Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2525/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X* iclas katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı (Quba Regional “ASAN xidmət” mərkəzində notariat ofisi, X*8, X20 və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) miras əmlakın qəbul edilməsi və payın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiaçı Cavabdeh qarşı (Quba Regional “ASAN xidmət” mərkəzində notariat ofisi, X*8, X20 və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Quba rayonu notariat kontoru tərəfindən Cavabdeh və atası X*2 adına verilmiş 2*.**.20*2-ci il tarixli, 2V-3070 reyestr nömrəli və 2*.**.20*2-ci il tarixli, 2V-3069 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və atası X22 və anası X4 miras qalmış əmlakın mirası qəbul etmə müddətini buraxmasının üzrlü hesab edilərək həmin müddətin bərpası ilə eyni zamanda ona payına uyğun vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.*968-ci il tarixdə Quba rayonu, Vladimirovka kəndində anadan olmuşdur. Atası X22dir. Atası **.**.2000-ci il tarixdə, anası X24 isə 0*.06.2006-cı il tarixdə vəfat etmişlər. O, valideynləri vəfat etdikdən sonra onların dəfn mərasimlərini təşkil edərək dəfn xərclərini ödəməkdə iştirak edərək, onlardan miras qalmış əmlakları qoruyub saxlamaqda iştirak edərək mirası faktiki qəbul etmişdir. Valideynləri vəfat etdikdən sonra onlardan miras qalmış – Quba rayonu, Vladimirovka kəndində yerləşən evin və həmin kənddə yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpağın onların adında qalmasını düşünərək mirasın qəbulu barədə ərizə ilə müraciət etməmiş və bu ilin 2024-cü ilin noyabr ayında təsadüfən ona məlum olmuşdur ki, bacısı Cavabdeh 20*2-ci il tarixdə valideynlərindən miras qalmış əmlaklara yeganə vərəsə kimi vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq bütün valideynlərindən qalmış əmlakları yeganə vərəsə kimi öz adına rəsmiləşdirmişdir. Ona bu fakt məlum olduqdan sonra Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək, vərəsəlik hüququnu müəyyən etmək istədikdə qeyd edilən təşkilat özünün *2.**.2024-cü il tarixli məktubu ilə **.**.2000-ci il tarixdə vəfat etmiş X22 və 0*.06.2006-cı il tarixdə vəfat etmiş X*3 məxsus olan əmlaka dair 2*.**.20*2-ci il tarixdə 2V- 3070 reyestr nömrəsi ilə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə cavabdeh – bacısı Cavabdeh verilməsini, həmçinin onun mirasın qəbul müddətini ötürdüyünü vərəsələr arasında mübahisə olduğunu bildirib, ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən aşkar olunur ki, **.**.2000-ci il tarixdə vəfat etmiş X2 doğma atası, 0*.06.2006-cı il tarixdə vəfat etmiş X25 isə onun doğma anasıdır. İddia ərizəsinə əlavə edilmiş JN-393 nömrəli, 303**0*8 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan aşkar olunur ki, mərhum valideynləri Fəxrəddin və X27 rayonu, Vladimirovka kəndində yerləşən *.20 ha torpaq sahəsi miras qalmışdır. İddia ərizəsinə əlavə edilmiş Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinin *2.**.2024-cü il tarixli məktubundan aşkar olunur ki, onu mərhum valideynləri Fəxrəddin və Təhminə Satsiyevlərin vərəsələri sırasına daxil etməkdən imtina etmişdir.
İddia tələbinin dəyişdirilməsi.
3. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən **.**.2000-ci il tarixdə vəfat etmiş atası X*9 məxsus və 0*.06.2006-cı il tarixdə vəfat etmiş anası X*4 məxsus mirası qəbul etməsi faktının müəyyən edilməsi və valideynlərindən miras qalmış əmlaka, JN-387F KOD 303**0*8 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.24 ha torpaq sahəsindən valideynlərinə məxsus hissədən və 393 JN KOD 303**0*8 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən *.20 ha torpaq sahəsindən valideynlərinə məxsus hissədən vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, dövlət tərəfindən verilən torpaqdan iddiaçının payının müəyyən edilməsinə razıdır, amma digərinə yox. Çünki, həmin torpaq sahəsində yerləşən evi satışa çıxarmışlar. Ev satılanda torpaq qarışıq satılır. Miras əmlakın 5 hissəyə bölünməsinə razıdır. Fərdi yaşayış evi yerləşən torpaq sahəsindən satışdan sonra pay vermək istəyir. Gülçöhrə valideynlərinin vəfatından sonra torpaqdan istifadə etmişdir. Belə ki, valideynləri rəhmətə gedəndən sonra Gülçöhrə öz evində, qonşuluqda yaşamış, torpaqdan istifadə etmiş, əkib-becərmiş, taxıl və ot əkmişdir. Vergi də ödəməmişdir. Fərdi yaşayış evi yerləşən torpaq sahəsini satıb ona düşən payı vermək istəyir. İddiaçı onlarla danışmayıb və məhkəməyə verib. Əgər danışsa idi, o razılaşardı, çünki atası vəsiyyəti elə edib ki, miras 5 qızın arasında bölünsün. Evə dair sənəd düzəltdirdikdən sonra onu da satıb iddiaçının */5 payını verəcəklər. İddiaçıya bununla bağlı dəfələrlə təklif etsələr də, o gəlməmişdir. Miras əmlakların bölünüb, payının verilməsinə etiraz etmir.
6. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri.
7. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Gülçöhrəni tanıyır və onunla eyni kənddə yaşayır. O, həmin kənddə doğulub yaşamışdır. Gülçöhrə Fəxrəddinin qızıdır. Gülçöhrə xanım atası və anası vəfat edəndən sonra evə gəlib gedirdi. Gülçöhrə atası öləndən sonra həmin evdə yaşayıb. Gülçöhrə xanım ərə getsə də, həmin evdə yaşayıb. Gülçöhrə anası öləndə artıq o evdə yaşamırdı. Torpaq sahəsinə də, evə də ata-ana rəhmətə gedəndən sonra Gülçöhrənin əri baxırdı.
8. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Gülçöhrə ilə eyni kənddə yaşayır. Gülçöhrə xanımın atası Fəxrəddin, anası Təhminə olmuşdur. Gülçöhrənin bacısı Gülnazı tanıyır. Gülnaz xəstə olmuş, Gülçöhrə ona baxmışdır. Fəxrəddin 2000-ci il tarixdə, Təhminə də ondan 5-6 il sonra rəhmətə getmişdir. Gülçöhrə ata-anası öləndən sonra az müddət həmin evdə yaşayıb. Ata-anası öləndən sonra Gülçöhrə gəlib baxırdı. Onlar hal-hazırda həmin evdə yaşayırlar.
İş materialları.
*9. Torpağın mülkiyyət hüququna dair JN - 393 KOD 303**0*8 nömrəli dövlət aktından görünür ki, Quba rayonu, Vladimirovka kəndi ərazisində yerləşən, ümumi sahəsi *.20 ha olan torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Quba rayon Aqrar İslahat Komissiyasının 09.02.*998-ci il tarixli, 03 saylı qərarına əsasən X26 və X*5 (ailə üzvləri - X*6 və X*7) mülkiyyətinə verilmiş, dövlət aktı qeydiyyat kitabında 24.07.200*ci il tarixdə 622 nömrə ilə qeydiyyata alınmışdır. *0. Torpağın mülkiyyətə verilməsinə dair JN – 387F KOD 303**0*8 nömrəli şəhadətnamədən görünür ki, Quba rayonu, Vladimirovka kəndi ərazisində yerləşən, ümumi sahəsi 0.24 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı Quba rayon Aqrar İslahat Komissiyasının 09.02.*998-ci il tarixli, 03 saylı qərarına əsasən X9 (ailə üzvləri – X29, X*6 və X*7) mülkiyyətinə verilmişdir. **. AZ seriyalı, *5*4857 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası X26, anası X29) xx.xx.*968-ci il tarixdə Quba rayonu, Vladimirovka kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydəri kitabında *6.04.*968-ci il tarixdə 27 nömrə ilə qeyd edilmişdir. *2. İ-İE seriyalı, 943056 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 (atası X26, anası X29) xx.xx.*960-cı il tarixdə Göyçay rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 02.06.*960-cı il tarixdə 359 nömrə ilə qeyd edilmişdir. *3. Quba rayon qeydiyyat şöbəsi tərəfindən 08.0*.200*-ci il tarixdə verilmiş AZ seriyalı, 087549 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 **.**.2000-ci il tarixdə Quba rayonunda ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 08.0*.200*-ci il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. *4. Quba rayonu Vladimirovka icra nümayəndəliyi tərəfindən *3.06.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, *95622 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 0*.06.2006-cı il tarixdə Quba rayonu, Vladimirovka kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında *3.06.2006-cı il tarixdə *7 nömrə ilə qeyd edilmişdir. *5. Quba rayonu İcra Hakimiyyəti başçısının Vladimirovka inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən *4.**.2024-cü il tarixdə verilmiş 827 nömrəli arayışdan görünür ki, İddiaçı Quba rayonu, Vladimirovka kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. *6. Quba Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış *2.**.2024-cü il tarixli, 4676 nömrəli cavab məktubundan görünür ki, 0*.06.2006-cı il tarixdə vəfat etmiş X*3 məxsus olan miras əmlaka dair 2*.**.20*2-ci il tarixli, 2V-3070 reyestr nömrəsi ilə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Cavabdeh verilməsi bildirilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.*2.2023-cü il tarixədək qüvvədə olan *246-cı maddəsinə əsasən mirasın qəbulu müddəti ötürüldüyünə, mirasa faktiki sahiblik etmə barədə sübutlar təqdim edə bilmədiyinə və vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı qeyd edilmiş və məsələ ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. *7. Quba Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış *2.**.2024-cü il tarixli, 4676 nömrəli cavab məktubundan görünür ki, **.**.2000-cı il tarixdə vəfat etmiş X*9 məxsus olan miras əmlaka dair 2*.**.20*2-ci il tarixli, 2V-3069 reyestr nömrəsi ilə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Cavabdeh verilməsi bildirilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.*2.2023-cü il tarixədək qüvvədə olan *246-cı maddəsinə əsasən mirasın qəbulu müddəti ötürüldüyünə, mirasa faktiki sahiblik etmə barədə sübutlar təqdim edə bilmədiyinə və vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı qeyd edilmiş və məsələ ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
İşin faktiki halları.
*8. X26 08.0*.200*-ci il tarixdə, və X29 *3.06.2006-cı il tarixdə vəfat etmişdir. Quba rayonu, Vladimirovka kəndində sahəsi 0.24 ha olan torpaq sahəsi və Quba rayonu, Vladimirovka kəndində *.20 ha ibarət olan torpaq sahə X6 və X** miras qalmışdır. *9. İddiaçı, Cavabdeh və üçüncü şəxslər X*8, X20 və X7 - X9 və X*5 qanun üzrə birinci dərəcəli vərəsələridir.
Tətbiq edilən hüquq.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə **33. Vərəsəlik anlayışı. **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. **33.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə **59. Qanun üzrə vərəsələr. **59.*. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). **59.*.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. **59.*.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. **59.*.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. **59.*.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Maddə *243. Mirasın qəbul edilməsi. *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin *256cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır *243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə *246. Mirasın qəbul edildiyi müddət. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə *29*. Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.
2*. “Azərbaycan Respublikası Mülki Məcəllləsinin *246 və *273-*-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı.
- Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən *246 və *273-*-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir; - Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir; - mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *06. İşdə iştirak edən şəxslərin izahatları. *06.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə *85. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. *85.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
23. İşin faktiki hallarından görünür ki, Quba rayonu, Vladimirovka kəndində sahəsi 0.24 ha olan torpaq sahəsi və Quba rayonu, Vladimirovka kəndində *.20 ha ibarət olan torpaq sahəsi X6 və X** miras qalmışdır. İddiaçı, Cavabdeh və üçüncü şəxslər X*8, X20 və X7 - X9 və X*5 qanun üzrə birinci dərəcəli bərabər pay hüquqlu vərəsələridir.
24. İddiaçı məhkəməyə müracət edərək, miras qalmış əmlakların onun tərəfindən faktiki olaraq qəbul edilməsinin və həmin miras əmlaklardan ona düşən payın müəyyən edilməsini xahiş etmişdir.
25. Məhkəmə iclasında izahat verən Cavabdeh bu faktı etiraf etmiş və ata və anasından miras qalmış torpaq sahəsinin bacısı İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsini inkar etməmiş, əksinə həmin torpaq sahəsinin iddiaçı tərəfindən əkilibbecərildiyini, oradan gəlir götürdüyünü etiraf etmiş, lakin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin onun tərəfindən nə faktiki, nə də rəsmi qaydada qəbul etmədiyini bildirmişdir. Buna baxmayaq həmin sahədən və evdən də ona düşən payın verilməsinə onun və digər vərəsələrin etirazlarının olmadıqlarını bildirmişdir.
26. Göründüyü kimi Cavabdeh iddiaçı Gülçöhrə Novruzanın əsaslandırdığı yuxarıda qeyd edilmiş faktları etiraf etmişdir. Bu etiraf məhkəmə iclasının audio-video yazısı gedişində qeydə alınmışdır.
27. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mərhum valideynləri tərəfindən miras qalmış əmlakı qəbul etməsi faktı müəyyən edilməlidir.
28. Nəzərə alınmalıdır ki, mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 20*4-cü il *8 iyul tarixli Qərarı).
29. Hazırkı iş üzrə məhkəməyə digər tərəfin etiraf etməsi əsasında məhkəmə, müvafiq miras əmlakın iddiaçı tərəfindən faktiki qəbul edildiyi nəticəsinə gəlir. (Miras əmlakların iddiaçı tərəfindən qəbul edilməsi faktını məhkəmə iclasında ifadə verən şahidlər də təsdiq etmişlər.)
30. İşin faktiki hallarından görünür ki, İddiaçı başqa miras əmlak üzrə miras qoyanların qanun üzrə daha dörd vərəsəsi vardır, hansı ki, onların miras əmlakdan birinci dərəcəli bərabər hüqüqlu vərəsə kimi pay almaq hüquqları istisna olunmur. İddiaçı da öz növbəsində mirasın qəbul edilmə faktının və miras əmlakdan ona düşən payın müəyyən edilməsini xahiş edir. Belə olan halda iddiaçı Gülçöhrə Novuzovanın miras əmlakların hər birindən */5 hissədə payı müəyyən edilməlidir. Belə ki, məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarı.)
Məhkəmənin gəldiyi nəticə.
3*. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı X6 və X** miras qalmış JN-387F KOD 303**0*8 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.24 ha torpaq sahəsindən */5 hissədə və 393 JN KOD 303**0*8 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən *.20 ha torpaq sahəsindən */5 hissədə payları müəyyən edilməlidir.
32. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı X6 və X** miras qalmış JN-387F KOD 303**0*8 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.24 ha torpaq sahəsindən */5 hissədə və 393 JN KOD 303**0*8 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən *.20 ha torpaq sahəsindən */5 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.