Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2666/2025 05.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X7 iclas katibliyi, İddiaçı (eyni zamanda digər iddiaçılar İddiaçı4 və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi) İddiaçı2, Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, DƏDKR publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi və Cavabdeh2na qarşı mirasın qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi
1. İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, DƏDKR publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi və Cavabdeh2na qarşı mirasın qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 14 dekabr 2020-ci il tarixdə Ağdaş şəhərində vəfat etmiş X3 ölümündən sonra, yəni vərəsəliyin açıldığı vaxtdan Ağdaş şəhəri, X16 küçəsi 30 ünvanında ümumi birgə mülkiyyətdə olan 0.05 ha həyətyanı torpaq sahəsindən ona çatası hissənin, yəni 0.0125 ha torpaq sahəsinin miras əmlak kimi iddiaçılar tərəfindən qəbul edilməsinin müəyyən edilməsini xahiş etmişdirlər.
Tələbin dəlilləri
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 27 yanvar 1987-ci ildə X5 ilə nikaha daxil olaraq ailə qurmuşdur. 11 noyabr 1987-ci ildə İsmayıl, xx xxx 1991-ci ildə Vüsalə və xx xxxxxxx 1996-cı ildə Hənifə adlı uşaqları olmuşdur. Cavabdeh1 əri X4 əvvəlki evliliyindən anadan olmuşdur. Onun birinci arvadı vəfat edəndən sonra onunla ailə qurmuşdur. İddiaçı1 ərilə evlənəndən sonra birgə nikah dövründə ünvan 2 ünvanında 0.05 ha həyətyanı torpaq sahəsi əldə etmişlər. Həmin torpaq sahəsi xx.xx.2024-cü ildə DƏDKR publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır və bu barədə iddiaçıların və X3 adına 90301.3066919 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənərək verilmişdir. X5 14 dekabr 2020-ci ildə Ağdaş şəhərində vəfat etmişdir. Onun ölümündən sonra iddiaçılar və cavabdeh qanun üzrə 1-ci növbə vərəsələr olaraq qalmışdır. X3 ölümündən sonra ondan ünvan 2 ünvanında ümumi birgə mülkiyyətdə olan 0.05 ha həyətyanı torpaq sahəsindən ona çatası ¼ hissə, yəni 0.0125 ha torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlakı faktiki olaraq iddiaçılar qəbul etmişdir. Həmin miras əmlaka sahiblənərək onu idarə etməklə və ondan istifadə etməklə mirası faktiki qəbul etmələrini aşkar nümayiş etdirmişdirlər. Cavabdeh başqa ünvanda yaşadığından həmin miras əmlakla maraqlanmamış, mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş qaydada və müddətdə notariat ofisinə müraciət etməmişdir. Mərhumun ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar maraqlı orqan Ağdaş rayon notariat ofisinə müraciət etmiş, lakin cavabdeh mirası qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul edilməsinə baxmayaraq ofisə gəlməyərək lüzumsuz, mübahisə yaratdığından vərəsəlik işim maraqlı orqanda başa çatdırmaq mümkün olmamışdır. Maraqlı orqan Ağdaş rayon Notariat ofisi məktubu ilə belə vəziyyətdə vərəsəlik işinin açılmasının mümkün olmamasını bildirmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
Tərəflərin izahatları
3. İddiaçı3 və cavabdehlər DƏDKR publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi və Cavabdeh2na məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, lakin iddiaçı və cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçı (eyni zamanda digər iddiaçılar İddiaçı4 və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi) İddiaçı2 ərizədə qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə razı olmadığını bildirdi.
İş materialları
6. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X10 arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanmışdır. Nikaha daxil olduqda sonra arvada Əmiraslanova soyadı verilmişdir.
7. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. X1, anası X6r.
8. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. X1, anası İddiaçı1dır.
9. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. X1, anası İddiaçı1dır.
10. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1996-ci il tarixdə anadan olmuşdur. X1, anası İddiaçı1dır.
11. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
12. ƏMDX DƏDKR publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından görünür ki, Ağdaş şəhəri, X16 küçəsi (Yeni qaydalarla : AZ 0300, Ağdaş rayonu, Ağdaş şəhəri, X17 küçəsi, giriş 30 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı4, İddiaçı1, İddiaçı2 və X3 ümumi birgə mülkiyyətindədir.
13. Ağdaş rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 269 nömrəli arayışından görünür ki, X3 ailə üzvləri barədə aşağıdakı məlumatlar əldə edilmişdir : 1) Həyat yoldaşı – İddiaçı1, 2) qızı - İddiaçı2, 3) oğlu - İddiaçı4, 4) qızı - İddiaçı3, 5) həyat oldaşı – X8 (vəfat edib) 6) oğlu - Cavabdeh1
14. Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 1495-3 nömrəli arayışından görünür ki, 14 dekabr 2020-ci il tarixdə Ağdaş şəhərində vəfat etmiş X3 varisləri qeyd olunan şəxslərdir : 1) Həyat yoldaşı – İddiaçı1, 2) qızı - İddiaçı2, 3) oğlu - İddiaçı4, 4) qızı - İddiaçı3, 5) həyat oldaşı – X8 (vəfat edib) 6) oğlu - Cavabdeh1
15. Ağdaş rayon Notariat Ofisinin İddiaçı1 ünvanlanmış 16 yanvar 2025-ci il tarixli, 28 nömrəli məktubundan görünür ki, 14 dekabr 2020-ci il tarixdə Ağdaş şəhərində vəfat etmiş X2 miras qalan əmlakın bölgüsündə digər vərəsələrlə aralarında mübahisə mövcuddur. Mirasın bölgüsü barədə məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İşin faktiki halları
16. İşin faktiki halları ondan ibarətdir ki, hazırki iş üzrə iddiaçılar və eyni zamanda Cavabdeh1 mərhum xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 ailə üzvləri və birinci dərəcəli vərəsələridirlər. Mübahisə obyekti olan əmlak iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 və mərhum X3 ümumi birgə mülkiyyətində olmuşdur. Mirasqoyan vəfat edəndən sonra vərəsələr arasında mübahisə yaranmış və bu səbəbdən notariat orqanı miras əmlakı bölməkdən imtina etmişdir. Hazırkı tələbdə iddiaçılar mərhumdan miras qalmış əmlakın onların tərəfindən qəbul edilməsinin müəyyən olunmasını xahiş edirlər. Cavabdeh1 isə iddia tələbi ilə razı olmadığını bildirir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
19. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
20. Məhkəmə qeyd edir ki, vərəsəlik hüquq münasibətlərini tənzimləyən müllki qanunvericilik normalarından aydın olur ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanunvericilik miras əmlakın faktiki qəbul edilməsi, yəni həmin əmlaka qulluq etmək, əmlakı idarə etmək və lazımi səviyyədə saxlamaq yolu ilə qəbul edilməsi halını da nəzərdə tutur. Miras əmlakın bu cür qəbulu üçün maraqlı şəxsin qanun üzrə vərəsələr sırasına daxil olması lazımdır. AR MM-nin yuxarıda qeyd olunan maddəsində qanun üzrə vərəsə ola biləcək şəxslərin siyahısı göstərilmişdir.
21. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hazırki iş üzrə iddiaçılar onun ailə üzvləridir. Belə ki, mərhumun oğlu - İddiaçı4, həyat yoldaşı - İddiaçı1, qızları - İddiaçı2 və İddiaçı3dır. Eyni zamanda müəyyən edilir ki, hazırki iş üzrə Cavabdeh1 mərhum X3 birinci nikahdan olan övladıdır. Hazırki iş üzrə mübahisə obyekti olan Ağdaş şəhəri, X16 küçəsi (Yeni qaydalarla : AZ 0300, Ağdaş rayonu, Ağdaş şəhəri, X17 küçəsi, giriş 30 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı4, İddiaçı1, İddiaçı2 və X3 ümumi birgə mülkiyyətindədir. Hazırki işdə iddiaçılar, yəni mərhum X3 ailə üzvləri mərhuma çatası olan 0.0125 ha torpaq sahəsinin onlar tərəfindən qəbul edilməsinin müəyyən olunmasını xahiş edirlər. Məhkəmə qeyd edir ki, vərəsəliklə bağlı münasibətləri tənzimləyən yuxarıda qeyd olunmuş mülki qanunvericilik normalarından göründüyü kimi, hazırki iş üzrə iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 və eyni zamanda Cavabdeh1 mərhum xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 birinci növbədə qanun üzrə vərəsələridirlər. Eyni zamanda, göründüyü kimi, sözügedən torpaq sahəsi mərhum da daxil olmaqla, dörd nəfər iddiaçının ümumi mülkiyyətindədir. Belə olan halda, mərhumdan miras qalan əmlak yuxarıda qeyd olunan ünvanda yerləşən və ümumi birgə mülkiyyətdə olan 0.05 ha torpaq sahəsindən mərhuma çatası olan 0.0125 ha torpaq sahəsidir. Məhkəmə hesab edir ki mərhumdan miras qalan əmlaka onun birinci dərəcəli qanun üzrə vərəsələrinin bərabər şəkildə payları müəyyən edilməli, yəni iddiaçılar İddiaçı4 1/5 hissədə, İddiaçı1 1/5 hissədə, İddiaçı2 1/5 hissədə, İddiaçı3 1/5 hissədə və Cavabdeh1 1/5 hissədə pay hüququ müəyyən edilməlidir.
Məhkəmə xərcləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi İddiaçı2 özünə aid edilməli, qalan 50 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı2 ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
24. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 14 dekabr 2020-ci il tarixdə Ağdaş şəhərində vəfat etmiş X2 miras qalmış Ağdaş şəhəri, X16 küçəsi (Yeni qaydalarla : AZ 0300, Ağdaş rayonu, Ağdaş şəhəri, X17 küçəsi, giriş 30) ünvanında yerləşən birgə mülkiyyətdə olan 0.05 ha torpaq sahəsinin onun payına düşən 0.0125 ha torpaq sahəsinə iddiaçılar İddiaçı4 1/5 hissədə, İddiaçı1 1/5 hissədə, İddiaçı2 1/5 hissədə, İddiaçı3 1/5 hissədə və Cavabdeh1 1/5 hissədə pay hüququ müəyyən edilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi İddiaçı2 özünə aid edilməli, qalan 50 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı2 ödənilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 14 dekabr 2020-ci il tarixdə Ağdaş şəhərində vəfat etmiş X2 miras qalmış Ağdaş şəhəri, X16 küçəsi (Yeni qaydalarla : AZ 0300, Ağdaş rayonu, Ağdaş şəhəri, X17 küçəsi, giriş 30) ünvanında yerləşən birgə mülkiyyətdə olan 0.05 ha torpaq sahəsinin onun payına düşən 0.0125 ha torpaq sahəsinə iddiaçılar İddiaçı4 1/5 hissədə, İddiaçı1 1/5 hissədə, İddiaçı2 1/5 hissədə, İddiaçı3 1/5 hissədə və Cavabdeh1 1/5 hissədə pay hüququ müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi İddiaçı2 özünə aid edilsin, qalan 50 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.