Məhkəmə qərarları › İş №2(010)-2634/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2634/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2634/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh və Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə haqqı, dəymiş zərər və digər xərclər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə haqqı, dəymiş zərər və digər xərclər” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 26 ünvanında ümumi sahəsi 101.4 m2 olan yarımzirzəmi və ümumi sahəsi 92.4 m2 olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi; müqavilə bağlandığı tarixdən (xx.xx.2020) müqaviləyə xitam verildiyi tarixədək (xx.xx.2020) icarə müqavilələri ilə müəyyən edilmiş icarə haqlarının cəmi – 9500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi; xx.xx.2020-ci il tarixdən icarə sahələrinin icarəyə verənə təhvil veriləcəyi tarixədək olan müddət üçün icarə haqlarının aylıq olaraq hər bir icarə sahəsi üzrə 2500 manat məbləğində hesablanmaqla, ümumi olaraq aylıq 5000 manat olmaqla hesablanması və tutularaq İddiaçı ödənilməsi; iddiaçı tərəfindən vəkil xidmətlərindən istifadə və digər məhkəmə xərclərinin ödənilməsi üçün çəkilmiş 500 manat məbləğində xərc və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (onun adından etibarnamə əsasında nümayəndəsi X7) və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqavilələrinə əsasən Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 26 ünvanında ümumi sahəsi 101.4 m2 olan yarımzirzəmi və ümumi sahəsi 92.4 m2 olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələri bütün avadanlıqları (icarə sahəsi gözəllik salonu kimi istifadə edilir) ilə birlikdə sonuncuya icarəyə verilmişdir. İcarə haqqı hər bir icarə sahəsi üzrə aylıq olaraq 1500 manat məbləğində olmaqla, cəmi 3000 manat məbləğində müəyyən edilmişdir. İcarə müqaviləsinin bağlanmasından təxmini 5 ay müddət keçməsinə baxmayaraq, icarəçi tərəfindən ödənişlər həyata keçirilmir. Bu müddət ərzində icarəçi ilə dəfələrlə telefon əlaqəsi yaradılmış, ödənişlərin edilməməsi və məsələnin həlli barədə danışıqlar aparılmışdır. Lakin bu cəhdlər nəticəsiz qalmışdır. Sonradan xx.xx.2020-ci il tarixdə icarəçiyə bildiriş göndərilərək 10 gün müddətində icarə haqqının ödənilməsi tələb edilmiş və əlavə olaraq icarəçi tərəfindən müqavilələrin əhəmiyyətli dərəcədə pozulduğu əsas kimi götürülərək, həmçinin müqavilələrin 8-ci bəndinin tələblərinə uyğun olaraq müqavilələrin ləğv edilməsi niyyəti barədə qarşı tərəf məlumatlandırılmışdır. Belə ki, xx.xx.2020-ci il tarixli icarə müqavilələrinin 8-ci bəndinin tələblərinə əsasən tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq müqavilə ləğv edilə bilər. İcarəçi tələblərə məhəl qoymayaraq ödənişləri yenə də həyata keçirməmişdir. Xüsusi karantin rejimi ilə əlaqədar icarə sahələrinin boşaldılması məsələsi tələsdirilməmiş və xx.xx.2020-ci il tarixdə icarəçiyə əlavə bildiriş göndərilərək karantin müddəti bitdikdən sonrakı iş günü ödənişlərin həyata keçirilməsi və icarə sahələrinin boşaldılması tələb edilmişdir. İcarə sahəsi gözəllik salonu kimi istifadə edilir, lakin 15 gündən artıq müddətdə salonların fəaliyyətinin bərpa olunmasına baxmayaraq, icarəçi nə icarə haqqının ödənilməsini, nə də icarə sahələrinin boşaldılmasını həyata keçirmir. İcarəçi icarə sahələrini boşaltmadığından mülkiyyətçi icarə sahələrini yenidən icarəyə vermək kimi sadə hüquqlarından da məhrum olmuşdur. Digər tərəfdən mövcud icarə sahələri Bakı şəhərinin mərkəz rayonunda yerləşdiyindən real dəyəri əslində daha çoxdur. Belə ki, həmin ərazidə gözəllik salonu kimi istifadə edilən icarə sahələrinin real icarə haqqı hər bir icarə sahəsi üzrə təxmini 2500 manat məbləğindədir. Əlavə olaraq qeyd edilməlidir ki, İddiaçı həyat yoldaşı, iki övladı var. Övladları da ailəlidir, hər birinin iki övladı var. Bütün ailə üzvləri hazırda işsizdir və ailənin gəlir mənbəyi icarə sahələrinin icarə haqqı hesabınadır. Cavabdehin bu qədər müddət ərzində icarə haqlarının ödənilməsini gecikdirməsi ailəni çətin maddi vəziyyətə salmışdır. Şəxsin xəstəliyi ağırlaşmışdır. İddiaçı mübahisənin məhkəmədənkənar həllinə nail olmağa çalışmış, icarəçiyə əmlakın boşaldılması və icarə haqqının ödənilməsi üçün kifayət qədər vaxt vermişdir. Buna baxmayaraq, icarəçi nəinki icarə haqqını ödəməkdən yayınmış, hətta icarə münasibətlərinə xitam verilməsinə baxmayaraq, əmlakı özündə saxlamaqda davam edir. Bununla da icarəyə verənin mülkiyyət hüquqlarını kobud surətdə pozur. Digər tərəfdən icarə sahələrinin icarə dəyəri real olaraq daha yüksək olduğundan icarəçi əmlakı başqa şəxsə icarəyə vermiş olsa idi, daha çox qazanc əldə edəcəkdi. Beləliklə, o, mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum olmuş olur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı (onun adından etibarnamə əsasında nümayəndəsi X7) və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 26 ünvanında ümumi sahəsi 101.4 m2 olan yarımzirzəmi və ümumi sahəsi 92.4 m2 olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin icarə müqavilələrinə xx.xx.2020-ci il tarixdə xitam verilməsi; müqavilə bağlandığı tarixdən (xx.xx.2020) müqaviləyə xitam verildiyi tarixədək (xx.xx.2020) icarə müqavilələri ilə müəyyən edilmiş icarə haqlarının cəmi – 9500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi; xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək icarə haqlarının aylıq məbləğinin 5000 manatla hesablanaraq, cəmi 18350 manat məbləğinin icarə haqqının Cavabdeh tutularaq İddiaçı ödənilməsi; icarə sahəsindən götürülmüş dəyəri 1000 manat olan bir ədəd televizor, hər birinin dəyəri 240 manat olan və 2 ədəd kiçik ölçülü masa, 250 manat dəyərində 1 ədəd mikrovolnovka, 600 manat dəyərində 1 ədəd soyuducu, 80 manat dəyərində 1 ədəd tablo, hər birinin dəyəri 5 manat olan 60 ədəd lampa, 170 manat dəyərində 1 ədəd projektorun ümumi dəyərinin, yəni 4610 manat məbləğində pulun, kommunal xərclərin ödənilməməsi nəticəsində yaranmış və icarə sahəsinə vurulmuş 4000 manat məbləğində zərərin Cavabdeh tutularaq İddiaçı ödənilməsi; icarə obyektinin qaytarılmadığı müddət (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) üçün icarəçinin əldə edə biləcəyi icarə faydaları (subicarəçidən əldə edilmiş haqq daxil olmaqla) 3000 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi; iddiaçı tərəfindən vəkil xidmətlərindən istifadə və digər məhkəmə xərclərinin ödənilməsi üçün çəkilmiş 500 manat məbləğində xərc və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə icarə müqavilələri bağlanmış, cavabdeh xx.xx.2020-ci il tarixdən faktiki olaraq gözəllik salonundan istifadə etməyə başlamış, xx.xx.2020-ci il tarixdə salondan çıxmışdır. Buna baxmayaraq, bütün bu müddət ərzində heç bir icarə haqqı ödənişi etməmişdir. Həmçinin, o, iddiaçının əmlakına da ziyan vurmuş, kommunal ödənişlərini ödəməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun iddiaçıya heç bir borcu yoxdur. Belə ki, xx.xx.2020-ci tarixli icarə müqavilələri üzrə icarə obyektinə xx.xx.2020-ci il tarixdə yerləşmiş, iddiaçıya 10000 (on min) manat məbləğində əvvəlcədən icarə haqqı ödəmişdir. Əksinə, iddiaçı onu əsassız yerə icarə obyektindən çıxarmaqla ona maddi ziyan vurmuşdur. Pandemiyaya görə bağlanmış gözəllik salonları xx.xx.2020-ci il tarixdə açıldıqdan sonra işə başlamış, qısa müddət sonra iddiaçı icarə sahəsindən çıxmağını tələb etmiş, obyektin işığını söndürmüşdür. Bundan sonra, obyektdən özünə məxsus əşyaları götürərək çıxmışdır. İddiaçı onun tərəfindən qoyulmuş reklam lövhəsini də sökərək ona 7000 manat məbləğində ziyan vurmuşdur. Odur ki, iddia tələbinin əsassız olduğunu bildirərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X5 iddianı qəbul etməyərək bildirdi ki, cavabdehin iddiaçıya heç bir icarə borcu yoxdur. Belə ki, o, icarə müqavilələri üzrə iddiaçıya 10000 (on min) manat məbləğində əvvəlcədən ödəniş etmişdir. Əksinə, iddiaçı cavabdehə məxsus əmlakı sındırmaqla, onu əsassız yerə icarə obyektindən çıxarmaqla, ona maddi və mənəvi ziyan vurmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 26 ünvanında yerləşən, ümumi sahəsi 101.4 m2 olan qeyriyaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 26 ünvanında yerləşən, ümumi sahəsi 92.4 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Həsənli Həsən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020 və xx.xx.2020-ci il tarixli məktubların surətlərindən görünür ki, Cavabdeh icarə müqavilələri üzrə ödənişlərin edilməsi, icarə obyektlərinin boşaldılması barədə xəbərdarlıq edilmişdir. Qəbzlərdən görünür ki, məktublar xx.xx.2020 və xx.xx.2020ci il tarixlərdə ünvana çatmışdır. X7 (İddiaçı əvəzinə) və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 92.4 m2 olan qeyri-yaşayış sahəsi (1-ci mərtəbə) bütün avadanlıqları ilə birlikdə aylıq icarə haqqı 1500 manat olmaqla İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir. X7 (İddiaçı əvəzinə) və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 101.4 m2 olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi) bütün avadanlıqları ilə birlikdə aylıq icarə haqqı 1500 manat olmaqla İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 92.4 m2 olan qeyri-yaşayış sahəsinin icarə dəyəri 2400-2800 manat arasında təyin edilmişdir. “xxxx” ASC tərəfindən verilmiş abonentin saldolarından görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 92.4 m2 və 101.4 m2 olan qeyri-yaşayış sahələrinə xx.xx.2020-ci il tarixdə 14.16 manat və 72.37 manat məbləğində işıq kommunal ödənişi edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, o, ünvan 2 ünvanında yerləşən gözəllik salonunda xadimə işləmişdir. Onu işə salonu müdiri Cavabdeh götürmüşdür. Salonun mülkiyyətçisini tanımamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Möhsünov Vahid Qadir oğlu bildirmişdir ki, o gözəllik salonunun reklam meneceri olmuş və obyektin reklam işləri ilə məşğul olmuşdur. Salona tez-tez gedib-gəlmişdir. Pandemiyadan əvvəl salonda müştəri olsa da sonradan az müştəri olmuş, əsasən çəkiliş üçün modellər gəlmişdir. Orada işləyən vaxt obyektin mülkiyyətçisini tanımamışdır. Yalnız son vaxtlarda iki nəfər gəlmiş və obyektin sahibi olduqlarını deyərək onlardan açarı tələb etmişdir. Məhkəmə tərəfindən izahatlar dinlənilərək və yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 92.4 m2 olan qeyri-yaşayış sahəsi (1-ci mərtəbə) və ümumi sahəsi 101.4 m2 olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi) İddiaçı mülkiyyətindədir. xx.xx.2020-ci il tarixdə İddiaçı və Cavabdeh arasında bağlanmış icarə müqavilələrinə əsasən həmin obyektlər hər birinin icarə haqqı aylıq 1500 manat olmaqla Cavabdeh icarəyə verilmiş, cavabdeh obyektə xx.xx.2020-ci il tarixdən yerləşmişdir. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarlarına əsasən gözəllik salonlarının fəaliyyəti xx xxxx 2020-ci il saat 00:00-dan dayandırılmış, yalnız xx xxxx 2020-ci il tarixdən salonların fəaliyyətinə icazə verilmişdir. İddiaçı icarə müqavilələrinin bağlandığı xx.xx.2020-ci il tarixdən etibarən Cavabdeh tərəfindən ona heç bir icarə haqqı ödənilmədiyini əsas gətirməklə aralarında olan icarə müqavilələrinə xitam verilməsini, borcun ödənilməsini, sahənin boşaldılmasını tələb etmiş, bu barədə xəbərdarlıq məktubları cavabdehin ünvanına çatmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqavilələrinin 8-ci bəndində qeyd edilmişdir ki, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Göründüyü kimi iddiaçı tərəfindən müqavilənin ləğvi tələbi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilmiş, 30 günlük müddət gözlənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia müqavilənin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə bu hissədə qeyd edir ki, iddiaçı iddia tələbində müqaviləyə xitam verilməsini tələb etsə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən bu əsasla müqaviləyə xitam verilməsi deyil, ləğv edilməsi müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə də müqaviləyə xitam deyil, müqavilənin ləğvi barədə qeyd edilmiş olduğundan məhkəmə tərəfindən müvafiq müqavilələr xx.xx.2020-ci il tarixdən ləğv edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər hesablanmış 9500 manat məbləğində icarə haqqının ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarə müqavilələrindən görünür ki, icarə haqlarının ayın hansı günü ödənilməsi ilə bağlı müqavilədə heç bir qeyd edilməmişdir. Belə olan halda, müqavilədə ayrı şərt müəyyən edilmədiyindən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “icarə” adlanan 34-cü fəslində ayrı qayda müəyyən edilmədiyindən Məcəllənin 684.1-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Mülki Məcəllənin 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Hazırkı işdən görünür ki, icarə haqqının aylıq hissələrlə ödənilməsi müqavilədə göstərilmiş, lakin ayın əvvəlində, yaxud sonunda ödəniş edilməsi qeyd edilməmişdir. Odur ki, Mülki Məcəllənin 684.1-ci maddəsinin tələbinə əsasən icarə haqqının hər ayın sonu ödənilməli olduğu qəbul edilməlidir. İşdən görünür ki, tərəflər arasında müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmış olsa da cavabdeh həmin obyektdə xx.xx.2020-ci il tarixdə yerləşmişdir. Əmlak kirayəsi müqaviləsi olan icarə müqaviləsi üzrə icarəçinin icarə haqqı ödəmək öhdəliyi icarə obyekti faktiki olaraq ona verildiyi andan yaranır. Mülki Məcəllənin 675-ci maddəsində qeyd edilir ki, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Beləliklə, icarəyə verən icarə obyektini icarəçiyə verdiyi andan icarəçinin icarə haqqı ödəmək öhdəliyi yaranmışdır. İşdən göründüyü kimi icarə obyektinin icarəçiyə verildiyi tarix – xx.xx.2020-ci tarixidir. İşin bu halını hər iki tərəf qəbul edir və mübahisələndirmir. Belə olan halda məhkəmə hesab edir ki, icarəçi Cavabdeh fevral ayının sonunda ilk icarə haqqını ödəmək öhdəliyi yaranmış, lakin o, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə cavabdehin cəmi 10000 (on min) manat məbləğində icarə haqqını əvvəlcədən ödəmiş olması ilə bağlı qeyd etdiklərini sübut edilməmiş hesab edir. Belə ki, cavabdeh qeyd etdiyi halı təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Tərəfindən izahat verən şahidlərin heç biri isə 10000 (on min) manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya verilməsinə, yaxud iddiaçının bunu etiraf etməsinə şahid olmamış, əksinə icarə obyektlərinin mülkiyyətçisi olan iddiaçını əvvəldən tanımadıqlarını bildirmişlər. Onlar yalnız icarəyə verilmiş gözəllik salonunda işləmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hansısa hala şahid olmamışlar. Bu mənada məhkəmə həmin şahid ifadələrini iş üzrə mötəbər sübut kimi qiymətləndirmir və hesab edir ki, cavabdeh iddiaçıya hər hansı məbləğdə icarə haqqı ödədiyi təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı icarə müqavilələri üzrə icarə haqqının ödənilməsi tələbi əsaslı olmuşdur. Belə ki, o, aralarında bağlanmış icarə müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək icarə obyektlərini xx.xx.2020-ci il tarixdə icarəçiyə vermiş, icarəçi isə icarə müqaviləsi üzrə əsas öhdəliyi olan icarə haqqı ödəmək vəzifəsini icra etməmiş, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, icarəyə verən olan iddiaçının öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin məhkəmə iddiaçı tərəfindən tələb edilən icarə haqqının məbləği ilə tam razılaşmır. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi icarəçi ilk icarə haqqını fevral ayının sonunda, ikincisini isə mart ayının sonunda ödəməli idi. Belə olan halda icarə haqlarını vaxtında ödəməmiş cavabdehin iddiaçıya iki aylıq icarə haqqı məbləğində (6000 manat) borcu yaranmışdır. Buna baxmayaraq, iddiaçı cavabdehdən ödənilməmiş icarə haqlarının əvəzi kimi 9500 manat məbləğində pul tələb edir. Məhkəmə aprel ayının icarə haqqı ödənişinin də cavabdehdən tələb edilməsini qanunauyğun və ədalətli hesab etmir. Belə ki, “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli Qərarının 3.4-cü bəndinə əsasən, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti, massaj, hamam və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət) üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ilə qadağan edilmiş, Nazirlər Kabinetinin müvafiq qərarları ilə bu müddət bir neçə dəfə uzadılmış, yalnız Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 256 saylı Qərarının 1.6-cı bəndinə əsasən xx xxxx 2020-ci il tarixdən bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət) “fəaliyyətinə icazə verilən sahələr”ə daxil edilmişdir. Yəni gözəllik salonları faktiki olaraq xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasında, dörd aya yaxın bir müddətdə işləməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icarəçi həmin müddətdə ödənilməmiş icarə haqlarına görə məsuliyyət daşımamalıdır. Belə ki, Azərbaycan Respublikasının 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Xüsusi karantin rejimi ilə əlaqədar ölkə ərazisindəki bütün gözəllik salonlarının bağlanacağı, bu səbəbdən icarə haqqını ödəyə bilməyəcəyi müqavilənin bağlandığı tarixdə tərəflərə, eləcə də cavabdehə məlum ola bilməzdi. Eləcə də cavabdeh bunun qarşısını heç bir şəkildə ala bilməzdi, çünki bu məhdudiyyət bütün ölkə ərazisində istisnasız tətbiq edilmişdi. Eyni zamanda cavabdehin bütün bu qeyd edilənləri təsdiq etməsi üçün əlavə sübuta ehtiyacı yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, öhdəlik üzrə borclu – yəni icarəçi gözəllik salonlarının bağlı olduğu bütün müddətdə icarə haqlarının ödənilməməsinə görə məsuliyyətdən azad hesab edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, icarəçi tərəfindən icarəyə verənə gözəllik salonlarının bağlanması ilə bağlı xəbərdarlıq edilməməsi Azərbaycan Respublikasının 448.4-cü maddəsinin hazırkı mübahisəyə tətbiqinin qarşını almır. Belə ki, maddədə nəzərdə tutulan hal borclunun maneədən xəbərdar olduğu halda maneədən xəbərdar olmayan kreditoru məlumatlandırması məqsədini daşıyır. Hazırkı işdə isə vəziyyət bu cür deyil. Yəni iddiaçının karantin rejimi ilə əlaqədar gözəllik salonlarının bağlanmasından xəbərdar olması üçün cavabdehin ona bu barədə məlumat verməsinə zərurət yoxdur. Tətbiq edilmiş məhdudiyyət bütün ölkə ərazisində, bütün ölkə əhalisi üçün tətbiq edilmişdir və hər kəsin, eləcə də iddiaçının məhdudiyyətdən xəbərdar olduğu şübhəsizdir. Məhkəmə hesab edir ki, maddəyə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var. Genişləndirici və ya məhdudlaşdırıcı şərhə isə normativ hüquqi aktın mətni və mənası arasında açıq-aşkar fərq olduqda yol verilir. (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). Öhdəliklərin icrasına maneədən xəbərdar olan borclunun yalnız bu maneədən xəbərdar olmayan kreditoru xəbərdar etməsi maddənin mətninin məhdudlaşdırıcı şərhidir. Buna əks yanaşma, maddənin həqiqi mənasının deyil, hərfi mənasının rəhbər tutulması deməkdir. Maddənin həqiqi mənası, yəni kreditoru xəbərdar etmə öhdəliyinin borclunun üzərinə qoyulmasındakı məqsəd bundan xəbərdar olmayan kreditoru məlumatlandırmaqdır. Təsadüfi deyil ki, maddənin son cümləsində məlumatı dərhal almayan kreditorun məhz məlumatı vaxtında almaması nəticəsində düşdüyü zərərin borclu tərəfindən ödənilməsi müəyyən edilmişdir. Yəni burada müəyyən edilməli olan əsas məsələ “borclu xəbərdar etmədiyinə görə kreditorun məlumatsızlığı”dır. Eyni zamanda, məhdudiyyətdən onsuz da xəbərdar olan kreditora xəbər vermədiyinə görə borclunun üzərinə onun cavabdeh olmadığı haldan irəli gələn, bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcək heç nə edə bilməyəcəyi hala görə hədsiz yük qoyulması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hər iki icarə müqaviləsinin 6-cı bəndində nəzərdə tutulmuş “Fors major hadisədən sığortalanma icarəçinin vəzifəsidir” qeydi ilə bağlı tərəflərin diqqətinə çatdırır ki, bu bəndlə icarəçinin (cavabdehin) üzərinə qoyulan sığortalanma vəzifəsi baş vermiş hadisənin (fors majorun) yalnız sığortalana bilən olduğu hallarda keçərlidir. Yəni bunlar elə hallardır ki, cavabdeh bu halları və onların nəticələrini əvvəlcədən görüb sığortalana bilərdi. Hazırkı iş üzrə yaranmış vəziyyətdə isə bu mümkün deyildi. Belə ki, pandemiya ilə əlaqədar ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilməsi, bu çərçivədə bir sıra obyektlərin, eləcə də gözəllik salonlarının fəaliyyətini dayandırması ölkə tarixində ilkdir və aydındır ki, cavabdehin bir gözəllik salonu icarəçisi kimi bu halı qabaqcadan görməsi və sığortalanması mümkün deyildi. Odur ki, müqavilələrin 6-cı bəndi mübahisəyə tətbiq edilə bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər tələb edilən icarə haqqı hissələrində təmin edilməməlidir. Lakin iddia cavabdehdən gözəllik salonlarının faktiki olaraq fəaliyyətə başlamasına icazə verildiyi xx.xx.2020-ci il tarixdən icarəçinin icarə obyektini faktiki olaraq tərk etdiyi xx.xx.2020-ci il tarixə qədər (bu tarixi tərəflərin heç biri mübahisələndirmir) icarə haqqının tələb edilməsi hissəsində əsaslıdır. Belə ki, icarə obyekti bu 16 gün ərzində (obyekti tərk etdiyi gün obyekti işlədə bilməyəcəyindən həmin gün sayılmamaqla) işlədiyindən icarəçidən həmin günlər üçün aylıq icarə haqqının 16 günə düşən hissəsi olan 1600 manat (3000/30X16) məbləğində pul tutulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı öz tələbini əsaslandırarkən qeyd etmişdir ki, “Digər tərəfdən icarə sahələrinin icarə dəyəri real olaraq daha yüksək olduğundan icarəçi əmlakı başqa şəxsə icarəyə vermiş olsa idi, daha çox qazanc əldə edəcəkdi”. Məhkəmə hesab edir ki, iddiaçının bu hissədə qeyd etdiklərinə əsaslanan istənilən tələbi təmin edilməməlidir. İlk növbədə ona görə ki, icarə obyekti gözəllik salonu olduğundan və xx.xx.2020 – xx.xx.2020-ci il tarixləri arasında ölkə ərazisindəki bütün gözəllik salonları bağlı olduğundan cavabdeh həmin sahəni iddiaçı tələb etdiyi vaxtda boşaltmış olsaydı belə iddiaçının bu sahəyə həmin müddətdə hər hansı icarəçi tapması və bu səbəbdən əldə edə biləcəyi icarə haqlarından məhrum olması real deyil. Odur ki, iddiaçının bu müddət ərzində əldən çıxmış fayda qismində cavabdehdən etdiyi tələb əsassızdır. Bundan başqa, iddiaçı həmin obyektlərin real icarə dəyərinin hər bir icarə sahəsi üzrə 2500 manat olmaqla, cəmi 5000 manat məbləğində olduğunu qeyd etmiş, hətta bununla bağlı məhkəməyə qiymətləndirmə hesabatı təqdim etmişdir. Buna görə də o, cavabdehdən əldən çıxmış fayda şəklində tələb etdiyi pulu aylıq 3000 manat yox, 5000 manat olmaqla tələb etmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, o, cavabdehlə bağladığı icarə müqavilələrini heç bir məcburiyyət və hədə olmadan tamamilə öz iradəsi ilə bağlamış, bu zaman icarə obyektlərinin aylıq icarə haqqının cəmi dəyərini 5000 manat deyil, 3000 manat məbləğində göstərmişdir. Yəni həmin obyektlərin real aylıq icarə haqqı dəyərinin hansı məbləğdə olmasından asılı olmayaraq icarəyə verən icarə obyektini 3000 manata icarəyə vermişdirsə icarəçi yalnız həmin məbləğdə icarə haqqıını ödəmək üçün cavabdehdir. Cavabdeh icarə obyektindən vaxtında çıxsaydı iddiaçının bu obyekti aylıq 5000 manata icarəyə verə bilməsi ilə bağlı qeyd etdikləri isə artıq yuxarıda qeyd edilən səbəbdən (gözəllik salonlarının bağlı olması) əsassızdır və ağlabatan deyil. Eyni zamanda, işdən görünür ki, cavabdehin icarə obyektini subicarəçiyə verdiyini qeyd edən iddiaçı buna görə cavabdehdən 3000 manat əlavə icarə haqqı tələb edir. O, qeyd edir ki, cavabdeh icarə obyektini xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər subicarəyə vermiş və gəlir əldə etmişdir. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübutu (məsələn, subicarəçi şəxsin şahid kimi izahatı) təqdim edə bilməmişdir. Eyni zamanda bağlı olan gözəllik salonunun bağlı olduğu müddətdə hansısa şəxsə subicarəyə verilməsi və bundan gəlir əldə edilməsi də inandırıcı deyil. Odur ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə icarə sahəsindən cavabdeh tərəfindən götürülmüş əşyalarının dəyərinin ödənilməsi tələbinə münasibət bildirərək qeyd edir ki, iddia bu hissədə də əsassızdır. Belə ki, iddiaçı bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. O, yalnız gözəllik salonunun daxilini göstərən görüntülərin olduğu CD-ni məhkəməyə təqdim etmiş, bu görüntülərdən qeyd edilən əşyaların icarə obyekti icarəyə verilməzdən əvvəl icarə obyektində olduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həmin əşyaların əvvəldən icarə obyektində olduğunu və cavabdeh tərəfindən götürüldüyünü sübut edə bilmədiyindən cavabdehin bu əşyaları özü ilə aparmadığını sübut etməsinə ehtiyac yoxdur. Eyni zamanda, iddiaçı icarə obyektindən götürülmüş əşyalarla bağlı hüquq mühafizə orqanına müraciətini təsdiq edən ərizənin surətini məhkəməyə təqdim etsə də bu müraciət nəticəsində aparılmış araşdırma ilə müəyyən edilmiş hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, müvafiq sübutları əldə edə bilmədiyi təqdirdə bu sübutların məhkəmə tərəfindən əldə edilməsi üçün məhkəməyə heç bir vəsatətlə müraciət etməmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, qanunvericilik bu cür vəsatət olmadan məhkəmənin öz təşəbbüsü ilə sübut toplamasını məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). İş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Odur ki, iddia əşyaların dəyərinin ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda, işdən görünür ki, iddiaçı icarə obyektlərinə görə ödənilmiş kommunal ödənişlərin əvəzini də cavabdehdən tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş abonentin saldolarından görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 92.4 m2 və 101.4 m2 olan qeyri-yaşayış sahələrinə xx.xx.2020-ci il tarixdə 14.16 manat və 72.37 manat məbləğində işıq kommunal ödənişi edilmişdir. Bu saldolardan ödənişin məhz kim tərəfindən edilməsi görünməsə də məhkəmə hesab edir ki, ödənişin iddiaçı tərəfindən edilməsi ağlabatandır. Belə ki, cavabdeh icarə obyektini xx.xx.2020-ci il tarixdə tərk etmiş və tərəflər arasında icarə haqqı ilə bağlı mübahisə yaranmışdır. Hətta icarəyə verən icarə obyektindən əşyaların oğurlanması ilə bağlı hüquq mühafizə orqanına müraciət etmişdir. Belə bir vəziyyətdə icarə obyektindən xx.xx.2020-ci il tarixdə çıxmış icarəçinin çıxdıqdan iyirmi günə yaxın bir müddət keçdikdən sonra icarə obyektinə görə hansısa kommunal ödəniş etmiş olması real deyil. Digər tərəfdən cavabdehin belə bir izahatı da olmamışdır. Bu mənada məhkəmə hesab edir ki, cəmi 86.53 manat məbləğində olan kommunal ödənişin məhz iddiaçı tərəfindən ödənilmiş olması inandırıcıdır. Eyni zamanda həmin icarə obyektindən xx.xx.2020-ci il tarixə qədər cavabdeh istifadə etmiş olduğundan və obyekt xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində başqa icarəçiyə icarəyə verilmiş olmadığından həmin kommunal ödəniş məhz cavabdehin icarə obyektindən istifadə etdiyi dövrdə sərf etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsi üçün edilmişdir. Odur ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfindən vəkil xidmətindən istifadə və digər məhkəmə xərcləri üçün tələb edilən 500 manat məbləğində pulla bağlı qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin cavabdehdən tutula bilməsi üçün göstərilən hüquqi xidmətlə bağlı konkret hallar və çıxış üçün təqdim olunmuş hesab məhkəməyə təqdim olunmalıdır. Hazırkı iş materiallarından isə görünür ki, iddiaçıya hüquqi xidmət göstərilməsi ilə bağlı hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Lakin iddiaçı 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini sübut edən qəbzi iş materiallarına əlavə etmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ünvan 3 ünvanında ümumi sahəsi 101.4 m2 olan yarımzirzəmi və ümumi sahəsi 92.4 m2 olan birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin icra müqavilələri xx.xx.2020-ci il tarixdən ləğv edilməli, müqavilə bağlandığı tarixdən müqavilə ləğv edildiyi tarixədək ödənilməmiş icarə haqqının əvəzi olaraq 6000 (altı min) manat, iddiaçıya icarə haqqına görə dəymiş zərərin əvəzi olaraq 1600 (min altı yüz) manat, iddiaçı tərəfindən ödənilmiş kommunal xərclərin əvəzi olaraq 86.53 manat (səksən altı manat əlli üç qəpik) olmaqla, cəmi 7686.53 manat (yeddi min altı yüz səksən altı manat əlli üç qəpik) Cavabdeh alınaraq İddiaçı verilməli, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ünvan 3 ünvanında ümumi sahəsi 101.4 m2 olan yarımzirzəmi və ümumi sahəsi 92.4 m2 olan birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin icra müqavilələri xx.xx.2020-ci il tarixdən ləğv edilsin. Müqavilə bağlandığı tarixdən müqavilə ləğv edildiyi tarixədək ödənilməmiş icarə haqqının əvəzi olaraq 6000 (altı min) manat, iddiaçıya icarə haqqına görə dəymiş zərərin əvəzi olaraq 1600 (min altı yüz) manat, iddiaçı tərəfindən ödənilmiş kommunal xərclərin əvəzi olaraq 86.53 manat (səksən altı manat əlli üç qəpik) olmaqla, cəmi 7686.53 manat (yeddi min altı yüz səksən altı manat əlli üç qəpik) Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsiniin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar