Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2700/2021 15.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-nin cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızına qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair və İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızından Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 08.11.2016-cı il tarixli 2(010)-13604/2016 saylı məhkəmə əmri ilə tutulmuş 39308.77 manat əsas, 11195.67 manat faiz borcu olmaqla cəmi 50504.44 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun Məmmədova (Maksimova) Lalə Maksim qızına məxsus 11.09.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsində yerləşən 2 otaqlı, 48.7 kv.m ümumi, 30.1 kv.m yaşayış sahəsindən ibarət 18 nömrəli evin 35 nömrəli mənzilinə yönəlməsi, həmin mənzilin açıq hərracda satılması və Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 08.11.2016-cı il tarixli 2(010)-13604/2016 saylı məhkəmə əmri ilə tutulmuş cəmi 50504.44 manat məbləğində borcun Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsində yerləşən 2 otaqlı, 48.7 kv.m ümumi, 30.1 kv.m yaşayış sahəsindən ibarət 18 nömrəli evin 35 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icraasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Məmmədova (Maksimova) Lalə Maksim qızına məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsində yerləşən 2 otaqlı, 48.7 kv.m ümumi, 30.1 kv.m yaşayış sahəsindən ibarət 18 nömrəli evin 35 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Məmmədova (Maksimova) Lalə Maksim qızının və digər şəxslərin Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D yaşayış sahəsində yerləşən 2 otaqlı, 48.7 kv.m ümumi, 30.1 kv.m yaşayış sahəsindən ibarət 18 nömrəli evin 35 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Məmmədova (Maksimova) Lalə Maksim qızının həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbi ilə məhkəməyə müraciət edərək, onunla Yelo Bank ASC ("xxxx" İKB ASC) arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli 6-MG-5-0-1840-14 saylı kredit müqaviləsinin və eyni tarixli və eyni saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, kredit və ipoteka müqavilələri üzrə öhdəliklərinə xitam verilərək mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində yerləşən 2 otaqlı, 48.7 kv.m ümumi, 30.1 kv.m yaşayış sahəsindən ibarət 18 nömrəli evin 35 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı mülki iş üzrə Cavabdeh ASC məhkəmə iclasında işlərin birləşdirilməsi barədə vəsatət ilə müraciət edərək məhkəmənin icraatında olan İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqaviləsinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın yüklülüyündən azad olunması» tələbinə dair iddia ərizəsi üzrə 2(006)- 1162/2021 saylı mülki işin və iddiaçı "Yelo Bank” ASC-nin cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızına qarşı “məhkəmə əmri ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə Suraxanı rayon məhkəməsinin icraatında olan 2(010)-136/2021 saylı mülki işin bir icraatda birləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-1162/2021 saylı, 16.02.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair 2(006)-1162/2021 saylı mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı "Yelo Bank” ASC-nin cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızına qarşı “məhkəmə əmri ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi və s." tələbinə dair 2(010)-136/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 mülki işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 mülki işlərin birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icraatda olan iddiaçı Cavabdeh ASC-nin cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızına qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair və İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki işlərin halları eyni olduğu üçün bir icraatda birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 169.3, 263, 264-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair 2(010)-2700/2021 nömrəli mülki iş iddiaçı Cavabdeh ASC-nin cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızına qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(010)-136/2021 nömrəli mülki işə birləşdirilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan 2(010)-2700/2021 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2700/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2700/2021
15.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver