Məhkəmə qərarları › İş №2(010)-2666/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2666/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2666/2021 31.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 30 dekabr 2019-cu il tarixli MAS-1838 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 30 dekabr 2019-cu il tarixli MAS-1838 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 fevral 2021-ci il tarixə 827,10 manat əsas, 342,32 manat mükafat və həmin günə hesablanmış 438,70 manat dəbbə pulu, cəmi 1608,12 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı MMC ilə X7 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli MAS-1838 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630215 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X7 illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 385.05 manat, ümumilikdə isə 13862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13862 manatın 10800 manatı əsas məbləğ təşkil edir. 11 yanvar 2020-ci il tarixdə X7, X3 və İddiaçı MMC arasında MAS- 1838 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 30 dekabr 2019-cu il tarixli MAS-1838 saylı “Daxili lizinq” müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 13 yanvar 2020-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-1838 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 30 dekabr 2019-cu il tarixli MAS-1838 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil 25 fevral 2021-ci il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 12 noyabr 2020-ci il tarixdə 1000 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 30 dekabr 2019-cu il tarixli MAS-1838 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 fevral 2021-ci il tarixə 827.10 manat gecikdirilmiş əsas, 342.32 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 438.70 manat dəbbə pulu, ümumilikdə 1608.12 manat borcu yaranmışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə X7 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli MAS-1838 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630215 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X7 illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 385.05 manat, ümumilikdə isə 13862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13862 manatın 10800 manatı əsas məbləğ təşkil edir. 11 yanvar 2020-ci il tarixdə X7, X3 və İddiaçı MMC arasında MAS-1838 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 30 dekabr 2019-cu il tarixli MAS-1838 saylı “Daxili lizinq” müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 13 yanvar 2020-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-1838 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 30 dekabr 2019-cu il tarixli MAS-1838 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 13 yanvar 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, X3 və Cavabdeh, X2 istifadəsində və İddiaçı MMC-nin mülkiyyətində “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. 25.02.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə müqavilənin ləğvi və borcun ödəməsi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. 09.04.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 31.05.2021-ci il tarixli, 1050 N-li maliyyə arayışından görünür ki, Cavabdeh 30 dekabr 2019-cu il tarixli MAS-1838 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 fevral 2021-ci il tarixə 827.10 manat gecikdirilmiş əsas, 342.32 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 438.70 manat dəbbə pulu, ümumilikdə 1608.12 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə vermiş, lakin cavabdeh lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada lizinq müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil 25 fevral 2021-ci il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 12 noyabr 2020-ci il tarixdə 1000 manat məbləğində olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü Cavabdeh 30 dekabr 2019-cu il tarixli MAS-1838 saylı “Daxili Lizinq” müqaviləsi üzrə 827,10 manat əsas və 342,32 manat mükafat borcunun tutulması barədə tələb əsaslıdır, lakin müqavilə üzrə hesablanmış 438,70 manat dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 438,70 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 20 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı MMC ilə bağlanmış 30 dekabr 2019-cu il tarixli MAS-1838 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməli, Cavabdeh 30 dekabr 2019-cu il tarixli MAS-1838 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 fevral 2021-ci il tarixə 827,10 manat əsas, 342,32 manat mükafat, 20 manat dəbbə pulu, ümumilikdə 1189,42 manat pul tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 8 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə bağlanmış 30 dekabr 2019-cu il tarixli MAS-1838 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 30 dekabr 2019-cu il tarixli MAS-1838 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 fevral 2021-ci il tarixə 827,10 manat əsas, 342,32 manat mükafat və 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 1189,42 (bir min bir yüz səksən doqquz manat qırx iki qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 (iyirmi iki) manat məbləğində pul Cavabdeh İddiaçının xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 8 (səkkiz) manat hissəsi İddiaçının özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar