Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-276/2024 15.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi Nümayəndə, vəkili Vəkil2, X*, Cavabdehlər Cavabdeh* və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisi və * saylı Bakı ərazi idarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi *. İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisi və * saylı Bakı ərazi idarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 6-cı Balandın döngəsi ev 4, * saylı mənzilin Cavabdeh* tərəfindən Cavabdeh2 85 *** manata satılması barədə 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiq olunmuş, 26.*7.2*23-cü il tarixdə reyestrdə 4Ə-*544 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh2 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Balandin küçəsi döngə 4 ev *-ə dair texniki pasport *999-cu ildə anası X2 adına tərtib edilmişdir. Sonradan həmin mənzilə dair çıxarış 2**8-ci ildə Cavabdeh* adına verilmişdir. Cavabdeh* onun qardaşıdır. Mübahisəli Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 6-cı Balandin döngəsi ev 4 mənzil * ünvanında yerləşən evə dair paya uyğun real bölgünün aparılıb həmin hissəyə mülkiyyət hüququnun tanınmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin olunaraq cavabdehlə paylarına uyğun real bölgü aparılmasına dair qətnamə qəbul edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2* iyul 2**9-cu il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi qismən dəyişdirilərək Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 6-cı Balandin döngəsi ev 4 mənzil *-ə dair payın müəyyən edilərək bölünməsi və mülkiyyət hüququ barədə çıxarışın ləğv edilməsi hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılaraq mübahisəli evə köçürülməyinə dair qətnamə qəbul edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, Suraxanı Rayon Məhkəmə icraçısı və şahidlərin iştirakı ilə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 6-ct Balandin döngəsi ev 4 mənzil *-ə köçürülmüşdür. Bu barədə 25.*2.2***-cu il tarixdə akt tərtib edilmişdir. Mənzilə köçürüldüyü vaxtdan həmin mənzildə yaşamış və evin kommunal xidmət haqqlarının ödənilməsində iştirak etmişdir. Cavabdeh* yaşadığı mənzilə qeydiyyata salmadığına görə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *3.*8.2***-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 6-cı Balandin döngəsi ev 4 mənzil *-ə istifadə hüququ tanınmış və ünvan üzrə qeydiyyata alınmışdır. Bu yaxınlarda Cavabdeh2 yaşadığı və qeydiyyatda olduğu mənzildən çıxmağı tələb etdi. Bunun səbəbini soruşduqda həmin mənzili aldığını və mülkiyyətçi olduğunu bildirdi. Bu məsələnin aydınlaşdırılması üçün müvafiq sənədləri əldə etmiş, həmin sənədlər əsasında müəyyən etmişdir ki, Cavabdeh* 26.*7.2*23-cü ildə 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Ofisində Cavabdeh2 85 *** manata satmışdır. Həmin mənzilə dair Cavabdeh2 *4.*8.2*23-cü il tarixdə çıxarış əldə etmişdir. Evdə qeydiyyatı olduğu təqdirdə evə dair qeydiyyatı saxtalaşdırılaraq evin satılması həyata keçirilmiş, bununla da razılığı olmadan mənzil üzərində sərəncam verilmişdir. Belə ki, məhkəmə qətnamələrinə əsasən, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 6-cı Balandin döngəsi ev 4 mənzil *-ə köçürülməyimə və istifadə hüququnun tanınmasına baxmayaraq, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda qeydiyyat ünvanı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 6-cı Balandin döngə 4 ev * kimi qeyd edilmişdir. Bundan başqa, kommunal xidmətlərlə bağlı olan sənədlərdə - abonent saldosunda, invoysda ünvan düzgün olaraq məhz Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 6-cı Balandin döngəsi ev 4 mənzil * göstərilmişdir.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq qeyd etdi ki, Cavabdeh2 mübahisəli mənzili sökdürmüşdür. Bunu eşidəndə Cavabdeh2 bu evin məhkəmə mübahisəsi predməti olduğunu bildirmişlər lakin o, buna əhəmiyyət verməyərək, söküntü işlərini davam etdirmişdir. Hazırda İddiaçı həbsdən yeni çıxmışdır, yaşamaq üçün başqa yerləri yoxdur. Hazırda qohumlarının evində yaşayır. Odur ki, bütün bunları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.
5. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh* iddia tələbinə tam şəkildə etiraz etmişdir. Evi Cavabdeh2 satmışdır. Qarşı tərəf ev sökülərkən mübahisəli mənzilin məhkəmə predmeti olduğunu bildirir, lakin bu zaman belə bir iddia ilə hələ məhkəməyə müraciət olunmamışdır. Evin sökülməməsi üçün qarşı tərəf məhkəməyə müvəqqəti təminat tədbiri ilə bağlı müracitə edə bilərdi. Lakin belə bir müraciət də olunmamışdır. Kompensasiya istəmələri ilə bağlı bildirmişdir ki, iddia tələbi hazırki iş üzrə pul tələbi deyil. Bununla bağlı qarşı tərəf məhkəməyə ayrıca qaydada müraciət etməlidir. İddiaçı tərəf uzun müddət o evdə yaşamamışdır. Hazırki iddia hesab edir ki, əsassızdır, buna görə də məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edirəm.
7. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə tam şəkildə etiraz etmişdir. Evi alarkən 6 sot olduğu bildirilmiş, lakin sökdükdən sonra məlum olmuşdur ki, ev 6 sot deyil balacadır. Hazırda ev sökülüb, ərazi boş torpaqdır. Ancaq divarın hasarı vardır. İddianın rədd edilməsini xahiş etmişdir.
İş materialları
8. 28.*6.2**8-ci il qeydiyyat tarixli, ***8*53963 qeydiyyat nömrəli, MH seriyalı **67246 nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 6-cı Balandin döngəsi ev 4, * nömrəli, * mərtəbəli, 7*.*2 kv.m ümumi sahəsindən ibarət 2 otaqlı mənzil tam mülkiyyət Cavabdeh* adına qeydiyyata alınmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin 2*.*7.2**9-cu il tarixli, 2(**3)-256*/*9 nömrəli qətnaməsinin məzmunundan görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin *6.*3.2**9-cu il tarixli qətnaməsi ilə İddiaçı Baba oğlunun iddiası təmin edilmiş, Balandin küçəsi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 6-cı Balandin döngəsi ev 4, * nömrəli mənzilə payı müəyyən edilmiş, çıxarış ləğv edilmiş, və İddiaçı Baba oğlunun həmin evə köçülməsi qət edilmişdir. **. Bakı Apellyasiya Məhkəməsinin 2*.*7.2**9-cu il tarixli, 2(**3)-256*/*9 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin *6.*3.2**9-cu il tarixli qətnaməsindən Cavabdeh*əli oğlunun şikayətinə baxılaraq şikayət qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 6-cı Balandin döngəsi ev 4, * nömrəli mənzilə payın müəyyən edilərək bölünməsi və mülkiyyət hüququ barədə çıxarışın ləğv edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, mənzilə köçürülmə tələbinin təmin edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. **. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin 25.*2.2***-cu il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, İddiaçı Babaəli oğlu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 6-cı Balandin döngəsi ev 4, * nömrəli mənzilə köçürülmüşdür. *2. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin *3.*8.2***-cu il tarixli, 2(***)-*9**/2*** nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Babaəli oğlunun Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 6-cı Balandin döngəsi ev 4, * nömrəli mənzilə istifadə hüququ tanınmışdır. *3. 667597* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, 27.**.2***-cu il tarixdən İddiaçı Babaəli oğlu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 6-cı Balandin döngəsi ev 4, * nömrəli mənzildə qeydiyatdadır. *4. 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisinin 4*-*544 saylı notariat işindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 6-cı Balandin döngəsi ev 4, mənzil * tam mülkiyyət hüququ üzrə Cavabdeh* məxsus olmuşdur. *5. 4*-*544 saylı notariat işindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 6-cı Balandin döngəsi ev 4, mənzil * üzərində hər hansı bir məhdudiyyət olmamışdır və eyni zamanda 26 iyul 2*23-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 6cı Balandin döngəsi ev 4, mənzil * satıcı Cavabdeh* tərəfindən alıcı Cavabdeh2 85.*** manata satılmışdır. *6. *4.*8.2*23-cü il qeydiyyat tarixli, **23*22577 nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 6-cı Balandin döngəsi ev 4, * nömrəli mənzil üzrə tam mülkiyyət hüququ Cavabdeh2 adına qeydiyyata alınmışdır.
İşin faktiki halları
*7. İşin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, Cavabdeh* Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 6-cı Balandin döngəsi ev mənzil 4 * nömrəli mənzili Cavabdeh2 85.*** manata satmışdır. İddiaçı Baba oğlu tələbini onunla əsaslandırır ki, evdə qeydiyyatı olduğu təqdirdə evə dair qeydiyyatı saxtalaşdırılaraq evin satılması həyata keçirilmiş, bununla da razılığı olmadan mənzil üzərində sərəncam verilmişdir. Belə ki, məhkəmə qətnamələrinə əsasən, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 6-cı Balandin döngəsi ev 4 mənzil *-ə köçürülməyimə və istifadə hüququnun tanınmasına baxmayaraq, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda qeydiyyat ünvanı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 6-cı Balandin döngə 4 ev * kimi qeyd edilmişdir. Bundan başqa, kommunal xidmətlərlə bağlı olan sənədlərdə abonent saldosunda, invoysda ünvan düzgün olaraq məhz Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 6-cı Balandin döngəsi ev 4 mənzil * göstərilmişdir. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş edir. Hər iki tərəfin izahatından, həmçinin o da müəyyən olunur ki, mübahisə obyekti olan ev sökülmüşdür və artıq mövcud deyil.
Tətbiq edilən hüquq
*8. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə *44. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi
*44.*. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. *44.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. *44.2-*. Sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması bu Məcəllənin *48.3-cü maddəsinə uyğun olaraq təmin olunur. Maddə 324. Əqd anlayışı və onun növləri 324.*. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.*. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. *9. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2*2*-ci il tarixli Qərarı. Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin qərarda vurğulanmışdır ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
2*.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34*.2-ci maddəsinin şərh edilməsinə dair *8 mart 2*22-ci il tarixli Qərarı.
Həmin qeyd edilir ki, Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
2*. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının *4 iyun 2*22-ci il tarixli Qərardadı. Həmin qərardadda qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.*, 34*.*, 34*.2 və s.).
Məhkəmənin mövqeyi
22. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, qanunvericiliyin tələbindən görünür ki, əqd etibarlı olması üçün dörd kateqoriyaya cavab verməlidir. Bunlar əqdin subyekt tərkibi, məzmununa dair şərtlər, tərəflərin iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi və əqdin formasına dair şərtlərdir. İddia tələbində etibarsızlığı müəyyən edilməsi xahiş edilən 26 iyul 2*23-cü il tarixli **4*2** nömrəli alqı-satqı müqaviləsi iki tərəf arasında bağlanmışdır. Müqavilə tərəfləri satıcı – Cavabdeh*, alıcı Cavabdeh2 olmuşdur. Mübahisələndirilən müqavilə işdə olan notariat işinin materialları əsasında araşdırılaraq müəyyən edildi ki, müqavilənin etibarsızlığına səbəb olan hər hansı hal yoxdur. Belə ki, Cavabdeh* tam mülkiyyət hüququ ilə ona məxsus olan mübahisəli daşınmaz əmlakı satıcı- digər Cavabdeh2 satmış və bu alqı-satqı proseduru və onunla bağlı digər zəruri hərəkətlər notariat orqanı tərəfindən mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmışdır. Beləliklə, müəyyən edilir ki, mübahisələndirilən əqd qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət olunmaqla bağlanmışdır. Məhkəmə 26.*7.2*23-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız əqd kimi qəbul edilməsi üçün hər hansı əsas görmür. Bundan başqa, o da nəzərə alınmalıdır ki, hər iki tərəfin izhatlarından aydın olduğu kimi, mübahisəli mənzil alqı-satqıdan sonra sökülmüş və artıq mövcud deyildir.
23. Məhkəmə qeyd edir ki, iddia tələbinin həmin müqavilə əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Cavabdeh2 Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 6-cı Balandin döngə 4 ev * nömrəli mənzilə dair mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi və ona verilən *4.*8.2*23-cü il tarixli, **23*22577 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi xahişinə dair tələbin əsas hissəsinin davamıdır və birinci hissə əsassız hesab edildiyinə görə tələbin bu hissəsi də əsassızdır.
Məhkəmə xərcləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **7-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
25. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş *** manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
27. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisi və * saylı Bakı ərazi idarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş *** manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-22*-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisi və * saylı Bakı ərazi idarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş *** manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov