Məhkəmə qərarları › İş №2(010)-2613/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2613/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2613/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMCnin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 136 manat 50 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun, ümumilikdə 306 manat 50 qəpik məbləğində pulun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırmışdır ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli. TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Nizami rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Lakin, Nizami rayonu ərazisində son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “KATV 1 ”-ə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən "xxxx" hüquq firması ilə 15.05.2008-ci il, 15.03.201 1-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə (5 illik) hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 120 saylı MKİS tərəfindən verilən arayışdan görünür ki. ünvan 1 ünvanında yerləşən mənzil cavabdehə məxsusdur. Həmin ünvandan İmanov İlqar əvvəllər İddiaçı MMC-nin abunəçisi olmuş və onunla şirkət arasında 21.04.2008-ci il tarixdə müqavilə bağlanmışdır. Belə ki, son abunə haqqının ödənilməsi 29.12.2009-cu il tarixdə baş vermiş və onunla şirkət arasında bağlanmış müqavilə münasibətlərinə 20.02.2010-cu ildə son qoyularaq, həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılmışdır. 15.02.2012-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0306 К saylı akt tərtib olunmuşdur. Birinci qanunsuz qoşulma aşkar edilənədək həmin ünvana son baxış 22.11.2011-ci il tarixdə keçirilmişdir. 14.06.2013-cü il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə “baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 2060 К saylı akt tərtib olunmuşdur. İkinci qanunsuz qoşulma aşkar edilənədək həmin ünvana son baxış 18.02.2013-cü il tarixdə keçirilmişdir. Daha sonra 20.12.2014-cü il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 2090 N saylı akt tərtib olunmuşdur. Üçüncü qanunsuz qoşulma aşkar edilənədək həmin ünvana son baxış 10.04.2014-cü il tarixdə keçirilmişdir. Belə olan halda hesab edir ki, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin ünvana son baxış keçirildiyi 22.11.2011-ci il tarixdən qanunsuz qoşulma barədə birinci aktın tərtib olunduğu 15.02.2012-ci il tarixə qədər olan müddət 85 gün təşkil edir. Həmin ünvana son baxış keçirildiyi 18.02.2013-cü il tarixdən qanunsuz qoşulma barədə birinci aktın tərtib olunduğu 14.06.2013-cü il tarixə qədər olan müddət 116 gün təşkil edir. Həmin ünvana son baxış keçirildiyi 10.04.2014-cü il tarixdən qanunsuz qoşulma barədə ikinci aktın tərtib olunduğu 20.12.2014-cü il tarixə qədər olan müddət 254 gün təşkil edir. Ümumlikdə isə qanunsuz qoşulmanın müddəti 455 (85+116+254=455) gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 136 manat 50 qəpik təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdir. Belə ki, İddiaçı MMC ilə “Ədalət-A" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat pul ödəyir. Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 136 manat 50 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun, ümumilikdə 306 manat 50 qəpik məbləğində pulun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 120 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 28 yanvar 2015ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilinin sahibidir. Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 13 iyul 2021-ci il tarixli məktubuna əsasən 30 saylı DNK-nın 31,07.2004-cü il tarixli 4Ə-6-962 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan 24 fevral 2020-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilindən yaaşyan İmanov İlqar arasında balanmış KATV1 kabel televiziyası xidmətlərinini göstərilməsinə dair müqaviləyə əsasən 21.04.2008-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub 29.12.2009-cu il tarixinədək isə son ödəməsini etmiş, 20.02.2010-cu il tarixində 15 manat borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan 24 fevral 2020-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair 0306 K saylı akt tərtib olunana qədər sonuncu dəfə 22.11.2011-ci il tarixində həmin binaya baxış keçirilmişdir. İş materiallarında olan 24 fevral 2020-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair 0306 K saylı akt tərtib olunana qədər sonuncu dəfə 18.02.2013-cü il tarixində həmin binaya baxış keçirilmişdir. İş materiallarında olan 24 fevral 2020-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair 0306 K saylı akt tərtib olunana qədər sonuncu dəfə 10.04.2014-cü il tarixində həmin binaya baxış keçirilmişdir. 17.03.2011-ci il tarixində “KATV1” kabel televiziyasının şəbəkəsinə qoşulmuş, 01.11.2019-cu il tarixinədək son ödəniş həyata keçirilmiş və 05.12.2011-ci il tarixində 10,50 manat borcu ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan 2060 K nömrəli 14 iyun 2013-cü il tarixli aktların surətindən görünür ki, "xxxx"hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 40, 8 saylı mənzilində kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzildə yaşayan cavabdeh tərəfindən kabel şəbəkəsinə qanunsuz qoşulma aşkar edilmişdir. İş materiallarında olan 0306 K nömrəli 15 fevral 2012-ci il tarixli aktların surətindən görünür ki, "xxxx"hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 40, 8 saylı mənzilində kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzildə yaşayan cavabdeh tərəfindən kabel şəbəkəsinə qanunsuz qoşulma aşkar edilmişdir. İş materiallarında olan 2090 N nömrəli 20 dekabr 2014-cü il tarixli aktların surətindən görünür ki, "xxxx"hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 40, 8 saylı mənzilində kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzildə yaşayan cavabdeh tərəfindən kabel şəbəkəsinə qanunsuz qoşulma aşkar edilmişdir. İş materiallarında olan "xxxx"MMC tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzi ilə müəyyən edilir ki, Cavabdeh qarşı məhkəməyə iddia verilməsi ilə əlaqədar nümayəndəyə 150 manat ödənilmişdir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyatı operatora, provayderə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.5-ci maddəsinə əsasən nümayəndəyə ödənilmiş xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olunur ki, Cavabdeh mülkiyyətçisi olduğu mənzildə qanunsuz olaraq müvafiq lisenziya əsasında fəaliyyət göstərən “KATV1” kabel televiziyası şəbəkəsinə qoşulma halı baş vermiş və iddiaçıya ziyan vurulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən dəymiş zərərin ödənilməsi hissəsində iddia tələbi əsaslıdır. ünvan 1 ünvanında yerləşən mənzilə kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edildiyinə, aylıq abunə haqqı 10 manat, gündəlik abunə haqqı isə 9 qəpik manat təşkil etdiyinə görə ümumi məbləğ 136 manat 20 qəpik manat təşkil edir. Göstərilən məbləğ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbləri baxımından zərər anlayışı ilə əhatə olunur. “Telekommunkiasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsində görə telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Odur ki, zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 136 manat 20 qəpik məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qəbzlə hüquqi xidmətin göstərilməsi üçün 150 manat məbləğində pul vəsaiti ödənildiyi öz təsdiqini tapsa da, məhkəmə hesab edir ki, 136 manat 20 qəpik məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı hüquqi xidmətin göstərilməsi üçün 150 manat ağlabatan məbləğ hesab oluna bilməz və bu məbləğin yuxarı həddi zərərin həcminin yarısı miqdarında, yəni, 80 manat müəyyən oluna bilər. 136 manat 20 qəpik manat məbləğində zərərin ödənilməsi barədə iddia təmin edildiyinə görə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödədiyi 20 manat və xidmət haqqı kimi ödənilmiş 1 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb sübutlara cəm halında qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən “KATV1-1” nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 136 manat 20 qəpik (yüz otuz altı manat iyirimi qəpik) manat abunə haqqı qismində vurulmuş zərər, nümayəndəyə çəkilən xərclərə görə 80 manat, ödənilmiş dövlət rüsumuna görə 20 manat, cəmi 236.90 (iki yüz altmış doqquz manat doxsan qəpik) manat pul cavabdeh Cavabdeh İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə rədd olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220,233,357-360-ci, cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 136 manat 20 qəpik (yüz otuz altı manat iyirmi qəpik) manat abunə haqqı qismində vurulmuş zərər, nümayəndəyə çəkilən xərclərə görə 80 (səksən) manat, ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat, cəmi 236.20 (iki yüz otuz altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT REYESTRİ XİDMƏTİNİN 1 saylı BAKİ ƏRAZİ İDARƏSİ AZ 1154, Bakı şəh., Nərimanov ray., Ə. Əliyev küç., 13 Tel.: (012) 514-28-68; faks: (012) 514-08-09 №„Л ,, 202 / il Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nərminə xanım Rzayevaya 17.06.2021 -ci il tarixli 2(010)-2613/2021 nömrəliyə Ünvana dair məlumatın və sənədlərin surətinin verilməsi barədə Hörmətli Nərminə xanım, Sizin Bakı səhəri. Nizami rayonu. Q.Qarayev prospekti, ev 40. 8 saylı mənzilə dair məlumatın və sənədlərin surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 40, 8 saylı mənzil 27.03.2003-cü il tarixdə Bədəlova ilhamə Qəhrəman qızının adına ilkin qeydiyyatdan keçmişdir. 30 saylı DNK-nın 15.07.2003-cü il tarixli 4Ə-5-757 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X1 adına qeydiyyatdan keçmişdir. 30 saylı DNK-nın 31,07.2004-cü il tarixli 4Ə-6-962 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq müvafiq sənədlərin surətini Sizə göndəririk. Qoşma: 08 vərəq. 0-? Zd?/ Hörmətlə, rəis müavini Xəyal İsmayılov 0-? Zd?/

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar