Məhkəmə qərarları › İş №2(010)-2606/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2606/2021

07.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2606/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahingir qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X4, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3, Mütəxəssis Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji X1 Bakı Filialının aparıcı müfəttişi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sayğaca hesablanmış əsassız cərimə borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sayğaca hesablanmış əsassız cərimə borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Əlicanov küçəsində 1v ünvanda yerləşən fərdi yaşayış evinin sayğacına hesablanmış 1,169.41 (bir min yüz altmış doqquz manat 41 qəpik ) manat cərimə borc qanunsuz və əsassız olduğu ücün həmin borcun silinməsi barədə qətnamə qəbul edilməsinin məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, “Azərişıq“ ASCnin nümayəndələri tərəfindən iddiaçıya məxsus yaşadığı ünvan 2 ünvandakı fərdi yaşayış evinin işıq sayğacına (abunə kodu: 110101100B0000) 1169,41 (min yüz altmış doqquz manat 41 qəpik) manat əsassız cərimə borc hesablanmışdır. Onların tərtib etdikləri akt tamamilə uydurma və yalandan ibarətdir. “Azərişıq“ Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları iddiaçının evinin sayğacının sxemindən kənar xətt daxil olduğunu, həmin kənar xəttin sayğacı qidalandıran giriş faza xəttindən xüsusi sıxac vasitəsi çəkildiyini əsas gətirərək bu barədə 021245 nömrəli akt tərtib etmişlər. Onların tərtib etdikləri akt doğru olmadığını onlar özləri belə etiraf etmişlər. Lakin bununla belə yenə də əsassız yazılmış borcu silməkdən imtina etmişlər. "xxxx" Açı Səhmdar Cəmiyyətinin əməkdaşları artıq neçə gündür ki, iddiaçının yaşadığı evə elektrik enerjisinin verilişinin onlar tərəfindən qanunsuz olaraq dayandırılacağı ilə iddiaçını hədələyirlər. Bu isə tamamilə qanunsuz və əsassızdır. İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Əlicanov küçəsində 1v ünvanda yerləşən fərdi yaşayış evinin sayğacına hesablanmış 1,169.41 (bir min yüz altmış doqquz manat 41 qəpik ) manat cərimə borc qanunsuz və əsassız olduğu ücün həmin borcun silinməsi barədə qətnamə qəbul edilməsinin məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X5 verdiyi izahatında iddiaya etiraz bildirərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasına iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fərid Abdullayev iddiaya etiraz edərək, onunla əsaslandrmışdır ki, tərəfindən təqdim edilmiş videogörüntüdə birbaşa iddiaçı tərəfindən işıq sayğacına kənar xəttin qoşulması faktı müəyyən edilmiş, videogörüntüyə "xxxx" ASC-in əməkdaşları tərəfindən alınmış, bununla əlaqədar iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-in vəsatətinə əsasən dəvət olunmuş mütəxəssis Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji X1 Bakı Filialının aparıcı müfəttişi X6 məhkəmə prosesində videogörüntüyə baxış keçirərkən qeyd etmişdir ki, həmin videogörüntüdən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair işıq sayğacına kənar xətt qoşulmamışdır, demək ki mövcud deyildir. Videogörüntüdə göstərilən aparat elektrik cərəyanı yoxlayır, birbaşa kənar xəttin olduğunu müəyyən etmir. Kənar xətt olduğu halda "xxxx" ASC-in əmədaşları həmin kənar xətti kəsib, maddi sübut kimi özündə saxlamalı idilər, lakin həmin maddi sübutlar mövcud deyildir. Eyni zamanda "xxxx" ASC-in əmədaşları tərəfindən 22 yanvar 2021-ci il taridə akt tərtib edilmiş və 8 ay ərzində baxış keçirilib və əgər kənar xətti mövcud olsaydı, həmin baxışlar həyata keçirilərkən həmin fatk aşkar olunardı. Azərişıq” ASC tərəfindən pozuntu halı ilə bağlı sübutedici faktlar (foto və ya video çəkiliş) təqdim edilməmişdir. Akt tərtib olunarkən Qaydaların 8.33-cü bəndinin tələbinə əsasən hal şahidlərinin iştirakı təmin olunmamışdır. Əgər vətəndaşın günahı yoxdursa kənar xətt yoxdursa sayğacın daxilində qüsur yaranıb hesabat pozulubsa elektrik enejisindən istifadə qaydalarının 8.16-cı bəndi var, orda qeyd olunur ki, 1 ay ərzində yenidən hesablaşma aparıla bilər, 1 ay ərzində sayğaca zərər gəlibsə, əgər sayğac zədələnibsə, sayğac 1 ay ərzində bərpa olunmalıdır. Burdakı halda hesabat verilib 240 gün, ona görə ki, sayğaca kənar müdaxilə olunduğu üçün 240 gün verilib. Enerji təhcizatı müəssisəsinin "xxxx" ASC-in nümayəndəsi yerində baxış keçirir, akt tərtib edir. Akt tərtib olunan gündən 1 ay ərzində enerji təhcizatı müəssisəsi tərəfindən sayğac əgər zədələnibsə, qüsur varsa, sayğac 1 ay müddətində bərpa olunmalıdır və hesabat 1 ay müddətində verilməlidir. Əgər enerji təhcizatı müəssisəsi vətəndaşın təqsiri olmadan sayğac zədələnibsə bu enerji təhcizatı müəssisəsinin hesabına olmalıdır. Əgər vətəndaşın təqsiridirsə vətəndaş tərəfindən bərpa olunmalıdır. Müdaxilə halı varsa artıq Mülki Məcəlləyə uyğun olaraq hesabat verilməlidir. Sayğacın sonuncu dəfə dövlət yoxlanışı keçməyi nəzərə alınmaqla, əgər sayğacdan kənar xətt keçirsə, müdaxilə varsa, ən birincisi enerji təhcizatı müəssisəsi bunu sübut eliyibsə, Mülki Məcəlləyə uyğun olaraq o kriteriyalar çərçivəsində hesabat verə bilər 3 il iddia müddəti. Əgər vətəndaşın təqsiri olmadan sayğac kənarlaşdırılıbsa, 1 ay verilməlidir. Elektrik enerjisindən istifadə qaydaları hal-hazırda qüvvədədir. Mülki işin materiallarından olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyətindədir. Həmin hüquq 22 yanvar 2018-ci il tarixdə ********** sayla qeydə alınmışdır. Belə ki, iş materiallarında olan **********B0000 kodlu abonent bildirişindən görünür ki, İddiaçı oğlunun "xxxx" ASC-yə 1,162,41 manat borcu vardır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinn Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin 021245 saylı, 22 yanvar 2021-ci il tarixli aktına əsasən abonentin kodu **********B0000 olan İddiaçı istehlakçının ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair baxış keçirənr zaman məlum olmuşdur ki, fərdi aşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Belə ki, həmin kənar xətt sayğacı qidalandıran giriş faz xəttindən xüsusi sıxac vasitəsiylə çəkilmişdir. Kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzilmləmə Agentliyinin Bakı Filialı tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli, AERA-2-20-20- 1276/21 saylı məktubuna əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə əlavə elektrik enerjisi sərfiyyatının yazılması və elektrik enerjisi verilişinin dayandırılması nəticəsində məişət avadanlıqlarının sıradan çıxması barədə Energetika Nazirliyinə daxil olmuş müraciətiniz X2 Agentliyinin Bakı filialında araşdırılmışdır. Bununla əlaqədar Agentliyin Bakı filialının müfəttişi tərəfindən 05.02.2021-ci il tarixində Suraxanı RETSl-nin nümayəndəsinin və iştirakı ilə göstərilən ünvana baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Tərəfindən görülmüş müvafiq tədbirlər nəticəsində 01.02.2021-ci il tarixində evin elektrik enerjisi verilişi bərpa olunmuşdur. Yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi hesabatı evin hasarının çöl divarında quraşdırılmış Viko markalı, ******* zavod nömrəli, dövlət möhürü 902676 olan hesablaşma elektrik sayğacı vasitəsilə aparılır və "xxxx" ASC-nin kompüter məlumat bazasında **********B0000 nömrəli abonent kodu ilə İddiaçı adına qeydiyyata alınmışdır. "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən 22.01,2021-ci il tarixində evin elektrik təchizatına baxış keçirilmiş, fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olduğu, həmin kənar xəttin sayğacı qidalandıran giriş faza xəttindən xüsusi sıxac vasitəsilə çəkildiyi əsas gətirilərək bu barədə 021245 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta "xxxx" ASC-nin Akt komissiyası tərəfindən 26.01.2021-ci il tarixində baxılaraq hesabına 240 gün üçün 11290 kVts (dəyəri 1241,90 manat) əlavə elektrik enerjisi sərfiyyatı yazılmışdır. 240 gün üçün hesabat aparılsa da, fərdi yaşayış evinə məxsus abunə haqqında cədvəlin təhlili zamanı məlum olmuşdur ki, 021245 nömrəli akt yazılan tarixə qədər elektrik sayğacının göstərişləri "xxxx" ASC-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalan”nın (bundan sonra - Qaydalar) 8.2-ci bəndində nəzərdə tutulan hesablaşma dövrlərində müntəzəm olaraq oxunmuş, lakin fərdi yaşayış evinin elektrik sayğacından kənar xəttin olması aşkar olunmamışdır. Eyni zamanda, "xxxx" ASC tərəfindən pozuntu halı ilə bağlı sübutedici faktlar (foto və ya video çəkiliş) təqdim edilməmişdir. Akt tərtib olunarkən Qaydaların 8.33-cü bəndinin tələbinə əsasən hal şahidlərinin iştirakı təmin olunmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, 22.01.2021-ci il tarixli 021245 nömrəli akta əsasən hesabınıza əlavə yazılmış 11290 kVts elektrik enerjisi sərfiyyatının hesabatına yenidən baxılması üçün "xxxx" ASC-yə AERA-20-20-20-1049/21 nömrəli 18.03.2021-ci il tarixli məktubla müraciət olunmuşdur. "xxxx" ASC-nin 0199/1158 nömrəli 31.03.2021-ci il tarixli məktubunda 30.03.2021-ci il tarixində Müştəri Xidmətləri idarəsində hesabata yenidən baxılaraq 873 kVts (dəyəri 96,03 manat) elektrik enerjisi sərfiyyatının kompüter məlumat bazasından silindiyi bildirilmişdir. "xxxx" ASC-nin cavab məktubunun təhlili zamanı ASC-yə ünvanlanmış müraciətdə qeyd edilənlərin qismən icra olunduğu məlum olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, 021245 nömrəli akta əsasən yazılmış 11290 kVts əlavə elektrik enerjisi sərfiyyatı ilə bağlı “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.35ci bəndinin 2-ci abzasına əsasən (enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər) məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı 02.02.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: - Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; - Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə görə isə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi, “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbinə görə elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Lakin hazırki iş üzrə tərtib edilmiş 021245 saylı, 22 yanvar 2021-ci il tarixli aktdan görünür ki, aktın tərtib edilməsində hal şahidlərinin iştirakı təmin edilməmiş, akt yalnız cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş və imzalanmışdır. Bu isə həmin aktın mötəbərliyini şübhə altına alır. Çünki, akt müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar əsasında tərtib edilməmişdir. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş videogörüntüyə mütəxəssisin iştirakı ilə baxış keçirilərkən, mütiəxəssis tərəfindən yoxlanılan sayğaca kənar xəttin qoşulması müəyyən edilməmişdir. Bundan əlavə kənar xəttin mövcüd olmkası haqqında hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, tərtib edilmiş akta "xxxx" ASC-nin Akt komissiyası tərəfindən 26.01.2021-ci il tarixində baxılaraq hesabına 240 gün üçün 11290 kVts (dəyəri 1241,90 manat) əlavə elektrik enerjisi sərfiyyatı yazılmışdır. Azərişıq” ASC-nin 0199/1158 nömrəli 31.03.2021-ci il tarixli məktubunda 30.03.2021-ci il tarixində Müştəri Xidmətləri idarəsində hesabata yenidən baxılaraq 873 kVts (dəyəri 96,03 manat) elektrik enerjisi sərfiyyatının kompüter məlumat bazasından silindiyi bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, elektrik enerjisindən istifadədə pozuntu barədə aktın tərtib edilməsində hal şahidlərinin iştirakı təmin edilmədiyindən, sayğaca kənar xəttin mövcud olduğuna dair hər hansı sübutun təqdim edilmədiyindən həmin akt ləğv edilməli və aktda hesablanmışelektrik enerji sərfiyyatından 96,03 qəpik silinrməsini nəzərə alınmaqla, akt əsasında hesablanmış 1,145,87 manat məbləğində borc iddiaçının hesabından abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 021245 saylı, 22 yanvar 2021-ci il tarixli akt ləğv edilsin və İddiaçı hesablanmış 1,145,87 (bir min yüz qırx beş manat səksən yeddi qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar