Məhkəmə qərarları › İş №2(010)-2576/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2576/2022

08.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2576/2022 08.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2 və 4 saylı Bakı "ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışların ləğv edilməsi, miras əmlakın qəbuluna dair müddətin ötürülmüş hesab edilməsi, miras əmlakda paylarının müəyyən edilməsi və paya uyğun çıxarışın verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin notariat ofisi tərəfindən miras əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni- Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 5, mənzil 53-ə dair verilən 27.07.202*-ci il və *0.08.202*-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin şəhadətnamələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi idarəsi tərəfindən Cavabdeh* adına verilmiş *6.08.202*-ci il tarixli **2**0*630 nömrəli və onun adına verilmiş 20.07.202*-ci il tarixli **2*093860 nömrəli çıxarışların ləğv edilməsi, Cavabdeh* tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 5, mənzil 53-ə dair mirası qəbul etmə müddətinin ötürülmüş hesab edilməsi, miras əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 5, mənzil 53-də onun 3/4 hissədə, Cavabdeh2 isə */4 hissədə pay hüquqlarının müəyyən edilməsi, həmin paylara uyğun olaraq olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış sahəsi, ev 5, mənzil 53-ə dair çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, mərhum X2 ilə 03.09.*976-cı ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövründə, *996-cı ildə mübahisəli mənzil ərinin adına özəlləşdirilmiş və bu barədə ona Bakı şəhər keçmiş Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Seriya MH 02*039 saylı 2*.09.*996-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Belə ki, onlar bir müddət Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində kirayə yaşamışlar. Bir neçə il sonra evin sökülməsi nəzərdə tutulduğundan və dövlət planına düşdüyündən oranı tərk etmişlər, əvəzində isə yaşamaq üçün mübahisəli ev onlara verilmişdir. Sözügedən evin orderi mərhum həyat yoldaşının adına olmuş, daha sonra elə sonuncunun adına özəlləşdirilmişdir. X2 03.**.20*8-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra o və oğlu - Cavabdeh2 həmin mənzildə yaşamaqla, ərindən qalmış bu miras əmlakı faktiki sahiblik etmək yolu ilə qəbul etmişlər. Cavabdeh* onun qızıdır və o, hələ ərinin sağlığında öz istəyi ilə, ayrıca yaşamaq məqsədilə həmin mənzildən çıxıb getmiş, bir daha geri qayıtmamışdır. Cavabdeh* atası və bacısı vəfat edərkən yas və dəfn mərasimlərində iştirak etməmişdir. Artıq ** ildir ki, sonuncu sözügedən mənzildə yaşamır. Ərinin bütün yas məclisləri və qəbrinin düzəldilməsi o və oğlu Cavabdeh2 maddi vəsaiti hesabına olmuşdur. Bundan başqa əri aylarla xəstəxanada stasionar müalicə alarkən Cavabdeh* bir dəfə də olsun atasının yanına gəlməmiş, ona qulluq göstərməmişdir. Cavabdeh istər ərinin sağlığında, istərsə də vəfatından sonra həmin mənzildə yaşamamış və qanunla mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddia ərizəsinə əlavə etdiyi ölüm haqqında şəhadətnamədən görünür ki, X2 ilə 03.**.20*8-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra 202*-ci ildə o və Cavabdeh2 4 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisinə müraciət edərək ərinin vərəsəsi kimi qeydiyyatdan keçməklə onlara həmin notariat kontoru tərəfindən miras əmlaka dair */3 hissədə, 27.07.202*-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə verilmişdir. Daha sonra isə həmin notariat kontoru tərəfindən Cavabdeh* da miras əmlaka dair */3 hissədə *0.08.202*-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə verilmişdir. Ümumiyyətlə Cavabdeh* vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdə cavabdeh 4 saylı Bakı "ASAN xidmət” mərkəzinin notariat ofisi haqlı olmamış və vərəsələr arasında paylar da düzgün müəyyən edilməmişdir. Cavabdeh* mirasın qəbuluna dair müddəti ötürmüş, miras əmlakı faktiki sahiblik etməmiş və ərinin vəfatından iki ildən çox müddət keçdikdən sonra vərəsə kimi notariat kontorunda qeydiyyatdan keçmişdir. Ona görə də Cavabdeh* mirasın qəbuluna dair müddəti ötürmüş hesab edilməlidir. Bundan başqa cavabdeh 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin notariat ofisi tərəfindən miras əmlakda paylar düzgün müəyyən edilməmişdir. Belə ki, miras əmlak sayılan Bakı şəhəri, Suraxanı rayonu, Yeni-Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 5, mənzil 53 mərhum əri ilə onun birgə nikahı dövründə əldə edildiyindən həmin mənzildə əri ilə yanaşı onun də bərabər payı vardır. Qeyd olunanlara əsasən, 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin notariat ofisi tərəfindən miras əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni-Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 5, mənzil 53-ə dair verilən 27.07.202*-ci il və *0.08.202*-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin şəhadətnamələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi idarəsi tərəfindən Cavabdeh* adına verilmiş *6.08.202*-ci il tarixli **2**0*630 nömrəli və onun adına verilmiş 20.07.202*-ci il tarixli **2*093860 nömrəli çıxarışların ləğv edilməsi, Cavabdeh* təəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 5, mənzil 53-ə dair mirası qəbul etmə müddətinin ötürülmüş hesab edilməsi, miras əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 5, mənzil 53-də onun 3/4 hissədə, Cavabdeh2 isə */4 hissədə pay hüquqlarının müəyyən edilməsi, həmin paylara uyğun olaraq olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 5, mənzil 53-ə dair çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul edərək əlavə olaraq bildirmişdir ki, atası X5 03.**.20*8-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra o və anası həmin mənzildə yaşamaqla, atasından qalmış bu miras əmlakı faktiki sahiblik etmək yolu ilə qəbul etmişlər. Cavabdeh* bacısıdır, artıq ** ildir ki, sonuncu sözügedən mənzildə yaşamır, istər atasının sağlığında, istərsə də vəfatından sonra həmin mənzildə yaşamamış və qanunla mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Qeyd olunanlara iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və 4 saylı Bakı "ASAN xidmət” mərkəzində notariat ofis və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin *85.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə və maraqlı şəxsə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlər Cavabdeh*, 4 saylı Bakı "ASAN xidmət” mərkəzində notariat ofisinin və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AЗ seriyalı 30480* saylı nikah haqqında haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Abbasov (Əliyeva) Lyudmila Rüstəm qızı 03.09.*976-cı il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı birgə nikahlarından xx.xx.*977-ci ildə Cavabdeh2 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı birgə nikahlarında xx.xx.*983-cü ildə Cavabdeh* anadan olmuşdur. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 02*039 saylı, 2*.09.*996-cı il tarixli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 5, mənzil 53 X4 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 5, 53 saylı mənzil üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 698 nömrəli reyestr kitabının *04705 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı 974094 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 03.**.20*8-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 27.07.202*-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh2 ayrıayrılıqda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 5, mənzil 53-ə dair */3 pay hüququ tanınmışdır. İş materiallarına əlavə edilmiş *0.08.202*-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh* Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 5, mənzil 53-ə dair */3 pay hüququ tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 5, mənzil 53 */3 hissədə İddiaçı adına 29.07.202*-ci il tarixdə, */3 hissədə Cavabdeh2 və */3 hissədə Cavabdeh* adına *6.08.202*-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-*94/2022ci il tarixli qətnamədən görünür ki, iddiaçı Cavabdeh* */3, cavabdehlər İddiaçı */3, Cavabdeh2 */3 hissədə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil açıq hərracdan satışa çıxarılması və mənzilin satışından əldə edilən pulun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(*03)- 3937/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-*94/2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin **33.*.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **33.2.-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **45-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin **46-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin **59.*.*.-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **59.*.3.-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin *243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bu Məcəllənin *243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin *255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *26*-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin *247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Bu Məcəllənin *300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 2*7.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir və s. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı X5 ilə 03.09.*976-cı ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövründə, *996-cı ildə mübahisəli mənzil X4 adına özəlləşdirilmiş və bu barədə Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Seriya MH 02*039 saylı 2*.09.*996-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Mübahisəli mənzil yaşamaq üçün order əsasında iddiaçıya və onun ailə üzvlərinə verilmişdir və sonradan X4 adına özəlləşdirilmişdir. X5 03.**.20*8-ci ildə vəfat etmişdir. İddiaçı və Cavabdeh2 ərizə ilə notariat orqana müraciət edərək onlara çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişlər. Həmçinin həmin ərizədə onlardan başqa Cavabdeh* da vərəsə olduğu barədə məlumat verilmişdir. Notariat orqanı tərəfindən miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamələrə əsasən İddiaçı, Cavabdeh2 və Cavabdeh* ayrı-ayrılıqda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 5, mənzil 53-ə dair */3 hissədə pay hüquqları tanınmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 5, mənzil 53-ə */3 hissədə İddiaçı adına 29.07.202*-ci il tarixdə, */3 hissədə Cavabdeh2 və */3 hissədə Cavabdeh* adına *6.08.202*-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, həmin mənzil birgə nikah dövründə əldə edildiyindən onun həmin mənzilə həyat yoldaşı ilə bərabər payları mövcud olmuşdur. Buna görə də Cavabdeh* münasibətdə müddət ötürülmüş hesab edilməli, miras əmlaka onun- İddiaçı 3/4 hissədə payı, Cavabdeh2 isə */4 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.*). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 34.*). Oxşar məzmunlu normalar Mülki Məcəllənin 225-ci maddəsində də təsbit edilmişdir. Mülki Məcəllənin 225.4-cü maddəsinə müvafiq olaraq ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Sadalanan maddi hüquq normalarının mənasına görə ər-arvaddan birinin mülkiyyətində olan əmlakın onlar arasında birgə əmlak kimi bölünməsi üçün həmin əmlak nikah müddətində, ər-arvadın birgə vəsaiti (səyləri) hesabına əldə edilmiş olmalı, nikaha daxil olanadək tərəflərdən birinə məxsus olmamalı, həmçinin birgə nikah dövründə əvəzsiz qaydada əldə olunmamalıdır. Məhkəmə hesab edir ki, mübahisəli mənzil iddiaçı və onun ailə üzvləri tərəfindən əvəzsiz qaydada əldə olunduğundan iddiaçının həmin mənzilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi bərabər qaydada payları mövcud olmamışdır. Bundan başqa iddiaçı və digər cavabdeh 27.07.202*-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alarkən onlara düşən payın */3 hissədə müəyyən edilməsinə etiraz etməmişlər, digər vərəsənin Cavabdeh* olması və Mülki Məcəllənin tələblərinin onlara izah edilməsi barədə ərizə vermişlər. Sonradan özlərinə ayrılmış paya dair Daşınmaz Əmlakın Dövlət Reyesrt Xidməti tərəfindən çıxarış almışlar. Digər vərəsə Cavabdeh* isə *0.08.202*-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in *4.2 və 77.*-ci maddələri). Həmin Məcəlləsinin 78.*-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: *) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probalion (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov" Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mötəbər sübutlar təqdim olunmadığından və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və mənzilə dair verilmiş çıxarışların ləğvi üçün qanuni əsaslar mövcud olmadığından iddia tələbi təmin oluna bilməz. İddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2 və 4 saylı Bakı "ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışların ləğv edilməsi, miras əmlakın qəbuluna dair müddətin ötürülmüş hesab edilməsi, miras əmlakda paylarının müəyyən edilməsi və paya uyğun çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar