Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-268/2024 23.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, Cavabdeh, 3-cü şəxs (3-cü şəxslər X1 və Mirzəbəyov Musa Həmzəbəyoviçin nümayəndəsi) X7, 3-cü şəxs X6 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzrlü sayılaraq uzadılması və mirasın şərikləri arasında bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzrlü sayılaraq uzadılması və mirasın şərikləri arasında bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində vəfat etmiş mərhum ataları Həmzəbəy Mirzəbəyovun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin ümumi sahəsi 81.6 kv.m, yaşayış sahəsi 48.2 kv.m, köməkçi sahəsi 33.4 kv.m və sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Suraxanı Rayon XDS-nin xx.xx.1958-ci il tarixli, 28 nömrəli qərarından çıxarışda 300 kv.m., olan 1962-ci ildə tərtib edilmiş Texniki Pasportda göstərilmiş 462.7 kv.m miras qalmış əmlakların mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətlə bağlı gecikdirmənin səbəbini üzrlü sayılaraq uzadılması, göstərilən əmlakların hazırki iş üzrə miras şərikləri arasında 1/5 hissədə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, ataları Mirzəbəyov Həmzəbəy xx.xx.1989-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Atalarından ünvan 1 ünvanında yerləşən miras əmlak qalmışdır. Miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı iddiaçılar tərəfindən Bakı şəhəri 24 saylı notariat ofisinə müraciət edilmiş və burada mərhumun adına notariat işi açılmışdır. Notariat ofisinə təqdim edilmiş sənədlər araşdırıldıqdan sonra vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Belə ki, notariat ofisi özünün 412 nömrəli 15 may 2023-cü il tarixli məktubunda göstərmişdir ki, mirasın qəbulu müddəti keçdiyi üçün onlara şəhadətnamə verilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinin tələbinə əsasən, “Miras qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Odur ki, bununla bağlı məhkəməyə müraciət edilə bilər.” Həmçinin, vərəsə olan Cavabdeh göstərilən mənzildə pasport qeydiyyatında olmasını və evin kiçik qızı olmasını əsas gətirərək mirasın vərəsələr arasında bölünməsinə və bu əmlakdan payların müəyyən edilməsi ilə bağlı aralarında mübahisə yaranmışdır. Halbuki, S. İbrahimova göstərilən mənzildə qeydiyyatda olsa da, burada yaşamamış və ailə qurduqdan sonra buradan çıxıb getmişdir. İddiaçılar göstərilən mənzildə qeydiyyatda olmasalar da, 3-cü İddiaçı3 bu evdə daima yaşamış və hazırda da öz ailəsi ilə birlikdə burada yaşayır. İddiaçılar mənzildə təmir işləri aparmış, miras əmlakla bağlı notariusda notariat işi açdırmasalar da, həmin əmlakı faktiki olaraq qəbul etmişlər və idarə etmişdirlər. İddiaçılar notariusda vərəsəlik işi açdırdıqdan sonra S. İbrahimovanı da notariusa dəvət etsələr də, o gəlməmişdir. İddiaçılar yuxarıda göstərilənlərə əsasən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edirlər ki, aşağıda göstərilən əsaslara görə notariusun imtinası əsassızdır. Eyni zamanda S. İbrahimovanın onlara qarşı mirasla bağlı mübahisəsi olduğundan, miras vərəsələr arasında məhkəmə qaydasında bölünməlidir. Belə ki, Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 457 nömrəli xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, həqiqətən mərhum Həmzəbəy Mirzəbəyovun xx.xx.1989-cu il tarixədək vəfat etdiyi günədək ünvan 1 ünvanında qeydiyyatda olmuş və ərizəçilər onunla birlikdə həmin ünvanda yaşamışdır. Sonradan onların hər biri ailə qurduqdan sonra həmin ünvandan qeydiyyatdan çıxsalar da, mərhumun ölümündən sonra da mütəmadi olaraq bu ünvanda yerləşən evə gedibgəlməklə faktiki olaraq miras əmlakı qəbul etmiş, mühafizə etmiş, idarə etmiş və təmir işləri aparmışdırlar. Ona görə də, mirasın qəbulu ilə bağlı müddət iddiaçılar tərəfindən buraxılmamışdır. Hal-hazırda isə onlar, vərəsələr göstərilən ünvanda qeydiyyatda olmasalar da, bu evdə daimi olaraq İddiaçı3 öz ailəsi ilə birlikdə yaşayır. Göstərilən halları şahidlər də təsdiq edirlər. Tərəflərin izahatları: İşin məhkəmə baxışı zamanı İddiaçı1 ərizəsini müdafiə edərək ata yurdunun onların arasında bölünməsini istədiyini və təmin olunmasını məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı İddiaçı3 ərizəsini müdafiə edərək, bildirdi ki, bu evə heç baxan yox idi. O, evi düzəltdi, indi isə dava salırlar. Oğlu əsgərlikdən gələcək, özləri üçün həmin evdə balaca bir yer istəyirlər. İşin məhkəmə baxışı zamanı Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirdi ki, həmin evdə qardaşları, mərhum qardaşının ailəsi yaşayır. Onlar da hamıya bölünməsini istəmirlər. Müstəqil tələb irəli sürməyən 3-cü şəxsin izahatı: İşin məhkəmə baxışı zamanı 3-cü şəxs (3-cü şəxslər X1 və X8 nümayəndəsi) X14 bildirdi ki, qardaşları ona etibarnamə verib. Başqa bacısı da Rusiya Federasiyası vətəndaşıdır. Onların heç biri evin hamının arasında bölünməsinə razı deyil. İşin məhkəmə baxışı zamanı 3-cü şəxs X15 bildirdi ki, əmisi və rəhmətlik bibisi bu evdə yaşayıblar. Qonşudan su gəlmiş, ev pis günə qalmışdır. Bibisi rəhmətə getmiş, əmisi də başqa evə köçmüşdür. O da o evdə uşaqlıqdan yaşamışdır. Gülzar bibisi də müvəqqəti qalmaq üçün bu evə köçmüşdür. İş materialları: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 9 saylı Vəkil Bürosuna göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2- 23705/2023, **********05 nömrəli məktubundan görünür ki, X17ə məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin ümumi sahəsi 81.6 kv.m, yaşayış sahəsi 48.2 kv.m, köməkçi sahəsi 33.4 kv.m təşkil edir. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Suraxanı Rayon XDS-nin xx.xx.1958-ci il tarixli, 28 nömrəli qərarından çıxarışda 300 kv.m., Mirzəbəyov Həmzəbəyin adına 1962-ci ildə tərtib edilmiş texniki pasportda isə 462.7 kv.m olaraq qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin vətəndaş İddiaçı1 göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-A-0316- 8/2023, **********02 nömrəli məktubundan görünür ki, X17in adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qumluq (indiki Nizami İsmayılov) küçəsi, 19 saylı fərdi yaşayış evi xx.xx.1967-ci ildə qeydiyyatdan keçmişdir və hazırda adınadır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat ofisinin Bakı şəhəri 9 saylı Vəkil Bürosuna göndərilmiş xx.xx.2023-cü il tarixli, 508 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli, 159 nömrəli sorğuya cavab olaraq, xx.xx.1924-cü il tarixində anadan olmuş, xx.xx.1989-cu il tarixində vəfat etmiş Mirzəbəyov Həmzəbəy adına, İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 müraciəti əsasında açılmış notariat işini təsdiq edən sənədlərin surəti və onlara dair notariat işi 9 saylı Vəkil Bürosuna göndərilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-18-1/2-858 nömrəli arayışından görünür ki, İddiaçı1 ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 457 nömrəli arayışından görünür ki, mərhum Həmzəbəy Mirzəbəyov xx.xx.1989-cu il tarixdə vəfat etdiyi günə kimi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 5 ünvanda qeydiyyatda olmuşdur və aşağıda adları çəkilən şəxslər həmin ünvanda onunla birlikdə yaşamışdır: həyat yoldaşı Mirzəbəyova Ayşat, xx.xx.1992-ci ildə vəfat edib; oğlu X9, vəfat edib; qızı İddiaçı1 xx.xx.2023; qızı X2 xx.xx.2020-ci ildə vəfat edib; qızı İddiaçı2 xx.xx.1956; qızı X10 xx.xx.1960; qızı İddiaçı3 xx.xx.1962; qızı İddiaçı4 xx.xx.1964; oğlu X16 xx.xx.1966; qızı Cavabdeh xx.xx.1969; oğlu X11 xx.xx.1972; oğlu X14 xx.xx.1974. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı3 xx.xx.2021-ci il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı2 xx.xx.2005-ci il tarixdən ünvan 7 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı4 xx.xx.2003-cü il tarixdən Bakı şəhəri, Səbail rayonu, X20 küçəsi, ev Ö/T 64 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən FM seriyalı 023162 nömrəli xx.xx.1967-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Qumluq küçəsində yerləşən 3 otaqlı 48.2 kv.m, ümumi sahəsi 83.6 kv.m torpaq sahəsindən ibarət 19 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Mirzəbəyov Həmzəbəyə məxsus olmuşdur. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 310306 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mirzəbəyov Həmzəbəy xx.xx.1989-cu il tarixdə kəskin ürək-damar çatışmazlığı səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1989-cu il tarixdə 113 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 678-05/70 nömrəli arayışın surətindən görünür ki, Mirzəbəyov Həmzəbəy və İbrahimova Ayşatın nikahı haqqında 01 iyul 1950-ci il tarixdə 87 nömrəli akt qeydi tərtib olunmuşdur və Mirzəbəyov Həmzəbəyin xx.xx.1989-cu ildə ölməsi, Mirzəbəyova Ayşatın xx.xx.1992-ci ildə ölməsi ilə bağlı xitam verilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 310307 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mirzəbəyova Ayşat xx.xx.1992-ci il tarixdə kəskin ürək-damar çatışmazlığı səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 116 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat ofisinin İddiaçı2 göndərilmiş xx.xx.2023-cü il tarixli, 413 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, atası Mirzəbəyov Həmzəbəy xx.xx.1989-cu il tarixində vəfat etmiş, ondan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin fərdi yaşayış evi üzrə vərəsəlik şəhadətnaməsi verilməsi xahiş edilsə də, mirasın qəbul müddəti keçdiyi üçün şəhadətnamə verilə bilməz. Bununla bağlı məhkəmə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Ordconikidze rayonu VVAQ Şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixdə verilmiş, İ-İE seriyalı, 277201 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 (atası Mirzəbəyov Həmzəbəy, anası Mirzəbəyova Ayşat) xx xxxx 1956-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1956-cı il tarixdə 494 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat ofisinin X12 göndərilmiş xx.xx.2023-cü il tarixli, 414 nömrəli məktubundan görünür ki, xx.xx.2023cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, atası Mirzəbəyov Həmzəbəy xx.xx.1989-cu il tarixində vəfat etmiş, ondan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin fərdi yaşayış evi üzrə vərəsəlik şəhadətnaməsi verilməsi xahiş edilsə də, mirasın qəbul müddəti keçdiyi üçün şəhadətnamə verilə bilməz. Bununla bağlı məhkəmə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Ordconikidze rayonu VVAQ Şöbəsi tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş, A3 seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (atası Mirzəbəyov Həmzəbəy, anası Mirzəbəyova Ayşat) xx xxxxxx 1953-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1953-cü il tarixdə 211 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Qaradağ rayonu VVAQ Şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş, Vİİ-JQ seriyalı, 314679 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X4 13 avqust 1997-ci ildə nikaha daxil olmuş, bu barədə akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 199 nömrə ilə qeyd edilmişdir. Arvada Ayvazova soyadı verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat ofisinin İddiaçı4 göndərilmiş xx.xx.2023-cü il tarixli, 412 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, atası Mirzəbəyov Həmzəbəy xx.xx.1989-cu il tarixində vəfat etmiş, ondan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin fərdi yaşayış evi üzrə vərəsəlik şəhadətnaməsi verilməsi xahiş edilsə də, mirasın qəbul müddəti keçdiyi üçün şəhadətnamə verilə bilməz. Bununla bağlı məhkəmə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Ordconikidze rayonu VVAQ Şöbəsi tərəfindən xx.xx.1964-cü il tarixdə verilmiş, A3 seriyalı, 652821 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Mirzəbəyov Həmzəbəy, anası Mirzəbəyova Ayşat) xx xxxxxx 1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1964-cü il tarixdə 708 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat ofisinin İddiaçı3 göndərilmiş xx.xx.2023-cü il tarixli, 415 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, atası Mirzəbəyov Həmzəbəy xx.xx.1989-cu il tarixində vəfat etmiş, ondan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin fərdi yaşayış evi üzrə vərəsəlik şəhadətnaməsi verilməsi xahiş edilsə də, mirasın qəbul müddəti keçdiyi üçün şəhadətnamə verilə bilməz. Bununla bağlı məhkəmə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, AZ-T seriyalı 237071 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 (atası Mirzəbəyov Həmzəbəy, anası Mirzəbəyova Ayşat) xx xxxxxx 1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1962-ci il tarixdə 341 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 149. Normativ hüquqi aktlar İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 1246. Mirasın qəbul edildiyi müddət (qüvvədən düşmüş hesab edilib). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan SSR Mülki Məcəlləsi (xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş) Maddə 527. Vərəsəliyin əsasları Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Maddə 528. Vərəsəliyin açılması Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə 532. Birinci növbə vərəsələr Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 552. Mirasın qəbulu Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 554. Mirası qəbul etmək müddətinin uzadılması Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Maddə 555. Mirası qəbul edənin hüquqları Vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Maddə 561. Vərəsəlik hüququ haqqında şəhadətnamə Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir. Maddə 562. Miras hüququ haqqında şəhadətnamənin verilmə müddəti Vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə mə`lumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir. Maddə 563. Miras əmlakının bölünməsi Miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Məhkəməyə iddia ərizəsi ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzrlü sayılaraq uzadılması və mirasın şərikləri arasında bölüşdürülməsi” və göstərilən əmlakların hazırki iş üzrə miras şərikləri arasında 1/5 hissədə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 arasında bölüşdürülməsi tələbi ilə müraciət etmişdir. Onlar xahiş etmi.dirlər ki, xx.xx.1989cu il tarixdə Bakı şəhərində vəfat etmiş mərhum ataları Həmzəbəy Mirzəbəyovun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin ümumi sahəsi 81.6 kv.m. və sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Suraxanı Rayon XDS-nin xx.xx.1958-ci il tarixli, 28 nömrəli qərarından çıxarışda 300 kv.m. olan, 1962-ci ildə tərtib edilmiş Texniki Pasportda göstərilmiş 462.7 kv.m. miras qalmış əmlakların mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətdə qəbul edilmədiyindən, müddət bərpa edilsin və onlar arasında bölüşdürülsün. İşin hallarından görünür ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Suraxanı Rayon XDS-nin xx.xx.1958-ci il tarixli, 28 nömrəli qərarından çıxarışda 300 kv.m., Mirzəbəyov Həmzəbəyin adına 1962-ci ildə tərtib edilmiş texniki pasportda isə 462.7 kv.m olaraq qeyd edilmişdir. Lakin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin vətəndaş İddiaçı1 göndərilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X17in adına yalnız Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qumluq (indiki Nizami İsmayılov) küçəsi, 19 saylı fərdi yaşayış evi xx.xx.1967-ci ildə qeydiyyatdan keçmişdir və hazırda adınadır. Bununla da, fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsi hansı əsaslarla mərhum Həmzəbəy Mirzəbəyova məxsus olması müəyyən edilmədikdən, həmin əmlakın miras əmlakı olması iş materialları ilə təsdiq edilmir. xx.xx.1989-cu il tarixdə Bakı şəhərində vəfat etmiş Mirzəbəyov Həmzəbəy adına olan, ünvan 1 ünvanında yerləşən miras əmlak üzrə onun vərəsələri İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etsələr də, mirasın qəbul müddəti keçdiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməyəcəyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, hazırki iddia üzrə mübahisəli münasibətlər Mirzəbəyov Həmzəbəy öldüyü və miras açıldığı vaxtda 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları ilə tənzimlənir. Həmin Məcəlləyə uyğun olaraq, vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. X17 vəsiyyətnamə qoymamışdır. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar və arvadı birinci növbə vərəsələr hesab edilirlər. Mirzəbəyov Həmzəbəy vəfat etdiyi günə onun birinci növbəli aşağıdaki vərəsələri sağ idi: uşaqları X9, İddiaçı1, X2, İddiaçı2, X10, İddiaçı3, İddiaçı4, X16, Cavabdeh, X11, X14 və arvadı Mirzəbəyova Ayşat. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu kimi hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməli idi. İş materiallarından göründüyü kimi, iddiaçılar 14 iyun 2023-cü il tarixində notariat kontoruna müraciət etmişdirlər. Bununla da onlar qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdürlər. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Məhkəmə isə mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması səbəblərinin əsaslılığına dəlalət edən hər hansı sübut müəyyən etməmiş, iddiaçılar isə müddətin üzürlü səbəblərdən ötürülməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdirlər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilərdi. Məhkəmə araşdırması zamanı məyyən edilmişdir ki, digər vərəsələr iddiaçılar tərəfindən mirasın qəbul edilməsinə etiraz bildirmişdirlər. Məhkəmə xüsusən vurğulayır ki, xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Lakin, gördüyümüz kimi, Qərarda Azərbaycan Respublkiasının Mülki Məcəlləsinin 1246 maddəsində nəzərdə tutulmuş müddətdən danışılır. Mübahisəli münasibətlər isə Azərbaycan SSR Mülki Məcəlləsinın müddəaları ilə tənzimləndikdən, bu Qərar onlara tətbiq edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzrlü sayılaraq uzadılması və mirasın şərikləri arasında bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzrlü sayılaraq uzadılması və mirasın şərikləri arasında bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-268/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-268/2024
23.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver