Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2564/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin Hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı renta müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, dövlət reyestrində qeydiyyatın ləğv olunması tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı renta müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, dövlət reyestrində qeydiyyatın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilinə dair İddiaçı ilə Cavabdeh arasında 24.05.2019-cü il tarixində bağlanaraq Bakı şəhəri Asan Xidmət Mərkəzindəki notariat kontorunun xüsusi notariusu tərəfindən 4Ə-681 reyestr nömrəsi ilə qeydə alınmış renta müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin apardığı qeydiyyatın ( qeydiyyat nömsəsi **********) etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X1 adına verilmiş elektron çıxarışın ləğv edilməsi haqqında qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X3 barışıq sazişi təqdim edərək izahatında göstərmişlər ki, tərəflər öz aralarında razılığa gələrək barışmış və buna dair barışıq sazişi bağlamışlar. Qeyd edilənlərə əsasən barışıq sazişinin şərtlərini təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etmiş və barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında məhkəmədən barışıq sazişinin şərtlərini təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etmiş və barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim olunmuş tərəflər arasında bağlanmış 01 iyul 2021-ci il tarixli barışıq sazişinin məzmunundan görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: “Bir tərəfdən İddiaçı və digər Cavabdeh öz aralarında Suraxanı Rayon Məhkəməsinin icraatında olan “ renta müqaviləsinin ləğv edilməsi, müqavilə əsasında DƏDRX-nin apardığı qeydiyyatın ( qeydiyyat nömrəsi **********) etibarsız hesab edilməsi, mənzilə dair DƏDRX tərəfindən Cavabdeh adına verilmiş elektron çıxarışın ləğv edilməsinə dair iddia tələbinə dair” mülki iş üzrə aşağdakılar barəsində razılığa gələrək barışıq sazişi bağladıq : Bu sazişin məqsədi tərəflər arasında yaranmış mübahisənin və Suraxanı Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə mübahisənin qarşılıqlı güzəştlər və razılıq yolu ilə həll edilməsidir. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə dair 24.05.2019-cu il tarixində tərəflər arasında bağlanmış renta müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı 4 saylı Bakı ASAN Xidmət mərkəzində Cavabdeh tərəfindən çəkilmiş notariat xərclərin miqdarı olan 1300 ( min üç yüz) manat pulu Cavabdeh qaytarır, Cavabdeh isə renta müqaviləsinin ləğv edilməsi, müqavilə əsasında DƏDRX-nin apardığı qeydiyyatın (qeydiyyat nömrəsi **********) etibarsız hesab edilməsi, mənzilə dair DƏDRX tərəfindən Cavabdeh adına verilmiş elektron çıxarışın ləğv edilməsinə dair iddia tələbini qəbul edir, mənzilin yenidən İddiaçı adına rəsmiləşdirilməsinə, İddiaçı adına çıxarış verilməsinə razılıq verir. Notariat xərclərinin məbləği olan 1300 manat pulun 1000 (bir min) manatı barışıq sazişi bağlandığı anda, geridə qalan 300 (üç yüz ) manat hissəsi isə hər ay üçün 100 ( yüz) manat miqdarında olmaqla ödəniləcək. Barışıq sazişi 3 (üç) nüsxədə tərtib olunur və bir nüsxəsi İddiaçı , bir nüsxəsi Cavabdeh , bir nüsxəsi mülki iş üzrə iş materiallarında saxlanılır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə iş materiallarını, barışıq sazişinin şərtlərini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəflərin izahatlarını dinləyib, barışıq sazişinə qiymət verərək, yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. İddiaçı Cavabdeh qarşı renta müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, dövlət reyestrində qeydiyyatın ləğv olunması iddia tələbinə dair icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 263- 264-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı renta müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, dövlət reyestrində qeydiyyatın ləğv olunması tələbinə dair iddia üzrə icraata xitam verilsin. İddiaçı Cavabdeh arasındakı 01 iyul 2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “Bir tərəfdən İddiaçı və digər Cavabdeh öz aralarında Suraxanı Rayon Məhkəməsinin icraatında olan “ renta müqaviləsinin ləğv edilməsi, müqavilə əsasında DƏDRX-nin apardığı qeydiyyatın ( qeydiyyat nömrəsi **********) etibarsız hesab edilməsi, mənzilə dair DƏDRX tərəfindən Cavabdeh adma verilmiş elektron çıxarışın ləğv edilməsinə dair iddia tələbinə dair” mülki iş üzrə aşağdakılar barəsində razılığa gələrək barışıq sazişi bağladıq : Bu sazişin məqsədi tərəflər arasında yaranmış mübahisənin və Suraxanı Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə mübahisənin qarşılıqlı güzəştlər və razılıq yolu ilə həll edilməsidir. İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə dair 24.05.2019-cu il tarixində tərəflər arasında bağlanmış renta müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı 4 saylı Bakı ASAN Xidmət mərkəzində Cavabdeh tərəfindən çəkilmiş notariat xərclərin miqdarı olan 1300 (min üç yüz) manat pulu Cavabdeh qızma qaytarır, Cavabdeh isə renta müqaviləsinin ləğv edilməsi, müqavilə əsasında DƏDRX-nin apardığı qeydiyyatın (qeydiyyat nömrəsi **********) etibarsız hesab edilməsi, mənzilə dair DƏDRX tərəfindən Cavabdeh adına verilmiş elektron çıxarışın ləğv edilməsinə dair iddia tələbini qəbul edir, mənzilin yenidən İddiaçı adına rəsmiləşdirilməsinə, İddiaçı adına çıxarış verilməsinə razılıq verir. Notariat xərclərinin məbləği olan 1300 manat pulun 1000 (bir min) manatı barışıq sazişi bağlandığı anda, geridə qalan 300 (üç yüz ) manat hissəsi isə hər ay üçün 100 ( yüz) manat miqdarında olmaqla ödəniləcək. Barışıq sazişi 3 (üç) nüsxədə tərtib olunur və bir nüsxəsi İddiaçı , bir nüsxəsi Cavabdeh , bir nüsxəsi mülki iş üzrə iş materiallarında saxlanılır.” Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2564/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2564/2021
01.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver