Məhkəmə qərarları › İş №2(060)-5392/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5392/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5392/2023 13.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı icarə haqqı üzrə borc məbləğinin ödənilməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı icarə haqqı üzrə borc məbləğinin ödənilməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Sülh küçəsi, 36-cı məhəllə ərazisində yerləşən sahəsi 48.kv.m olan torpaq sahəsindən istifadəyə görə torpaq icarə müqaviləsi üzrə Sumqayıt Bələdiyyəsinə 2023-cü ilin yanvar ayınadək yaranmış 1269.55 manat məbləğində icarə haqqı borcunun Cavabdeh tutularaq Sumqayıt Bələdiyyəsinə ödənilməsi, toarpaq sahəsinin boşaldılaraq Bələdiyyəyə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda iddiaçı Sumqayıt Bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək, işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ərizəsinin və sənədlərinin qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı icarə haqqı üzrə borc məbləğinin ödənilməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Sumqayıt Bələdiyyəsinə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar