Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2525/2022 06.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcunun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcunun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 465,72 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 bağ sahəsi 002993 saylı Qeydiyyat vəsiqəsinə əsasən onun adına qeydiyyata alınmışdır. Qeyd edilən əmlak qaynına məxsusdur və qaynı Rusiya Federasiyasının vətəndaşı olduğundan fərdi yaşayış evi və torpaq sahəsi onun adına qeydiyyata alınmışdır. Qeyd edilən fərdi yaşayış evində daimi yaşayış yoxdur. Belə ki, evin sahibi yalnız yay aylarında bir aylıq dincəlmək üçün respublikaya gəldiyi zaman fərdi yaşayış evində yaşayış olur. Bu fakt ərizəyə əlavə edilmiş abonentin saldosu ilə də təsdiq edilir. Bundan əlavə bəzən o yaxud digər qohumlar fərdi yaşayış evinə baş çəkir, müəyyən suvarma işləri ilə məşğul oluruq. Buna baxmayaraq həmin evdə daimi yaşayış yoxdur. Bu fakt qonşular tərəfindən tərtib edilmiş aktla da təsdiq edilir. Həmçinin onun qeydiyyatı və yaşayış yeri haqqında aktla da təsdiqini tapır. Cavabdeh təşkilatın əməkdaşları 02 yanvar 2022-ci il tarixdə ona zəng edərək fərdi yaşayış evinə gəlməyini bildirmiş, evə gəldikdə fərdi yaşayış evinə baxış keçirmiş, evin sayğacının düz işləmədiyini, kənar müdaxilənin olmasını bildirmişlər. Ona evin işıqlarının yandırılmasını demişlər. Evin işıqlarının yandırılması mexanizminin yeri dəyişdirildiyindən evin işıqlarını yandıra bilməmişdir, ancaq evin çölündə yerləşən, bağın suvarılması üçün istifadə edilən su matorunu işlətmişdir. Cavabdeh təşkilatın əməkdaşları qeyd edilən su matorunun sərfiyyatını hesablayaraq sayğacın düzgün hesablamadığını, kənar qoşulmanın olduğunu bildirmiş, akt yazaraq ona imzalamağı bildirmiş və həmin aktın sayğacın dəyişdirilməsi üçün imzalandığını bildirmişlər. Lakin bır müddət sonra evə gedərkən evin işıqlarının yanmadığını görmüşdür. İşıq idarəsi ilə əlaqə saxladığı zaman ona akt əsasında borc hesablandığını, borcu ödəməyəcəyi təqdirdə elektrik xəttinin qoşulmayacağını bildirmişlər. xx.xx.2022- ci il tarixli akt əsasında 465,72 manat cərimə yazılmışdır. Qeyd edilən aktda evə baxış zamanı sayğacın keçən yükü qeyd etməməsi göstərilmişdir. Elektrik sayğacı fərdi yaşayış evinin daxilində deyil, hasarın çöl hissəsində quraşdırılmışdır. Sayğacın keçən yükü qeyd etməməsini abonent kimi onun məlumatı olmamışdır. Sayğaca edilmiş hər hansı müdaxilədən də söz gedə bilməz. Çünki, sayğaca hər hansı müdaxilə edilməsinə zərurət də yoxdur. Belə ki, il ərzində 1-1,5 ay yaşayış olan evin elektrik enerjisi də çox ola bilməz. Həmçinin daimi ödəniş çəklərində göstərilən məbləğlər ödənilmiş, hər hansı borc da qalmamışdır. Həmçinin cavabdeh təşkilat tərəfindən elektrik sayğacı xx.xx.2022-ci il tarixdə dəyişdirilmişdir, ərizəyə əlavə edilmiş bildiriş xəbərdarlıqdan da görünür ki, hazırki sayğac quraşdırıldıqdan sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qeyd edilən fərdi yaşayış evində istifadə edilən elektrik enerjisinin göstəricisi 0.00 olmuşdur. Bununla da qeyd edilən mənzildə yaşayışın olmaması bir daha təsdiq edilir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. “Azemis” Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi daxil olmuşdur və onunla əsaslandırmışdır ki, 07 yanvar 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 1 ünvanında quraşdırılmış elektrik sayğacma baxış keçirmiş, baxış zamanı sayğacm axan yükü qeyd etmədiyi aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı "xxxx" ASC-nin əməkdaşları NDM 027279 saylı xx.xx.2022-ci il tarixli müvafiq akt tərtib edilmişdir. Akt tərtib edilən zaman abonentin aktın tərtib edilməsində iştirakı tərəfimizdən təmin edilmiş və abonent aktı imzalamışdır. "xxxx" ASC-nin Akt komissiyasının Əhali İstehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarma əsasən 4049 kvts. itirilmiş elektrik enerjisinin dəyəri 459.80 manat məbləğində müəyyən edilməklə abonentin **********60000 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və Ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 20 aprel 2022-ci il tarixli, 373 №-li arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 11, mənzil 88-də yaşayır. İş materiallarında olan “Abunə haqqında” çıxarışdan görünür ki, ünvan 2 ünvanında yaşayan **********60000 kodlu abonent İddiaçı aktlar əsasında 465,72 məbləğində borc hesablanmışdır. Cavabdehin nümayəndəsi tərəfindən “Azemis” Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim olunmuş 02 yanvar 2022-ci il tarixli NDM № 027279 akt və bu akt əsasında tərtib olunmuş hesabatlardan müəyyən olunur ki, abonent kodu olan **********60000 kodlu abonent İddiaçı ünvan 2 evinə müvafiq olaraq 465.72 manat hesablanması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları nın 7.11-ci bəndinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludurlar. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşıma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, elektrik sayğacının, üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş elektrik sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 465,72 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Bu baxımdan məhkəmə cavabdehin nümayəndəsinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından cavabdehin əməkdaşları tərəfindən iddiaçının evinə keçirilən baxış zamanı tərtib edilən, iddiaçı tərəfindən mübahisələndirilən borcun hesablanması üçün əsas olmuş aktların doğruluğu sübuta yetirilməlidir ki, həmin aktlar inandırıcı sübut kimi qəbul edilsin və təsbit olunan məlumatların cavabdehin xeyrinə nəzərə alınması mümkün olsun. Lakin məhkəmə tərəfindən araşdırılan sübutlara əsasən müəyyən edilən hallar onu deməyə əsas verir ki, mübahisəli aktlar inandırıcı sübut kimi qiymətləndirilə və onda təsbit olunan məlumatların həqiqiliyi məhkəmə tərəfindən qəbul oluna bilməz. Bütün bu ziddiyyətlər isə mübahisələndirilən aktda təsbit olunan məlumtların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, 02 yanvar 2022-ci il tarixli NDM № 027279 saylı akta istinad etməklə göstərilən qüsurların məhz iddiaçının təqsiri üzündən baş verməsi faktı iş materialları ilə öz təsdiqini tapmır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 2 ünvanına (abonent kodu: **********60000) aktlara görə hesablanmış 465.72 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2525/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2525/2022
06.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver