Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2532/2022 29.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X5 Məmmədovun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 06.07.*958-ci il təvəllüdlü X* fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X3 06.07.*958-ci ildə Qax rayonunun Almalı kəndində anadan olmuşdur. Hazırda həyat yoldaşı Parkinson xəstəliyi, akinetik-hipertonik forma, asteni-nevrotik vəziyyət, boyun fəqərələrinin osteoxondrozu, ağrı sindromu ilə,esensial hipertoniya, 2-ci dərəcə” xəstəliyindən əziyyət çəkir. Xəstəliyi səbəbindən həyat yoldaşı tamamilə kənar şəxslərin qulluğundan asılıdır. Eyni zamanda xəstə olan həyat yoldaşı 06.07.*958-ci il təvəllüdlü X* əmək qabiliyyəti də yoxdur. İddiaya əlavə etdiyi sənədlərdən də görünür ki, həyat yoldaşı 2-ci qrup əlildir. Hal-hazırda onun qanunla müəyyən edilmiş qəyyumu olmadığından o demək olar ki, hüquqi cəhətdən yardımsız qalıb. Bunun isə başlıca səbəbi kifayət qədər əsas olmasına baxmayaraq həyat yoldaşının indiyədək məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsidir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, həyat yoldaşı 06 07 *958cı il təvəllüdlü X* üzərində qəyyum təyin edilməsilə bağlı Suraxanı Rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Lakin Suraxanı Rayonu icra Hakimiyyəti A-65/099 saylı *9.04.2022-cı ıl tarixli cavabla bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*7-ci və 32*-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin məqsədəuyğun olduğu bildirilmişdir. Göründüyü kimi həyat yoldaşının fiziki və əqli pozuntu diaqnozu var. Onun şəxsi təmizliyinə və şəxsi gigiyenasına o baxır. Eyni zamanda qeyd edir ki, onun daima nəzarətə və baxıma ehtiyacı var. Məhz bu səbəbdən həyat yoldaşı məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 06.07.*958-ci ildə anadan olmuşdur. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 *9 noyabr *983-cü il tarixdə nikaha daxil olmuşlar. - AR ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasının *6.**.202*-ci il tarixli sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, X3 “Parkinson xəstəliyi, akinetikhipertonik forma, asteni-nevrotik vəziyyət, boyun fəqərələrinin osteoxondrozu, ağrı sindromu ilə,esensial hipertoniya, 2-ci dərəcə” xəstəliyindən əziyyət çəkir və ikinci qrup müddətsiz əlildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının *5.07.2022-ci il tarixli *835 saylı rəyindən görünür ki, X2 Parkinson xəstəliyi nəticəsində Demensiya (ağıl zəifliyi) müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqim olunmuş tibbi sənədlər və halhazırki psixiatrik müayinənin nəticələri (üç ilə yaxındır psixi vəziyyətində dəyişikliklərin olması, aparılan müalicəyə baxmayaraq yaddaş və intellektin proqressiv pisləşməsi, AR ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən Parkinson xəstəliyi, akinetik-hipertonik forma, asteni-nevrotik vəziyyət, boyun fəqərələrinin osteoxondrozu, ağrı sindromu ilə esensial hipertoniya, 2-ci dərəcə diaqnozu ilə İİ dərəcəli əlil olması sübut edir. Belə nəticəyə gəlinir ki, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bu səbəbdən də onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 3*7.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 32*.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işə əlavə edilən sənədlərlə müəyyən edilir ki, X* fəaliyyət qabiliyyəti yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və 06.07.*958-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 06.07.*958-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2532/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2532/2022
29.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver