Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-263/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 04.*2.*972-ci il təvəllüdlü qardaşı X* fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, ailə üzvləri və qardaşı X8 ünvan 1 ünvanda birlikdə yaşayırlar. 04.*2.*972-ci il təvəllüdlü qardaşı X8 uşaqlıqdan əlildir. Uşaqlıqdan qeyrimüəyyən ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya, davranış pozğunluğu, baş beynin travmasının qalıq əlamətlərindən əziyyət çəkir. O, ikinci dərəcəli əlildir. Qardaşına ərizəçi baxır və onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Qardaşı öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir, ərizəçi qardaşını tək harasa çıxmağa qoymur. Qardaşının yaddaşı yoxdur, öz fikirlərini izah etmək qabiliyyəti yoxdur, itə biləcəyindən evdə tək buraxmaq mümkün deyildir. Ümumiyyətlə, öz-özünü idarə etmək qabiliyyətinə malik deyildir. Ərizəçi qardaşı üzərində qəyyum təyin olunmaq məqsədi ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə ərizəçiyə qardaşı X* “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bütün bu əsaslarla ərizəçi qardaşı X* psixi qüsurlarına görə məhkəmə qətnaməsinə əsasən “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” və onun üzərində özünün qəyyum təyin edilməsi barədə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komisiyyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, *52* nömrəli arayışına əsasən, Cəbrayıl rayonundan məcburi köçkün olan Hüseynov X6 rayonu, Zığ qəsəbəsi, R.Göyüşov 36 ünvanda müvəqqəti məskunlaşmışdır. Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə ərizəçiyə ünvanlanmış 5-20/2-H-*55-099/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*7-ci və 32*-ci maddələrinə əsasən, qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi bildirilmişdir. Həmçinin, ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Cəbrayıl rayon VVAQ Şöbəsi tərəfindən verilmiş **.*2.*973-ci il tarixli, İİ-JQ seriyalı, 354745 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (atası X4, anası X2) xx xxxxxx *973-cü ildə Cəbrayıl rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında **.*2.*973-cü il tarixdə *07 nömrə ilə qeyd edilmişdir. Cəbrayıl rayon VVAQ Şöbəsi tərəfindən verilmiş, *3.*2.*972-ci il tarixli, İ-JQ seriyalı, 443283 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası X4, anası X2) 04 dekabr *972-ci ildə Cəbrayıl rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *3.*2.*972-ci il tarixdə *07 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik haqqında xx.xx.2023-cü il tarixli, *692695597 nömrəli arayışına əsasən, 04.*2.*972-ci il təvəllüdlü X5 qeyrimüəyyən ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya, davranış pozğunluğu, baş beyin travmasının qalıq əlamətləri diaqnozu qoyulmuşdur. Əlillik qrupu ikinci dərəcəli əlillik, əlilliyinin müddəti isə müddətsiz qeyd edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin *2.*0.20**-ci il tarixli qərarına əsasən verilmiş *2.*0.20**-ci il tarixli, AA seriyalı, 249*67 nömrəli X*0 surətindən görünür ki, Ərizəçi *973-cü ildə Cəbrayıl rayonunda doğulmuş, *993-cü ildə yaşadığı yeri tərk etmək məcburiyyətində qalaraq, Suraxanı rayonunda məskunlaşmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*3 tərəfindən (ekspert həkim-psixiatr Əliyev E.M.) verilmiş 27.**.2023-cü il tarixli, 3302 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, X3 imbesillik dərəcəsində oliqofreniya müəyyən edilir, o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarına malik deyildir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.*. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 28.9. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.... Maddə 33. Qəyyumluq və himayəçilik 33.*. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir.... 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Maddə 34. Qəyyumluq və himayəçilik orqanları 34.*. Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. 34.3. Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.*. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.*.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında... Maddə 3*7. Ərizənin verilməsi. 3*7.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.... Maddə 3*8. Ərizənin məzmunu ...3*8.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Maddə 3*9. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün ekspertizanın təyin edilməsi Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Maddə 320. Ərizəyə baxılması 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 320.3. Məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və yüz on manatadək cərimə edir. Maddə 32*. Məhkəmənin ərizə üzrə qətnaməsi ...32*.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ərizəçi qardaşı X* fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X8 Ərizəçi qardaşıdır, uşaqlıqdan xəstədir, hazırda ərizəçi ilə bir ünvanda yaşayır və nə etdiyinin mənasını və məsuliyyətini dərk etmir. X* hər hansı psixi xəstəliyinin olubolmamasının, eləcə də onun öz hərəkətlərini dərk etmək və idarə etmək imkanının müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*3 tərəfindən verilmiş müvafiq rəylə təsdiq olunur ki, X3 imbesillik dərəcəsində oliqofreniya aşkar olunur və o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs - X8 məhkəmə iclasına çağırılmış və iştirak etmişdir. Məhkəmə verdiyi sualları başa düşmür, cavab verə bilmir. Bununla da, iş materialları ilə X* ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxsin olması tam sübut olunur. Eyni zamanda, məhkəmə qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi həmin şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 04.*2.*972-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04.*2.*972-ci il təvəllüdlü X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-263/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-263/2024
01.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver