Məhkəmə qərarları › İş №2(010)-2632/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2632/2021

20.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2632/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı cavabdehlər Cavabdeh1 Suleyman qızı və Bakı şəhəri Suraxanı rayonu 37 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququndan məhrum etmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Suleyman qızı və Bakı şəhəri Suraxanı rayonu 37 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququndan məhrum etmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh1 Suleyman qızının məhrum X1 mairas qalmış əmlakın - Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2138 nömrəli 0.0936 ha torpaq sahəsində yerləşən bağ evinin X2 düşən ½ hissəsinə vərəsəlik hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən ərazi aidiyyəti ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələbləri pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırkı iddia ərizəsindən görünür ki, Cavabdeh1 Suleyman qızının rəsmi qeydiyyat ünvanı ünvan 1uraxanı rayon inzibati ərazisində qeydiyyatda olması barədə isə iddia ərizəsinə heç bir rəsmi sənəd əlavə edilməmişdir. Həmçinin, cavabdehlərdən biri Suraxanı rayonunda yerləşən notariat ofisi kimi göstərilsə də iddia tələbindən görünür ki, tələb birbaşa Cavabdeh1 Suleyman qızına qarşı yönəldilmişdir və notariat ofisi iş üzrə üçüncü şəxs kimi qeyd edilə bilər. Belə olan halda iddia məhz Cavabdeh1 Suleyman qızının qeydiyyat ünvanına görə verilməlidir. Azərbaycan Respublikasının 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Suleyman qızı və Bakı şəhəri Suraxanı rayonu 37 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququndan məhrum etmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar