Məhkəmə qərarları › İş №2(010)-2724/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2724/2020

10.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2724/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” X3rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” X3rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərəkməhkəmədən ünvan 1 ünvanındakı (abonent kodu **********60012) sayğaca “xxxxxxxx” ASC tərəfindən çıxarılmış X2 qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və sayğacın sərfiyyata görə artıq hesablanmış və qanunsuz olaraq tələb olunan 755.22 manat məbləğində pulun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında yaşayır. Qeyd edilən ünvanda elektrik sayğacı xx.xx.2007-ci il tarixində 5 illik müqavilə əsasında quraşdırılmışdır. X2 sayğac vasitəsilə aparılır. (abonent kodu **********60012) O və ailə üzvləri həmin ünvanda yaşadıqları vaxtdan hər ay mütəmadi olaraq istifadə etdikləri elektrik enerjisinə görə ödənişləri daim vaxtı-vaxtında ödəmişlər. xx.xx.2020-ci il tarixində “xxxxxxxx” ASC-nin əməkdaşları yaşadığı ünvana gələrək kənar xəttin birləşdirildiyini bildirmişlər. Daha sonra o, “xxxxxxxx” ASC-yə müraciət etmiş və ona akt tərtib olunduğunu və cavabdeh tərəfindən ona əlavə olaraq 755.22 manat məbləğində borcunun olduğunu bildirmişlər. Bu günədək quraşdırılmış sayğaca onlar tərəfindən heç bir müdaxilə edilməmişdir. Barəsində tətbiq edilmiş cərimənin və hesablanmış borcun qanunsuz və əsassız olduğunu bildirir. Bu səbəbdən də “xxxxxxxx” ASC-nin ondan əsasssız olaraq pul tələb etməsi onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək məhkəmədən cavabdeh “xxxxxxxx” ASC tərəfindən sayğacın sərfiyyata görə artıq hesablanmış və qanunsuz olaraq tələb olunan 755.22 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edildi. Cavabdeh “xxxxxxxx” ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AKT NDM 017804 nömrəli aktdan görünür ki, abonent İddiaçı məxsus mənzildə yerləşən elektrik sayğacına baxış keçirilmiş və EEİQ-yə uyğun baxış aparılarkən məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt fərdi yaşayış evinin qarşısından keçən 04 kvt-lıq şip xəttindən küçə işıqlandırılması üçün çəkilmiş xətdən götürülmüşdür. Bundan başqa, həmin aktdan görünür ki, kənar xəttin ləğv edilməsi tələb kimi qoyulmuş və abonent İddiaçı aktı imzalamaqdan imtina etmişdir. “xxxxxxxx” ASC tərəfindən tərtib edilmiş **********60012 kodlu abonentin saldosundan görünür ki, abonentə xx.xx.2020-ci il tarixdə EİQ pozulması və Aktın köhnə tarifinə görə 668.14 manat və 87.08 manat olmaqla, cəmi 755.22 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AKT NDM 017804 nömrəli Akta əsasən istehlakçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “X2 Qaydaları”na (EEİQ) riayət olunması yoxlanılmış və müəyyən olunmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt fərdi yaşayış evinin qarşısından keçən 04 kvt-lıq şip xəttindən küçə işıqlandırılması üçün çəkilmiş xətdən götürülmüşdür. Daha sonra cavabdeh orqan tərəfindən iddiaçıya EEİQ pozulmasına görə cəmi 755.22 manat məbləğində borc hesablanmışdır. Bundan sonra İddiaçı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ünvan 1 ünvanındakı (abonent kodu **********60012) sayğaca “xxxxxxxx” ASC tərəfindən çıxarılmış X2 qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və sayğacın sərfiyyata görə artıq hesablanmış və qanunsuz olaraq tələb olunan 755.22 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək məhkəmədən cavabdeh “xxxxxxxx” ASC tərəfindən sayğacın sərfiyyata görə artıq hesablanmış və qanunsuz olaraq tələb olunan 755.22 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “X2 qaydalarının” 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerji təchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir (Qaydaların 8.15-ci bəndi). Məişət abonent tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (Qaydaların 8.33-cü bəndi). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Cavabdeh təşkilatın əməkdaşları istehlakçı tərəfindən X2 qaydalarının 8.32-ci maddəsinin pozulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Bundan başqa, məhkəməyə təqdim edilən və məhkəmə iclasında araşdırılan abonentin saldosundan da göründüyü kimi yeni sayğac quraşdırıldıqdan sonra əvvəlki aylarla müqayisədə iddiaçının elektrik enerjisi sərfiyyatında əhəmiyyətli bir artma və ya azalma müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.3 və 560.3.5.2.-ci maddələrinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməmiş, ümumiyyətlə sayğaca müdaxilə edilməsində iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Cavabdeh təşkilat məhkəməyə işıq sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz faktlar təqdim etməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçıya həmin akta əsasən əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, cavabdeh təşkilatın əməkdaşları X2 qaydalarının tələblərini pozaraq, qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablamışlar. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən İddiaçı hesablanmış 755.22 manat borc onun hesabından silinməlidir. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh «xxxxxxxx» ASC tərəfindən İddiaçı hesablanmış 755.22 manat (yeddi yüz əlli beş manat iyirmi iki qəpik) borc onun hesabından silinməlidir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxxxxxx» X6 tərəfindən İddiaçı hesablanmış 755.22 manat (yeddi yüz əlli beş manat iyirmi iki qəpik) borc onun hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar