Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2713/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış otağının cavabdehlər tərəfindən bağlanmış giriş qapısının onların vəsaiti hesabına əvvəlki yerində bərpa edilməsi və pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-62/2021 saylı, 08 may 2021-cı il tarixli qətnaməsi ilə köçürülməsi qət olunmuş ünvan 1 ünvanda yerləşən özbaşına tikilmiş yaşayış otağının cavabdehlərin özbaşına bağladığı giriş qapısı onların vəsaiti hesabına əvvəlki yerində bərpa edilməsi, öz otaqlarından açdıqları qapının bağlanması və cavabdehlərin sanitar qovşaqdan istifadə etməmələrinə qoyduğu qadağanın aradan qaldırılması, cavabdehlərin təqsıri üzündən məhkəmə qətnaməsi ilə köçürülməsi qət olunmuş yaşayış otağının giriş qapısının cavabdehlərin özbaşına bağladığı və orada yaşamasına imkan vermədiyinə görə məcburiyyət qarşısında qalaraq 6 ay hər ayı 150 manat olmaqla, cəmi 900 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 31 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən iki tələb irəli sürülmüşdür. Belə ki, iddiaçı yaşayış otağının cavabdehlərin özbaşına bağladığı giriş qapısının onların vəsaiti hesabına əvvəlki yerində bərpa edilməsi tələbi və pulun ödənilməsi tələbini bir icraatda birləşdirmiş, həmin tələblərdən biri qiymətləndirilən, digər tələb isə qiymətləndirilməyən tələbdir. Məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunan giriş qapısının cavabdehlərin vəsaiti hesabına əvvəlki yerində bərpa edilməsi tələbi və pulun ödənilməsi tələbləri üçün hər birinə ayrı- ayrılıqda dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, “X1” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.5.-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Bu Məcəllənin 152.1.5.-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 108.3.-ci maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 01.10.2021-ci il tarixdə qüvvəyə minmiş “X1” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu az ödənilmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış otağının cavabdehlər tərəfindən bağlanmış giriş qapısının onların vəsaiti hesabına əvvəlki yerində bərpa edilməsi və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış otağının cavabdehlər tərəfindən bağlanmış giriş qapısının onların vəsaiti hesabına əvvəlki yerində bərpa edilməsi və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2713/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2713/2022
18.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver