Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-191/2024 15.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı İddiaçı Başçısının 01 aprel 2004-cü il tarixli, 50 nömrəli sərəncamı ilə Cavabdeh icarəyə verilmiş 200 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi, onunla bağlanmış 05 aprel 2004-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və həmin torpaq sahəsində olan əmlakları ilə birlikdə torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı Başçısının 01 aprel 2004-cü il tarixli, 50 nömrəli sərəncamı ilə Cavabdeh icarəyə verilmiş 200 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi, onunla bağlanmış 05 aprel 2004-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və həmin torpaq sahəsində olan əmlakları ilə birlikdə torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı iclası xx.xx.2004-cü il tarixə təyin edilərək məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə xx.xx.2023-cü il tarixli, 5-56-6/2-1839/3023 nömrəli məktub göndərərək Cavabdeh ilə torpaqdan istifadə ilə əlaqədar yaranmış mübahisənin məhkəmədənkənar qaydada rayon İcra Hakimiyyəti tərəfindən həll edildiyini bildirib mülki işin baxılmamış saxlanılmaqla iddia ərizəsinin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə gəlməmiş və mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Başçısının 01 aprel 2004-cü il tarixli, 50 nömrəli sərəncamı ilə Cavabdeh icarəyə verilmiş 200 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi, onunla bağlanmış 05 aprel 2004-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və həmin torpaq sahəsində olan əmlakları ilə birlikdə torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılması barədə İddiaçı nümayəndəsi X1 məktubu qəbul edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi sənədlərlə birlikda geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Başçısının 01 aprel 2004-cü il tarixli, 50 nömrəli sərəncamı ilə Cavabdeh icarəyə verilmiş 200 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi, onunla bağlanmış 05 aprel 2004-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və həmin torpaq sahəsində olan əmlakları ilə birlikdə torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə edilmiş sənədlər İddiaçınə qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-191/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-191/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver