Məhkəmə qərarları › İş №2(010)-2614/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2614/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2614/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı nümayəndəsi Nəcəfli ElnurTofiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 05 noyabr 2019-cu il tarixli MAS- 1398 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı KHAZAR LX” minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı NVABA1HHFLF630042 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması və Cavabdeh 05 noyabr 2019-cu il tarixli MAS-1398 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 aprel 2021-ci il tarixə 1599.90 manat gecikdirilmiş əsas, 401.84 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 307.51 manat dəbbə pulu, ümumilikdə 2309.25 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nəcəfli ElnurTofiq oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli MAS- 1398 №-li X2 əsasən Cavabdeh sifarişi ilə “KHAZAR LX” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı NVABA1HHFLF630042 ban nömrəli, ağ rəngli avtomobil 10.800 manat məbləğində İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçisinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq Şirkəti ilə Cavabdeh arasında imzalanmış ödəniş cədvəlinə əsasən o, illik 17 faiz hesablanmaqla, 36 ay müddətinə hər ay 385,05 manat, ümumilikdə isə 13.862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13.862 manatın 10.800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq Şirkətinə sonuncu ödəniş 23 dekabr 2020-ci il tarixdə 200 manat məbləğində olmuşdur. “Cavabdeh 05 noyabr 2019-cu il tarixli MAS-1398 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 aprel 2021-ci il tarixə 1599.90 manat gecikdirilmiş əsas, 401.84 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 307.51 manat dəbbə pulu, ümumilikdə 2309.25 manat borcu yaranmışdır. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilərək, Cavabdeh 05 noyabr 2019-cu il tarixli MAS-1398 №-li X3 müqaviləsi üzrə, Cavabdeh 05 noyabr 2019-cu il tarixli MAS-1398 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 aprel 2021-ci il tarixə 1599.90 manat gecikdirilmiş əsas, 401.84 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 307.51 manat dəbbə pulu, ümumilikdə 2309.25 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 noyabr 2019-cu il tarixli MAS-1398 №-li X1 müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən “KHAZAR LX” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh 36 ay müddətinə lizinqə verilmişdir. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, lizinqverən lizinq alanın sifariş etdiyi və bu Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi oan 1 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən,bu Lizinq müqaviləsinin əsas məbləği 10.800 manat təşkil edir. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən Lizinq verənə ödənilir. İş materiallarından görünür ki, Cavabdeh 05 noyabr 2019-cu il tarixli MAS-1398 №-li Daxili Lizinq müqaviləsi üzrə Lizinq Şirkətinə 08 aprel 2021-ci il tarixə 1599.90 manat gecikdirilmiş əsas, 401.84 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 307.51 manat dəbbə pulu, ümumilikdə 2309.25 manat borcu qalmışdır. İş materiallarından görünür ki, cavabdehə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə,lizinq alan Cavabdeh 05 noyabr 2019-cu il il tarixli X3 müqaviləsi üzrə, öz öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli MAS-1398 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi,lizinq obyekti olan 2019-cu il buraxılışlı KHAZAR LX” minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı NVABA1HHFLF630042 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması və Cavabdeh 05 noyabr 2019-cu il tarixli MAS-1398 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 aprel 2021-ci il tarixə 1599.90 manat gecikdirilmiş əsas, 401.84 manat gecikdirilmiş mükafat və dəbbə pulunun tutulması hissədə iddia tələbi əsaslıdır. Bununla belə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 30 manat məbləğinə qədər azaldılmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə,lizinq alan Cavabdeh 05 noyabr 2019-cu il il tarixli X3 müqaviləsi üzrə, öz öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli MAS-1398 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi,lizinq obyekti olan 2019-cu il buraxılışlı KHAZAR LX” minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı NVABA1HHFLF630042 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması və Cavabdeh 05 noyabr 2019-cu il tarixli MAS-1398 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 aprel 2021-ci il tarixə 1599.90 manat gecikdirilmiş əsas, 401.84 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 30 manat dəbbə pulu olmaqla, ümumilikdə 2031.74 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli MAS-1398 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilsin. Cavabdeh 1599.90 ( min beş yüz doxsan doqquz manat 90 qəpik) manat əsas borc, 401.84 (dörd yüz bir manat 84 qəpik) manat lizinq mükafatı, 30 (otuz ) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 2061,74 (iki min altmış bir manat 74 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh lizinq obyekti olan 2019-cu il buraxılışlı KHAZAR LX” minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı NVABA1HHFLF630042 ban nömrəli, ağ rəngli avtomobil alınaraq İddiaçı MMC-yə geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar