qardaşının həmin ünvanda yaşaması faktının gizlədilməsinin səbəbini soruşmuşdur. Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən isə bu arayışın cavabdehlər tərəfindən onlara verilmiş məlumat əsasında yazıldığı və dolayısı ilə aldadıldıqlarından belə yanlış arayışın verildiyi bildirilərək həmin yanlışlığın düzəldilməsi üçün araşdırma aparılacağı qeyd edilmişdir. Bundan sonra müvafiq araşdırma aparılmış (evə yerində baxış, qonşulardan sorğular və s.) və bunun nəticəsində ona Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2019-cu ilin 27 dekabr tarixində 3289 nömrəli arayış verilmişdir. Həmin arayışda qeyd olunmuşdur ki, bu arayış verilir İddiaçı ondan ötəri ki, o həqiqətən ünvan 1 ünvanında yerləşən 38 A saylı evdə qeydiyyatsız olaraq atası mərhum X33 öldüyü xx.xx.2013-cü il tarixədək onunla birlikdə göstərilən ünvanda yaşamışdır və həmin tarixdən bu günədək fasiləsiz olaraq həmin ünvanda yaşamaqdadır. Lakin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən əvvəl verilmiş arayışın təkzib etmələrinin, yəni cavabdehlərin həmin ünvanda yaşamamalarına dair yeni arayışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Belə ki, belə bir arayış verəcəkləri təqdirdə onlar üçün problem yaranacağı bildirilmişdir. Qəsəbə nümayəndəliyi tərəfindən ona verilmiş arayışdan əlavə onun mübahisəli mənzildə yaşadığının sübutu olaraq qonşularına müraciət etmiş və iş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrə əsasən Oqtay Şabanov (keçmiş Çöllük) küçəsi ev 57 ünvanında qeydiyyatda olan X13 və Oqtay Şabanov (keçmiş Çöllük) küçəsi ev 48 ünvanında qeydiyyatda olan X48 notarial qaydada ərizə yazaraq bildirmişlər ki, İddiaçı 1976-cı il tarixində doğulduğu gündən 1993cü il tarixinə - ailə həyatı qurana qədər ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən ev 38 A-da yaşayıb. 2004-cü il tarixində - həyat yoldaşı ilə ayrıldıqdan sonra ailə üzvlərinin - valideynlərinin qeydiyyatda olduğu həmin ünvana geri qayıtmışdır. İddiaçı 2004-cü il tarixindən bu günkü günə qədər həmin ünvanda pasport qeydiyyatsız yaşayır. Göründüyü kimi cavabdehlər heç bir halda atasından qalmış əmlakı faktiki olaraq qəbul etməmələrinə baxmayaraq qanunsuz şəkildə xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1/3 hissədə pay almışlar. Göründüyü kimi notariat kontoru qanunvericiliyin tələblərinə zidd hərəkət edərək onun mülkiyyət və vərəsəlik hüququnu pozmuşdur. Daha sonra, Cavabdeh1 məhkəməyə iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, İddiaçı ona, Cavabdeh4nə, Cavabdeh2 və X18 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət emişdir. İddiaçının tələbləri qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir və əsassız varlanmağa yönəlmişdir. Öz ərizəsində iddiaçı göstərmişdir ki, guya o, 2004-cü ildə mübahisəli mənzilə yaşamaq üçün qayıdaraq orada indiyə kimi yaşayır və guya X6 da öz ailəsi ilə həmin mənzildə yaşayır. Ərizədə göstərilmişdir ki, guya o və cavabdehlər ayrıayrı ünvanlarda yaşayırlar. Onlar mübahisəli mənzildə yaşamaqları barədə saxta yollarla arayış alıb, onu vərəsəlik işinin açılması üçün Cavabdeh4nə təqdim etmişlər. Daha sonra İddiaçı göstərmişdir ki, valideynlərinin vəfatından sonra onlar Notariat Ofisindən onun xəbəri olmadan mirası qəbul etmişlər. Yuxarıda deyilənlərin təsdiqi kimi iddiaçı Suraxanı rayonu Hövsan qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəsindən xx.xx.2019-cu il tarixli, 3289 saylı arayışa istinad edir ki, həmin arayışda göstərilmişdir ki, o, atası mərhum X33 öldüyü xx.xx.2013-cü il tarixdən ünvan 3 ünvanında yerləşən 38A saylı evdə fasiləsiz olaraq qeydiyyatsız yaşamaqdadır. İddiaçı, habelə qonşulardan X13 və X23 onun 2004-cü ildən mübahisəli mənzildə qeydiyyatsız yaşadığı barədə notarial təsdiq edilmiş ərizəsinə istinad edir. Suraxanı rayonu Hövsan qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 3289 saylı arayışdan göründüyü kimi, İddiaçı ünvan 4 ünvanında yerləşən 38A saylı evdə xx.xx.2013-cü il tarixindən fasiləsiz yaşamaqdadır. Qonşuların notarial təsdiq edilmiş ərizəsində isə deyilir ki, İddiaçı mübahisəli mənzildə 2004-cü ildən yaşayır. İddiaçı mübahisəli mənzildə yaşaması barədə göstərilənlərin hamısı yalan olaraq həqiqətə uyğun deyildir. İddiaçı Elçin adlı kişi ilə rəsmi nikaha girməsi ilə bağlı olaraq Bakı şəhəri Yasamal rayonunda yaşayırdı. Sonralar iddiaçı dini adətlərlə üç dəfə “kəbin” nikahına girmişdir. Musa adlı kişi ilə son belə nikahından iki uşağı: 2012-ci il təvəllüdlü Yəhya adlı oğlu və 2014-çü il təvəllüdlü Abdurrəhim adlı oğlu vardır. Bu zaman onlar Xudatda birgə yaşayırdılar. Uşaqlar Xudatda doğulmuşlar. İddiaçı Yasamal rayonunda qeydiyyatda olaraq, 2016-cı ildə uşaqları ilə birgə Hövsan qəsəbəsində, onun evinin yaxınlığında, lakin onun torpaq sahəsindən kənarda özbaşına tikilmiş evə yaşamağa köçmüşdür. Mübahisəli mənzildə yaşaması barədə məhkəməyə təqdim edilmiş yuxarıda göstərilmiş arayışla iddiaçı valideynlərinin vəfatından sonra miras əmlakı AR MM-nin 1243.2-ci maddəsinə müvafiq surətdə guya qəbul etməsini üstüörtülü şəkildə əsaslandırmağa çalışır. Mübahisəli fərdi yaşayış evinin ümumi sahəsi 38,20 kv.m. təşkil edir. Onun iki yaşayış otağının sahəsi 23,4 kv.metrdir. O, iddia ərizəsinə qoşmanın alınması üçün məhkəmədə olarkən gəlini ona zəng edib bildirmişdir ki, məhkəmənin və polisin nümayəndələri onun evinin həyətindədirlər. Gəlinindən gəlmiş şəxslərə onun mənzilini və iddiaçının yaşayış yerini göstərməyi xahiş etmiş, lakin onlar baxmaqdan qəti imtina etmişlər. X15 xx.xx.2013-cü ildə, X2 xx.xx.2018-ci ildə ölmüşlər. Anasının və atasının vəfatından sonra o, ünvan 5 A ünvanı üzrə evi miras kimi xx.xx.2019-cu il tarixində AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı X71 reyestrində qeydə alınmış və onun adına Çıxarış verilmişdir. İddiaçı valideynlərinin vəfatından xəbərdar olmuş və bütün hüzr mərasimlərində iştirak etmişdir. Mirasın qəbulu üçün müddət, yəni X15nun vəfatı günündən 6 il 7 ay, X2nın isə ölümündən 1 il 8 aydan çox keçmişdir. İddiaçının ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2525/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ünvan 6 ünvanında yerləşən mənzilinin üzərinə həbs qoyulmuşdur. İddiaçı ona qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və məhkəmə tərəfindən iddiadan imtina barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, Cavabdeh1 etiraza əlavə verərək bildirmişdir ki, onun valideynləri - X15 xx.xx.2013-cü ildə, X2 isə xx.xx.2018-ci ildə vəfat etmişlər. Valideynlərinin birgə nikahdan altı uşağı vardır: Cavabdeh2, X30, bu iş üzrə İddiaçı, X31, X47 və bu iş üzrə Cavabdeh1. X47 2007-ci il tarixdə vəfat etmişdir. Birgə nikahdan qızı İsayev Fərqanə vardır. Valideynlərinin dəfni və yas mərasimləri (3,7, 40 günləri və il mərasimləri) ilə əlaqədar bütün xərcləri o çəkmişdir. İddiaçı valideynlərinin dəfni ilə bağlı heç bir xərc çəkməmişdir. X2 xx.xx.2018-ci ildə vəfat edəndən sonra o, 2019-cu ildə yaşayış evini və torpaq sahəsini özəlləşdirmişdir. Atası vəfat edəndən sonra iddiaçı öz əri ilə Bakıdan kənarda, yəni Xudatda yaşamışdır. İddiaçı göstərmişdir ki, valideynlərinin vəfatından sonra onlar Notariat Ofisində onun xəbəri olmadan mirası qəbul etmişlər. Anası vəfat edəndən sonra onlar, yəni o, bacıları X34 və Cavabdeh2 atalarının 2013-cü ildə və analarının 2018-ci ildə vəfatlarından sonra Cavabdeh4nə mirası qəbul etdikləri barədə ərizə vermişdir. Onlar dəfələrlə İddiaçı və X6nu valideynlərin ölümündən sonra mirası qəbul etmələri barədə notarial kontoruna ərizə ilə müraciət etməyə dəvət etmişdir. İddiaçı və X6 bunun onlara lazım olmadığını deyərək, mirası qəbul etməkdən qəti imtina etmişlər. X6 torpaq sahəsində özünə ev tikmişdir və orada ailəsi ilə yaşayır. İddiaçı bu günə qədər ünvan 7 ünvanında öz ərinin mənzilində qeydiyyatdadır. Sovet küçəsində mənzillərin sökülməsi ilə əlaqədar iddiaçının qeydiyyatda olduğu mənzil də sökülmüşdür. 2017-ci ildə mənzilin sökülməsindən sonra o, bacısı Cavabdeh3 özbaşına tikilidən çıxarmış və özü oraya köçmüşdür. Cavabdeh3 əri ilə birgə kirayənişin kimi yaşamağa məcbur olmuşdur. İddiaçı 800 kv.metr sahəli torpaqda daş hasarla ayrılmış özbaşına tikilidə yaşayır. Həmin tikili vaxtilə X15 tərəfindən tikilmişdir və miras əmlaka daxil deyildir. 2018-ci ildə iddiaçı 14000 manata bu sahənin 200 kv.metrlik hissəsini X1. Sonralar həmin pulu alıcıya qaytarmağa məcbur olmuşdur. Bu əqdin pozulmasından sonra İddiaçı 2018-ci ildə 800 kv.metrlik sahənin xaricində olan, daş hasarlı, içərisində iki fərqli ailə yaşayan iki yaşayış evi tikmiş, 400 kv.metr torpaq sahəsini ünvan 8 ünvanında yaşayan Azər adlı dəllalın vasitəçiliyi ilə 28000 manata satmışdır. Həmin evlərin yanında öz sahəsində olan özbaşına tikilidə mərhum X25 qızı İsayeva Fərqanə yaşayır. 0,3023 ha (3023 kv.m) torpaq sahəsindən istifadəsində yalnız daş hasara alınmış 379 kv.metr sahə vardır. Qeyd etmək lazımdır ki, miras əmlakın saxlanması ilə bağlı bütün xərcləri və kommunal xərclərini, o cümlədən daşınmaz əmlaka vergiləri yalnız özü çəkmişdir. İddiaçı əmlaka faktiki sahiblik və ondan istifadə etməmişdir və notariat kontoruna mirasın qəbulu barədə ərizə verməkdən imtina etmişdir. Göstərilənlərə əsasən, məhkəmədən İddiaçı ona qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və yeni vərəsəlik hüququ haqqmda şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və məhkəmə tərəfindən iddiadan imtina edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Həmçinin, Cavabdeh1 məhkəməyə ərizə verərək hazırkı iddia tələbinə iddia müddətinin tətbiq olunaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, İddiaçı 2004-cü ildən faktiki olaraq atasından miras qalmış həmin ev və torpaq sahəsində yaşayır. Yəni o, 2004-cü ildən atası ölənədək və atası öldükdən sonra bugünədək həmin evdə yaşayır. Buna baxmayaraq, cavabdehlər notariusa ərizə verərkən sadəcə özlərini mərhumun vərəsələri kimi təqdim etmiş, icra nümayəndəliyindən saxta arayış alaraq İddiaçı vərəsəliyini gizlətmiş, beləliklə saxta qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışlar. Bu halda həmin şəhadətnamə etibarsız hesab edilməlidir. Bundan başqa, İddiaçı vərəsə kimi tanınaraq adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsi və ev onlara atalarından miras qalıb. Ataları həmin torpağı dörd bacı arasında hərəsinə dörd sot olmaqla bölüb. İddiaçı özünə düşən dörd sot payı satıb. Bundan sonra o, həmin ərazidə başqa iki sot torpaq sahəsi də satmaq istəyib. Bu zaman onların Səməngülün əməllərindən xəbərləri olub. Onun yoldaşının Xudatda evi var, uşaqları da orada doğulub. Həmin evdə isə faktiki yaşamır. Buna baxmayaraq, onun öz evi ola-ola bacısı X20 yaşadığı evdən qoyub, Hafisə hazırda kirayədə yaşayır. Səməngül özünə düşən payı satıb, indi də bacısı Hafisənin evində oturub. Onun indi tələb etdiyi torpaq sahəsi isə atasından ona (Cavabdeh1) miras qalıb. İddiaçının həmin sahədə heç bir hüququ yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi onlara atalarından qalıb. Ataları həmin torpağı onlar arasında bölüb. İddiaçı isə özünə düşən payı satıb, sonra isə bacısı Hafisəni yaşadığı evdən çıxararaq özü həmin evə köçüb. Onun hazırda mübahisələndirdiyi torpaq sahəsi və evə isə ümumiyyətlə heç bir hüququ yoxdur. O, atasından qalan torpağı isə satıb. İndi isə onların torpağına göz dikib. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X35 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı mübahisəli torpaq sahəsi və ev üzərində heç bir hüququ yoxdur. Belə ki, atası onların hərəsinə dörd sot torpaq verib, Səməngül isə özünə düşən payı satıb. Lakin o, bununla da kifayətlənməyərək anası rəhmətə gedəndən sonra onu (Hafisəni) anası yaşadığı evdən çıxardaraq orada yaşamağa başlamışdır. Həmin vaxtdan həmin evdə Səməngül yaşayır, özü isə kirayədə qalır. Lakin həmin ev Səməngülün deyil, digər bacıların da həmin evdə payları var. İddiaçı özü onların mülkiyyət hüquqlarını pozur. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Digər Cavabdeh4nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X71nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 3289 nömrəli arayışda qeyd edilmişdir ki. İddiaçı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, O.Şabanov (Çöllük) küçəsi, ev 38A-da qeydiyyatsız yaşayır. Atası mərhum X26 öldüyü xx.xx.2013-cü il tarixədək onunla birlikdə göstərilən ünvanda yaşamışdır və həmin tarixdən bu günə kimi fasiləsiz olaraq həmin ünvanda yaşamaqdadır. Bakı şəhəri Orconikidze rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1976-ci il tarixdə verilmiş İV-JQ 286770 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (ata X55, ana X10) xx.xx.1976-cı ildə Bakı şəhəri Orconikidze (Suraxanı) rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1976-cı ildə 176 nömrə ilə qeyd edilmişdir. ünvan 10 ünvanında qeydiyyatda olan X27 35 saylı notariat ofisinə verdiyi xx.xx.2019cu il tarixli ərizədə qeyd edilmişdir ki, İddiaçı 1976-cı il tarixdə doğulduğu gündən 1993-cü il tarixdə ailə həyatı qurana qədər ailə üzvləri ilə birlikdə ünvan 11 ünvanında yerləşən ev 38A-da yaşayıb. 2004-cü il tarixdə həyat yoldaşı ilə boşandıqdan sonra ailə üzvlərinin valideynlərinin qeydiyyatda olduğu həmin ünvana gəlib. İddiaçı 2004-cü il tarixdən bu günə qədər həmin ünvanda qeydiyyatsız yaşayır. ünvan 12 ünvanında qeydiyyatda olan X9 35 saylı notariat ofisinə verdiyi xx.xx.2019-cu il tarixli ərizədə qeyd edilmişdir ki, İddiaçı 1976-cı il tarixdə doğulduğu gündən 1993-cü il tarixdə ailə həyatı qurana qədər ailə üzvləri ilə birlikdə ünvan 11 ünvanında yerləşən ev 38A-da yaşayıb. 2004-cü il tarixdə həyat yoldaşı ilə boşandıqdan sonra ailə üzvlərinin valideynlərinin qeydiyyatda olduğu həmin ünvana gəlib. İddiaçı 2004-cü il tarixdən bu günə qədər həmin ünvanda qeydiyyatsız yaşayır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Cavabdeh4nə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədə qeyd edilmişdir ki, xx.xx.2013-cü il tarixdə ünvan 17, ev 28A ünvanında qeydiyyatda olmuş ataları X55 vəfat etmişdir. Ondan qalan miras əmlak: ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evi və xüsusi mülkiyyətdə olan 0.3023 ha torpaq sahəsindən ibarətdir. Mərhumun onlardan başqa vərəsədi yoxdur. Odur ki, göstərilən əmlaklara qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, AZ-İ 925720 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında surətində qeyd edilmişdir ki, X55 xx.xx.2013-cü ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 1068 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, AZ-İ 980978 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında surətində qeyd edilmişdir ki, X10 xx.xx.2018-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 1936 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 304 nömrəli arayışın surətində qeyd edilmişdir ki, X55 ünvan 17 38A ünvanında yerləşən evdə öldüyü günə kimi (xx.xx.2013) X16, X17 və X32 ilə birlikdə yaşamışdır. Azərbaycan Respublikasının Ədliyyət Nazirliyinin “Elektron notariat” informasiya sistemindən xx.xx.2019-cu il tarixli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətində qeyd edilmişdir ki, ünvan 15 ünvanında X36, Cavabdeh1, X42, X43, X21, X11, Qasımlı Ömər Novruzəli oğlu, X22, X43, X14 və X37 qeydiyyatdadır. Cavabdeh4 xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlak olan ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evindən və xüsusi mülkiyyətdə olan 0.3023 ha torpaq sahəsi üzərində 1/3 hissədə payı müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə yazılmış, imzanın həqiqiliyi Bakı şəhəri 18 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, İddiaçı ünvan 17 ünvanında yerləşən 200 m2 torpağı X24 14000 manata satmışdır. Həmin məbləği tam olaraq almışdır. Gələcəkdə onun bu əmlak barədə heç bir iddia və tələbi olmayacaqdır. Həmin əmlakla bağlı hər hansı bir problem yaranarsa məsuliyyəti özü daşıyır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun notariat qaydasında təsdiq edilmiş texniki pasportun surətindən görünür ki, ünvan 18 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquq subyekti Cavabdeh1dır. Məhkəmə tərəfindən mübahisə tərəflərinin izahatları dinlənilərək və yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edildi ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 doğma bacıdır. Onların X15 xx.xx.2013-cü il tarixdə ölmüşdür. ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evi 0.3023 ha torpaq sahəsi ilə birlikdə X33 mülkiyyətində olmuşdur. Atalarının ölümündən sonra iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 notariat ofisinə ərizə ilə müraciət edərək atalarından miras qalmış ünvan 17, ev 38A ünvanında yerləşən fərdi yaşayış evi və 0.3023 ha torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Cavabdehlər tərəfindən notariat orqanına təqdim edilmiş sənədlər əsasında qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərək həmin əmlak üzərində onların hər birinə 1/3 hissədə pay müəyyən edilmişdir. Hazırda İddiaçı cavabdehlərə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o, 2004-cü ildən bu günə kimi ünvan 17, ev 38A ünvanında qeydiyyatsız yaşayır. Buna baxmayaraq, cavabdehlər notariusa verdikləri qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizədə onun adını qeyd etməmiş, notariusa bununla bağlı saxta arayış təqdim etmiş, beləliklə, öz adlarına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Bu səbəbdən iddiaçı hesab edir ki, həmin şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməli və öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Cavabdehlər öz növbələrində iddianı qəbul etməyib məhkəməyə etiraz verərək bildirmişlər ki, İddiaçı nikaha girməsi ilə əlaqədar Yasamal rayonuna köçmüş, orada da qeydiyyata alınmışdır. Daha sonra o, üç dəfə kəbin nikahına girmişdir ki, son belə nikahından Xudatda iki uşağı doğulmuşdur. İddiaçı hazırda da Yasamal rayonunda qeydiyyatdadır. O, 2016-cı ildə uşaqları ilə birlikdə ünvan 17, ev 38A ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında, lakin həmin torpaq sahəsində yerləşməyən özbaşına tikili olan evə köçmüşdür. Ata və anası öldükdən sonra onlar qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı notariusa müraciət etmiş, bu zaman onlar İddiaçı da məlumat vermiş, lakin o, X52lə birlikdə mirası qəbul etməkdən imtina etmişdir. Hazırda İddiaçı 800 m2 sahəli torpaqda daş hasarla ayrılmış ayrıca özbaşına tikilidə yaşayır. Həmin tikili vaxtilə X15 tərəfindən tikilmiş və özbaşına olduğundan miras əmlaka daxil olmamışdır. İddiaçı bu sahənin 200 m2 hissəsini 2018-ci ildə 14000 manata X4, sonradan həmin pulu alıcıya qaytarmalı olmuşdur. Bu əqdin pozulmasından sonra iddiaçı 2018-ci ildə 800 m2 sahənin xaricində olan, daş hasarlı, iki yaşayış evi tikmiş, 400 m2 torpaq sahəsini 28000 manata satmışdır. Odur ki, İddiaçı əmlaka faktiki sahiblik və ondan istifadə etməmişdir və notariat kontoruna mirasın qəbulu barədə ərizə verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Miras əmlakın vərəsə tərəfindən qəbul edilməsi barədə olan normalar mülki qanunvericiliyin miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusunun mirasa (miras əmlaka) daxil edilməsi barədə norması ilə sıx bağlıdır. Belə ki, vərəsələr tərəfindən miras əmlakın qanunla müəyyən olunmuş qaydada və müddətdə qəbul edilməsi, eyin zamanda onların üzərinə miras qoyanın kreditorları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsini təmin etmək vəzifəsini qoyur. Belə ki,MM-nin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qanunun bu normasında göstərilən tələblərin yerinə yeririlməsi üçün isə yuxarıda qeyd etdiyimiz kimi mirasın vərəsə tərəfindən qanunla müəyyən edilmiş qaydada qəbul olunması tələb olunur ki, bu da öz növbəsində miras qoyanın kreditorlarını vərəsələrədən miras qoyanın öhdəliklərinin yerinə yetrilməsini tələb edə bilmək hüququnu təmin edir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyini müəyyənləşdirir. Hazırkı işdən görünür ki, iddiaçı tələbini əsaslandırarkən arqumentlərini üç əsas xətt üzrə formalaşdırmışdır. Bunlardan ilki 2004-ci ildən i faktiki olaraq X15ndan miras qalmış ünvan 19 A ünvanında yerləşən fərdi yaşayış evində yaşaması, ikincisi, iş üzrə cavabdeh olan bacılarının üçünün də həmin fərdi yaşayış evində deyil, tamam başqa ünvanlarda yaşaması, sonuncusu isə bacılarının qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əldə etmək üçün notariat orqanına ərizə ilə müraciət edərkən qəsdən onun adını gizlətməsi, bununla da onun vərəsəlik hüquqlarını pozmasıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mərhum X55 heç bir vəsiyyətnamə qoymamışdır. Aydındır ki, bu halda qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən mübahisə ilə bağlı qanun üzrə vərəsəlik qaydaları tətbiq edilməlidir. Eyni zamanda, X55 öldüyü vaxt onun birinci növbə vərəsələri – arvadı X10, uşaqları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X47, X31 və İddiaçı sağ olmuşlar. X10 və X7 ölmüş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 atalarının ölümündən sonra miras əmlakı qəbul etdiklərinə dair notariat kantoruna ərizə verərək mirası əmlakı qəbul etmişlər. Digər vərəsələr, eləcə də İddiaçı isə bununla bağlı hər hansı müraciət etməmişdir. Bu hallar işin məhkəmə baxışı zamanı da mübahisələndirilməmişdir. Hazırda isə iddiaçı qeyd edir ki, o, 2004-cü ildən bəri məhz atasından miras qalmış həmin evdə və torpaq sahəsində yaşayır, beləliklə o, miras əmlakı atasının ölümündən sonra faktiki qəbul etmiş və idarə etmişdir. Məhkəmə bununla bağlı iddiaçı tərəfindən qeyd edilənləri əsassız hesab edir. İlk növbədə ona görə ki, iddiaçı bu mövqeyini əsaslandırarkən Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş arayışa istinad edir ki, iş materiallarından görünür ki, eyni nümayəndəlik tərəfindən bundan bir il əvvəl eyni halla bağlı lakin tam əks məzmunda başqa bir arayış da verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin arayışı iş üzrə mötəbər sübut kimi qəbul etmək mümkün deyil. Bundan başqa, iddiaçı həmin ərazidə yaşayan şəxslərin notariat qaydasında təsdiq edilmiş ərizələrini təqdim etmişdir ki, həmin ərizələrdə İddiaçı doğulduğu 1976-cı il tarixdən 1993-cü il tarixdə ailə quranadək və həyat yoldaşı ilə boşandığı 2004-cü il tarixdən ərizə yazıldığı tarixədək həmin evdə qeydiyyatsız yaşadığı göstərilmişdir. Məhkəmə bu ərizələrdə İddiaçı həmin ərazidə yerləşən və məhz mübahisələndirilən evdə yaşaması ilə bağlı qeyd edilənləri inandırıcı hesab etmir. İlk növbədə ona görə ki, iş üzrə cavabdehlər də İddiaçı həmin küçədə yaşadığını inkar etmir, onlar sadəcə olaraq bildirirlər ki, ataları onların hər birinə torpaq sahəsi vermiş, iddiaçı öz payını satmış, sonradan geri almış, hazırda isə həmin küçədə, lakin sonradan tikilmiş özbaşına tikilidə yaşayır. Yəni o, məhz 38A ünvanında yerləşən və atasından qalmış həmin evdə faktiki yaşamamış, mirası faktiki qəbul etməmişdir. İddiaçı isə təkidlə 2004-cü ildən bəri ünvan 17 38A ünvanında yerləşən, məhz doğulduğu evdə yaşadığını iddia edir. İşdən isə görünür ki, həmin küçədə İddiaçı faktiki sahibliyində olan başqa bir – 200 m2 torpaq sahəsi olmuşdur. Belə ki, iş materiallarında olan, İddiaçı tərəfindən imzalanmış və həqiqiliyi Bakı şəhəri 18 saylı notatiat kontoru tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı ünvan 20 ünvanında yerləşən 200 m2 torpağı X24 14000 manat satdığını qeyd etmişdir. Təkcə bu hal cavabdehlərin mərhum atalarının onların hər birinə torpaq sahəsi verməsi və İddiaçı öz payını satması ilə bağlı qeyd etdiklərini sübut edir. Bundan başqa, yenə işdən görünür ki, iş üzrə cavabdehlərdən yalnız biri Cavabdeh1 ünvan 17 38A ünvanına mübahisəli vərəsəlik haqqında şəhadətnamə almışdır. Digər cavabdehlərin isə mübahisəli ünvana dair hər hansı şəhadətnamə və ya mülkiyyət sənədi alması məhkəmə araşdırması zamanı öz sübutunu tapmamışdır. Bundan başqa, cavabdehlər mübahisəli evə analarının sağlığında qeydiyyata alınmışdır. Belə ki, notariat işinə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Cavabdeh2 vəsiqənin verildiyi xx.xx.2016-cı il tarixdə, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə, Cavabdeh3 xx.xx.2014-cü il tarixdə ünvan 17 38A ünvanında qeydiyyatda olmuşdur. Məhkəmə təkrar qeyd etməyi zəruri hesab edir ki, bu tarixlərdə valideynlərdən biri - anaları sağ olmuşdur ki, bu hal da sübut edir ki, cavabdehlər evi öz mülkiyyətlərinə keçirdikdən sonra yox, əvvəldən bu evdə qeydiyyata alınmışlar. 2004-cü ildən bəri həmin evdə faktiki yaşadığını bildirən iddiaçı isə hər nədənsə hələ anasının sağlığında evə qeydiyyata alınmamış, hazırda da tamam başqa bir ünvanda qeydiyyatdadır. Məhkəmə hesab edir ki, təkcə bu hal iddiaçının ikinci arqumentinin, yəni cavabdehlərin üçünün də tamam başqa ünvanlarda yaşamaları ilə bağlı qeyd edilənlərin əsassız olduğunu sübut edir. Məhkəmə iddiaçının sonuncu arqumenti, yəni cavabdehlərin notariat orqanına ərizə verərkən onun adını gizlətmələri ilə bağlı qeyd etdiklərinə münasibətdə bildirir ki, cavabdehlərin notariat orqanına müraciət edərkən iddiaçının adını vərəsə olaraq göstərməməsi, mirasın açıldığı vaxtdan iddiaçının mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsini və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək hüququnu istisna etmədiyindən, iddiaçı isə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməməklə həmin hüququnu itirdiyindən, eləcə də onun tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirməsinin səbəbinin üzrlü olması halı sübut edilmədiyindən, ərizədə adının göstərilməməsi əsası ilə cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi miras əmlak barəsində hüququnu itirmiş iddiaçı üçün hüquqi nəticələrə səbəb olmadığından iddiaçının bu arqumenti də əsassızdır. Bundan başqa, işdən görünür ki, Cavabdeh1 məhkəməyə ərizə verərək hazırkı iddia tələbinə iddia müddətinin tətbiq olunaraq iddiadan imtina edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinə iddia müddəti deyil, kəsici müddət tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 1246-cı maddəsi yalnız mirasın qəbul edilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 1246-cı maddəsinin mirasın qəbul edilməsi və onun qəbulundan imtina olunmasını müəyyən edən 70-ci fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 1246-cı maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında bu cür, yəni kəsici müddətlərin mahiyyəti izahat edilərək göstərilmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Mülki Məcəllənin 1246-cı maddəsinin məzmunundan belə məlum olur ki, qanun vərəsəyə üç ay ərzində mirası qəbul etmək üçün hüquq verir ki, bu da mülki qanunvericiliyin iddia müddəti ilə bağlı normalarının məzmunundan fərqlənir. Belə ki, MMnin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Buradan da məhkəmə belə qənaətə gəlir ki, mirası qəbul etmək vərəsənin hüququ olduğundan və bu hüququ həyata keçirmək onun iradə ifadəsindən asılı olduğundan qanunun ona verdiyi bu hüquqdan istifadə etməməsi onun hüquqlarının MM-nin 372.2-ci maddəsində göstərildiyi kimi pozulması anlamına gəlmir. Göstərilənlərə əsasən və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən mövqeyinə əsasən, mirasın qəbul edilmə müddəti iddia müddəti deyil, kəsici müddətdir və Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddətlə məhdudlaşır. Hazırkı mübahisə üzrə iddiaçı bu müddəti ötürdüyündən onun mirası qəbul etmək hüququna xitam verilmişdir. Məhkəmə iddia tələbinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, bu tələblər törəmə tələb olmaqla əsas tələbdən, yəni vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbindən asılıdır. Odur ki, müvafiq şəhadətnamə etibarsız hesab edilmirsə digər tələblər də rədd edilmiş hesab edilir. Yekunda, məhkəmə bütün qeyd edilənləri ümumiləşdirərək və iddia tələbinə yekun hüquqi qiymət verərək qeyd edir ki, vərəsəyə xəbər verilib-verilməməsindən, digər vərəsələr tərəfindən vərəsə kimi göstərilib-göstərilməməsindən asılı olmayaraq o, mirası qəbul etməlidir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsə mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Bu kəsici müddətdir və məhkəmə tərəfindən birbaşa tətbiq edilir. Yəni iddia ona görə əsassızdır ki, İddiaçı Rəhi qızı mirasın qəbul edilməsinin hər iki üsuluna da əməl etməmişdir. Yəni o, nə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə vermiş, nə də miras əmlaka faktiki olaraq sahiblik etməyə başlamışdır. Əgər məhkəmə tərəfindən iddiaçının özünün irəli sürdüyü kimi onun tərəfindən mirasa faktiki sahiblik etmiş olması halı qəbul edilmiş olsa da belə o, mirasın qəbul edilməsi müddətini ötürmüş və bunun üzrlü olması barədə məhkəməyə hərhansı sübut təqdim edə bilməmişdir. Belə ki, hər iki üsulla da miras yalnız bunun üçün qanunla müəyyənləşdirilmiş müddət daxilində qəbul edilə bilər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ bəndində göstərilmişdir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.3-cü maddəsində göstərilmişdir ki, qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X71nə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2525/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2525/2020
29.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver