Məhkəmə qərarları › İş №2(010)-2728/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2728/2022

13.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2728/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akt əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X*rşı iddia ərizəsi ilə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta görə adına hesablanmış 5*8 (beş yüz on səkkiz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt əsasında onun adına ümumilikdə 5*8 manat məbləğində cərimə yazılmışdır. Cərimənin yazılmasına səbəb MSK-nın 29/*7*0-0075*-* saylı rəyinə əsasən **********8 sayğacın element qapağının ətrafının zədələnməsi əsas tutulmuşdur. O, ahıl yaşlı tənha insandır. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində tək başına yaşayır. Bəzən oğlunun yanında, ünvan 1 ünvanında yaşayır. Belə ki, *4.02.2022-ci il tarixdə sayğacda yaranmış nasazlıqla əlaqədar oğlu İbrahimə, sonuncu isə “*04” xidmətinə zəng edərək, məlumat vermiş və sayğaca yerində baxış keçirmək üçün Cavabdeh-nin əməkdaşlarını evinə dəvət etmişdir. Həmin gün sayğaca baxış keçirmək üçün gələn Cavabdeh-nin əməkdaşları əlavə ödəniş edərək, sayğacı yenisi ilə əvəz edə biləcəklərini dedilər. Belə ki, sayğaca pul yüklənildiyi halda sayğac pulu oxumamış və hələ də pul sayğacın balansında qalmışdır. Hətta oğlu Cavabdeh-nin əməkdaşlarından xahiş etmişdir ki, smart tipli sayğacı ilə köhnə sayğacı əvəz etsinlər. Lakin bildirdilər ki, ancaq mexaniki sayğac yerləşdirəcəklər. Onlar razılaşmış və oğlu onlara əlavə zəhmət haqqı kimi 40 manat məbləğində ödəniş etmişdir. Həmin gün *4.02.2022-ci il tarixdə problem yaranmış sayğac çıxarılan və yenisi ilə əvəz edilən zaman ******* N-li, xx.xx.2022-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Akt tərtib edilmiş və həmin an Akta möhür vurulmadığı üçün ona verilməmişdir və xahiş etmişdir ki, mobil telefon vasitəsi ilə Aktın şəkilini çəksin. Əməkdaşlar bildirmişlər ki, möhür vurulduqdan sonra Aktın bir nüsxəsi ona təqdim olunacaqdır. Bu günə kimi həmin akt ona təqdim olunmamışdır. *9.04.2022-ci il tarixdə evinə qaz sərfiyatına görə gələn bildirişdə guya onun 5*8 manat məbləğində borcu olduğunu görmüşdür. Yenə də oğluna məlumat vermiş, sonuncu isə Cavabdeh-nin əməkdaşları ilə əlaqə saxlamış və idarəyə gedərək, onlarla görüşmüşdür. Əməkdaşlar oğluna bildirmişlər ki, köhnə sayğac laboratoriyada yoxlanılmış və guya sayğacın element qapağı onlar tərəfindən zədələndiyi aşkar edilmişdir. Halbuki sayğac yerində dəyişdirilən zaman onlara köhnə sayğacın laboratoriyada yoxlanılacağı barədə heç bir məlumat verilməmişdir. Hətta güya sayğac yoxlanılmış və ona xx.xx.2022-ci il tarixli, ******* N-li Akt tərtib edilmiş, o isə həmin Aktı imzalamaqdan imtina etmişdir. Ancaq ki, tərtib edilmiş aktdan onun xəbəri belə olmamışdır. Evinə gələn bildirişdən sonra oğlu Cavabdeh-nin idarəsinə getmiş və orada sonuncuya həmin aktın, abonent saldosunun və digər sənədlərin surəti təqdim olunmuşdur. Ona şifahi olaraq izah olunmuşdur ki, məsələnin həllindən ötrü məhkəməyə müraciət edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən, Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki işin materiallarında olan Mülki işin materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” *4.02.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh-nin əməkdaşları tərəfindən sifarişçi (istehlakçı) İddiaçı aid qaz sayğacına texniki baxışdan keçirilmiş, sayğacın batareya yuvasının ətrafında xırda dəlik aşkar olunmuşdur. Mülki işin materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətində qeyd olunur ki, MSK-nın 29/*7*0-0075*-* saylı rəyinə əsasən **********8 sayğacın element qapağının ətrafı zədəlidir. Mülki işin materiallarında olan Cavabdeh-nin Qaz sayğaclarının yoxlanılması barədə 28 fevral 2022-ci il tarixli MSK 29/*7*0-0075*/* №-li aktından görünür ki, “G-4” markalı, smart-kart tipli **********8 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin verdiyi rəyə əsasən sayğacın element qapağında zədə aşkar olunmuşdur. X4 tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan akt üzrə qaz sərfiyyatına görə borcu 5*8.40 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən ondan qaz sərfiyyatına görə dəyən ziyanı tələb edir. Məhkəmə qeyd edir ki, Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 28.**.20*6-cı il tarixli *8 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.*.*-ci və 4.*.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər 0*.0*.20*7-ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında *2.05.20**-ci il tarixli 80 saylı qərarının *.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. “Azəriqaz” X2 Elmira Əli qızından (abonent 0**4036********) qaz sərfiyyatına görə tələb etdiyi 5*8 (beş yüz on səkkiz) manat pul vəsaiti silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar